Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-937/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********37636 olan Samsung Galaxy A40 markalı telefon üçün 205.2 (iki yüz beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə; 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən Soft markalı yumşaq künc mebel əşyası üçün 686 (altı yüz səksən altı) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə; 31.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********19732 olan Samsung Galaxy S10 markalı telefon üçün 1247 (min iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, 124,8 (yüz iyirmi dörd manat, səksən qəpik) manat cərimə; ümumilikdə, 351 manat borc və 43,51 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsinə xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “ABC TELECOM“ MMC ilə 21.12.2019, 28.12.2019 və 31.10.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ Kodları **********37636 olan Samsung Galaxy A40, **********19732 olan Samsung Galaxy S10 markalı telefonlar və Soft markalı yumşaq künc mebel əşyası almış və nəticədə 2351 (iki min üç yüz əlli bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 602.2 (altı yüz iki manat, iyirmi qəpik) manat (18 ay x 26.4 manat + 127 manat iİkin ödəniş) İMEİ Kodu **********37636 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə 225.2 (iki yüz iyirmi beş manat, iyirmi qəpik) manat olmaqla ondan 205.2 (iki yüz beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə; 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 967 (doqquz yüz altmış yeddi) manat (20 ay x 48.2 manat + 3 manat ilkin ödəniş) Soft markalı yumşaq künc mebel əşyası üçün ümumilikdə 754 (yeddi yüz əlli dörd) manat olmaqla ondan 686 (altı yüz səksən altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 68 (altmış səkkiz) manat cərimə; 31.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2880 (iki min səkkiz yüz səksən) manat (18 ay x 133 manat \ 486 manat ilkin ödəniş) İMEİ Kodu **********19732 olan Samsung Galaxy Sİ0 markalı telefon üçün ümumilikdə 1371.8 (min üç yüz yetmiş bir manat, səksən qəpik) manat olmaqla ondan 1247 (min iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 124.8 (yüz iyirmi dord manat, səksən qəpik) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2311 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıhsa. müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. ; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.12.2019, 28.12.2019 və 31.10.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ Kodları **********37636 olan Samsung Galaxy A40, **********19732 olan Samsung Galaxy S10 markalı telefonlar və Soft markalı yumşaq künc mebel əşyası almış və nəticədə 2351 (iki min üç yüz əlli bir) manat borc yaranmışdır. 21.12.2019, 28.12.2019 və 31.10.2019-cu il tarixli tarixli bildiriş və təhvil-təslim aktlarına əsasən, Cavabdeh qeyd olunan telefonu təhvil almışdır. Cəmiyyət tərəfindən 25.01.2021ci il tarixdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. "xxxx" MMC Cavabdeh 21.12.2019, 28.12.2019 və 31.10.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ Kodları **********37636 olan Samsung Galaxy A40, **********19732 olan Samsung Galaxy S10 markalı telefonlar və Soft markalı yumşaq künc mebel əşyası almış və nəticədə 2351 manat borcunun yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və 11.12.2021-ci il tarixə cavabdehin iddiaçıya olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 43,51 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 21.12.2019-cu il tarixli müqaviləsi üzrə 205,2 (iki yüz beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə; 28.12.2019-cu il tarixli müqaviləsi üzrə 686 (altı yüz səksən altı) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə; 31.10.2019-cu il tarixli müqaviləsi üzrə 1247 (min iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, 124,8 (yüz iyirmi dörd manat, səksən qəpik) manat cərimə; ümumilikdə, 2351 manat borc və 43,51 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 21.12.2019-cu il tarixli müqaviləsi üzrə 205,2 (iki yüz beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə; 28.12.2019-cu il tarixli müqaviləsi üzrə 686 (altı yüz səksən altı) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə; 31.10.2019-cu il tarixli müqaviləsi üzrə 1247 (min iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, 124,8 (yüz iyirmi dörd manat, səksən qəpik) manat cərimə ümumilikdə, 2351 manat borc və 43,51 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-937/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-937/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver