Məhkəmə qərarları › İş №2(005)-939/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-939/2023

30.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-939/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ünvanında yerləşən, 116 saylı evin, 64-cü mənzilindən istifadə hüququna xitam verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ünvanında yerləşən, 116 saylı evin, 64-cü mənzili mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin mənzilə görə İddiaçı adına xx.xx.2012-ci ildə RX Seriyalı ******* saylı Çıxarış verilmişdir. Sözügedən mənzil atası X7 məxsus olmuşdur. Atası R.H.Məmmədov 06 dekabr 2010-cu ildə vəfat etmişdir. Atasının vəfatından sonra 64 saylı mənzil mərhumun həyat yoldaşı (İddiaçı anası) X5, övladları İddiaçı və X13 bərabər paylar (hissələr) şəklində irs qalmışdır. Bunu 2V-31 saylı Reyestrdə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə təsdiq edir. Tərəflər arasında 08 may 2012-ci ildə bağlanmış, “Vərəsəlik payının bağışlanması haqqında" müqaviləyə görə xx.xx.2012-ci il tarixdə 2V-31 saylı reyestr ilə rəsmiləşdirilmiş qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə əsasında verilmiş xx.xx.2010-cu il tarixində ölmüş X14 ondan qalmış Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 saylı evin, 64-cü mənzilindən 2/3 hissədən ibarət vərəsəlik payı İddiaçı bağışlanmışdır. Hal-hazırda 64 saylı mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdeh İddiaçı qardaşının oğludur-X9 övladıdır. Cavabdeh mənzildə qeydiyyatda olsa da həmin ünvanda yaşamır. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır və İddiaçı mənzil üzərində mülkiyyət hüququnun həyata keçməsində maneçilik yaradır. Hesab edir ki, cavabdehin İddiaçı mənzilində olan istifadə hüququna xitam verilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 izahat verərək bildirdi ki, mübahisəli mənzil X7 məxsus olmuşdur. İddiaçı mülkiyyətində bu mənzilə qonşu başqa bir mənzil olmuşdur. X14 öldükdən sonra onun yoldaşı X15 və oğlu X19 onlara çatası paydan İddiaçı xeyrinə imtina etmişlər, beləcə mənzil tam payda İddiaçı adına qeydiyyata alınmışdır. Əvəzində isə İddiaçı məxsus qonşu ev X9 mülkiyyətinə verilmişdir. Sonradan isə X19 həmin mənzili sataraq özünə başqa mənzil almışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh nümayəndəsi X27 izahat verərək bildirdi ki, o cavabdehin anasıdır. X19 ilə evləndikdən sonra mübahisəli mənzilə gəlin gəlmişdir. Sonradan mənzildə təmir işlərinin aparılması bəhanəsi ilə onu həmin mənzildən çıxarmışlar. X1 öldükdən mübahisəli mənzil vərəsəlik qaydasında keçməmiş, X6 ölümündən qabaq özgəninkiləşdirilmişdir. Sonradan özü və oğlu Cavabdeh həmin mənzilə qeydiyyata düşmüşlər. Hazırda özünün mülkiyyətində ayrıca evi vardır. İşi ilə əlaqədar ölkə xaricində olan zaman anası xəstələnmiş, X8 onun anasına qulluq etmişdir. Bunun qarşılığı olaraq özü mənzilə qeydiyyatdan çıxmışdır. Oğlu Cavabdeh qeydiyyatı saxlanmışdır. Lakin Cavabdeh uzun müddətdir ki ölkə xaricində yaşayır. Hazırki mülki iş üzrə iddia tələbinin təmin edilməsinə etiraz etmədyini bildirdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində çağırılmış X20 ifadəsində bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ünvanında yerləşən, 116 saylı evin, 64-cü mənzil X6 mülkiyyəti olmuşdur. X6 iki oğlu olmuşdur : X19 və İddiaçı. Cavabdeh X9 övladıdır. Cavabdeh valideynləri birgə nikahda olduqları dövrdə, körpəlik vaxtı həmin mənzildə yaşamışdır. Onların nikahları pozulduqdan sonra isə Cavabdeh həmin mənzildə yaşamamışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində çağırılmış X16 ifadəsində bildirdi ki, iddiaçı ilə qonşudurlar. Cavabdeh uzun illərdir həmin mənzildə yaşamır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı, xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.1934-cü il təvəllüdlü X12 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanı üzrə qeydiyyatdadırlar. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2010-cu il tarixdə ölmüş X6 vərəsələri X12, İddiaçı və X19 Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ünvanında yerləşən, 116 saylı evin, 64-cü mənzildən bərabər hissələrdə pay almalıdırlar. xx.xx.2012-ci il tarixli vərəsəlik payının bağışlanması müqaviləsindən müəyyən olunur ki, X12 və X21 xx.xx.2012-ci il tarixdə 2V-31 saylı reyestrlə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş xx.xx.2010-cu il tarixdə ölmüş X4 qalmış Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ünvanında yerləşən mənzildən 2/3 hissədən ibarət vərəsəlik paylarını İddiaçı bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ünvanında yerləşən, 116 saylı evin, 64-cü mənzil İddiaçı tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. Nərimanov Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 53 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd olunur ki, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yaşamır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ünvanında yerləşən, 116 saylı evin, 64-cü mənzil X6 mülkiyyəti olmuşdur. xx.xx.2010-cu il tarixdə X14 ölmüş, bundan sonra X12, X19, İddiaçı mərhumun qanun üzrə vərəsələri kimi tanınmışlar. Onların hər üçü Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ünvanında yerləşən, 116 saylı evin, 64cü mənzildən bərabər hissələrdə pay almalı idilər. X2 və X19 həmin mənzilə olan pay hüquqlarını İddiaçı bağışlamışlar. Bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ünvanında yerləşən, 116 saylı evin, 64-cü mənzil İddiaçı tam payda xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki işin materiallarından görünür ki, Cavabdehnın mübahisəli mənzildən istifadə hüququ onun X19 və X17 birgə nikahından doğulması ilə eyni vaxtdan – yəni xx.xx.1995ci il tarixdən yaranmışdır. Sonradan Cavabdeh könüllü olaraq sözügedən mənzili tərk etmişdir və həmin tarixdən etibarən mənzildə yaşamır. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 20b, 5 saylı mənzil isə 2012 il tarixdən İddiaçı mülkiyyətindədir və bu barədə, 2012-ci il tarixdə mənzilə tam payda mülkiyyət hüququ haqqında çıxarış almışdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin: 100-1-ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir; 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir; 147-ci maddəsinə əsasən pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 118.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır; 124-cü maddəsinə əsasən xüsusi mülkiyyətində yaşayış evi olan vətəndaş bu evi və ya evin bir hissəsini başqa vətəndaşa icarəyə vermək ixtiyarına malikdir. xx.xx.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin: 228.5-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenumunun Qərarında qeyd edilir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. - Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan qanunvericilik aktlarının təhlilindən aydın olur ki, cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ünvanında yerləşən, 116 saylı evin, 64-cü mənzildən istifadə hüququ yaranmış olsa da, hazırda faktiki olaraq orada uzun müddətdir yaşamadığı üçün; həmçinin mənzil İddiaçı xüsusi mülkiyyətinə keçməsi və tərəflər arasında mənzildən istifadə hüququnu nəzərdə tutuan razılığın olmaması əsası ilə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından aydın olduğu kimi, yaşayış sahəsi mülkiyyətçisinin ali üzvü həmin yaşayış sahəsinə qalmadıqda və digər ünvanda daimi yaşadıqda yaşayış sahəsindən istifadəyə kompensassiya verilmədən xitam verilə bilər. Hazırki halda isə cavabdehin iddiaçının ailə üzvü deyil, qardaşının oğludur. Buna görə də məhkəmə cavabdehin sözügedən mənzildən istifadə hüququna kompensassiya verilmədən xitam verilməsini qanuni hesab edir. Məhkəmə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddianın hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı tələbini Cavabdehnın onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə yə sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. İddiaçının məqsədi cavabdehin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafıq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə cavabdehin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxslərə və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ünvanında yerləşən, 116 saylı evin, 64-cü mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar