Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-958/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1947-ci ildə Gədəbəy şəhərində anadan olmuş X2 doğumunun Gədəbəy rayon Qeydiyyat Şöbəsində doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında Ərizəçi Allahverdi oğlu, ana qrafasında isə X4 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X1 xx.xx.1947-ci ildə Gədəbəy şəhərində anadan olmuş və atasının doğumu Gədəbəy rayon Qeydiyyat şöbəsində qeyd edilmişdir. Bunu təsdiq edən doğum haqqında şəhadətnaməsi olsa da, doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. X1 08 sentyabr 2024-cü il tarixdə vəfat etmişdir. Atasından miras qalmış ünvan 1 ünvanda yerləşən evin vərəsəlik qaydasında qəbul edilməsi üçün Notariat Ofisinə müraciət edən zaman, atasına məxsus doğum haqqında şəhadətnamənin tələb olunduğu bildirilmişdir. Lakin atasına məxsus doğum haqqında şəhadətnaməni almaq üçün Gədəbəy rayon Qeydiyyat Şöbəsinə, Azərbaycan Respublikasının Dövlət Arxivinə, Gədəbəy rayon Dövlət Arxivinə müraciət etsə də, doğum haqqında akt qeydi aşkar edilməmişdir. Atasının atası Ərizəçi Allahverdi oğlu, anası isə X4 olmuş və hər ikisi vəfat etmişdir. Atasının şəxsiyyətini təsdiq edən digər sənədləri vardır. Həmin sənədlərdə onun xx.xx.1947-ci ildə Gədəbəy şəhərində anadan olması təsdiq edilir. Doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçün 5 saylı Bakı Asan Xidmət X10 müraciət etsə də, Qeydiyyat Şöbəsi doğum akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edərək, məhkəmədən mərhum atasının doğum akt qeydinin bərpa edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirdi ki, ərizəçi əmisi oğludur. Əmisi xx.xx.1947ci ildə Gədəbəy rayonu, Nargilə kəndində anadan olmuşdur və o mütəmadi olaraq onun ad günü tədbirlərində iştirak etmişdir. Belə ki, əmisi bir müddət Gədəbəy rayonunda, bir müddət isə Sumqayıt və Bakı şəhərlərində yaşamışdır. Hazırda əmisi oğlunun ad günü mərasimlərinə adətən toplaşmırlar. Babasının adı Namaz, nənəsinin isə Teyfə olmuşdur. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE № 01965228 seriyalı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1947-ci ildə Gədəbəy şəhərində doğulmuşdur. İş materiallarında olan Milli Arxiv İdarəsi ünvan 2 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, “Sizin Gədəbəy rayon Anqıran kənd soveti üzrə xx.xx.1947-ci ildə anadan olmuş X2 adına tərtib edilmiş doğum haqqında akt qeydi barədə Gədəbəy Rayon Dövlət Arxivinin elektron poçt ünvanına göndərdiyiniz elektron müraciətinizə Gədəbəy Rayon Dövlət Arxivində baxılmışdır. Araşdırma zamanı müəyyən olundu ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayonu Qeydiyyat şöbəsinin İnəkboğan kənd soveti üzrə (həmin dövrdə Arıqıran kəndi həmin illərdə İnəkboğan kənd sovetinin tərkibinə daxil olub) 1943-1948-ci illərə aid Doğum akt qeydiyyatı kitabında sorğuda qeyd olunan X2 adına doğum haqqında akt qeydi aşkar olunmadı. 0dur ki, tələb olunan faktın verilməsi tərəfimizdən mümkünsüz olmuşdur. Fond № 149; siyahı № 1; saxlama vahidi № 118”. İş materiallarında olan Milli Arxiv İdarəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024cü il tarixli məktubdan görünür ki, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olan 07 oktyabr 2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1947-ci ilə dair Gədəbəy rayonu Arıqıran kəndi üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X2 doğum haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. İş materiallarında olan Azərbaycan SSR Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli, X-JQ 456373 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. X1, anası X8r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ-ll №447781 saylı ölüm haqqında tibbi şəhadətnamə haqqında arayışdan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.1983-cü il tarixli, İll-JQ 348662 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X12 xx.xx.1987-ci tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Nəbiyeva soyadı verilmişdir. İş materiallarında olan Gədəbəy rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən arayışdan görünür ki, X4 xx.xx.1961-ci il tarixdə Gədəbəy rayon Arıqıran kəndində ölmüşdür: xx.xx.1961-ci il tarixli, 06 nömrəli akt. İş materiallarında olan Gədəbəy rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən arayışdan görünür ki, xx.xx.1947-ci il tarixdə Gədəbəy rayon Arıqıran kəndində anadan olmuş X2 doğum haqqında Gədəbəy rayon İnəkboğan kənd İƏD-si üzrə 1949-1951-ci illər üzrə yoxlama aparılmış doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, X3 xx.xx.1947-ci ildə Gədəbəy şəhərində anadan olmuş. Doğum haqqında şəhadətnamə naməlum şəraitdə itirilmişdir. X3 08 sentyabr 2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi atasından miras qalmış ünvan 1 ünvanda yerləşən evin vərəsəlik qaydasında qəbul edilməsi üçün Notariat Ofisinə müraciət edən zaman, atasına məxsus doğum haqqında şəhadətnamənin tələb olunduğu bildirilmişdir. Ərizəçi atasının doğum haqqında şəhadətnaməsinin bərpa edilməsi üçün 5 saylı Bakı Asan Xidmət X10 müraciət etsə də, Qeydiyyat Şöbəsi doğum akt qeydini bərpa etməkdən imtina etmişdir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, X2 xx.xx.1947-ci ildə Gədəbəy rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilməli, doğum haqqında “ata” qrafasında Ərizəçi Allahverdi oğlu, “ana” qrafasında X4, milliyyəti azərbaycanlı qeyd edilməli, doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr- iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilsə də maraqlı şəxs dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.1947-ci ildə Gədəbəy rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsi 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə həvalə edilsin. Doğum haqqında şəhadətnamənin “ata” qrafasında Ərizəçi Allahverdi oğlu, “ana” qrafasında X4, milliyyəti azərbaycanlı qeyd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-958/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-958/2025
28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver