Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-960/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə pulunun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə pulunun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.05.2011-ci ildən 28.03.2018-ci ilədək aylıq 290 (iki yüz doxsan) manat, 12 ay üçün icarə haqqı bir illik 3480 (üç min dörd yüz səksən) manat, ümumilikdə 23780( iyirmi üç min yeddi yüz səksən) manat və 30 manat dövlət rüsumu tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı “xxxx” MMC ilə 10.05.211 -ci ildə 3 il müddətinə qüvvədə olacaq icarə müqaviləsini bağlamışdır. Həmin, icarə müqaviləsinə əsasən vergilər daxil olmaqla aylıq 290(iki yüz doxsan) manat, 12 ay üçün icarə haqqı bir illik 3480 (üç min dörd yüz səksən) manat müəyyən olunmuşdur. O, Cavabdeh ilə 23.10.1997-ci ildə rəsmi nikaha daxil olmuşdu. Nikahlarına 19.04.2011-ci il tarixli, AZ-İ 124639 nömrəli nikahın pozulması haqqında şəhadətnamə ilə xitam verilmişdir. Nikaha xitam verildikdən sonra onlar yenidən ailəni bərpa edib birlikdə yaşamaq şərtilə məhkəmədən kənar (rəsmi nigah olmadan) razılığa gəldikləri üçün həmin icarə müqaviləsi üzrə 10.05.2011-ci ildən 28.03.2018 -ci ilə qədər ödənilən icarə haqqları Cavabdeh tərəfindən qəbul olunmuşdur və ona ödənilməmişdir. Bu müddətdə icarə haqqları Cavabdeh tərəfindən Kapital Bankda açılan daxili rekvizitlər vasitəsi özü tərəfindən əldə olunmuşdur. Lakin cavabdehlə birgə yaşamaq mümkün olmamışdır və 28.03.2018-ci ildə tarixli müqavilənin rekvizitləri dəyişdirilərək, 01.04.2018 -ci il razılaşma ilə xitam verilmişdir. Hesab edir ki, cavabdeh, Cavabdeh tərəfindən 10.05.2011-ci ildən 28.03.2018ci ilədək aylıq 290 (iki yüz doxsan) manat, 12 ay üçün icarə haqqı bir illik 3480 (üç min dörd yüz səksən) manat, ümumilikdə 23780( iyirmi üç min yeddi yüz səksən) manat qəbul edilmiş icarə haqqları həmin dövrdə onlar birgə nikahda olmadığından cavabdeh tərəfindən ona geri ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iddia tələbinə yazılı etiraz edərək, iddianın rədd edilməsini xahiş etdilər. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, 10.05.2011-ci ildən 28.03.2018-ci ilədək aylıq 290 (iki yüz doxsan) manat, 12 ay üçün icarə haqqı bir illik 3480 (üç min dörc yüz səksən) manat, ümumilikdə 23780 (iyirmi üç min yeddi yüz səksən) manat və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən idiaçı İddiaçı cavabdeh kimi ona qarşı olan "ümumilikdə 23780 (iyirmi üç min yeddi yüz səksən) manat və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə" iddia tələbini tam qanunsuz, əsassız və ədalətsiz sayır. Hesab edir ki, həmin iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Ailə Məcəlləsinin və Mülkİ Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığından, qanunsuz, əsassız və son dərəcə ədalətsiz olduğundan təmin oluna bilməz. Belə ki, o, İddiaçı ilə 23.10.1997-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşdur. Birgə nikahından 02.02.1999-cu il təvəllüdlü X3 və 26.03.2001-ci il təvəllüdlü X4 doğulmuşdur. Nikahları 19.04.2011-ci ildə rəsmi olaraq pozulsa da, aralarında "barışıq sazişi" bağlanmış və onlar barışaraq əvvəlki kimi, bir ailə olaraq 2016-cı ilin ortalarına kimi faktiki ər-arvad münasibətlərində olmaqla birlikdə yaşamışlar və birgə təsərrüfatı aparmışlar. Ona görə də iki övladlarına görə aliment almaq tələbindən İddiaçı imtina etmişdir. 2016-cı ilin ortalarıma kimi ailələrinin ümumi gəlirləri bir yerə toplanmış və 4 nəfərdən ibarət olan ailəsinn ümumi məsrəflərinə xərclənmişdir. Hətta, 2016-cı ilin illik "xxxx" MMC-dən 3480 manat icarə haqqını da İddiaçı şəxsən özü almışdır. 10.05.2011-ci ildən 2016-cı ilin ortalarına kimi onlar birlikdə yaşamasaydı, İddiaçı ona qarşı məhkəmədə aliment tələbi və ya alimintin miqdarının artırılması barədə iddia tələbi qaldırardı. Halbuki, belə predmetlə bağlı iddia tələbi və məhkəmə mübahisəsi olmamışdır. İşin bu hallarına qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də qiymət verilmişdir. Eyni zamanda, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2844/2019 saylı, 15.07.2019-cu il tarixli qətnaməsində qeyd olunmuşdur ki, iddiaçı Cavabdeh İddiaçı ilə boşanmamışdan əvvəl birgə nikah dövründə 2008-ci ildə öz adına aldığı ünvan 1 ünvanında 4 (dörd) otaqlı evi rəsmi boşandıqdan sonra barışıb, birlikdə yaşadıqları vaxt 03 aprel 2012-ci ildə satan zaman da cavabdeh İddiaçı razılıq ərizəsini almışdır. Baxmayaraq ki, onlar rəsmi boşanmışlar və mənzil isə yalnız Rizvanın adına olmuşdur. Hətta, iddiaçı Cavabdeh İddiaçı ilə barışıb birlikdə yaşadıqları üçün 28.06.2012-cİ ildə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 15 nömrəli evin 13 saylı mənzilinə cavabdeh İddiaçı birlikdə yaşadığı üçün, həmin mənzilə pasport qeydiyyatına salmışdır. Həmçinin, çoxsaylı məhkəmə instansiyalarında tərəf kimi bildirmişdir ki, əmlak bölgüsü zamanı ünvan 2ndəki, avtoyuyucu məntəqəsinin DƏDRX-dən Çıxarışı olmadığına görə tərəflər arasında bölgüsü olmamışdır. O dəfələrlə məhkəmələrdə həmin avtoyuyucu məntəqəsinin ona verilməsi barədə iddia tələbi irəli sürsə də, həmin avtoyuyucu məntəqəsinin DƏDRX-dən çıxarışı olmadığı üçün ona verilməmişdir. Hər dəfə də o həmin avtoyuyucu məntəqəsinin avtomaşın qarajı kimi Dadaşova Şəlalədən 40.000 manata almağını, sonradan onu söküb, təmir etdirib avtomaşın yuma məntəqəsinə çevirməyini bildirmişdir. İcarə haqqını hər ay keçmiş həyat yoldaşı, İddiaçı ilə birlikdə alıb, ailələrinin ümumi məsrəflərinə xərcləməyini bildirmişdir. Qeyri yaşayış sahəsinin icarə müqaviləsinin 10.05.2011-ci il tarixdə "xxxx" MMC ilə 3 il müddətinə İddiaçı ilə bağlanması onun təklifi ilə olmuş, İddiaçı həmin "icarə müqaviləsi"ndən məlumatı olmuş və onun razılığı ilə müqavilə onun adından imzalanmışdır. Həmin vaxtı da İddiaçı "pul tələbi" ilə bağlı heç bir etiraz bildirməmiş və məhkəməyə müraciət etməmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2369/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsində qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-526/20 saylı, 08 yanvar 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallardan göründüyü kimi tərəflər arasında 21.04.2011-ci il tarixli barışıq sazisi mövcuddur. Həmçinin, İddiaçı hazırda iddia tələbi irəli sürmək üçün qanunla nəzərdə tutulmuş 3 il iddia müddətini də ötürmüşdür. Əgər belə olmasaydı, İddiaçı qanunla nəzərdə tutulmuş 3 il müddətində "pul tələbi ilə bağlı" məhkəmədə iddia tələbini irəli sürə bilərdi, daha iddia müddətini ötürməzdir. Əlavə olaraq, onu da bildirirəm ki, Abşeron Rayon Məhkəməsində cavabdeh İddiaçı qarşı "birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə" dair iddia tələbi olduğu üçün, o, da qərəzli olaraq ona qarşı həmin qanunsuz, əsassız və son dərəcə ədalətsiz olan iddia tələbini qaldırmışdır. Hesab edir ki, idiaçı İddiaçı cavabdeh kimi ona qarşı olan "ümumilikdə 23780 (iyirmi üç min yeddi yüz səksən) manat və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə" iddia tələbi tam qanunsuz, əsassız və ədalətsiz tələbdir. Həmin iddia tələbi qanunsuz, əsassız və ədalətsiz olmaqla, ona qarşı İddiaçı tam qərəzli hərəkətlərinin nəticəsi olduğundan məhkəmə qaydasında rədd olunmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2844/2019 saylı, 15.07.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı kimi mənim iddia tələbimlə bağlı, iddiaçı S.Y.Səmədo vanın həmin iddia tələbinə hüquqi qiymət verilmişdir. Qətnamədə göstərilmişdir ki, "Onlar 2011-ci ilin aprel ayından barışıb birlikdə yaşadıqları dövrdə həmin qurğunun quraşdınlmasma görə müqavilə üzrə ödənilən məbləği Kapital Bank" ASC-nin 2 saylı Səbail filialında açdırdığı hesabdan o çəkmişdir. Birgə yaşadıqları üçün həmin müqavilə üzrə ödənilməli pul məbləği onun imzası ilə qəbul edilmişdir. Banka sorğu verilərsə, həmin pulun onun tərəfindən alınması məlum olar. Həmin vəsaiti onlar birgə yaşadıqları üçün ailələri üçün xərcləmişlər. Bu da onu göstərir ki, onlar həmin dövrdə birgə yaşayıb, təsərrüfatı birgə idarə etmişlər. Lakin hazırda həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə edilən və üzərindəki antena qurğusundan əldə edilən bəhər yalnız cavabdeh tərəfindən mənimsənilir. Hesab edir ki, qeyd olunan qeyri-yaşayış sahəsinə onun istifadə hüququ və götürülən bəhərdən bərabər şəkildə yararlanmaq hüququ vardır. Ona görə də onun həmin Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr„ İ.Cümşüdov küçəsində yerləşən icarəyə ayrılmış qarajın altındakı 34 kv.metr torpaq sahəsindən ibarət qeyri-yaşayış sahəsinə bərabər şəkildə istifadə hüququ bərabər şəkildə tanınmalı, ondan əldə olunan gəlir də bərabər şəkildə cavabdeh İddiaçı ilə onun arasında bölünməlidir. Ona görə də hesab edir ki, iddiaçının ona qarşı iddia tələbi əsassızdır, bu səbəbdən rədd edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan ‘‘İcarəyə Verən” adlandırılacaq İddiaçı (AZ.E№ ********. NƏRİMANOV RPİ 16.03.2009) şəxsində bir tərəfdən, və bundan sonra “İcarəçi” adlandırılacaq Baş Direktor Jurgetı Peetz şəxsində təmsil olunan "xxxx" MMC arasında bağlanmış 10.05.2011-ci il tarixli ABK0505 saylı “Qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilə”dən görünür ki, müqavilənin predmetini, İcarəyə Verənin mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, 6-cı mkr, İ.Cümşüdov küçəsində yerləşən 8 (səkkiz) m2 olan sahəni, (bundan sonra “İcarə Obyekti” adlandırılacaq) İcarəçinin icarəsinə verilməsi, İcarəçi tərəfindən isə bunun əvəzinə icarə haqqının ödənilməsinə dair hüquqi öhdəliyin yaranması təşkil edir. (1.1-ci bənd) Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 3 il qüvvədə qalır. (2.1-ci bənd) İş materiallarında olan 01.04.2018-ci il tarixli “xxxx” MMC ilə İddiaçı arasında 10.05.2011-ci il tarixli ABK0505 saylı “Qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə müqaviləyə” xitam verilməsi haqqında razılaşmadan görünür ki, 10 May 2011-ci il tarixli ABK0505 saylı "Qeyriyaşayış sahəsinin İcarəyə verilməsi haqqında Müqavilə"-nin (bundan sonra "Müqavilə" adlandırılacaq) tərəfləri olaraq, İcarəçi və İcarəyə razılığa gəldilər ki: 1 Müqavilə 01 İyul 2018-ci il tarixindən etibarən qüvvədən düşmüş hesab edilsin və tərəflər arasında mövcud olan münasibətlər 01 İyul 2018-ci il tarixədək etibarlı hesab ediləcək. 2.İcarəçi Razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş tarixdən etibarən Müqavilə üzrə bütün öhdəliklərini tam şəkildə yerinə yetirmiş clur və İcarəyə verənə ödəniləcək heç bir borcu və ya müddəti keçmiş ödənişləri olmayaçaq. 3.İcarəyə verən bununla, Razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş tarixdən etibarən Müqavilə üzrə İcarəçinin İcarəyə verənin qarşısında borcun olmamasını təsdiq edir. 4. Tərəflərdən heç birinin hazırkı Razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş tarixdən sonra digər tərəfə qarşı heç bir maddi və/və ya qeyri-maddi iddiasının olmayacağını təsdiq edir. İş materiallarında olan olan ‘‘İcarəyə Verən” adlandırılacaq İddiaçı (AZ.E№ ********. NƏRİMANOV RPİ 16.03.2009) şəxsində bir tərəfdən, və bundan sonra “İcarəçi” adlandırılacaq Yiğit Berktaşın şəxsində təmsil olunan "xxxx" MMC arasında bağlanmış 28.03.2018-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, hazırkı Müqaviləyə əsasən İcarəyə verən ünvan 2 ünvanda yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 8 (səkkiz) kv.m. olan icarə obyektini (bundan sonra “İcarə sahəsi" adlandırılacaq) İcarəçinin istifadəsinə verir, İcarəçi isə bunun müqabilində İcarəyə verənə bu Müqavilə ilə müəyyən edilmiş icarə haqqını İcarəyə verənə ödəyir. (1.1-ci bəndi) Müqavilədə qeyd olunan icarə sahəsinin icarəyə verilməsi ona mülkiyyət hüququnun verilməsinə səbəb olmur. (1.2-ci bəndi) Məhkəmədə müəyyən edilən mübahisəsiz hallar aşağıdakı kimidir. İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, 6-cı mkr, İ.Cümşüdov küçəsində yerləşən 8 (səkkiz) m2 olan sahənin icarəyə verilməsi barədə “Qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilə” 10.05.2011-ci il tarixli ABK0505 saylı müqavilə bağlanmışdır. 01.04.2018-ci il tarixdə “xxxx” MMC ilə İddiaçı arasında “10.05.2011-ci il tarixli ABK0505 saylı Qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə müqaviləyə” xitam verilməsi haqqında razılaşma bağlanmışdır. 28.03.2018-ci il tarixdə İddiaçı ilə "xxxx" MMC arasında İcarə müqaviləsi bağlanmışdır. İddiaçı qeyd edir ki, nikaha xitam verildikdən sonra onlar yenidən ailəni bərpa edib birlikdə yaşamaq şərtilə məhkəmədən kənar (rəsmi nikah olmadan) razılığa gəldikləri üçün həmin icarə müqaviləsi üzrə 10.05.2011-ci ildən 28.03.2018-ci ilə qədər ödənilən icarə haqqları Cavabdeh tərəfindən qəbul olunmuşdur və ona ödənilməmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, icarə haqqlarının iddiaçının özü tərəfindən qəbul edildiyini, habelə həmin müddətdə onların faktiki olaraq uşaqları ilə hamısının birlikdə ailə kimi yaşadıqlarını, ailənin bütün xərclərinin onun tərəfindən qarşılandığını, habelə iddiaçının belə bir tələblə məhkəməyə müraciət etməsi üçün 3 illlik iddia müddətini ötürdüyünü bildirir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı 10.05.2011-ci ildən 28.03.2018-ci ilə qədər ödənilən icarə haqqlarının Cavabdeh tərəfindən qəbul olunduğuna əsaslanaraq qeyd olunan icarə haqqlarının ona ödənilmədiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı iddia ərizəsi üzrə izahatının dəlillərinə istinad edərək, cavabdehin icarə müqaviləsi üzrə pul vəsaitini qəbul etdiyini, həmin vəsaiti ona vermədiyini və bu səbəbdən də ondan icarə pulunu tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Beləliklə məhkəmə iddia tələbini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Eyni zamanda cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə pulunun geri qaytarılması”nə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-960/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-960/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver