Məhkəmə qərarları › İş №2(005)-962/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-962/2021

14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-962/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirlməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirlməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları 27 iyun 2007-ci il təvəllüdlü X8 və 07 may 2006-cı il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmçinin çıxarılmış qətnamənin cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh1 övldları 27 iyun 2007-ci il təvəllüdlü X8 və 07 may 2006-cı il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququ olmayan şəxs hesab edilməsi, həmçinin çıxarılmış qətnamənin cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı ev iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin mənzilə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Nəzərinizə çatdırım ki, Cavabdeh1 üçün toy edib həyat yoldaşı ilə birlikdə iddiaçının evində müvəqqəti yaşaması üçün ona icazə vermiş və beləliklə o və həyat yoldaşı 2005-ci ildən həmin mənzildə yaşamağa başladılar. Daha sonra cavabdehin 2-ci övladının dünyaya gəlməsilə onun ailə tərkibi böyüməsi və iddiaçının da xərçəng xəstəliyinə tutulmağı səbəbilə mənzildə birgə yaşayışa şərait olmadı və buna görə də onlar mülkiyyətçisi olduğu evdən çıxıb özləri üçün yaşamağa yeni şərait qumraq istədilər. Nəticədə iddiaçının köməkliylə onlar özlərinə yeni ev aldılar. Həmçinin evin təmirinə, mebel və digər əşyaların alınmasına da köməklik etdi. Hal-hazırda iddiaçının işləri zəifləyib, xəstəliyi günü-gündən daha da şiddətlənir. Müalicəsi böyük miqdarda pul tələb edir. Sözügedən evi sataraq müalicəyə getmək istəyir. Oğlu isə evdə formal olsa da qeydiyyatda qalmasına əsas tutub evi satmamağa razılıq vermir. Deyir “sən öləcəksən ev də mənə qalacaq”. İddiaçının ondan əlavə də 5 övladı var. Bu günədək ona hər bir şərait qurmuşdur. Lakin bir övlad üçün hər bir şey etməyinə baxmayaraq o iddiaçının ölümümü gözləyir ki, ev ona qalsın. Təəssüf ki, həyatda belə oğullar da var. Hal-hazırda mülkiyyətçisi olduğu evdə oğlu Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onların iki övladı 27 iyun 2007-ci il təvəllüdlü X8 və 07 may 2006-cı il təvəllüdlü X9 formal olaraq qeydiyyatdadırlar. Məlum olduğu kimi, yaşayış binasının alqısatqısı zamanı həmin əmlak üzərində qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Mənzilində formal qeydiyatı olan şəxslərin razılığını almaq isə iddiaçı üçün çətinlik yaradır. Bu da iddiaçının mülkiyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Buna görə də hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Ağabal oğlunun, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili X12 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin vəkillərinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsində isitfadə olan 1.1958 ha torpaq sahəsində yerləşən 7b nömrəli, 17 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində 132.35 kv.m ümumi, 76.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyesterində 463 nömrəli reyester kitabının 42802 nömrəli vərəqində qeydiyyata alındığı qeyd edilmişdir. 09.12.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. "xxxx" Mənzil-Tikinti kooperativinin 01 dekabr 2020-ci il tarixli 02/29 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də A.M.Cümə küçəsi 7b ünvanında yerləşən 17 mərtəbəli yeni yaşayış binasının 39-cu mənzilində yaşayır və orada 07.05.2007-ci il tarixdən qeydiyyatdadır. Lakin həmin mənzildə oğlu Cavabdeh1 onun həyat yoldaşı Cavabdeh2 nəvəsi X9 və X3 orada qeydiyyatının olmasına baxmayaraq 01.08.2010-cu il tarixdən həmin mənzildə yaşamırlar. "xxxx" Mənzil Tikinti Kooperativinin sorğuya cavab məktubundan görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən, "xxxx" MTK-nın 3 saylı binasının, 3-cü mərtəbəsində (83.64 kv.m)-dən ibarət olan 14 saylı mənzili vardır. Sorğuda adı çəkilən Cavabdeh1 hal-hazırda ailə üzvləri ilə birlikdə sözü gedən mənzildə yaşadıqları qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 02.11.2020-ci il tarixli ******* nömrəli arayışından görünür ki, X4, X8, X9, X5, X10, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən 07 may 2007-ci il tarixdə verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağabal oğlu Bakı şəhəri, Nərimanov rayonu, A.Cümə küçəsi,ev.7B, m.39 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 01.02.2021-ci il tarixli 078-2660-1221 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş Cavabdeh1 və Cavabdeh2 ünvan 6 ünvanına 17.05.2010-cu il tarixdə pasport qeydiyyatına alınmışlar. Şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən məhv edildiyi qeyd edilmişdir. Məhkəmə sorğusuna əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 006764 nömrəli orderin surətindən görünür ki, 20.04.2005-ci il tarixdən İddiaçı məxsus A.M.Cümə küçəsi ev 7b, mənzil 39 giriş 1 mərtəbə 14 otağın sayı 3 olmaqla 76,2 kv.metrdən ibarətdir. "xxxx" Mənzil –Tikinti Kooperativinin 08.05.2007-ci il tarixli 02/08b nömrəli arayışın surətindən görünür ki, Nəsirov X2 rayonu, A.M.Cümə küçəsindəki 7b nömrəli 17 mərtəbəli evin 14-ci mərtəbəsində 76,2 kv.m sahəsi olan 3 (üç) otaqlı 39 nömrəli mənzildə yaşadığı qeyd edilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin 30.04.2007-ci il tarixli 01-50 nömrəli maliyyə arayışından görünür ki, ünvan 7 ünvanda yerləşən 17 mərtəbəli kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsus olduğu və bu binanın 1-ci girişin 14-cü mərtəbəsində ümumi sahəsi 140,0 kv.m, yaşayış sahəsi 76,2 kv.m olan 3 otaqlı 39 saylı mənzilin pay dəyəri 17056 (on yeddi min əlli altı) manat payçı İddiaçı tərəfindən tam ödənilmiş, "xxxx" borcunun olmadığı qeyd edilmişdir. AZ-İ №165238 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh1 ilə X1 27.06.2005-ci il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1527 nömrə ilə qeyd edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, ünvan 8 ünvanında yerləşən ev Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışına əsasən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə həmin mənzildə 2005-ci ildən 01.08.2010-cu ilə qədər yaşamışlar. Hal-hazırda cavabdehlər qeyd edilən mənzildə yaşamasalar da formal olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə iddiaçı ilə Cavabdeh2 arasında olan hüquq münasibətləri 2000-ci ildən sonrakı dövrdə yarandığından bu mübahisə qüvvədə olan mülki qanunverciliyin normaları baxımından hüquqi qiymət verilməklə həll edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Konsitutsiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konsitutsiyasının 29-cu maddəsinin İ-ci hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunverciliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonuşalrın və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxaq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvercilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətdir. “R.Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.” Qeyd edilən əsaslardan çıxış edərək məhkəmə hesab edir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Bundan başqa digər Cavabdeh1 münasibətdə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin qərarda qeyd olunur ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Qeyd edilən əsaslar belə nəticəyə gəlməyə əsas verir ki, iddia tələbində cavabdehlərin uşaqlarının ailə qanunvericliyində uşaqların yaşayış yerinin valideynləri ilə birlikdə olmasına dair müddəalara uyğun hüquqi qiymət verilməlidir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 006764 nömrəli orderin surətindən göründüyü kimi İddiaçı məxsus A.M.Cümə küçəsi ev 7b, mənzil 39 giriş 1 mərtəbə 14 otağın sayı 3 olmaqla 76,2 kv.metrdən ibarət mənzildə Cavabdeh1 adı ailə tərkibi sırasında qeyd edilməmişdir. Məhəmə iclasında da müəyyən edilmiş halllardan aydın olur ki, Cavabdeh1 həmin mənzil alınarkən ailə üzvü kimi ora köçməmişdir. İddiaçı ona məxsus bu mənzildə ailə üzvü kimi Cavabdeh1la birlikdə də yaşamamışdır. Məhkəmə iclasında müəyyən edilmiş bu hal iş materiallarında olan "xxxx" MTK-nın məktubu ilə də öz təsdiqini tapır. Həmin məktubda qeyd edilmişdir ki, Nəsirov X6 rayonu, Masazır kəndi, Ağaxan Abdullayev 3 ünvanında yerləşən "xxxx" MTK-nın 3 saylı binasının 3-cü mərtəbəsində 83.64 kv.m sahədən ibarət olan 14 saylı mənzili vardır. Cavabdeh1 ailə üzvləri ilə birlikdə orada yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bundan başqa «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; Bu Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, digər Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun saxlanması əsasları müəyyən edilmədiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia üzrə ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüququ olmayan şəxs hesab edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (övladları X8 və X9 ilə birlikdə) ünvan 8 ünvanında qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar