Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-963/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və deportasiya edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və deportasiya edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - X2 iddaçıya məxsus ünvan 1 ünvanında yerləşən 41 saylı mənzildən çıxarılaraq Rusiya Federasiyasına departasiya edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 41 saylı mənzil 1999-cu ildən İddiaçı xüsusi mülkiyyətindədir. Bunu Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaıdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ona verilmiş xx.xx.1999-cu il tarixli 007884 №-li ÖM seriyalı Qeydiyyat Vəsiqəsi təsdiq edir. İddiaçının mülkiyyətində olan mənzildə təkcə özü qeydiyyatda olmaqla orada yaşayır. Cavabdehy Anatolyeviç iddiaçının oğludur. Cavabdeh 25 il bundan əvvəl Rusiya Federasiyasına köçərək orada yaşamağa başlamış və o, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Əvvəllər o, hərdən Bakı şəhərinə gələrək, bir müddət anasının yanında qalandan sonra Rusiya Federasiyasına qayıdırdı. Təxminən 3 il bundan əvvəl cavbdeh məhkum olunduqdan sonra arvadından boşanmışdır. Rusiyada yaşamağa evi olmadığından, anasının yanına gələrək onun evində qalmaq istədiyini bildirmişdir. Cavabdeh Rusiyada yaşadığı vaxtda anası ilə heç vaxt maraqlanmamış, ona heç bir maddi və mənəvi dəstək göstərməmişdir. Elə ona görə də, cavabdeh ilə iddiaçı arasındakı münasibətlər soyuq olmuşdur. Bu səbəbdən də, cavabdehin Rusiyadan Azərbaycana gəlişinin məqsədi heç də iddiaçıya baş çəkmək deyil, onun niyyəti iddiaçının evini ələ keçirmək olmuşdur. İddiaçı bunu bildiyi üçün ona evində qalmasına qəti etirazını bildirmişdir. İddiaçının etirazına baxmayaraq, cavbadeh onun razılığı olmadan onun evində qalmağa başlamışdır. Belə ki, cavbdeh iddiaçının evində qalmasından sui-istifadə edərək iddiaçının xəbəri və razılığı olmadan, onun şəxsiyyət vəsiqəsini gizli şəkildə götürərək aidiyyəti orqanlara özünü mənzil mülkiyyətçisinin razılığı ilə onun mənzilində qalması barədə məlumat vermişdir. 2019-cu ildə iyun ayında cavabheh iddiaçının mənzilindən ona məxsus qızıl-zinyət əşyalarını oğurlayaraq satmışdır. Bununla bağlı iddiaçı Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə şikayət etmişdir. Bundan əlavə cavabdehin mənzildən oğurluq etməsi ilə bağlı Nərimanov Rayon Prokuroruna xx xxxxxx 2019-cuildə şikayət ərizəsi də yazilmışdır. Cavabdeh iddiaçının evində qaldığı 3 il müddətində heç bir yerdə işləməmiş, evə qazanc gətirməmişdir. İddiaçı buna etiraz edən zaman o, dəfələrlə onu döymüş, son zamanlar isə öldürəcəyi ilə hədələmişdir. 2020-ci ilin iyun ayında isə iddiaçıdan zorla mənzilin açarını və mobil telefonunu alaraq mənzilin qapısını və pəncərələrini bağlamış, mobil telefonunu da, söndürərək onu evdən bir həftə bayıra çıxmağa qoymamışdı. İddiaçı həmin vaxt onu buraxmağını tələb etdikdə o, iddiaçını saçından tutub evdə sürümüş, ondan pul tələb etmiş, boğazından hər iki əli ilə tutaraq boğub öldürməyə cəhd etmişdir. Bildirmişdir ki, iddiaçını uzun müddət belə saxlayaraq, onu bu yolla öldürəcəkdir. İddiaçı həmin vaxt təhlükədə olduğunu bildiyi üçün gizlicə bir kağız yazıb gizlətmişdir ki, pəncərədən küçəyə atsın, bəlkə küçədən keçən insanlar həmin kağızı tapıb onu ölümdən xilas edərlər. Lakin cavabdeh pəncərəni möhkəm bağladığından, iddiaçı onu aça bilməmişdir. Cavabdeh iddiaçını bir həftə evdə saxlamışdır. Sonradan iddiaçının xadimə işlədiyi “İMERETİ’" restoranın sahibi Arzu Əliyev və baş aşpaz Aybəniz iddiaçının mobil telefonunun qapalı olduğundan, ev telefonuna cavab verməməyindən, narahat oluqları üçün onun yaşadığı mənzilə gəlmişlər. Cavabdeh çarəsiz qaldığından, mənzilin qapısını açmağa məcbur olmuşdur. Onlar iddiaçının evdə bir həftə məcburi surətdə saxlanılmasının şahidi olmuşlar. İddiaçı onlardan xahiş etmişdir ki, onu cavabdehin əlindən xilas etsinlər. Cavabdeh onları görəndə əsəbləşmiş, onların üstünə qışqıraraq nəyə görə gəldiklərini bildirmişdir. Beləliklə, Arzu Əliyev və Aybəniz iddiaçını onun əlindən xilas edərək evdən çıxmağına kömək etmişlər. Bundan sonra iddiaçı onlarla birlikdə Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə gəlmiş və orada bütün başına gələnlər haqqında ərizə yazmışdı. Həmin bölmədə araşdırma aparıldıqdan sonra xx xxxx 2020-ci ildə iddiaçıya məlumat verilmişdir ki, toplanmış material həmin tarixli qərarla materialda Azərbaycan Respublikası CM-nin 133-cü maddəsinin tərkibi olduğundan aidiyyəti üzrə Nərimanov rayon Pİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Cavabdeh iddiaçının mənzilini ələ keçirmək məqsədi ilə onu öldürməklə hədələmiş, onu qəsdən boğaraq öldürməyə cəhd etmişdir. 2020-ci ilin iyun ayında iddiaçını yaşadığı evində bir həftə ərzində qapı və pəncərələri bağlayaraq həyat və səhhəti üçün təhlükəli zorakılıqla onu azadlıqdan məhrum etmişdir. Hazırda iddiaçı öz evinə qayıtmağa qorxur. Ona görə də, tanışlarının evində qalır. Cavabdeh isə Azərbaycanda qanunsuz qalmaqla onun mənzilini zəbt etmişdir. Dəfələrlə iddiaçını öldürəcəyi ilə hədələdiyindən, o öz evinə qayıtmağa qorxduğu üçün tanışlarının evində gizlənir. Beləliklə, cavbdeh qanunsuz olaraq iddiaçının mənzilini zəbt etdiyindən, cavabdehlərin günahı üzündən iddiaçı mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqularını həyata keçirə bilmir. Bunun nəticəsində mənzil və kommunal xidmətlərin haqqını onun əvəzindən cavabdeh ödəməyə məcburdur. Cavabdeh faktiki olaraq Rusiya Federasiyasının vətəndaşıdır. Hazırda cavbdehin Azərbaycanda müvəqqəti qeydiyyatı olmadığından, qanunsuz yaşayır. Cavabdeh qanunsuz olaraq iddiaçının razılığı olmadan onun mənzilinə müvəqqəti olaraq Miqrasiya Xidmətində qeydiyyta alınması ilə bağlı məlumat verilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli K/Ə3515 №-li cavab məktubuna əsasən bildirilmişdir ki, Cavabdehy Anatolyeviç ünvan 2 ünvanından olduğu yer üzrə qeydiyyatdan çıxarılmışdır. Lakin o, qeydiyyatdan çıxarılsa da, dərhal Rusiya Federasiyasına departasiya edilmədiyindən, Azərbaycanda qanunsuz yaşamaqla iddiaçıya qarşı zorakılıq edir. İddiaçının mənzilindən istifadə hüquqlarını və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, iddiaçı onun əvəzinə kommunal xərclərə görə əlavə ödənişlər etməyə məcburdur. İkincisi, cavbdehin mənzildən istifadə edilməsi ilə bağlı iddiaçının heç bir razılığı yoxdur ki, o iddiaçının xüsusi mülkiyyətində olan mənzilində qalmasına razılaşsın. Üçüncüsü isə cavabdehin məhkumluq həyatı keçirməsindən sonra öz anasına qarşı xüsusi amansız rəftarı hər an həyatı üçün təhlükəli ola bilər. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa dövlətin vətəndaşı olması, amma iddiaçının mənzilində qanunsuz yaşaması dövlət və cəmiyyət qarşısında da, vəzifələrinin icrasına ciddi maneələr yaradır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdeh içki düşkünü olduğu üçün iddiaçıya məxsus ziynət əşyalarını oğurlayaraq satıb içkiyə xərcləmişdir. Qonşuların verdiyi məlumata əsasən cavabdeh artıq içkiyə olan təlabatını ödəmək üçün mənzildə olan digər qiymətli əşyaları da, mənzildən çıxararaq satır. Hesab edir ki mənzildə əşya qalmayacaq. Bundan əlavə onun içki aludəçisi olması, öz hərəkətlərini idarə edə bilməməsi, mənzilin gələcəkdə yararsız və təhlükəli vəziyyətə düşməsinə səbəb ola bilər. Qeyd etmək istəyir ki, dəfələrlə cavabdehin könüllü olaraq iddiaçının mənzilindən çıxması barədə onunla əlaqə yaratmağa çalışsa da, heç bir nəticəyə nail ola bilməmişdir. Çünki o, mənzilin qapısını heç kimə açmır və onunla ünsiyyət yaratmaq istəyən hər kəsi ölürəcəyi ilə hədələyir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh faktiki olaraq Azərbaycanda qanunsuz olaraq yaşadığından o, mənzildən çıxarılmaqla Rusiya Federasiyasına departasiya edilməlidir. Qeyd olunalara əsasən, əvvəllər məhkum olunmuş cavabdehin qanunsuz olaraq iddiaçıya məxsus evdə qalması, onu öldürməklə hədələməsi, bir həftə ərzində həyat və səhhəti üçün təhlükəli olan üsulla onu azadlıqdan məhrum etməsi, hər iki əli ilə boğaraq qəsdən öldürməyə cəhd etməsi və ona iddiaçıya məxsus evdə saxta yolla qalmağa şərait yaradan, 3 il müddətində qanunsuz olaraq Azərbaycanda qalmasına kömək etmiş, vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÖM seriyalı № 007884 nömrəli çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospektində yerləşən, 99/2 saylı evin, 41 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 63 a/s nömrəli reyestr kitabının 12599 nömrəli vərəqində xx.xx.1999-cu ildə qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh qeydiyyatı barədə məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 3515 saylı İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Sizin xx.xx.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş və Ə- 4334/1/6346/ə daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş ərizənizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Rusiya Federasiyasının vətəndaşı Podgornyı Gennadıı ünvan 3 ünvanından olduğu yer üzrə qeydiyyatdan çıxarılmışdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yeri üzrə qeydiyyatı barədə bildirişin surətindən görünür ki, Podqornyı Gennadıı xx.xx.2020-ci il tarixdə müraciətinə əsasən ünvan 4 ünvanında qeydiyyata alınmışdır, sonuncu qeydiyyat tarixi xx.xx.2020-ci il . Qəbul edən tərəf: Valentina Alıyeva. 75 ******* nömrəli Rusiya Federasiyası vətəndaşına məxsus pasportun surətindən görünür ki, Podqornyı Gennadıı xx.xx.1959-cu il tarixdə Azərbaycan SSR-də anadan olmuşdur. xx.xx.2021-ci il tarixli MKTB-nin 30 saylı Mənzil Kommunal İstismar Sahəsinin 30/0532 saylı arayışından görünür ki, İddiaçı ünvan 5 ünvanında pasport qeydiyyatındadır, xx.xx.1999-cu ildə verilmiş 30/12610 saylı qeydiyyat vəsiqəsinə əsasən ev sahibidir. Qeydiyyatda tək özüdür. Ev kitabından (Forma B) çıxarışa əsasən icarədar xx.xx.1939-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri Moskva prospekti 99/2 saylı evin 41 saylı mənzilində xx.xx.2000-ci il tarixindən qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair hüquqlar xx xxxxxxx 2009-cu il tarixdən əvvəl yarandığı üçün cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının yaranıb-yaranmadığının müəyyən edilməsi üçün məhz o zaman qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsində isə göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 1982-ci il tarixdə qəbul edilmiş Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospektində yerləşən, 99/2 saylı evin, 41 nömrəli İddiaçı xx.xx.1999-cu il tarixdən dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətindədir. (ÖM seriyalı № 007884 saylı çıxarış). Həmin ünvanda isə xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh qeydiyyatda olması barədə məlumat yoxdur. (MAPS üzrə məlumat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışı) Cavabdeh iddiaçının oğludur, Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 3515 saylı Rusiya Federasiyasının vətəndaşı Podgornyı Gennadıı ünvan 3 ünvanından olduğu yer üzrə qeydiyyatdan çıxarılmışdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yeri üzrə qeydiyyatı barədə bildirişin surətindən görünür ki, Podqornyı Gennadıı xx.xx.2020-ci il tarixdə müraciətinə əsasən ünvan 4 ünvanında qeydiyyata alınmışdır, sonuncu qeydiyyat tarixi xx.xx.2020-ci il. Qəbul edən tərəf: Valentina Alıyeva. İddiaçı ünvan 5 ünvanında pasport qeydiyyatındadır, xx.xx.1999-cu ildə verilmiş 30/12610 saylı qeydiyyat vəsiqəsinə əsasən ev sahibidir. Qeydiyyatda tək özüdür. Ev kitabından (Forma B) çıxarışa əsasən icarədar xx.xx.1939-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri Moskva prospekti 99/2 saylı evin 41 saylı mənzilində xx.xx.2000-ci il tarixindən qeydiyyatdadır. (xx.xx.2021-ci il tarixli MKTB-nin 30 saylı Mənzil Kommunal İstismar Sahəsinin 30/0532 saylı arayışı) Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin hallarından görünür ki, Cavabdeh (Podgornyı Gennadıı) ailə üzvü olaraq mübahisəli mənzildə yaşamamışdır, daha sonra iddiaçının iradəsi olmadan mənzilə gələrək yaşamağa başlamışdır. Bununla belə məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən mənzilə istifadə hüququ yaranmadığından cavabdehin ünvan 1 ünvanında yerləşən 41 saylı mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Bundan başqa iddiaçının “cavabdehin departasiya edilməsi barədə” iddia tələbinə aid hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi müvafiq icra hakimiyyətinin səlahiyyətinə aid olduğundan həmin hissədə iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. İş materiallarına əsasən, Cavabdeh (Podgornyı Gennadıı) mübahisəli mənzildə yaşamamış, lakin 2016-cı ildən cavabdeh iddiaçının etirazına baxmayaraq mübahisəli mənzildə yaşamağa başlamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 3515 saylı məktubundan göründüyü kimi, Rusiya Federasiyasının vətəndaşı Podgornyı Gennadıı ünvan 3 ünvanından olduğu yer üzrə qeydiyyatdan çıxarılmışdır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Cavabdeh (Podgornyı Gennadıı) müvəqqəti pasport qeydiyyatına alınması öz-özlüyündə, cavabdehin həmin mənzildən istifadə hüququnu yaratmır. Göründüyü kimi cavabdeh sonradan mübahisəli mənzilə müvvəqqəti qeydiyyata düşmüşdür. (xx.xx.2020-ci il tarixli Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yeri üzrə qeydiyyatı barədə bildiriş) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh (Podgornyı Gennadıı) İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 41 saylı mənzilindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Bu konteksdə məhkəmə hesab edir ki, iddianın təmin edilməməsi qanuni və ədalətli, həmçinin insaf və mənəviyyat prinsiplərinə uyğun olması mülahizəsini doğurur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (Podgornyı Gennadıı) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev PR, ev 99/2 ünvanında yerləşən 41 saylı mənzilindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-963/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-963/2021
12.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver