Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-963/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “nikah haqqında akt qeydinin bərpası faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X6 05 oktyabr 1961-ci ildə X9, anası X22, milliyəti azərbaycanlı olmaqla Ermənistan SSR-nin Vardenis rayonun Daşkənd kəndində anadan olması barədə doğum akt qeydinin və onun valideynlərinin X9, anası X8 xx.xx.1939-cu ildə Basarkeçər (Vardanes) rayonunun Daşkənd kəndində rəsmi nikaha daxil olmaları barədə akt qeydlərinin bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1991-ci il tarixində Azərbaycan Respublikasınin Şəmkir rayonun Çənlibel kəndində anadan olmuşdur. X12 onun atasıdır. O, 05 oktyabr 1961-ci ildə Ermənistan SSR-nin Vardenis rayonun Daşkənd kəndində anadan olmuşdur. Milliyəti azərbaycanlıdır. X6 X9dur. X25 xx.xx.1910-cu ildə Ermənistan SSR-nin Vardenis rayonun Daşkənd kəndində anadan olub xx.xx.1998-ci ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Cənlibel kəndində vəfat etmişdir. X6 anası X10r. X15 xx.xx.1923-cü ildə Ermənistan SSR-nin Vardenis rayonun Balaməzrə kəndində anadan olmuş 11 may 2011-ci ildə Baki şəhərində vəfat etmişdir və hər ikisinin milliyəti azərbaycanlıdır. X7 ilə nənəsi X16 xx.xx.1939-cu ildə Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonunun Dağkənd kəndində yaşamış və nikahları da orada rəsmiləşdirmişlər. Hazırda Ərizəçi atasının vəfatı ilə əlaqədar bəzi hüquqi məsələlərini tənzimləmək istəyir, lakin atasının doğum şəhadətnaməsi və onun valideynlərinin evlənmə barədə şəhadətnamələri itdiyi üçün qeyd etdiyi hüquqi məsələləri tənzimləmək olmur və həmin sənədləri başqa yolla əldə etmək və ya bərpa etmək qeyri- mümkündür. Həmin sənədlər ailəsi 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşərkən naməlum şəraitdə itmişdir. Bununla əlaqədar Ərizəçi Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixdə ərizəsi təmin edilməmiş və ona bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ailəsi 1988-ci ildə ailə üzvləri ilə birlikdə məlum səbəbdən Ermənistan SSR-dən məcburi qaçqın düşmüş, Şəmkir rayonun Çənlibel kəndində məskunlaşmışlar. X13 1994-cü ildə ağır xəstə olduğuna görə Moskva şəhərinə müalicəyə getmiş, lakin 28 aprel 1994-cü ildə orda vəfat etmiş Azərbaycan Respublikasının Şəmkir rayonun Çənlibel kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi Baki şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə atasının doğum şahadnaməsinin bərpa olunmasi ücün müraciət etdi, lakin Baki şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi ona məktubla bildirdi ki, mərhumun arxiv sənədləri Ermənistanda qaldığı üçün məhkəməyə müraciət etmək lazımdır. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək onun təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs 1 saylı Bakı Asan Xidmət X27 məhkəməyə məktubla müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs 1 saylı Bakı Asan Xidmət X20 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X37 ifadəsində bildirmişdir ki, Ərizəçi xalasının əridir. X3 Malik Məsim oğlunun atasıdır. X28 05 oktyabr 1961-ci ildə Ermənistan SSR-nin Vardenis rayonun Daşkənd kəndində doğulmuş, Rusiya Federasiyasında vəfat etmişdir. X25 və X2 Məsim Bəşir oğlunun valideynləridir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X29 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısı oğludur. X3 Malik Məsim oğlunun atasıdır. X28 05 oktyabr 1961-ci ildə Ermənistan SSR-nin Vardenis rayonun Daşkənd kəndində doğulmuşdur. X25 və X1 Məsim Bəşir oğlunun valideynləridir. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "X24nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 13-cü bəndinin tələbinə uyğun olaraq X24nın itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfirdən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, X24nın qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Vətəndaş vəfat etdiyindən və doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "X24nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 13-cü bəndinin tələbinə uyğun olaraq X24nın itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, X24nın qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Nikah akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Ərizəçi məxsus AZE seriyalı 15840472 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Şəmkir rayonu, Çənlibel kəndində doğulmuşdur. HT seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, vəsiqə 05 oktyabr 1961-ci il tarixdə doğulmuş X21 adına verilmişdir. V-JQ 473147 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, 05 oktyabr 1961-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonun Daşkənd kəndində doğulmuş X28 və Nümayəndə xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. XV-JQ 474727 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Şəmkir rayonun Çənlibel kəndində doğulmuşdur. X13, anası Nümayəndədır. 05 fevral 1979-cu il tarixli, V-CL 573820 nömrəli SSRİ dövrünə aid sənəddə qeyd olunur ki, X28 05 oktyabr 1961-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonun Daşkənd kəndində doğulmuşdur. Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Çənlibel kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən 12 may 1994-cü il tarixdə X18 adına verilmiş arayışda onun ailə tərkibinin arvadı - Adullayeva Müqədda; oğlu - X28; gəlini - Nümayəndə; nəvələri Ərizəçi və X30 göstərilmişdir. 29 aprel 1994-cü il tarixli ölümün qeydiyyatı sənədində X21 28 aprel 1994-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etdiyi qeyd olunur. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ 475881 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 11 may 2011-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. “Elektron notariat” X4 vasitəsilə “X24” AQİS-dən edilmiş çıxarışda X18 xx.xx.1910-cu il tarixdə doğulduğu və xx.xx.1998-ci il tarixdə ünvan 1 ünvanında vəfat etdiyi qeyd olunub. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X3 Malik Məsim oğlunun atasıdır. X28 05 oktyabr 1961-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonun Daşkənd kəndində doğulmuşdur. X9, anası X14r. X25 və X22 xx.xx.1939-cu il tarixində Ermənistan SSR-nin Vardenis rayonunda rəsmi nikaha daxil olmuşlar. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə mülki işi aşağıdakı qanunvericilik aktlarını tətbiq etməklə araşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.4-cü maddəsinə əsasən ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni zamanda, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 4.1-ci maddəsinə görə, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X24nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X24nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X24nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah X24nın dövlət qeydiyyatı orqanlannda qeydə alına bilmir. Həmin qərarın 5.1-ci maddəsində göstərilmişdir ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız X24nın dövlət qeydiyyatı orqanlannda qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər Yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iş materialları ilə X21 05 oktyabr 1961-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonun Daşkənd kəndində doğulması, atasının X25, anasının X22 olması və valideynlərinin, yəni, X25 və X11 rəsmi nikahda olmaları sübuta yetiriliyindən və Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Milliyyətcə azərbaycanlı olan X21 05 oktyabr 1961-ci il tarixdə Ermənistan, Vardenis rayonun Daşkənd kəndində doğulması faktı təsdiq olunsun. 05 oktyabr 1961-ci il tarixdə Ermənistan, Vardenis rayonun Daşkənd kəndində anadan olmuş X21 doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında 05 oktyabr 1961-ci il, doğum yeri qrafasında Ermənistan, Vardenis rayonunun Daşkənd kəndi, doğum akt qeydində ərizəçinin atası qrafasında (milliyyətcə azərbaycanlı olan) X25, anası qrafasında (milliyyətcə azərbaycanlı olan) X5 göstərilsin. X25 ilə X22 arasında xx.xx.1939-cu il tarixində Ermənistan, Vardenis rayonunda qeydə alınmış nikah haqqında akt qeydi bərpası edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-963/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-963/2024
07.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver