Məhkəmə qərarları › İş №2(005)-991/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-991/2024

29.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-991/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 2018-ci ilin 04 yanvar tarixindən Bakı şəhərinin ərazisində yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1992-ci il tarixində İsmayıllı rayonunun Lahıc qəsəbəsində doğulmuşdur. Əmək fəaliyyəti ilə məşğul olmaqdan ötrü 2017-ci ildə Bakı şəhərinə gəlmiş və o dövrdən indiyədək burada yaşayıb. İlk uzunmüddətli əmək müqaviləni fərdi sahibkar X12 (VÖEN: **********) ilə bağlayaraq xx.xx.2018-ci il tarixindən onun istifadəsində olan ünvan 1 ünvanda yerləşən müəssisədə işləməyə başlayıb. Həmin əmək münasibətləri xx.xx.2019-cu il tarixinədək davam etmişdir. Daha sonra xx.xx.2019cu il tarixində fərdi sahibkar X7 (VÖEN: **********) ilə əmək müqaviləsi bağlayaraq onun istifadəsində olan, ünvan 2 ünvanında yerləşən müəssisədə əmək fəaliyyətinə davam etmişdir. 2020-ci ilin sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar hərbi xidmətə çağırılmış, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və xx.xx.2020-ci il tarixində iştirak etdiyim döyüş əməliyyatında yaralanmışdır. 2021-ci ilin yanvar ayının 16-da ehtiyata buraxılıb. Hərbi xidmətdə olduğu müddətdə əmək müqaviləsi qüvvədə olmuş, iş yeri və peşəsi saxlanılmışdır. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Bakı şəhərinə qayıdıb burada müalicə almağa başlayıb. 2021-ci ilin yanvar ayından bugünədək Bakı şəhərində yerləşən Respublika Psixiatrik Xəstəxanası və X11 müntəzəm tibbi müayinələrdən keçərək müalicə alır (ambulator kitabça çıxarışlarından bir neçəsi ərizəyə əlavə olunur). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyasının qərarı ilə Vətən müharibəsində aldığım xəsarət nəticəsində ona 3-cü qrup əlillik dərəcəsi təyin olunmuşdur (TSEK müayinəsinin nəticələrinə dair elektron məlumat vərəqi əlavə olunur). Bakı şəhərində müalicəyə başladıqdan sonra əmək fəaliyyətini faktik olaraq davam etdirə bilmədiyinə görə sonuncu əmək müqaviləsi xx.xx.2021-ci il tarixində ləğv edilmişdir. xx.xx.2018-ci il tarixindən hərbi xidmətə çağrılana qədər, eləcə də hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.2023-cü il tarixinədək o ünvan 1 ünvanda yerləşən müəssisəsinin daxilində, onun üçün ayrılmış kiçik bir otaqda yaşamışdır. Cari ilin 23 oktyabr tarixindən isə kirayə götürdüyü, ünvan 3 ünvanında yerləşən 99 nömrəli mənzilə köçmüş və hal-hazırda da orada yaşayır. Beləliklə, xx.xx.2018-ci il tarixindən bugünədək (hərbi xidmətdə olduğu dövr nəzərə alınmadan) o Bakı şəhəri Nərimanov rayon ərazisində yaşayır. xx.xx.2023-cü il tarixindən ünvan 4 ünvanında qeydiyyatda olsa da, faktik yaşayış ünvanım kirayədə qaldığı ünvan 5rləşən 99 nömrəli mənzildir. Vətən müharibəsinin iştirakçısı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan bir vətəndaş və sosial müdafiəyə ehtiyacı olan aztəminatlı bir gənc olaraq hesab edir ki onun, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51ci maddəsində (Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması) nəzərdə tutulduğu qaydada yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyə təqdim etdiyi ilkin ərizədə Bakı şəhərində yaşadığı ünvanın ünvan 7i xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi, onun nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısı oğludur. Ərizəçi ona məxsus olan Bakı şəhəri, nərimanov rayonu, X17 prospekti, ev 85, mənzil 47 ünvanında yerləşən müəssisədə işləyir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Daşınmaz Əmlakın icarəyə verilməsi haqqında xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, X1 Zavur Hacı oğlu arasında icarə müqaviləsi bağlanmışdır. - Daşınmaz Əmlakın icarəyə verilməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, icarədar X3 Şamxal Baba oğlu ilə ünvan 9 ünvanında yerləşən mənzili əşyalarla birlikdə 700 manat məbləğində 1 il müddətinə kirayə verir. - 19.12.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.2018-ci il tarixinndən xx.xx.2023-cü il tarixinədək Bakı şəhəri, nərimanov rayonu, X17 prospekti, ev 85, mənzil 47 ünvanında yerləşən fərdi sahibkar X5 istifadəsində olan müəssisəsində yaşamışdır. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair Çıxarışdan görünür ki, Ərizəçi uzunmüddətli dekompensasiya mərhələsi postkontusion sindrom dissosiativ və depressiv əlamətlərlə çoxsaylı özünə xəsarət yetirmələr (özünü kəsmələr) intihar fikirləri və intihara cəhd ilə xəstə xx.xx.2023-cü il tarixdə aqressiv və əsəbi olmuş bu zaman hər iki qolunda çoxsaylı kəsiklər etmiş, fon retinopatiyaları və retinal damar dəyişiklikləri diaqnozu ilə üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. - Sosial arayışdan görünür ki, Ərizəçi yaşadığı yer Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 26/76, mənzil 11 ünvanı qeyd edilmişdir. - Yasamal rayon İcra hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mövcud qanunvericiliyə əsasən o son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. - 05.02.2018-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Ərizəçi qeydiyyatda olduğu ünvan ünvan 11r. - 07.03.2019-cu il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Ərizəçi qeydiyyatda olduğu ünvan ünvan 11r. - 02.09.2019-cu il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Ərizəçi qeydiyyatda olduğu ünvan ünvan 11r. - 15.10.2019-cu il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Ərizəçi qeydiyyatda olduğu ünvan ünvan 11r. - 02.03.2020-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Ərizəçi qeydiyyatda olduğu ünvan ünvan 11r. - 10.06.2020-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Ərizəçi qeydiyyatda olduğu ünvan ünvan 11r. - AR DİN Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Şöbəsinin məktubundan görünür ki, Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, X17 prospekti, ev 85, mənzil 47 ünvanında yaşayıb-yaşamaması barədə arayış verilməsi polisin səlahiyyətlərinə aid olmadığından ona arayış verilməsi mümkün olmamışdır. - İsmayıllı Rayon İcra Hakimiyyətinin 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi vətən müharibəsinin 3-cü qrup əlili olduğunu nəzərə alaraq evlə təmin olunmağı üçün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində mənzil növbəsinə alınmağına köməklik göstərilməsi barədə İsmayıllı Rayon İcra Hakimiyyətinə ünvanlana müraciətə baxılmışdır. Bildirilmişdir ki, müraciətinə İsmayıllı Rayon İcra Hakimiyyəti yanında “Mənzil komissiyası”nda baxılmış və İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 05 oktyabr 2023-cü il tarixli 129 nömrəli sərəncamı ilə yaşayış sahəsi almağa ehtiyacı olan qismində qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): Maddə 30. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. SSRİ Nazirlər Soveti və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda və qaydada vətəndaşlar yaşayış yerindən kənarda da uçota götürülə bilərlər. Qüvvədə olan AR Mənzil Məcəlləsi: 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.[23] 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü i tarixli, 418 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan SSR Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən rayon, şəhər (respublika tabeli şəhər) xal deputatları Sovetlərinin icraiyyə komitələrinə icazə verilsin ki, əgər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həmin yaşayış məntəqəsinin müəssisələrində, idarələrində, təşkilatlarında azı 3 il, Bakı şəhərinəd isə azı beş il işləyir, lakin başqa yaşayış məntəqələrinəd yaşayır və pasport qeydiyyatındadılarsa, onları istisna qaydasında, müəssisə, idarə, təşkilat müdiriyyətinin və müvafiq həmkarlar ittifaqı komitəsinin birgə xahişi ilə yaşayış yerindən kənarda uçota götürsünlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Məhkəmə hesab edir ki, ərizəçinin 04 yanvar 2018-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx xxxxxxxx 1992-ci il tarixdə İsmayıllı rayonunun Lahıc qəsəbəsində doğulmuşdur. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dünya iqtisadiyyatı, əyani” fakültəsində bakalavr təhsil səviyyəsi üzrə təhsil almışdır. Eyni zamanda əmək müqaviləsi bildirişlərindən də müəyyən edilir ki, ərizəçi 04 yanvar 2018-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Şahid ifadəsi də ərizəçinin həmin dövrdən etibarən Bakı şəhərinin ərazisində yaşamasını təsdiq edir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və onun 2018-ci ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 2018ci ilin 04 yanvar tarixindən Bakı şəhərinin ərazisində yaşaması faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 2018-ci ilin 04 yanvar tarixindən Bakı şəhərinin ərazisində yaşaması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar