Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1008/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli AL-418 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən cavabdehin müvəqqəti sahiblik və istifadəsinə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA568736 ban, 0148 mühərrik nömrəli, ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən cavabdeh illik 12 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.72 manat, ümumilikdə isə 18706.48 manat məbləğində pulu iddiaçının hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18706.48 manatın 14800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2020-ci il tarixdə 200 manat məbləğində olmuşdur. Eyni zamanda cavabdehin xx xxxxxxx 2017-ci il tarixli AL-418 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2020-ci il tarixə 2250.84 manat gecikdirilmiş əsas, 153.23 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 349.56 manat dəbbə pulu, cəmi 2753.63 manat borcu yaranmışdır. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Göstərilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli AL-418 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA568736 ban, 0148 mühərrik nömrəli, ağ rəngli avtomobilin iddiaçıya geri qaytarılması, cavabdehdən xx xxxxxxx 2017-ci il tarixli AL-418 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2020-ci il tarixə 2250.84 manat gecikdirilmiş əsas, 153.23 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 349.56 manat dəbbə pulu, cəmi 2753.63 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli AL-418 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA568736 ban, 0148 mühərrik nömrəli, ağ rəngli avtomobilin iddiaçıya geri qaytarılması, cavabdehdən xx xxxxxxx 2017-ci il tarixli AL-418 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2021-ci il tarixə 3653,5 manat gecikdirilmiş əsas, 309,45 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 933,83 manat dəbbə pulu, cəmi 4896,78 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Guseinov Gasan izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə məlumatladırılmasına baxmayaraq cavabdeh iştirak etməmiş və bunun səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli AL-418 saylı “Daxili lizinq müqaviləsi”nin surətindən görünür ki, iddiaçı, dəyəri 14800 manat olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA568736 ban, 0148 mühərrik nömrəli, ağ rəngli avtomobili cavabdehə 48 ay müddətinə lizinqə verməyi, cavabdeh isə lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2017-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, iddiaçı tərəfindən “Daewoo Gentra” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə təhvil vermiş və cavabdeh avtomobili təhvil almışdır. İşdə olan AC seriyalı 692919 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA568736 ban, 0148 mühərrik nömrəli, ağ rəngli avtomobil iddiaçının adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 135 saylı Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu, 3653,5 manat əsas, 309,45 manat mükafat, 933,83 manat cərimə borcu təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxxx 2017-ci il tarixli AL-418 saylı “Daxili lizinq müqaviləsi” bağlanmış və müqaviləyə əsasən iddiaçı, dəyəri 14800 manat olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA568736 ban, 0148 mühərrik nömrəli, ağ rəngli avtomobili cavabdehə 48 ay müddətinə lizinqə verməyi, cavabdeh isə lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən “Daewoo Gentra” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə təhvil vermiş və cavabdeh avtomobili təhvil almışdır. Cavabdehin iddiaçıya olan borcu, 3653,5 manat əsas, 309,45 manat mükafat, 933,83 manat cərimə borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 746-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan daxili lizinqi müqaviləsinə istinad edir. Məhkəmə hesab edir ki, cavabdeh xx xxxxxxx 2017-ci il tarixli AL-418 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və yuxarıda göstərilən maddi hüquq normalarına əsasən iddiaçının tələbi əsas və mükafat borclara münasibətdə əsaslı olduğundan cavabdehdən qeyd edilən lizinq müqaviləsi üzrə 3653,5 manat əsas və 309,45 manat mükafat borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 13.9-cu bəndinə əsasən cavabdeh dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 933,83 manat dəbbə pulu məbləği yaranmış 3653,5 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 50 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. İddia tələbinin müqavilənin ləğv edilməsi və lizinq obyektinin geri qaytarılması hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, lizinq müqaviləsinə 3 saylı əlavədən göründüyü kimi aylıq lizinq ödənişinin 389,72 manat və cavabdehin iddiaçıya olan borcunun 3653,5 manat olmasını nəzərə aldıqda, cavabdeh lizinq obyektindən istifadə üçün haqqı lizinq müqaviləsi ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəniş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən iddiaçının müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ olduğundan, iddia həmin hissələrdə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli AL-418 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilməli, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA568736 ban, 0148 mühərrik nömrəli, ağ rəngli avtomobil iddiaçıya geri qaytarılmalı, cavabdehdən xx xxxxxxx 2017-ci il tarixli AL-418 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 3653,5 manat gecikdirilmiş əsas, 309,45 manat gecikdirilmiş mükafat və 50 manat dəbbə pulu borcu və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli AL-418 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilsin. Lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA568736 ban, 0148 mühərrik nömrəli, ağ rəngli avtomobil İddiaçı ASC-yə geri qaytarılsın. Cavabdeh xx xxxxxxx 2017-ci il tarixli AL-418 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 3653,5 ( üç min altı yüz əlli üç manat, əlli qəpik) manat gecikdirilmiş əsas, 309,45 (üç yüz doqquz manat, qırx beş qəpik) manat gecikdirilmiş mükafat və 50 (əlli) manat dəbbə pulu borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1008/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1008/2021
13.04.2021 · Müqavilələrin ləğv edilməsi - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver