Məhkəmə qərarları › İş №2(006)-101/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-101/2022

04.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-101/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdehlərin vəkili və nümayəndəsi Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" MTK və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" MTK və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTKnın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X12” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilin təmir işlərinə onun tərəfindən xərclənmiş 850.000 (səkkiz yüz əlli min) manat pulun, həmin mənzilin məişət əşyalarına görə xərclənmiş 115.000 (yüz on beş min) manat pulun, cəmi 965.000 (doqquz yüz altmış beş min) manat pulun, AR MM-nin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 241.250 manat faizlərin, AR Mülki Məcəlləsinin 449.1 və 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 325.687 manat faizlərin, iddia üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2015-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xahişi ilə "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X12” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 145 saylı mənzildə bütün təmir işlərini, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, rəngsaz, divar kağızı, emulsiya, boya, qapı, pəncərə, evin soyutma və havalanma sistemi, evin döşəməsi, parketi, hamam ve sanitar qovşağında aparılmış kafel ve metlaq işləri və sairə ilə bağlı bütün təmir işlərini öz hesabına həyata keçirmişdir. Həmçinin, bu təmir işləri zamanı istifadə olunmuş bütün tikinti materiallarının sifarişi, alınması, daşınması, təmir işlərini yerini yetirmiş usta və fəhlələrin əmək haqqları onun pul vəsaiti hesabına ödənilmişdir. Təmir işlərinə onun tərəfindən 850.000 (səkkiz yüz əlli min) manat pul xərclənmişdir. Bundan başqa, qeyd edilmiş mənzilin pərdələrinin, çilçıraqların, bütün otaqların mebellərinin, yəni, yataq otağı, qonaq otağı, mətbəx mebellərinin, bütün məişət avadanlıqlarının, o cümlədən, televizor, soyuducular, kondisionerlər, qaz sobasının dəyərləri də onun pul vəsaiti hesabına ödənilmişdir. Bu əşyalara görə onun tərəfindən 115.000 (yüz on beş min) manat pul xərclənmişdir. Yuxarıda göstərilən işləri görməyinə və cəmi 965.000 (doqquz yüz altmış beş min) manat pul vəsaitini xərcləməyinə səbəb onun qızı Sadıqlı Aida ilə cavabdehlərin oğlu Sadıqlı Ülvinin 2015-ci ildə ailə həyatı qurması olmuşdur. Onunla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vbatməd qızı arasında razılaşmaya əsasən, qızı ilə onların oğlu mənzilə köçdükdən sonra cavabdehlər mənzilə çəkdiyi təmir xərclərinin və ev əşyalarının dəyərini ona ödəməli idilər. 15.03.2015-ci il tarixdə qızı ailəsi ilə təmir etdirdiyi həmin mənzilə köçmüşdür. Lakin həmin tarixdən indiyə kimi, mənzilin təmir xərclərinin və ev əşyalarının cəmi dəyəri olan 965.000 (doqquz yüz altmış beş min) manat pul vəsaitini cavabdehlər Sadİqov Qurban Rza oğlu və Cavabdeh2 ona qaytarmamışlar. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi uçot dərəcəsi 6.75%-dir. Beləliklə, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclunun pul məbləğinin ödənilməsini gecikdirməsinə görə, gecikdirilmiş 5 il üçün illik 5% dərəcəsi ilə borc məbləğinə hesablanmış faizlər 241.250 manat, AR Mülki Məcəlləsinin 449.1 və 449.2-ci maddələrinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz 5 il gecikdirməklə faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6.75% dərəcəsi ilə borc məbləğinə hesablanmış faizlər 325.687 manat təşkil edir. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X12” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilin təmir işlərinə xərclənmiş 850000 (səkkiz yüz əlli min) manat pulun, AR MM-nin 445.7-ci maddəsinə əsasən həmin pul məbləğinin ödənilməsini gecikdirilməsinə görə son 3 il üzrə hesablanmış 127.500 manat faizlərin, AR Mülki Məcəlləsinin 449.1, 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 191.250 manat faizlərin, "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən “X12” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilin alınması üçün "xxxx" ASC-yə ödənilmiş 510.000 (beş yüz on min) manat pulun, AR MM-nin 445.7.-ci maddəsinə əsasən həmin pul məbləğinin ödənilməsini gecikdirilməsinə görə son 3 il üzrə hesablanmış 76.500 manat faizlərin, AR Mülki Məcəlləsinin 449.1, 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 95.625 manat faizlərin, iddia üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1.850.905 (bir milyon səkkiz yüz əlli min doqquz yüz beş) manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 İddiaçı xeyrinə tutulması, tutmanın "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən “X12” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilə (mənzilə olan pay hüquqlarına) yönəldilməsi, həmin mənzilin hərracdan satılması və satışdan əldə edilən pulun borc hesabına iddiaçıya ödənilməsi, bu kifayət etmədikdə isə borcun cavabdehlərdən, o cümlədən digər əmlaklarına yönəldilməsi hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı, 2015-ci ildə, cavabdeblər Cavabdeh1 və Cavabdeh2 xahişi ilə "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X13” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 145 saylı mənzildə bütün təmir işlərini, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, rəngsaz, divar kağızı, emulsiya, boya, qapı, pəncərə, evin soyutma və havalanma sistemi, evin döşəməsi, parketi, hamam ve sanitar qovşağında aparilmis kafel ve metlağ isləri və sairə ilə bağlı bütün təmir işlərini öz hesabına həyata keçirmişdir. Həmçinin, bu təmir işləri zamanı istifadə olunmuş bütün tikinti materiallarının sifarişi, alınması, daşınması, təmir işlərini yerini yetirmiş usta və fəhlələrin əmək haqqları onun pul vəsaitim hesabına ödənilmişdir. Təmir işlərinə iddiaçı tərəfindən mal material və usta, fəhlə pulları ilə birlikdə 850.000 (səkkiz yüz əlli min) manat pul xərclənmişdir. Həmçinin, İddiaçı cavabdehlərə inanaraq, "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən “X12” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilə görə cavabdehlərin əvəzinə, qaytarılması şərti ilə, "xxxx" ASC-yə 510000 (beş yüz on min) manat pul ödəmişdir. Bu vəsaitlər İddiaçı tərəfindən şəxsən və onun tapşırığı və vəsaiti hesabına onun işçiləri tərəfindən "xxxx" ASC-yə nağd ödənilmişdir. Bunları təsdiq edən şahidlər, ödəniş qəbzləri də məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən vəkili və nümayəndəsi Vəkil2 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili və nümayəndəsi Vəkil1 iddiaya etiraz edərək bildirmişdir ki, "xxxx" MTK-nın inşa etdiyi, ünvan 2 ünvanında yerləşən “X12” yaşayış kompleksinin B blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilin İddiaçı tərəfindən öz təklifi və vəsaiti hesabına 2014-2015-ci illər ərzində təmir olunmasını iddia ərizəsində iddiaçı bilavasitə göstərmişdir. Məhkəmənin nəzər diqqətinə çatdırır ki, iddia ərizəsinə verilmiş etirazda tərəflər arasında olan münasibətlər ətraflı şəkildə şərh edilmişdir. Əlavə olaraq bir daha qeyd etməyi zəruri hesab edir ki, İddiaçı qardaşı Ramiz Məmmədovun müntəzəm təşkilatçılığı ilə İddiaçı və həmçinin onların bacısı oğlu, biznes şərikləri olan Babək İsmayılovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Baş Prokuroru. yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə, Yasamal Rayon Prokurorluğuna və Yasamal Rayon Polis İdarəsinə Cavabdeh1 barəsində ünvanladıqları, düşmənçilik etmək və qisas almaq məqsədi daşımaqla, həqiqətə uyğun olmayan, tamamilə şər və böhtandan ibarət şikayət ərizələri bütün aidiyyəti qurumlarda müvafiq qaydada araşdırılmış, İddiaçı və bacısı oğlu, həmçinin biznes şəriki olan X36 Sadıqov barəsində şikayət ərizələrində göstərdikləri xüsusatlarla bağlı hüquqi qiymət verilməsi üçün işin araşdırılmsı aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində şikayət ərizələri hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış, şahid qismində bir çox adamlar dindirilmiş, şikayət ərizələrində göstərilənlərin qisas və düşmənçilik xarakterli olduğu sübuta yetirilmiş, şikayətlərin ailə-məişət zəminində olduğu müəyyən edilmişdir. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma gedən zaman İddiaçı və onun bacısı oğlu, həmçinin biznes şəriki olan Babək İsmayılovun müntəzəm etdikləri şikayətlər əsasında iş materialı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Yasamal Rayon Polis idarəsinin istintaq Şöbəsindən götürülərək, təkrar araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilmişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi, İ dərəcəli hüquqşünas Səbuhi Alıyev və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X33 tərəfindən 23 iyun 2021-ci il tarixli “Cinayət işinin başlanılmasmın rədd edilməsi barədə” Qərarda göstərilir ki, Bakı şəhər sakini X16 Azərbaycan Respublikası Nazirlər X30 şöbəsinin Vətəndaşların qəbulu sektorunun müdiri Cavabdeh1 dələduzluq edərək ona məxsus 300.000 manat pulunu talaması, həmçinin İddiaçı Cavabdeh1 ona qarşı dələduzluq edərək 300.000 ABŞ dolları vəsaitini ələ keçirməsi barədə müraciətləri ilə əlaqədar Bakı şəhəri, Yasamal RPİ-də toplanmış materiallar 09.04.2021-ci il tarixdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş və araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, 2014cü ildə Cavabdeh1 övladı Ülvi Sadıqlı ilə İddiaçı qızı Aida Məmmədova nişanlanmış, həmin vaxtdan sonuncuların qohumluq münasibətləri yaranmış, ailələr arasında toyun təşkili, Ülvi Sadıqlı ilə Aida Məmmədovanın xarici ölkələrə səyahət etmələri, ayrı evdə yaşamaları barədə İddiaçı və ailəsinin təkidi ilə Cavabdeh1 yüksək məbləğdə vəsait xərcləyərək qeyd olunanları həyata keçirmiş, övladının ayrı evdə yaşaması üçün "xxxx" MTK-nın inşa etdiyi ünvan 2 ünvanında yerləşən “X12" yaşayış kompleksinin “B” blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzili 625.000 manata almış, daha sonra ailə üzvlərinin bir yerdə olmasını rəhbər tutaraq, qızı üçün də həmin binadan 140 nömrəli mənzili almış, eyni zamanda hər iki mənzilə görə ümumilikdə 70.000 manat ödəməklə iki qaraj almış, hər iki mənzil və qarajlari arvadı Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Ülvi Sadıqlıya alınmış mənzil sonuncunun qayınatası İddiaçı təşəbbüsü ilə onun vəsaiti hesabına qızına hədiyyə olaraq təmir edilmiş, İddiaçı və qızı Ülvi Sadıqlıya ** UA *** dövlət qeydiyyat nömrə nişanını hədiyyə etmişdir. Loğmanın hədiyyə etdiyi yeni dövlət nömrə nişanına görə Loğmanın və onun qızının Ülvi Sadıqlıya olan təkidləri ilə yeni maşın alası olmuşlar. Ülvi Sadiqlının şəxsi istifadəsində olan, dəyəri 160.000 (bir yüz altmış min) ABŞ dolları olan eyni markalı minik maşınını tələsik yan qiymətinə satdırılaraq yenidən "xxxx" ASC-dən 108.500 ABŞ dolları məbləğində kredit götürərək “Mersedes Benz G63 Class” markalı yeni maşın alınmış, həmin avtomobil bank faizləri ilə birlikdə ailəyə 260.000 ABŞ dollarına başa gəlmişdir. Nəticədə, Cavabdeh1 borcları yaranmış, 2015-ci ildən həmin borcları ödəməkdə çətinlik çəkmiş, buna görə də 2015-ci ilin sonunda qudası İddiaçı hər ay 5.000 (beş min) ABŞ dollar məbləğində faiz ödəmək şərtilə 300.000 (üç yüz min) ABŞ dolları borc, həmin vəsaitdən 30.000 (otuz min) ABŞ dolları faiz, əsas borcdan isə 100.000 (bir yüz min) ABŞ dollar məbləğində vəsaiti Loğman Məmədova qaytarmışdır. Cavabdeh1 yaranmış külli miqdarda borcunu ödəyə bilmədiyi üçün yenidən qudası İddiaçı borca pul istəmiş, İddiaçı da qızı Aida Sadıqlının (Məmmədovanın) mənafeləri naminə sonuncunun yaşadığı mənzilə görə ödənilməli olan 500.000 (beş yüz min) manat vəsaiti banka ödəmişdir. Cavabdeh1 aldığı pulları qaytara bilmədiyindən 2017-ci ildə qızı üçün aldığı və arvadı Cavabdeh2 adına olan ünvan 4 ünvanında inşa edilmiş "X14” yaşayış kompleksinin ”B” blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzili 974.000 (doqquz yüz yetmiş dörd min) ABŞ dollara qiymətləndirməklə borcun əvəzinə İddiaçı təklifi əsasında ona vermiş, həmin mənzil sonuncunun razılığı və təklifi əsasında bacısı oğlu X17 adına rəsmiləşdirilmişdir. Sözügedən mənzilə görə Babək İsmayılovdan əlavə daraq 300.000 (üç yüz min) manat pul alınmamışdır. Sonradan İddiaçı həmin mənzili 2019-cu ilin iyul ayında özünün biznes şəriki, Rusiya Federasiyası vətəndaşı X5 3.000.000 (üç milyon) ABŞ dolları borcunun əvəzində müvafiq rəsmiləşdirmə aparmaqla ona vermişdir. Bundan başqa Cavabdeh1 dövlət tərəfindən ona verilmiş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74, “B” yaşayış kompleksi, İ blok, İX mərtəbə (Vİİ yaşayış) 39 nömrəli mənzili qarajı ilə birlikdə 2017-ci ildə X8 300.000 (üç yüz min) manata satmış, həmin mənzilin Babək İsmayılova və ya başqa hər hansı şəxsə satılması ilə bağlı danışıq və ya razılaşma halları olmamışdır. Qohumluq münasibətinə görə Cavabdeh1 qudası İddiaçı müxtəlif vaxtlarda ümumilikdə təxminən 900.000 (doqquz yüz min) ABŞ dolları vəsait borc almış, sələmə verilmiş borca görə 30.000 (otuz min) ABŞ dolları faiz ödəmiş, həmin borcun əvəzi olaraq, ünvan 2 ünvanında inşa edilmiş “X12" yaşayış kompleksinin “B” blokunda yerləşən 4 otaqdan ibarət 140 saylı mənzili sonuncunun təklifi və razılığı X49 adına rəsmiləşdirilmişdir. İddiaçı keçmiş qudası Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa Cavabdeh1 rayon icra başçısı təyin olunması ilə bağlı yüksək vəzifəli şəxsə külli miqdarda pul verməsi adı ilə qudası İddiaçı 300.000 (üç yüz min) ABŞ dolları borca pul verməsi faktı da öz təsdiqini tapmamışdır. Cavabdeh1 araşdırma zamanı verdiyi izahatında onunla bağlı yuxarıda qeyd olunan halları təsdiq etmişdir. İddiaçı isə izahatında göstərmişdir ki, "xxxx" MTK-nın inşa etdiyi ünvan 2 ünvanında yerləşən “X12” yaşayış kompleksinin “B” blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilə gorə yaranmış borcu qudası Cavabdeh1 əvəzindən ödəmiş, eyni zamanda 2018-ci ilin yanvar ayında qudası Cavabdeh1 Azərbaycan Respublikası Qaçqınların və X22 üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun köməyi ilə yaxın vaxtlarda rayonların birinə icra başçısı təyin ediləcəyini bildirib bunun üçün zəruri olduğundan ondan 300.000 (üç yüz min) ABŞ dolları pul vəsaiti almış, lakin bunların yalan olduğunu öyrənmiş, həmin puldan Cavabdeh1 100.000 (bir yüz min) ABŞ dollar qaytarsa da, 200.000 (iki yüz min) ABŞ dollar pulunu qaytarmamışdır. Eyni zamanda Cavabdeh1 onun bacısı oğlu Babək İsmayılova mənzil satmaq adı ilə sonuncudan 300.000 (üç yüz min) manat pul almışdır. X37, İddiaçı şirkətində çalışan X23 və X44 izahatlannda özlərinə aid hissədə İddiaçı göstərdiklərini təsdiq etmişlər. Araşdırma zamanı təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, H.Zərdabi prospekti 74, “B” yaşayış binası, İ blok, X mərtəbə (İX yaşayış), 44 nömrəli, 271.44 kv.m sahəsi olan 4 otaqlı mənzil 01.06.2018-ci il tarixdə Lənkəran rayonu, Xarxatan kənd sakini X7, Bakı şəhəri, Yasamal rayonu, H.Zerdabi prospekti 74 “B" yaşayış kompleksi, İ blok, İX mərtəbə (Vİİİ yaşayış) 39 nömrəli, 271.44 kv.m sahəsi olan 4 otaqlı mənzil isə 12.03.2019-cu il tarixdə ünvan 5 ünvanında yaşayan X1. İddiaçı təqdim etdiyi bir ədəd diskə baxış protokolundan görünür ki, Cavabdeh1 qudası İddiaçı ümumilikdə 880.000 (səkkiz yüz səksən min) ABŞ dolları borca pul aldığını etiraf etmiş, İddiaçı da bununla razılaşmışdır. Beləliklə, Cavabdeh1 ilə İddiaçı arasında qohumluq münasibətlərindən irəli gələrək mülkihüquqi münasibətləri yaranmış, yəni Cavabdeh1 İddiaçı və onun ailə üzvlərinin ucbatından yaranan, müxtəlif vaxtlarda banklara olan borclarını ödəyə bilmədiyi üçün qudası İddiaçı ümumilikdə 900.000 (doqquz yüz min) ABŞ dolları borc almış, həmin borcun əvəzinə isə ünvan 2 ünvanında inşa edilmiş “X12" yaşayış kompleksinin “B” blokunda 4 otaqdan ibarət 140 saylı mənzili sonuncunun təklifi və razılığı X49 adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş bir daha hərtərəfli, daha dərindən araşdırılmış, əlavə şahidlər dindirilmiş, sübutlar toplanmış, bütün ərizələrdə göstərilənlər düşmənçilik etmək və qisas almaq məqsədi daşımaqla həqiqətə uyğun olmayan, tamamilə şər və böhtandan ibarət olduğu sübuta yetirilmiş, nəticədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi, İ dərəcəli hüquqşünas Səbuhi Alıyev və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X33 tərəfindən 23 iyun 2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. Həmin qərarla tam sübut olunmuşdur ki, Cavabdeh1 banklar qarşısında olan borclarını ödəyə bilmədiyi üçün müxtəlif vaxtlarda İddiaçı borc pul almış, həmin borcun əvəzində isə ünvan 2 ünvanında inşa edilmiş “X15” yaşayış kompleksinin “B” blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzili İddiaçı razılığı ilə bacısı oğlu Babək İsmayılovun adına sənədləşdirərək İddiaçı verməklə aralarında olan borc münasibətləri bitmişdir. Loğman Məmədov Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi, İ dərəcəli hüquqşünas Səbuhi Alıyevin və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9 23 iyun 2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərarı ilə razılaşmayaraq qərardan məhkəmə nəzarəti qaydasında Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsi, işin yenidən araşdırılması üçün həmin orqana qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 6(001)-217/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23.06.2021-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə Loğman Məmədovun verdiyi şikayət rədd edilmişdir. Binəqədi Rayon Məhkəməsinin göstərilən qərarından narazı qalan İddiaçı qərardan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək qərann ləğv edilməsini tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 6(103)-36/2022 saylı iş üzrə 31.01.2022-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmədən, Binəqədi Rayon Məhkəməsinin 6(001)-217/2021 saylı qərarı dəyişdirilmədən saxlanılaraq bir daha məhkəmə qərarı ilə sübut olunmuşdur ki, tərəflər arasında olan bütün borc münasibətləri 2017-ci ildə yuxarıda göstərilən mənzillə əvəzləşdirilmişdir. Məhkəmənin nəzərinə xüsusilə çatdırmağı vacib hesab edir ki, cavabdehlərin ailəsinin İddiaçı qarşısında borclanmasından istifadə edən Loğman Məmədov yuxarıda göstərilən mənzillə borcu əvəzləşdirən zaman həmin mənzil üçün "xxxx" ASC-yə 816.000 (səkkiz yüz on altı min) manat borc qaldığını bildirmiş, lakin hazırki iddia tələbi üzrə məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərində cəmi 510.000 (beş yüz on min) manat pul ödədiyi sübut olunur. Göründüyü kimi ailənin çətin durumundan məharətlə sui-istifadə edən İddiaçı cavabdehlərin ona olan etibarından sui-istifadə edərək onlara qarşı 306.000 (üç yüz altı min) manat dələduzluq əməli etməkdən belə çəkinməmişdir. Məhkəmənin nəzərinə onu da çatdırmağı vacib hesab edir ki, İddiaçı Cavabdeh1 barəsində müxtəlif qurumlara, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinə yazdığı şikayət ərizəsində də etiraf edir ki, aralarında olan pul mübahisələri ilə əlaqədar əvvəlcə razılaşdıqları üçün birbirlərinə barışıq sazişi nümunələri tərtib edərək göndərmişlər. Bununla əlaqədar bildirir ki, İddiaçı hazırda nümayəndəsi və vəkilinin elektron ünvanından onun elekton ünvanına göndərdiyi barışıq sazişində etiraf edərək təsdiq edir ki, Cavabdeh1 İddiaçı müxtəlif vaxtlarda aldığı, ümumilikdə isə 974.118 (doqquz yüz yetmiş dörd min bir yüz on səkkiz) ABŞ dolları və ya 1.656.000 (bir milyon altı yüz əlli altı min) manat məbləğində yaranmış borc öhdəliyinin əvəzinə ünvan 2 ünvanında inşa edilmiş “X14” yaşayış kompleksinin “B” blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı tam təmirli mənzil İddiaçı təklifi ilə 856.471 (səkiz yüz əlli altı min dörd yüz yetmiş bir) ABŞ dolları və ya 1.456.000 (bir milyon dörd yüz əlli altı min) manat dəyərində qiymətləndirilərək Bakı şəhəri, 29 saylı Notarial Kontorunda, 2017-ci il 27 oktyabr tarixində notarial qaydada Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 razılığı əsasında İddiaçı razılığı və təklifi ilə onun bacısı oğlu X16 adına rəsmiləşdirilmişdir. Həmin əvəzləşməyə əsasən İddiaçı 856.471 (səkiz yüz əlli altı min dörd yüz yetmiş bir) ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı Cavabdeh1 qarşı hazırda və gələcəkdə heç bir tələb irəli sürməyəcəkdir. Onu da məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edir ki, barışıq sazişi layihəsinin əsasında ödənilməsi nəzərdə tutulan 117.647 (bir yüz on yeddi min altı yüz qırx yeddi) ABŞ dolları və ya 200.000 (iki yüz min) manat pul qohumluq münasibətləri bitdikdən sonra guya o vaxt quda olduqları üçün mənzilin qiymətini o qiymətə razılaşmışdı. Loğman Məmədov qohumluq münasibətləri bitdiyi üçün mənzilin dəyərinin o zaman 200.000 (iki yüz min) manat baha hesablandığını bildirərək, sonradan həmin vəsaiti geri tələb etməyə başladı. Bu isə tələb olunan həmin pul vəsaitinin bir hissəsidir ki, yuxarıda göstərilən qərarlarla bütün borcların onlara verilən mənzillə əvəzləşməsi tam sübuta yetirilmişdir. Bununla da, 30 ilə yaxın bir müddətdə Cavabdeh1 ailəsinin əldə etdiyi Yasamal rayonundakı 3 (üç) mənzil, qızının qayınatasına məxsus mənzili və qızları üçün alıb təmir etdirdikləri mənzillər də satılaraq Loğman Məmədovun məqsədyönlü şəkildə ailəni borclanmaya məruz qoyduğu üçün kredit və bank faizlərinə xərclənmiş, dörd mənzili əllərindən çıxmış, qızı ailəsi ilə hazırda onlarla birlikdə, qızının qaynatasıgilə məxsus mənzildə yaşayırlar. İddiaçı Cavabdeh1 və X24 qarşı pul tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini, qətnamə qəbul edilərkən iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü nəzərə alınmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi X10 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTKyə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanılmış 23.10.2014-cü il tarixdə “Mənzil İnşaatı Müqaviləsi”nindən görünür ki, "xxxx" MTK ünvan 6 ünvanında yerləşən B-blok, ümumi sahəsi 278 m2 olan 4 otaqlı, 145 saylı mənzili Cavabdeh2 mülkiyyətinə verməyi, sonuncu isə həmin əmlakın dəyərini MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Səadət sarayı (Bakı Nikah evi) tərəfindən 14.03.2015-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X38 ilə X25 14.03.2015-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 225 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sadıqlı, arvada Sadıqlı soyadı verilmişdir. Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya ünvanlamış 27.10.2017-ci il tarixli notariat qaydasında təqsdiq edilmiş ərizənin surətindən görünür ki, onun istifadəsində olan ünvan 6 ünvanında yerləşən B-blok, ümumi sahəsi 278 m2 olan 4 otaqlı, 140 saylı dupleks mənzilin X2 etiraz etmədiyini bildirmiş və 29.10.2014-cü il tarixli, **********13914 saylı kredit müqaviləsi üzrə bütün öhtəliklərini yerinə yetirəcəyini bildirmişdir. Cavabdeh1 tərəfindən "xxxx" MTK-ya ünvanlamış 27.10.2017-ci il tarixli notariat qaydasında təqsdiq edilmiş ərizənin surətindən görünür ki, yoldaşı Cavabdeh2 istifadəsində olan ünvan 6 ünvanında yerləşən B-blok, ümumi sahəsi 278 m2 olan 4 otaqlı, 140 saylı dubleks mənzilinin X2 etiraz etmədiyini bildirmişdir. 18.12.2018-ci il tarixli, ******* nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 51.000 manat məbləğində pul “Kreditin ödəniş cədvəli üzrə ödənilməsi” təyinatı üzrə Cavabdeh2 "xxxx" ASC-dəki hesabına ödəniş edilmişdir. 05.11.2018-ci il, 22.10.2018-ci il, 16.10.2018-ci il, 08.08.2018-ci il, 30.07.2018-ci il, 06.07.2018-ci il, 29.05.2018-ci il, 26.04.2018-ci il və 18.02.2019-cu il tarixli qəbzlərin surətindən görünür ki, X44 tərəfindən müvafiq olaraq 51.000 manat, 20.000 manat, 31.000 manat, 21.000 manat, 30.000 manat, 51.000 manat, 51.000 manat, 51.000 manat və 51.000 manat məbləğində pul “Kreditin ödəniş cədvəli üzrə ödənilməsi” təyinatı üzrə Cavabdeh2 "xxxx" ASC-dəki hesabına ödəniş edilmişdir. 30.08.2018-ci il tarixli və 13.06.2019-cu il tarixli qəbzlərin sürətindən görünür ki, X18 tərəfindən müvafiq olaraq 51.000 manat və 51.000 manat məbləğində pul “Kreditin ödəniş cədvəli üzrə ödənilməsi” təyinatı üzrə Cavabdeh2 "xxxx" ASC-dəki hesabına ödəniş edilmişdir. X46-mühəndis, X27 (malyar), X34 (usta), X28 (elektrik), X39 (usta), X35 (elektrik), X6 (suvaqçı), X11 (usta) tərəfindən tərtib edilərək öz imzaları ilə təstiq edilmiş 17.12.2020ci il tarixli aktdan görünür ki, ünvan 7 ünvanınd yerləşən X12 yaşayış kompleksinin B blokunda 278 kvm sahəsi olan 4 otaqlı, 145 saylı mənzilində bütün təmir işlərini, o cümlədən hörgü, rəngsaz, divar kağızı, emulsiya, boya, qapı, pəncərə, evin soyutma və havalanma sistemi, evin döşəməsi, parketi, hamam və sanitar qovşağında aparılmış kafel, metlağ işləri və sairə həyata keçirmişlər. Qeyd edilmiş təmir işlərinə görə İddiaçı tərəfindən onlara 180.000 manat ödənilmişdir. "xxxx" MTK-nın 10.09.2020-ci il tarixli vəkil soruğusuna cavabından görünür ki, ünvan 6 ünvanında yerləşən B-blok, ümumi sahəsi 278 m2 olan 4 otaqlı, 145 saylı mənzil "xxxx" MTK ilə bağlanmış 23.10.2014-cü il tarixli “Mənzil İnşaatı Müqaviləsi”-nə əsasən Cavabdeh2 məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6421 saylı, 14.01.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən ünvan 7 ünvanınd yerləşən X12 yaşayış kompleksinin B blokunda 278 kvm sahəsi olan 4 otaqlı, 145 saylı mənzildə təmir-tikinti və quraşdırılma (mətbəx mebeli, qarderoblar (hər otaqda) giriş qapısı, divara montaj edilmiş işıqlandırma) işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 639.057,5 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 izahat verərək bildirmişdir ki, iddiaçını tanıyır, onun şirkətində sürücü işləyir. İddiaçı ona müxtəlif vaxtlarda pul verirdi ki, "xxxx" ASC-yə gedərək "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən “X12” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 145 saylı mənzilə dair ödəniş etsin. Kassa da kimin adına ödəniş olacağı soruşulduqda o, Cavabdeh2 adına ödəniş edəcəyini bildirirdi. Ata adını da bildirmək zəruri olduğu və Cavabdeh2 ata adını bilmədiyi üçün İddiaçı zəng edib ondan soruşmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X44 izahat verərək bildirmişdir ki, iddiaçını tanıyır, onun şirkətində işləyir. İddiaçı ona müxtəlif vaxtlarda pul verirdi ki, "xxxx" ASC-yə gedərək "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən “X12” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 145 saylı mənzilə dair ödəniş etsin. Cavabdeh1 ödənişlər edə bilmədiyi üçün İddiaçı onun yerinə ödəniş etməsini xahiş etdiyini bildirirdi. Kassa da kimin adına ödəniş olacağı soruşulduqda o, Cavabdeh2 adına ödəniş edəcəyini bildirdi. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə işin mübahisələndirilməyən hallarından göründüyü kimi ünvan 7 ünvanında yerləşən “X12” yaşayış kompleksinin B blokunda 278 kvm sahəsi olan 145 saylı 4 otaqlı mənzil Cavabdeh2 məxsusdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1546/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş X38 ilə X40 14.03.2015-ci il tarixdə ailə həyatı quraraq Cavabdeh2 məxsus sözügedən mənzilə köçməklə yaşamağa başlamışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3489/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsinə əsasən ünvan 7 ünvanında yerləşən “X12” yaşayış kompleksinin B blokunda 278 kvm sahəsi olan 145 saylı 4 otaqlı mənzildən İddiaçı və X19 çıxarılması qət edilmişdir. Təmir xərclərinin iddiaçı tərəfindən qarşılandığı da işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdehlərin nümayəndəsi və vəkili mənzildə təmir xərclərinin iddaçı tərəfindən çəkildiyi, lakin bunu nikah münasibətlərinə daxil olan X38 ilə X40 hədiyyə olaraq edildiyini, mənzilin daha sonra cavabdeh tərəfindən yenidən təmir olunduğu və həmin xərclərin bir hissəsini qaytarmağa etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091, 1092.1 və 157.7-ci maddələri əsasında aparılmalıdır. Belə ki, Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu Məcəllənin 1094-cü maddəsinə uyğun olaraq əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6 və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddələrnin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Baxılan işdən ünvan 7 ünvanında yerləşən “X12” yaşayış kompleksinin B blokunda 278 kvm sahəsi olan 4 otaqlı, 145 saylı mənzilin Cavabdeh1 və Cavabdeh2 tərəfindən əldə edilərkən tam təmirsiz və istifadəyə yararsız vəziyyətdə olduğu, həmin mənzildə görülmüş təmir xərcinin iddiaçı tərəfindən çəkildiyi, təmir xərclərinin sərf olunduğu mənzildən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsinə əsasən X40 və İddiaçı çıxarılmasının qət edildiyi müəyyən edilmişdir. Müvafiq təmir xərclərinin dəyərini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6421 saylı, 14.01.2022 il tarixli ekspert rəyinə əsasən İddiaçı tərəfindən ünvan 7 ünvanınd yerləşən X12 yaşayış kompleksinin B blokunda 278 kvm sahəsi olan 4 otaqlı, 145 saylı mənzildə təmir-tikinti və quraşdırılma (mətbəx mebeli, qarderoblar(hər otaqda) giriş qapısı, divara montaj edilmiş işıqlandırma) işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 639.057,5 manat məbləğində müəyyən edilmişdir. Beləliklə mənzilə çəkilmiş xərcin məbləğinin müəyyənləşdirilməsi məqsədilə təyin olunmuş ekspertizanın rəyində mənzilinin təmirsiz vəziyyətdən hazırkı vəziyyətə gətirilməsi üçün görülmüş təmir işlərinin dəyərinin 639.057,5 manat olduğu təsbit olunmuş, cavabdeh isə bu məbləğin daha az olması və ya mənzilin daha sonra yenidən təmir olunması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının bu mənzildə həyata keçirdiyi təmir xərclərinin daha yüksək olduğuna dair dəlili ilə əlaqədar eyni qənaətə gəlmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ekspertin mənzilin müxtəlif sahələrinə aid təmir xərcləri ilə razılaşmamaq üçün əsas yoxdur və həmin rəyə istinadla müvafiq nəticəyə gəlinməlidir. Məhkəmə iddianın “"xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X12” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilin alınması üçün "xxxx" ASC-yə İddiaçı tərəfindən ödənilmiş 510.000 manat pulun qaytarılması” tələbindən irəli gələn mübahisənin düzgün həlli üçün tərəflər arasında yaranmış münasibətin həqiqi mahiyyətinin, onların qarışılıqlı öhdəliklərinin dairəsinin və ona tətbiq olunmalı maddi hüquq normasının müəyyən olumasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edir. Belə ki, məhkəmənin gəldiyi qənaətə görə, hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 741-ci maddələrinə əsasən həll edilməlidir. Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şətləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 arasında şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə iddiaçının sübut qismində təqdim etdiyi pul köçürmələrinə dair bank qəbzlərinə və vəsatəti üzrə dindirilmiş şahid ifadələrinə əsaslanaraq pulun verilməsi halını müəyyən edilmiş hesab edir. Cavabdeh tərəf hazırki iddia tələbinə etiraz olaraq tərəflər arasında olan bütün borc tələblərinin 2017-ci ildə müvafiq mənzillə əvəzləşdirildiyinə və 11 noyabr 2020-ci il tarixli barışıq sazişinin məzmununa istinad etmişdir. Məhkəmə təqdim edilmiş barışıq sazişinin imzalanmadığını nəzərə alaraq həmin sənədin sübut qismində qəbul edilməsini Mülki Prosessual Məcəllənin 89-cu maddəsinin tələblərinə zidd olduğunu hesab edir. Cavabdehin etirazını təşkil edən digər dəlili ilə əlaqədar isə qeyd olunmalıdır ki, hazırki işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olub-olmadığını tərəflər arasında olan borc tələblərinin 2017-ci ildə müvafiq mənzillə əvəzləşdirildiyinə dair cavabdehin istinad etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23.06.2021-ci il tarixli qərarı qüvvədə saxlayan məhkəmə aktlarına əsasən müəyyən etmək mümkün deyildir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş pul köçürmələrinə dair bank qəbzlərinə əsasən mübahisə predmeti olan ödənişlərin 2018-2019-cü il tarixlərində edildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, bu tarixlərə qədər tərəflər arasında digər əsaslarla yaranmış borc tələblərinin hazırki mübahisəyə aidiyyəti yoxdur. Beləliklə "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X12” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilin Cavabdeh2 əldə edilməsində İddiaçı borcverən qismində 510.000 manat məbləği ilə iştirak etməsi halı məhkəmə tərəfindən müəyyən edilmişdir. Məhkəmə, araşdırma zamanı müəyyən olunmuş bu halın təkzib edilməsi üçün cavabdeh tərəfin irəli sürdüyü dəlillərin heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakter daşıdığı qənaətinə gəlir. Qeyd edilməlidir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada əks olunan hallar öz təsdiqini tapmışdır. Lakin pulun verilməsi halı məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin pulun qaytarılmasına dair daşıdığı öhdəliyi lazımi qaydada icra etdiyi halının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc müqaviləsi üzrə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Beləliklə məhkəmə, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehlər tərəfindən ona verilmiş pulun iddiaçıya qaytarılması halı sübuta yetirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn pulun qaytarılmasına dair öhdəliyin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə iddianın “Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş faiz borcunun ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, kreditor-iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, məhkəmə iddianı bu hissədə qismən təmin edərək hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla (iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi tarixdən hesablanmaqla: 639.057,5 x 5%=31.953:12 ay x (15.09.2020-04.03.2022) 17 ay; 510.000 x 5%=25.500:12 ay x (15.09.2020-04.03.2022) 17ay) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 639.057,5 manat (təmir xərci) məbləğ üzrə 45.267 manat, 510.000 manat (borc) məbləğ üzrə 36.125 manat məbləğində faiz borcu yaranmışdır. Məhkəmə iddianın “əldən çıxmış fayda kimi faiz borcunun ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın “tutmanın "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X12” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilə (mənzilə olan pay hüquqlarına) yönəldilməsi, həmin mənzilin hərracdan satılması və satışdan əldə edilən pulun borc hesabına iddiaçıya ödənilməsi, bu kifayət etmədikdə isə borcun cavabdehlərdən, o cümlədən digər əmlaklarına yönəldilməsi hesabına ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 203.3-cü maddəsinin tələblərinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən tədbirlərdən, yəni öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirədən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. Bu Məcəllənin 205.1-ci maddəsinin tələblərinə görə mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir. Maddənin məzmunundan göründüyü kimi əmlaka mülkiyyət hüququnun mülkiyyətçinin iradəsindən asılı olmayaraq itirilməsi hallarına əmlakın məhv olması ilə yanaşı, qeyd olunan maddədə nəzərdə tutulmuş əsaslarla əmlakın mülkiyyətçidən məcburi alınması halları da aiddir. Əmlakın mülkiyyətçidən məcburi alınması əsasları maddədə bitkin şəkildə müəyyənləşdirilmiş və bu əsaslardan biri olmazsa əmlakın mülkiyyətçidən məcburi alınması qəti qadağandır. Hazırda iddiaçı cavabdeh tərəfin qarşısında yaranmış öhdəliklər üzrə tutmanın mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən “X12” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilə (mənzilə olan pay hüquqlarına) yönəldilməsini xahiş edir. Lakin yuxarıda göstərilən qanunvericilik norması (205.1) ilə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsinin iki qaydası fərqləndirilir: müqavilədə nəzərdə tutulan qaydada və məhkəmənin qərarına əsasən. İşin materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış və özündə öhdəlik üzrə tutmanın həyata keçirilməsi qaydasını əks etdirən müqavilə və ya bu qaydanı nəzərdə tutan məhkəmə qərarı mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair “1 saylı Protokolu”nun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə bu iddia tələbinin digər hissəsi ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır. Qanuni əsası “əsassız varlanma” olan iddia tələbinə (təmir xərci) münasibətdə məhkəmə Mülki Məcəllənin 1095-ci maddəsinin tələblərinə uyğun olaraq qeyd edir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk öncə qeyd edilməlidir ki, maddədə göstərilən iki illik müddət qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən müəyyən edilir ki, həmin müddət iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətin tətbiq edilməsi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Göründüyü kimi əsassız varlanma obyektini qaytarmaq hüququ ən geci iki il keçdikdən sonra qüvvədən düşür. Lakin bu müddət “məhrum olana öz hüququnun məlum olduğu vaxtdan” hesablanır. Qanuni güvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1546/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflərin övladları olan X38 ilə X19 ailə münasibətlərinə faktiki olaraq 15.10.2019-cu ildə xitam verildiyi, X20 bu tarixdən evi tərk etdiyi həmin vaxtdan sonra onların ər-arvad kimi yaşamadıqları və birgə təsərrüfat aparmadıqları müəyyən edilmişdir. Məhkəmə hazırki işi “pul” tələbinə dair digər mübahisələrdən fərqləndirən bəzi xüsusiyyətləri (pulun borca verilməsinə əsasın ailə münasibətlərindən irəli gəldiyini) nəzərə alaraq hesab edir ki, iddiaçı məhkəməyə 15.09.2020-ci il tarixdə müraciət etdiyindən onun əsassız varlanma obyektini qaytarmaq hüququ qüvvədən düşməmiş və hazırki iddia tələbinə kəsici müddət qaydalarının tətbiq edilməsinə əsas yoxdur. Qanuni əsası “müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri” olan iddia tələbinə (borca) münasibətdə məhkəmə Mülki Məcəllənin 373.2-ci maddəsinin tələblərinə uyğun olaraq qeyd edir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, hazırki tələb üzrə iddia müddətinin axımının başlanğıcı məhz 15.10.2019-cu il tarixindən hesablanmalıdır. İddiaçı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə 15.09.2020-ci il tarixdə müraciət etdiyini nəzərə alan məhkəmə onun tərəfindən 3 illik iddia müddəti ötürülmədiyi qənaətinə gəlir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, təmir borcu olaraq 639.057,5 manat və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manat, banka edilmiş ödənişlər üzrə 510.000 manat və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmməd qızından müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd olunmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. İddianın 50%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Təmir xərci olaraq 639.057,5 manat və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manat, borc olaraq 510.000 manat və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 1.230.464,5 (bir milyon iki yüz otuz min dörd yüz altmış dörd manat əlli qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar