Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1020/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-nin hüquqi varisi "xxxx" MMC-yə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən verilmiş 30.7.2019-cu il tarixli, DBM-343/19 nömrəli əmrin İddiaçı işə bərpa edilməməsi ilə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Cavabdeh MMC-nin hüquqi varisi "xxxx" MMC-nin X3 X1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə qarşı qaldırılan "xxxx" tələbi ilə bağlı hazırki mülki işə cavabdeh qismində həmin MMC-nin hüquqi varisi "xxxx" MMC-nin cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, onun vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, cavabdehlə aralarında bağlanmış barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin hüquqi varisi "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, həmin cəmiyyətin X3 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, cavabdehlə aralarında bağlanmış barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmaları zamanı mülki iş üzrə tərəflər (İddiaçı vəkili-nümayəndəsi Vəkil və "xxxx" MMC-nin X3 Ruslan Mikailov) arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağlanmış barışıq sazişi məhkəməyə təqdim edilmişdir. Həmin barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir: 1.1. İddiaçı Cavabdeh MMC tərəfindən verilmiş 30.7.2019-cu il tarixli, DBM-343/19 nömrəli əmrin İddiaçı işə bərpa edilməməsi ilə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Hazırkı sazişlə tərəflər aşağıdakı qaydada razılıq əldə ediblər. 2.1. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, DBM-343/19 nömrəli əmrin İddiaçı işə bərpa edilməməsi ilə ləğv edilməsini və İddiaçı öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsini öhdəsinə götürür. 2.2. İddiaçı öz xahişi ilə xx.xx.2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilməsini bildirir və qəbul edir, cavabdehə qarşı heç bir maddi və ya qeyri-maddi tələbi və ya iddiası yoxdur və gələcəkdə hər hansı pul kompensasiyası və işə bərpa tələbi ilə məhkəməyə müraciət etməyəcəyini öhdəsinə götürür. 3.1. Tərəflər bu Sazişdə göstərilmiş şərtlərin yerinə yetirilməsi ilə bağlı onlardan asılı olan hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 3.2. Tərəflər bu Sazişin 2-ci bəndində göstərilmiş şərtlərin həyata keçirilməsi üçün onlarda olan sənədlərin təqdim edilməsi və onlardan asılı olan hərəkətlərin vaxtında icra edilməsinə görə məsuliyyət daşıyırlar. 4.1. Saziş 3 nüsxədə tərtib edilib, onlardan biri Sazişi təsdiq edən Bakı şəhər Nəsimi rayon Məhkəməsində, qalan nüsxələr isə müvafiq olaraq İddiaçı və Cavabdehdə saxlanılır. 4.2. Azərbaycan Respublikasının MPM-nin 153.2.2, 191 və 261-ci maddələrinin nəticələrini tam anlayaraq bu Sazişi bağlayırlar. Məhkəmə proses iştirakçıları tərəfindən təqdim edilən ərizələri, iş materiallarını və barışıq sazişini nəzərdən keçirərək qeyd edir ki, tərəflərin ərizəsi təmin edilməli, barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməli və prosessual qənaət prinsipini nəzərə alaraq mübahisənin əsassız olaraq uzadılmasına yol verilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0 və 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4 və 262.5-ci maddələrinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə barışıq sazişini tədqiq edərək belə qəanətə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, ona görə də tərəflərin ərizələri təmin edilməli, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin, tərəflərə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı vəkili-nümayəndəsi Vəkil və Cavabdeh MMC-nin hüquqi varisi "xxxx" MMC-nin nümayəndəsinin ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh MMC-nin hüquqi varisi "xxxx" MMC-yə qarşı "xxxx" tələbinə dair mülki iş üzrə tərəflər (İddiaçı vəkili-nümayəndəsi Vəkil və "xxxx" MMC-nin X3 Ruslan Mikailov) arasında bağlanmış xx.xx.2024-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: Bakı şəhər Nəsimi rayon Məhkəməsinin icraatında (hakim Günay Abidova) olan mülki iş üzrə tərəflər olan İddiaçı nümayəndəsi və vəkili (AR 095143 nömrəli etibarnamə və ******* nömrəli order üzrə) Vəkil və həmin iş üzrə cavabdeh "xxxx" MMC-nin X3 cənab Ruslan Mikailov öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni qarşılıqlı güzəştlər yolu ilə həll etməklə aşağıdakı şərtlərlə barışıq sazişi bağlayırlar. 1.1. İddiaçı Cavabdeh MMC tərəfindən verilmiş 30.7.2019-cu il tarixli, DBM-343/19 nömrəli əmrin İddiaçı işə bərpa edilməməsi ilə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Hazırkı sazişlə tərəflər aşağıdakı qaydada razılıq əldə ediblər. 2.1. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, DBM-343/19 nömrəli əmrin İddiaçı işə bərpa edilməməsi ilə ləğv edilməsini və İddiaçı öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsini öhdəsinə götürür. 2.2. İddiaçı öz xahişi ilə xx.xx.2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilməsini bildirir və qəbul edir, cavabdehə qarşı heç bir maddi və ya qeyri-maddi tələbi və ya iddiası yoxdur və gələcəkdə hər hansı pul kompensasiyası və işə bərpa tələbi ilə məhkəməyə müraciət etməyəcəyini öhdəsinə götürür. 3.1. Tərəflər bu Sazişdə göstərilmiş şərtlərin yerinə yetirilməsi ilə bağlı onlardan asılı olan hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 3.2. Tərəflər bu Sazişin 2-ci bəndində göstərilmiş şərtlərin həyata keçirilməsi üçün onlarda olan sənədlərin təqdim edilməsi və onlardan asılı olan hərəkətlərin vaxtında icra edilməsinə görə məsuliyyət daşıyırlar. 4.1. Saziş 3 nüsxədə tərtib edilib, onlardan biri Sazişi təsdiq edən Bakı şəhər Nəsimi rayon Məhkəməsində, qalan nüsxələr isə müvafiq olaraq İddiaçı və Cavabdehdə saxlanılır. 4.2. Azərbaycan Respublikasının MPM-nin 153.2.2, 191 və 261-ci maddələrinin nəticələrini tam anlayaraq bu Sazişi bağlayırlar. İddiaçı Cavabdeh MMC-nin hüquqi varisi "xxxx" MMC-yə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1020/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1020/2024
24.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver