Məhkəmə qərarları › İş №2(006)-1035/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1035/2025

10.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1035/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı Ərizəçi nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb edilməklə "vərəsəlik hüququnun tanınmasına dair" ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb edilməklə "vərəsəlik hüququnun tanınmasına dair" ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən bir otaqlı mənzil mülkə vəsiyyətnamə üzrə vərəsəlik, hüquqularımın tanınması və müddəti ötürülməmiş hesab etməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyin Seyidzadə küçəsi, ev 16A, 80 saylı mənzil anası, X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. O, anası ilə birlikdə həmin mənzildə yaşamış və anasına baxaraq onun qulluğunda durmaqla qayğı göstərmişdir. Ailə üzvləri və qonşularda bunu təsdiq edə bilər. Anası, X3 ömrünün son dövrlərində özünü narahat hiss edirdi və onu çağırıb vəsiyyətnamə vermək istəyini bildirdi. O, buna etiraz edərək hər şeyin yaxşı olacağını bildirsə də o vəsiyyətnamə yazmaq fikrindən daşınmadı və şahidlərin iştirakı ilə 21 avqust 2022-ci il tarixli vəsiyyətnaməni yazaraq imza etdi. Göründüyü kimi, Bakı şəhəri, Hüseyin Seyidzadə küçəsi, ev 16A, 80 saylı mübahisəli mənzili anası ona vəsiyyət etmişdir, ömrünün sonuna qədər sözü gedən mənzildə yaşamış və 05 sentyabr 2023-cü ildə dünyasını dəyişmişdir. O, bir oğul kimi anasının ömrünün son gününə qədər qulluğunda dayanaraq ona baxmışdır. Mənzil göstərilən çıxarışa əsasən bu günə qədər onun adında qalmaqdadır. Hazırda mülkü faktiki idarə edərək, mirası qəbul edərək o, Ərizəçi yaşayır. O, vəsiyyət üzrə vərəsə kimi mübahisəli mənzili adına sənədləşdirmək üçün 32 saylı notariat ofisinə müraciət etmiş, lakin 29 oktyabr 2024-cı ıl tarixli X-5496 saylı məktubla miras əmlakı sənədləşdirməkdən imtina edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanda yerləşən bir otaqlı mənzil mülkə vəsiyyətnamə üzrə vərəsəlik, hüquqularımın tanınması və müddəti ötürülməmiş hesab etməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X4 ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs ünvan 2 ünvanlayaraq, işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 7.2-ci maddəsində qeyd edilmişdir ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.9-cu maddəsinə dövlət qeydiyyatından imtina edilməsi, yaxud boyun qaçırılması barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki ərizə üzrə hüquq haqqında mübahisə olduğundan (digər vərəsələrin 3-cü şəxs qismində cəlb edilib araşdırılma aparılması zərurətindən) hazırki ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə qeyd olunan məsələ ilə bağlı ümumi icraat qaydasında məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb edilməklə "vərəsəlik hüququnun tanınmasına dair" ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, o, qeyd olunan məsələ ilə bağlı ümumi icraat qaydasında məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Ərizəçi tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar