Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-104/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X23 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X11 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “ödənilməyən əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, cavabdeh tərəfindən iddiaçının 2023-cü il fevral ayının maaşı 995,00 AZN gross, istifadə etmədiyi 8 günlük əmək məzuniyyəti kompensiyası olan 210,00 AZN gross olmaqla, cəmi 1205,00 AZN pulun ödənilməsi, əmək kitabçasının müvafiq dəyişikliklər edilərək verilməsi və qanunsuz işdən çıxarıldığına görə cavabdehin iddiaçıya işdən çıxarıldığı günün sonrakı günündən, yəni 01 mart 2023-cü il tarixindən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ali təhsillidir. Türkiyə Respublikası İstanbul Universiteti İqtisadiyyat fakültəsinin məzunudur. O, cavabdeh şirkətdə işləməyə dəvət olunmuşdur və aralarında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanaraq mühasib köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi müddətsiz bağlanmışdır və işçiyə hər ay 300 manat gross məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir. Daha sonra mütəmadi maaş artışları olmuş, Sonuncu xx.xx.2023-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək işçiyə hər ay 995,15 manat məbləğində gross əmək haqqı ödənilməsi qeyd olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya 2023-cü il fevral ayının əmək haqqı ödənilməmişdir. Cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixdən işdən çıxarıldığı xx.xx.2023-cü il tarixinə qədər istifadə etmədiyi 8 günlük məzuniyyət kompensasiyası (son haqq-hesab) ödənilməmişdir. İddiaçı işlədiyi şirkətdə xx.xx.2023-cü il tarixdə öz ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən işdən ayrılmaq istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdəki direktor X7 xx.xx.2023-cü il tarixli № 201/K nömrəli əmr ilə iddiaçını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a. bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad olunması barəsində əmr imzalamışdır. xx.xx.2023-cü il tarixdə Azinfo Dış Ticarət Anonim Şirkətinin təsisçisi X20 təsisçi qərarı ilə direktor X4 tutduğu vəzifədən azad etmiş, xx.xx.2023-cü il tarixdə iddiaçının xx.xx.2023-cü il tarixli xahişi ilə işdən azad olunması ərizəsini və direktor X3 xx.xx.2023cü il tarixli 201/K nömrəli əmrini diqqətə almayaraq qanunsuz olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 ç maddəsi ilə işdən azad etmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətlərindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə şikayət etmişdir. X16 Xidməti tərəfindən iddiaçının şikayəti araşdırılaraq cavabdeh şirkətin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. X16 Xidməti tərəfindən iddiaçının şikayəti araşdırılaraq cavabdehin Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin (işçi işdən çıxarkən öna düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələblərini pozduğu aşkar edilmişdir. İddiaçı uzun müddətdir ki, işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Cavabdeh ilə dəfələrlə əlaqə yaradılsa da hər dəfə müxtəlif bəhanələr gətirərək ödənilməyən əmək haqqı və son haqq-hesabını ödəməkdən boyun qaçırılmışdır. İddiaçı cavabdeh tərəfindən işdən azad olunarkən “Əmək Müqaviləsinə xitam verilməsi” barədə əmr ilə tanış olmamış və ona Əmək Qanunvericiliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı hesab edir ki, cavabdeh tərəfindən iddiaçının 2023-cü il fevral ayının əmək haqqısı və xx.xx.2022-ci il tarixdən işdən çıxarıldığı xx.xx.2023-cü il tarixədək istifadə etmədiyi 8 günlük məzuniyyət kompensasiyası (son haqq-hesab) ödənilməmişdir. Ödənilməmiş aylıq əmək haqqısı və son haqq-hesabı ödənilməlidir. Həmçinin cavabdeh tərəfindən iddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur.
3. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X15 iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi qanunla müəyyən edilmiş iddia müddəti keçməklə verildiyi üçün həmin iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, elektron sistemə daxil edilmiş əmr və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi çap edilərək iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Filial tərəfindən xx.xx.2023-cü il tarixli 02 saylı əmr iddiaçıya xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə göndərilmişdir. İddia müddətinin keçməsi barədə verilən ərizə məhkəmə üçün ilkin iddiadan imtina edilməsinə dair qətnamə qəbul edilməsinə qeyd şərtsiz əsas yaradır.
5. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün, hər gecikdirilmiş gün üçün cavabdehdən əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini, həmçinin əmək kitabçasının əmək qanunvericiliyinə uyğun olaraq cavabdeh tərəfindən işdən çıxarıldığı gün ona təqdim edilmədiyi və bu səbəbdən işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsini tələb etmişdir.
6. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X15 məhkəməyə etiraz ilə müraciət edərək, iddiaçının şirkətdə insan resursları üzrə mütəxəssis vəzifəsində çalışıb və əmək kitabçalarının saxlanması, doldurulması və s. işlər onun səlahiyyətinə aid edilmişdir. Lakin iddiaçı işdən çıxarkən onun tərəfindən heç bir təhvil-təslim işləri aparılmamışdır. Həmçinin şirkətdə iddiaçıya dair əmək kitabçası aşkar edilməmişdir.
7. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X15 məhkəməyə ərizə ilə müraciət edərək bildirir ki, iddiaçı bir tərəfdən işə bərpasını, digər tərəfdən isə işdən çıxarılması ilə razılaşaraq son haqq hesabın ödənilməsi barədə tələblər irəli sürmüşdür. Belə olan halda cavabdeh hesab edir ki, iddia tələbi qeyri-müəyyəndir və həmin tələblər bir-biri ilə ziddiyyət təşkil edir. Bundan əlavə, qeyd edir ki, iddiaçı tərəfindən verilmiş sonrakı dəqiqləşdirilmiş iddia tələbi üzrə həm 1 aylıq, həm də 1 illik iddia müddətləri də ötürülmüşdür. Belə ki, AR ƏM-nin 294-cü maddəsinin birinci bəndinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 4-cü bəndinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qeyd olunanları nəzərə alaraq və iddiaçı tərəfindən iddia tələbi (dəqiqləşdirilmiş tələbi) qanunla müəyyən edilmiş həm 1 aylıq, həm də 1 illik iddia müddəti keçməklə verildiyi üçün həmin iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı cavabdehin etirazına qarşı etirazı məhkəməyə təqdim edərək bildirmişdir ki, o işdən çıxış ərizəsini şirkətin həmin dövrlərdə direktoru olan Pərviz Əlniyazzadəyə təqdim etmişdir. İşdən çıxışı dövründə direktoru ezamiyyətdə olduğu üçün təhvil-təslim proseduru qayıtdıqdan sonra icra edilməli idi. Qanunvericiliyin müvafiq maddələrinə əsasən hər bir işçi işə girərkən əmək kitabçasını şirkətə təqdim etməlidi və eləcə işdən çıxışı zamanı şirkət əmək kitabçasına müvafiq qeydləri edib işçiyə təhvil verməlidir. İddiaçı işdən çıxarıldığı gündən ərizəni yazdığı günə kimi cavabdehin rəhbərliyindən ona sənədlərin olmaması/aşkar edilməməsi və ya təhvil-təslimin edilməməsi ilə bağlı heç bir bildiriş edilməmişdir. İddiaçının işlədiyi dövrdə kargüzarlıq yüksək səviyyədə təşkil edilmişdir. Rəhbərlik tərəfindən ona verilmiş mükafat və təltiflər bunun ən bariz nümunəsidir.
a) Məhkəmə prosesi:
9. Məhkəmə iclasında İddiaçı X22 ilə tanış olduğunu və rəyə etirazının olmadığını, başqa müəssisədə işə düzələ bilməməsi barədə yazılı sübutu olmadığını və iddia təbini müdafiə etdiyini bildirib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasında cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X15 X22 ilə tanış olduğunu və rəyə etirazının olduğunu, iddiaçıya ödənilmiş əlavə 2000 manatın nəzərə alınmadığını bildirdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
11. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
12. Əmək müqavilsinə xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı (işçi) İddiaçı cavabdeh (işəgötürən) "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 02 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70.ç bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. Bildiriş xx.xx.2023-cü il tarixdə imzalanmışdır.
13. X16 Xidmətinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, onunla xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildirişin xx.xx.2023-cü il tarixdə direktor X20 tərəfindən ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsaslanmaqla qüvvədən salındığı müəyyən edilmişdir. Təqdim edilmiş bank hesabından çıxarışdan bəlli olmuşdur ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq iddiaçıya düşən bütün ödənclərin tam məbləğdə sonuncu iş günü ödənilmədiyinə görə cavabdeh müəssisənin direktoru X20 barədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən protokol tərtib edilməklə icraata başlanılmış və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.
14. Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01465 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı mediasiya sessiyasında nümayəndənin iştirakını təmin etməmiş, iddiaçı tərəfindən 50 manat ilkin mediasiya xərci və 10 manat poçt xərci ödənilmişdir.
15. Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçının əmək haqqı 726.85 manat müəyyən edilmişdir.
16. İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə onun tutduğu vəzifədən azad edilməsini xahiş edir və xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün istifadə edilməmiş 8 gün məzuniyyətinə görə kompensasiya verilməsinə etiraz etmir.
17. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X3 xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilməsi və xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün istifadə edilməmiş 8 gün növbəti məzuniyyətinə görə kompensasiya ödənilməsi əmr edilmişdir.
18. “X25 Azərbaycan” QSC tərəfindən verilmiş İddiaçı hesabından çıxarışdan görünür ki, iddiaçıya sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 650 manat maaş ödəməsi həyata keçirilmiş, həmin vaxtdan xx.xx.2023-cü ilə qədər hesaba mədaxil həyata keçirilməmişdir.
19. Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçının əmək haqqı 995.15 manat müəyyən edilmişdir.
20. Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cavabdeh filialın direktoru qeydiyyata alındığı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək X21 və X6, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X6, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X21, xx.xx.2023-cü il tarixdən hazıradək Nümayəndə olmuşdur.
21. Əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X17 xx.xx.2023-cü il tarixli 02 nömrəli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi, işçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.
22. "xxxx" Şirkətinin qərarından görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X3 xx.xx.2023-cü il tarixdən vəzifəsindən azad edilməsi, onun yerinə xx.xx.2023cü il tarixdən X18 təyin edilməsi qərara alınmışdır.
23. "xxxx" Şirkətinin 100% təsisçisi X18 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X6, İddiaçı və ... özlərinin əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozaraq təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə xüsusilə külli miqdarda maddi ziyan vurduqlarına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə dərhal işdən azad edilmələri, onların əməllərində mənimsəmə, dələduzluq və özbaşnalıq cinayət əməlləri olduğundan barələrində tədbir görülməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına müraciət edilməsi qərara alınmışdır.
24. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X3 xx.xx.2023-cü il tarixli E/1216 nömrəli əmrindən görünür ki, X5 Özbəkistanın Daşkənd şəhərinə şirkəti təmsil etmək məqsədilə xx.xx.2023-cü il tarixindən 7 mart 2023-cü il tarixinədək 8 (səkkiz) təqvim günü müddətinə xidməti ezamiyyətə göndərilməsi, ezamiyyə xərclərinin ödənilməsi və əmrin icrasının İddiaçı həvalə edilməsi barədə əmr verilmişdir.
25. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Əsasnaməsindən görünür ki, - 4.1. Filialın idarə edilməsini şirkət tərəfindən təyin edilən, qanuni təmsilçilik funksiyasına malik direktorlar həyata keçirirlər. Direktorlar filialı təkbaşına təmsil etmək və idarə etmək səlahiyyətinə malikdirlər. Direktorlar filialın bütün fəaliyyətinə görə məsuliyyət daşıyırlar. - 4.2. Filialın direktorları şirkət tərəfindən onlara verilmiş etibarnamədə göstərilən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərirlər. Şirkət filialın direktorlarının aşağıdakı səlahiyyətlərini dəyişdirə və ya onlara əlavələr edə bilər: - ...Filialın daxili menecmentinə aid olan əməliyyat məsələləri üzrə qərarlar qəbul etmək, sərəncam və əmrlər vermək, filialın əməkdaşlarını işə qəbul və işdən azad etmək, dilialın fəaliyyəti ilə bağlı işlər görmək. - 4.3. Filialın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti və onun təftişi şirkət tərəfindən təyin edilən müfəttiş və ya maliyyə-təftiş komissiyası həyata keçirir.
26. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2024-cü il tarixli 03 №-li qərarından görünür ki, Filialın keçmiş direktoru X6 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək verilmiş bütün ezamiyyət, mükafat və əmək haqqının artırılması barədə əmrlərin etibarsız və qanunsuz hesab edilməsi, onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənəd verməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edilməsi qərara alınmışdır.
27. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı mühasib köməkçisi vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. İşçinin əsas məzuniyyət müddəti 30 təqvim günündən ibarətdir. İşçiyə qazandığı əmək haqqının hesabat ayından sonrakı ayın 10-na qədər ödənilməsi işəgötürən tərəfindən təmin ediləcəkdir.
28. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Abşeron Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, X18 "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X3 və digər işçilərin Hakanın etibarından sui-istifadə edərək filiala məxsus daşınar əmlakları və malları qanunsuz olaraq ələ keçirdikləri barədə müraciəti üzrə cinayət işinin başlanması rədd edilmişdir.
29. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona xx.xx.2021/2022-ci iş ilinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 31 (otuz bir) təqvim günü məzuniyyətə çıxmağa icazə verilməsini xahiş etmişdir.
30. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı 8709,00 manat məbləğində əmək haqqı hesablansa da, bank hesab çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı əmək haqqı, məzuniyyət və digər ödənişlər olmaqla, cəmi 10092,00 manat ödənilmişdir.
31. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1041-2024 nömrəli,xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
32. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixli qərardad üzrə ekspertizanın aparılmasından imtina edilərək iş materialları icrasız geri qaytarılmışdır.
33. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iş materiallarında olan və məhkəmə tərəfindən göndərilmiş sənədlər əsasında, cavabdeh tərəfindən məzuniyyət əmrləri təqdim edilmədiyi halda iddiaçının məzuniyyətə çıxmadığı qəbul edilməklə rəy verilməsi xahiş olunmuşdur.
34. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixli qərardad üzrə ekspertizanın aparılmasından imtina edilərək iş materialları icrasız geri qaytarılmışdır.
35. "xxxx" MMC-nin Audit xərclərinə dair bildirişindən görünür ki, aparılmış auditin dəyəri 500 manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
36. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı xx.xx.2016-cı il tarixdə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır. Filialın qanuni təmsilçisi həmin tarixdən xx.xx.2017-ci il tarixədək X21 və X6, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X6, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X21, xx.xx.2023-cü il tarixdən sonra Nümayəndə olmuşdur.
37. İddiaçı ilə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən tərəflər arasında əmək münasibətləri yaranmışdır. Cavabdeh Filialın təsisçisi "xxxx" Şirkətinin qərarı ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X3 xx.xx.2023-cü il tarixdən vəzifəsindən azad edilməsi, onun yerinə xx.xx.2023-cü il tarixdən X18 təyin edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən X1 qanuni təmsilçiliyindən çıxarılmış və X12i təmsilçi kimi qeydiyyata alınmışdır.
38. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi ilə direktor X5 müraciət edərək xx.xx.2023-cü il tarixdə onun tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün istifadə edilməmiş 8 gün məzuniyyətinə görə kompensasiya verilməsinə etiraz etmədiyini bildirmişdir. X2 tərəfindən təhvil alınmış və onun xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçının xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilməsi və xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün istifadə edilməmiş 8 gün növbəti məzuniyyətinə görə kompensasiya ödənilməsi əmr edilmişdir.
39. "xxxx" Şirkətinin 100% təsisçisi X21 xx.xx.2023-cü il tarixli qərarı ilə X6, İddiaçı və digər işçilərin əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozaraq təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə xüsusilə külli miqdarda maddi ziyan vurduqlarına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə dərhal işdən azad edilmələrini, onların əməllərində mənimsəmə, dələduzluq və özbaşnalıq cinayət əməlləri olduğundan barələrində tədbir görülməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına müraciət edilməsini qərara almışdır. Daha sonra isə cavabdeh (işəgötürən) "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 02 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. X14 xx.xx.2023-cü il tarixdə imzalanmışdır. İddiaçı əmək müqaviləsinin ləğv edildiyini bilmiş və bu barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində X16 Xidmətinə şikayətlər ünvanlamışdır. Şikayətlərin nəticəsində "xxxx" Şirkətinin 100% təsisçisi X21 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmək üçün xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya tətbiqi barədə təklif göndərmiş, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almış və xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
40. İddia tələbinin digər hissəsini ödənilməmiş əmək haqqının, son haqq-hesabın işçiyə ödənilməsi, əmək kitabçasının müvafiq dəyişikliklər edilərək iddiaçıya verilməsi təşkil edir. Həmçinin iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş və əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün, hər gecikdirilmiş gün üçün cavabdehdən əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini, həmçinin əmək kitabçasının əmək qanunvericiliyinə uyğun olaraq cavabdeh tərəfindən işdən çıxarıldığı gün ona təqdim edilmədiyi və bu səbəbdən işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsini tələb etmişdir.
41. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı İddiaçı 8709,00 manat məbləğində əmək haqqı hesablandığına baxmayaraq bank hesabı çıxarışından ona cəmi 10092,00 manat ödəniş edilməsi barədə arayış təqdim etmiş, iddiaçıya artıq pul ödənildiyini bildirmişdir. İş üzrə iddiaçıya ödənilməmiş əmək haqqının, son haqq-hesabın olub-olmaması, olduğu təqdirdə məbləğinin müəyyən edilməsi barədə ekspertiza təyin olunması haqqında qərardad qəbul edilmiş və rəy verilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Lakin müvafiq qurum tərəfindən rəy verilməmiş, buna görə də məhkəmə tərəfindən qərardad Azərbaycan Respublikasının Auditorlar Palatasına və onun üzvü "xxxx" MMC-yə X22nin verilməsi məqsədilə göndərilmişdir. X22 ilə müəyyən edilir ki, iddiaçıya cavabdeh tərəfindən fevral ayı ərzində ödəniş olunmamış, onun əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq son haqq-hesab ödənilməmişdir. Həmçinin, fevral ayı üzrə ödənilməmiş əmək haqqının 793,93 manat, istifadə edilməmiş 8 məzuniyyət günü üçün ödənilməmiş son haqq-hesabın 191,28 manat təşkil etdiyi və əmək haqqının hər gecikdirilmiş günü üçün 1% məbləğində pulun hesablanması qaydası göstərilmişdir.
42. İddia tələbinin müvafiq qeydlər aparılmaqla iddiaçının əmək kitabçasının ona verilməsi tələbinə dair hissəsinə münasibətdə cavabdeh qeyd etmişdir ki, iddiaçı şirkətdə insan resursları üzrə mütəxəssis vəzifəsində çalışıb və əmək kitabçalarının saxlanması, doldurulması və s. işlər onun səlahiyyətinə aid edilmişdir. Lakin iddiaçı işdən çıxarkən onun tərəfindən heç bir təhvil-təslim işləri aparılmamışdır. Həmçinin şirkətdə iddiaçıya dair əmək kitabçası aşkar edilmədiyinin nəzərə alınması xahiş edilmişdir. İddiaçı isə işdən çıxarıldığı gündən cavabdeh tərəfindən ona sənədlərin olmaması, aşkar edilməməsi və ya təhvil-təslimin edilməməsi ilə bağlı heç bir bildiriş təqdim edilmədiyini, onun işlədiyi dövrdə kargüzarlığın yüksək səviyyədə təşkil edildiyini bildirmişdir.
c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə:
43. Məhkəmə iddia tələbinin “işə bərpa” hissəsinə münasibətdə qeyd edir ki, əmək mübahisələrinə dair 1 aylıq iddia müddəti tətbiq edilərək həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia müddətinin ötürülmədiyini və barəsində olan cinayət işi ilə əlaqədar proseslər getdiyinə görə məhkəməyə gec müraciət etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qeyd olunan hal müddətin ötürülməmiş hesab edilməsi üçün əsas deyil. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə ləğv edilməsinə və bu barədə iddiaçının məlumatlı olmasına baxmayaraq (X13 Xidmətinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları) iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Həmçinin, X13 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Bunlardan əlavə mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixdə arayış tərtib edilməsinə baxmayaraq iddiaçının xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməsi də nəzərə alınmalıdır.
44. Məhkəmə iddia tələbinin “ödənilməmiş əmək haqqının və son haqq-hesabın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəməyə təqdim edilmiş X22ndən və hesabdan çıxarışlardan aydın olur ki, iddiaçıya fevral ayı üçün əmək haqqı və işdən çıxarkən son haqq-hesab ödənilməmişdir. Məhkəmə icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş “iddiaçıya əmək münasibətləri zamanı ödənilməli olan əmək haqqından daha çox pul ödənildiyi” barədə arayışa münasibətdə qeyd olunur ki, iddiaçıya əmək fəaliyyəti ilə bağlı ödənilən vəzifə maaşı, mükafatlar, əlavələr, avanslar və s. işəgötürən tərəfindən ödənilir və həmin ödənişlərin təyinatının nə olmasını sübut etmək işəgötürənin üzərinə düşür. Bundan əlavə, işçiyə əmək haqqı onun gördüyü işə görə verilir. Cavabdeh isə işçiyə fevral ayı ərzində gördüyü işə görə əmək haqqının ödənilməsi barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, işçiyə son haqq-hesabın ödənildiyi də cavabdeh tərəfindən sübut edilməmişdir. Hazırkı mübahidəsə işçinin əmək haqqının ödənilməsi həm də onun son haqq-hesabının ödənilməsi kateqoriyasına daxildir. Əgər cavabdeh tərəfindən iddiaçıya həmin dövrün əmək haqqının və son haqq-hesabın ödənildiyi iddia edilirsə, bunu cavabdeh mötəbər dəlillərə əsaslanaraq sübut etməlidir. Məhkəmə nəzərə alır ki, iddiaçıya artıq ödənilmiş ödənclərin cavabdehlə qarşılıqlı razılıq əsasında əvəzləşdirilməsi, iddiaçı ezamiyyətə gedən zaman onun həyat yoldaşının da otel xərclərinin cavabdeh tərəfindən qarşılanması və həmin xərclərə görə edilmiş ödənişin onun son haqq-hesabı ilə əvəzləşdirildiyi barədə cavabdeh izahat versə də, bunu təsdiq edən hər hansı sübut təqdim edilməmiş, cavabdehin şifahi izahatı iddiaçı tərəfindən qəbul edilməmişdir. İddiaçı ezamiyyətə gedən vaxt əmək müqaviləsinə xitam veriləcəyini bilmirdi. O, etiraf etmişdir ki, həyat yoldaşının otel xərclərinin şirkət tərəfindən qarşılanması və iddiaçının borc kimi onu geri qaytaracağı razılaşdırılmış, lakin ezamiyyətdə olanda Türkiyədə şirkət təsisçisi Hakan bəy həmin borcun qaytarılmasına ehtiyac olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, otel xərcləri 400 ABŞ doları təşkil etdiyi halda, iddiaçıya ödənilməli olan son haqq-hesab həmin məbləğdən daha artıqdır. Yəni, cavabdeh o pulun əvəzləşdirildiyini hesab etsəydi, geri qalan ödənişi son haqq-hesab olaraq ödəməli idi. Lakin, cavabdeh iddiaçıya son haqq-hesabla bağlı ümumiyyətlə heç bir ödəniş etməmişdir. Əgər cavabdeh iddiaçının ona borcu olduğunu və ya iddiaçıya ümumi qaydadan əlavə ödənişlər etdiyini bildirirsə, öz pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququ var.
45. İddiaçının son haqq-hesabına münasibətdə qeyd olunur ki, iddiaçı 2022-2023-cü iş ili üçün istifadə edilməmiş məzuniyyətin kompensasiya kimi son haqq-hesab olaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh tərəfindən isə həmin məzuniyyətin daha əvvəl istifadə edilməsi və ya kompensasiyanın ödənilməsi sübut edilmir. Məhkəmə “filialın keçmiş direktoru X6 ilə şirkətin təsisçisi arasında olan mübahisə, o cümlədən keçmiş direktorun əmrlərinin etibarsızlığı barədə əmr”ə dair qeyd edir ki, həmin müəssisənin işçilərinə münasibətdə, daha konkret ifadə edilsə, iddiaçıya münasibətdə verilən əmrlərdə üçüncü şəxslərin hüquqlarının müdafiəsi baxımından iddiaçının vijdanlılığı nəzərə alınmalı və onun xeyrinə (maaş artırılması və s.) verilmiş əmrlər işçinin (iddiaçının) ziyanına olacaq formada etibarsız hesab edilməməlidir. Bunun əksi olduğu təqdirdə əmək qanunvericiliyinin bütün mahiyyəti, onun əsas prinsipləri nəzərə alınmamış olar. Buna görə də məhkəmə auditor rəyinə əsaslanmaqla hesab edir ki, 2023-cü ilin fevral ayı üzrə ödənilməmiş 793,93 manat əmək haqqı, 191,28 manat istifadə edilməmiş 8 (səkkiz) gün üçün əmək məzuniyyətinin kompensasiyası olmaqla, cəmi 985,21 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
46. Məhkəmə iddia tələbinin “əmək kitabçasının müvafiq dəyişikliklər edilərək iddiaçıya verilməsi“ hissəsinə münasibətdə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada iddiaçının əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verilməli idi. Məhkəmə cavabdehin bu hissədə etirazını əsassız hesab edir və qeyd edir ki, əmək kitabçasını təhvil vermək işəgötürənin vəzifəsidir. Doldurulmamış əmək kitabçaları və əlavə içliklər ciddi hesabat sənədləri kimi işəgötürənlərin mühasibatında saxlanılmalı, əmək kitabçalarının saxlanılması üçün məsul olan şəxslər onları təhvil-təslim qaydası ilə verməlidir. İddiaçının müəssisədə kargüzarlıqla məşğul olması əmək kitabçasının ona verilməli olmaması kimi qəbul edilə bilməz. Bundan əlavə əmək kitabçasının işçiyə təhvil verilməməsi davam edən hüquq pozuntusu olduğuna görə işçinin işlədiyi son gün əmək kitabçasının ona təhvil verilməməsi pozuntunun bitdiyi anlamına gəlmir. Yəni, əmək kitabçası verilməyənədək hüquq pozuntusu hər gün yenilənir. Buna görə də kitabçanın verilməməsi səbəbindən şəxsin işə düzələ bilmədiyi hər günə görə qanunvericilik işəgötürəni əlavə maddi məsuliyyət ilə yükləyir. Bu halda işçinin əmək kitabçasını almadığı hər gün pozuntu davam etdiyi üçün iddia müddəti tətbiq edilmir. Çünki, iddia müddətinin mahiyyəti hüquqi sabitliyin yaradılmasını, sübutların qorunmasını, iqtisadi dövriyyənin etibarlılığını və s. ehtiva edir. Qanunvericilik müəyyən səbəblərdən götürülməyən əmək kitabçasının iki il müddətində işəgötürəndə saxlanılmasını, daha sonra idarə arxivlərində uzun müddət mühafizə olunması qaydasını müəyyən etmişdir. Çünki, bu sənəd işçinin özünə məxsusdur. İşəgötürən bu sənədi özü üçün deyil, işçi üçün tərtib edir. Nəzərə almaq lazımdır ki, iddiaçının ilk iş yeri həmin müəssisə olmuş və iddiaçı üçün əmək kitabçası açılması işəgötürənin vəzifəsi olduğu kimi əmək kitabçanın əmək müqaviləsinə xitam verilən işçiyə verilməsi də işəgötürənin vəzifəsidir.
47. Məhkəmə iddiaçının iddia tələbininin həcmini artıraraq iddia tələbinə əlavə etdiyi “əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi” tələbinə münasibətdə qeyd edir ki, həqiqətən də iddiaçının fevral ayına münasibətdə əmək haqqı (həmçinin son haqq-hesab) iddiaçıya ödənilməmişdir. Buna görə müəssisənin direktoru inzibati məsuliyyətə cəlb edilmişdir. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Belə olan halda məhkəmə hesab edir ki, gecikdirilmiş əmək haqqı məbləğinin bir faizi məbləğində ödənc iddiaçıya ödənilməlidir. Lakin, məhkəmə iddiaçının həmin tələb ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməsini nəzərə almalı və bu hissədə cavabdeh tərəfindən tətbiq olunması xahiş edilmiş 1 illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçıya işdən çıxdığı ay üçün əmək haqqı son iş günü – xx.xx.2023-cü il tarixdə ödənilməli olduğu halda ödənilməmiş, iddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdə “iddia tələbinin həcminin artırılması”na dair ərizə ilə müraciət etmişdir. Əmək haqqının gecikdirilməsi davam edən proses olduğuna görə cavabdehin ərizəsi nəzərə alınmaqla 1 illik iddia müddəti tətbiq edilməli və əmək haqqının gecikdirilməsinin başlanğıc tarixi müvafiq tələb irəli sürülən tarixdən bir il əvvəlki – xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.
48. Məhkəmə iddia tələbinin “əmək kitabçasının əmək qanunvericiliyinə uyğun olaraq cavabdeh tərəfindən işdən çıxarıldığı gün ona təqdim edilmədiyi və bu səbəbdən işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı əmək kitabçasının ona təqdim edilməməsi səbəbindən işə düzələ bilmədiyini qeyd etsə də, bunu sübut edəcək heç bir dəlil məhkəməyə təqdim edə bilməmiş və məhkəmə iclasında buna dair yazılı sübutunun olmadığını bildirmişdir. Bundan əlavə, iddiaçının izahatına və elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən müəyyən edilir ki, iddiaçı 2024-cü ilin noyabr ayında "xxxx" MMC-də işə qəbul olmuşdur. Həmçinin "xxxx" MMC-də işləmişdir. İddiaçının bu dedikləri onun əmək kitabçası olmadan işə qəbul oluna bilinməsi faktını təsdiq edir. Nəzərə almaq lazımdır ki, təcrübədə işə qəbul prosesində (müsahibə, müsabiqə, imtahan və s.) şəxsin işə götürülməsi üçün əmək kitabçasının tələb edilməsi adətən işçinin işə qəbul edilməsinin son mərhələsində tələb olunur və işçinin işə qəbul edilməməsi müxtəlif səbəblərdən baş verə bilər. İddiaçının istinad etdiyi normanın mahiyyəti isə onun sırf əmək kitabçası olmaması əsası ilə işə götürülmədiyini ehtiva edir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq:
49. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (mübahisənin baş vediyi tarixdə qüvvədə olan normalara istinad edilmişdir): 2-ci maddə, 3. hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 83-cü maddə, 2. hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 85-ci maddə, 1. hissə. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır.Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. 87-ci maddə, 3. hissə. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 110-cu maddə, 1. hissə. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 135-ci maddə, 2. hissə. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 138-ci maddə, 1. hissə. Bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. 138-ci maddə, 3. hissə. İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır. 144-cü maddə, 2. hissə. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 154-cü maddə, 1. hissə. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddə, 1. hissə. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddə, 4. hissə. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddə, 5. hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 172-ci maddə, 6. hissə. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. 173-cü maddə, 1. hissə. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. 173-cü maddə, 2. hissə. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği. 174-cü maddə, 2. hissə. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. 175-ci maddə, 5. hissə. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. 178-ci maddə, 1. hissə. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. 195-ci maddə, “d” bəndi. İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır 296-cı maddə, 1. hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddə, 2. hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddə, 3. hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddə, 4. hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296-cı maddə, 6. hissə. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296-cı maddə, 7. hissə. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” qaydaları: 1.1. bənd. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 1.2. bənd. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. 4.1. bənd. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. 6.1. bənd. İşdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. 6.2. bənd. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. 8.2. bənd. İşdən çıxan zaman müəyyən səbəblər üzündən götürülməyən əmək kitabçaları iki il müddətinə işdə olan işçilərin əmək kitabçalarından ayrı işəgötürəndə saxlanılır. İşdən çıxmış şəxslərin əmək kitabçaları, əlavə içliklər alınmadıqda həmin işəgötürənin arxivində “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə müvəqqəti mühafizə olunur. Həmin müddət başa çatdıqdan sonra arxiv fondu sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilir. 9.1. bənd. Əmək müqaviləsinin xitamı ilə əlaqədar işdən çıxan işçiyə əmək kitabçası qaytarıldıqda (verildikdə) ona şəxsi vərəqəsində və əmək kitabçalarının uçotu kitabında imza etdirilir. 9.2. bənd. Doldurulmamış əmək kitabçaları və əlavə içliklər ciddi hesabat sənədləri kimi işəgötürənlərin mühasibatında saxlanılır. Əmək kitabçalarının saxlanılması üçün məsul olan şəxslər onları təhvil-təslim qaydası ilə verir.
51. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
52. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə görə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
53. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 2023-cü ilin fevral ayı üzrə ödənilməmiş 793,93 manat əmək haqqı, 191,28 manat istifadə edilməmiş 8 gün üçün əmək məzuniyyətinin kompensasiyası olmaqla, cəmi 985,21 manat məbləğində pul (son haqq-hesab), həmçinin xx.xx.2023-cü il tarixdən qətnamə icra olunan günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc tutularaq İddiaçı verilməli, İddiaçı əmək kitabçasının ona təqdim edilməsi vəzifəsi cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
56. İddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş mediasiya xərcinin 30 (otuz) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməli, mütəxəssis rəyi üçün tələb edilən 500 (beş yüz) manat məbləğində pul bu hissədə iddia tələbi tam təmin edildiyi üçün cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir.
Nəticə:
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 2023-cü ilin fevral ayı üzrə ödənilməmiş 793,93 (yeddi yüz doxsan üç manat doxsan üç qəpik) manat əmək haqqı, 191,28 (bir yüz doxsan bir manat iyirmi səkkiz qəpik) manat istifadə edilməmiş 8 (səkkiz) gün üçün əmək məzuniyyətinin kompensasiyası olmaqla, cəmi 985,21 (doqquz yüz səksən beş manat iyirmi bir qəpik) manat məbləğində pul (son haqq-hesab), həmçinin xx.xx.2023-cü il tarixdən qətnamə icra olunan günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc tutularaq İddiaçı verilsin. İddiaçı əmək kitabçasının ona təqdim edilməsi vəzifəsi cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş mediasiya xərcinin 30 (otuz) manat hissəsi cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçı verilsin, qalan hissəsi İddiaçı aid edilsin. Mütəxəssis rəyi üçün tələb edilən 500 (beş yüz) manat məbləğində pul cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından alınaraq "xxxx" MMC-nin hesabına (Caspian Consulting & Partners MMC, VÖEN: **********, İBAN: AZ57BRES********************, bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ80NABZ********************, Kod: 505668, SWİFT: BRESAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova