Məhkəmə qərarları › İş №2(006)-1058/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1058/2025

15.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1058/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublı̇ kası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yi yanında Dövlət Əmək Müfəttı̇ şlı̇ yi Xı̇ dmətı̇ ni cəlb etməklə "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1nə qarşı "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci ildə Cavabdeh1 MMC (VÖEN 4********) ilə bağlanan əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Türkiyə Respublikasının vətəndaşıdır. xx.xx.2017-ci ildə Cavabdeh1 MMC (VÖEN 4********) ilə əmək müqaviləsi bağlamış və bağlanan əmək müqaviləsi əsasında şirkətdə texniki işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. Bununla yanaşı bu şirkətdə işlədiyi 2017-ci ildə AR DMX-dən 5 illik daimi yaşayış icazəsi almışdır. Bildirmək istəyir ki, o, 2024-cü ilin avqust ayına qədər Cavabdeh1 MMC-də çalışmışdır. Cavabdeh1 MMC həmin vaxtdan fəaliyyət göstərmir. Onun əmək müqaviləsi hələ də Cavabdeh1 MMC-də qüvvədədir. Belə ki, o əmək müqaviləsinə xitam verilməsi üçün nə şirkətin direktorunu, nə də başqa bir səlahiyyətli şəxsi tapa bilməmişdir. 2017-ci ildə AR DMX-dən əldə etdiyi yaşamaq icazəsini müddəti bitdikdə isə o qohumluq münasibətləri əsasında yenidən AR DMX-dən xx.xx.2024-cü ildən xx.xx.2026-cı ilə qədər qüvvədə olan yaşamaq üçün icazə əldə etmişdir. Məhkəməyə müraciət etmək də məqsədi onun işçi kimi hüquqlarını pozması ilə bağlıdır. Cavabdehin onun əmək müqaviləsinə xitam verməməsi səbəbi ilə hələ də əmək müqaviləsi qüvvədədir və bu onun yeni bir əmək müqaviləsi bağlamağına maneə törədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəni müdafiə edərək, ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh1nə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, xxxxxxxO000103 nömrəli əmək müqaviləsi bidirişinin surətindən görünür ki, İddiaçı ilə hüquqi şəxs olan Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinə əsasən İddiaçı texniki işlər üzrə direktor müavini işləmişdir. İş materiallarında olan Bakı şəhəri 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/16/2024-001749 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 11:30-12:00-da keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh1nə iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat və poçt xərci olan10 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, pasport məlumatları təqdim olunmadığından şəxs barədə məlumatın əldə edilməsi mümkün deyildir. Sərhədkeçmə məlumatlarını əldə etmək üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməyi tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il, 3-38-33/2-758/25 nömrəli xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh2 dövlət sərhədindən hərəkəti barədə bazasında məlumatlarından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh2 son dəfə xx.xx.2024-cü il tarixdə Azərbaycandan çıxış etmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 arasında xx.xx.2017ci il tarixində əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə «texniki işlər üzrə direktor müavini» vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin qanuni təmsilçisi Cavabdeh2 ölkəni tərk etmiş, bu səbəbdən iddiaçı əmək müqaviləsinin xitam verilməsi ilə bağlı cavabdehə müraciət edə bilməmişdir. Hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. Hazırda iddiaçı Cavabdeh1 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçün isə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Göründüyü kimi, qeyd olunan sistemdə əmək müqaviləsi barədə məlumatın olması iddiaçının hüquqlarını pozur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017ci il tarixli əmək müqaviləsi xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar