Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1074/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı «mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində, 717-ci məhəllədə Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 24.06.2011-ci il tarixdə həmin binanın İX mərtəbəsində, 3 otaqlı, 27 №-li 140,6 kv.m. mənzili almaq məqsədi ilə podratçı Cavabdeh MMC ilə arasında müqavilə bağlanmışdır. İddiaçı 24.06.2011-ci il tarixdə bağlanmış müqavilədə qeyd olunmuş Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, ev 27 №-li mənzilinə görə 92.000 manat Cavabdeh MMC-nin hesabına ödənilsə də, bu günədək Cavabdeh MMC müqavilənin öhdəliklərini yerinə yetirmir. Müqavilənin şərtlərinə əsasən podratçı müqavilədə göstərilən bütün şərtləri icra edib mənzili, daxili naxış, cihaz və daxili qapılar olmamaq şərtilə sifarişçiyə təhvil verməlidir. Buna baxmayaraq, çoxmənzilli yaşayış binası tam hazır olub istifadəyə verilsə də, iddiaçıya məxsus olan mənzili MMC-dən ala bilmir. Göstərilənlərə əsasən Nəsimi rayonu, D.Əliyeva küçəsində, 717-ci məhəllədə Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının İX mərtəbəsində 3 otaqlı 27 №li 140,6 kv.m. mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyini Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X14 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə və məhkəmə tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X6 göndərilmiş bildirişlər ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışlar. Məhkəmə işə gəlməyən Cavabdeh nümayəndəsinin və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 16 mart 2011-ci il tarixli, 48 saylı müqavilənin qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh (podratçı) ilə X13 (sifarişçi) arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının İX mərtəbəsində 3 otaqlı, 27 nömrəli 140,6 m2 mənzilin podratçı tərəfindən tikilib sifarişçiyə təhvil verilməsi, sifarişçinin isə öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqının ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. İşdə olan Cavabdeh MMC tərəfindən vıerilmiş maliyyə arasından görünür ki, X13 Cavabdeh MMC-dən 16.03.2011-ci il tarixli 48 saylı müqavilə ilə Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının İX mərtəbəsində yerləşən 140,6 kv.m. sahəsi olan 27 saylı mənzilə görə müəssisəyə 80.000 manat pul ödənilmişdir. X9 16.03.2011-ci il tarixli 48 saylı müqavilə üzrə borcu qalmamışdır. İş materiallarında olan 24 iyun 2011-ci il tarixli, 59 saylı müqavilənin qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh (podratçı) ilə İddiaçı (sifarişçi) arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının İX mərtəbəsində 3 otaqlı, 27 nömrəli 140,6 m2 mənzilin podratçı tərəfindən tikilib sifarişçiyə təhvil verilməsi, sifarişçinin isə öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqının ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. İşdə olan 24 iyun 2011-ci il tarixli, AXU № 67 saylı kassa mədaxil orderin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə müqavilə üzrə 92.000 manat ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 25.05.2021-ci il tarixli məktubundan görünür ki, çoxmənzilli yaşayış binasının tərkibinə daxilolan ünvan 1 ünvanı X4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1054/2018 saylı, 09.03.2018-ci il tarixli qərarın kserosurətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9 mərtəbəsində 3 otaqlı 27 saylı, 140,6 kv.m. mənzilin X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və reyestrdən çıxarışın verpilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 05.06.2018-ci il tarixli çıxarışın təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 138,3 kv.m. olan 27 saylı mənzili tam mülkiyyət hüququ üzrə X9 mülkiyyətində olmuşdur. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş 28.11.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,3 kv.m. olan mənzilini X8 almışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 04.12.2018-ci il tarixli çıxarışın təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən ümumi sahəsi 138,3 kv.m. olan 27 saylı mənzili tam mülkiyyət hüququ üzrə X4 mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən yaşayış binasında 27 saylı mənzilin 24 iyun 2011-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh (podratçı) tərəfindən inşa edilərək İddiaçı (sifarişçi) təhvil verilməsi barədə öhdəlik mövcud olmuşdur. Müqavilədə nəzərdə tutulmuş məbləğ iddiaçı tərəfindən Cavabdehnə ödənilmişdir. Sonradan müəyyəm edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən yaşayış binasında 27 saylı mənzilin tikilərək Cavabdeh tərəfindən təhvil verilməsi barədə 16.03.2011-ci ildən etibarən Əhmədova Almaz Məhərrəm qızı arasında müqavilə bağlanmış, həmin müqavilədə nəzərdə tutulmuş məbləğ podratçıya ödənilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, mübahisəli mənzildə hazırda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 yaşamaqdadır. Hətta iş materiallarından göründüyü qədəri ilə, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən mübahisəli mənzilə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış da mövcuddur. Hazırki mübahisənin mahiyyəti isə göstərilən mənzilin 24 iyun 2011-ci il tarixli müqaviləyə əsasən iddiaçıya təhvil verilməsi ilə bağlıdır. Məhkəmə iddia tələbini əsassız hesab edərək iddianın rədd edilməli olduğu qənaətinə gələrkən aşağıdakı normaları rəhbər tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsində isə qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425.2-ci maddəsi). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Eyni Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Hazırki halda podratçı Cavabdeh tərəfindən sifarişçi İddiaçı təhvil verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsinə müvafiq olaraq həyata keçirilməmiş, podratçı eyni mənzili Əhmədova Almaz Məhərrəm qızına təhvil vermişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil Cavabdeh tərəfindən ilkin olaraq 16.03.2011-ci il tarixdə Əhmədova Almaz Məhərrəm qızına satılmışdır. Hazırki iddiaçıya isə mənzil 24 iyun 2011-ci il tarixdə yəni Əhmədova Almaz Məhərrəm qızına satıldıqdan 3 ay sonra yenidən satılması qanunsuz olmuşdur. Belə ki, mənzil ilk dəfə satıldıqdan sonra yenidən başqa bir şəxsə satımasında Cavabdeh mənzil satmaq kimi hüququ mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. İşin hallarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən mübahisəli mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcuddur. Belə olan halda həmin mənzilin mülkiyyətçisi statusunu daşıyan X4 hüquqları qorunmalıdır. Məhkəmə mübahisəli mənzildə qanuni əsaslarla yaşayan üçüncü şəxsin hüququnun hazırki vəziyyətdə qorunmalı olduğunu hesab edir. Belə ki, Almaz Əhmədova podratçı ilə 16.03.2011-ci ildən etibarən müqavilə bağlamış və bu müqavilə üzrə bütün ödənişləri həyata keçirmiş, 05.06.2018-ci il tarixdə həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış almış və 28.11.2018-ci il tarixdə mübahisəli mənzili X1. Xalidə Qaybalıyeva hazırda isə həmin mənzildə yaşayır. Onlardan fərqli olaraq, İddiaçı podratçı ilə 24 iyun 2011-ci ildə müqavilə bağlamasına baxmayaraq, bu günədək (10 il ərzində) mübahisəli mənzilin tikintisinin başa çatıb-çatmadığı və mənzilin hansı vəziyyətdə olduğu ilə maraqlanmamışdır. İddiaçının 24.06.2011-ci il tarixdə Cavabdeh MMC ilə mübahisəli mənzilə dair müqavilə bağlamasına və buna görə MMC-yə pul ödəməsinə barədə iddianın dəlillərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh MMC-nin öz hüquqazidd hərəkətləri ilə ona vurduğu ziyanın əvəzinin ödənilməsi haqqında sonuncuya qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı «mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia tələbi təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı «mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia tələbləri təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1074/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1074/2021
11.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver