Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1075/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "su təchizatı və su tullantılarının axıdılmasına görə yaranmış borcun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "su təchizatı və su tullantılarının axıdılmasına görə yaranmış borcun ödənilməsi" tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 475,22 manat borcun tutularaq **********050 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.01.2022-ci il tarixli, 2(006)-1075/2022 saylı qərardadı ilə iş üzrə etiraz ərizəsi daxil olduğundan, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "su təchizatı və su tullantılarının axıdılmasına görə yaranmış borcun ödənilməsi" tələbinə dair ərizəsi ilə əlaqədar mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh (abonent kodu: **********050) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 24 noyabr 2021-ci il tarixinə 475,22 (dörd yüz yetmiş beş, iyirmi iki) manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin dəyəri ünvan üzrə suölçən cihaz quraşdırılanadək ailə tərkibinə görə, suölçən cihaz quraşdırıldıqdan sonra isə cihazın göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana 29.06.2021-ci il tarixdə CSS-20 markalı 21046680 nömrəli suölçən cihaz quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nətiəcədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi iə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 12 noyabr 2021-ci il tarixdı xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1 iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ünvanladığı etirazın məzmununa uyğun izahat verərək, bildirmişdir ki, yaşadığı bina keçmiş tramvay-trolleybus idarəsinin dörd girişli, beş mərtəbədən ibarət yataqxanadır. O, həmin yataqxananın birinci mərtəbəsində, sahəsi 18m2 bir otaqlı mənzildə beş nəfərdən ibarət ailəsi ilə yaşayır. Bu bina TTİ-nin binası olduğu üçün və o, həmin idarənin işçisi olduğuna görə 1990-cı ildən 2003-cü ilə qədər yataqxanın komendantına kommunal xərc ödəmişdir. 2003-cü ilin sonunda 70 saylı MİS-nin işçiləri, şəxsən rəisi Fərhad Nağıyev yaşadığı mənzilə gəlib, TTİ bağlandığı üçün yataqxananın onların balansına keçdiyini və bundan sonra kommunal xərci onlara ödəməli olduğunu bildirdi. Sonra evin sahəsini metrə ilə ölçərək 18m2 olduğunu dedi və ailə sayına görə məbləği təyin etdi. Bu məbləğ komendanta ödədiyindən də artıq idi. Hər ayın sonunda gəlib qəbz yazırdılar və o da ödəniş edirdi. 2014-cü ildə Azərsu ASC-nin bir neçə nümayəndəsi qəflətən onların binasına gəldi və sakinlərə bildirdilər ki, ölkə üzrə bütün kommunal borcları ölkə başçısı 2011-ci ildə silib. 2012, 2013 və 2014-cü illərin kommunal su borcunu onların ödəməli olduqlarını bildirdilər. Onların ailə tərkibini hesabladılar beş nəfər üçün 410 azn borc qəbzini ona verdilər, və əlavə etdilər ki 15 gün ərzində ödəməyəcəkləri təqdirdə məhkəməyə veriləcəklər. Eyni qaydada bütün bina sakinlərini. Hər ay gəlib beş nəfər üçün 12.50 azn qəbz verirdilər. O, məcbur qalaraq 18m2 olan evinə su çəkdirdi. Daha sonra 195 qaynar xəttə zəng edərək onun mənzilinə su ölçən cihaz quraşdırılmasını xahiş etdi. Bir gün sonra Azərsu ASC-nin işçiləri su ölçən cihaz qoydular və o da ona uyğun olaraq ödəniş etdim. O, birinci mərtəbədə yaşayır, onunla bərabər 10 ailənin 15m2 sahəsi olan mətbəxi və 2 ədəd su krantı var. Həmin 10 ailə, 20 nəfərdən çox şəxs həmin 2 ədəd su krantından istifadə edir. Azərsu ASC-nin ona qarşı qaldırdığı iddianın qərəzli olduğunu, və "ödənilməyib, toplanıb bu məbləğə çatması" ifadəsi düzgün deyil. 2014-cü ildə bir gün ərzində gəlib 410 azn qəbz verdilər, ona və o cümlədən bütün bina sakinlərinə. Əllərində olan ödəniş qəbzlərini təqdim etmək və şifahi olaraq bəzi yaddan çıxan məsələləri, eləcə də, şahid ifadələrini məhkəməyə verməyə hazırdırlar. Sonda o, Məhkəmədən xahiş etmişdir ki, onun az təminatlı ailə olduğunu nəzərə alaraq yaşadığı mənzilin ailə sayına görə çox kiçik olduğunu (5 nəfər üçün 18m2) eləcə də, aylıq gəlirin 500 azn-dən az olduğunu nəzərə alaraq Azərsu ASC-nin qeyriqanuni olaraq onun hesabına 410 azn yazdığının silinməsi təmin edilsin. Yerdə qalan hissəsini isə ( 20azn, 06.12.2021 tarixində 1 saylı asan xidmətdə ödəmişəm ) yəni 48.22 azn-i hər zaman ödəməyə hazırdır. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş X4ndan görünür ki, Cavabdeh ünvan 2 ünvanına cəmi 475,22 AZN borc hesablanmışdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin Arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan əlavə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Eyni Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə 31.01.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Cavabdeh məhkəməyə iddia müdətinin tətbiq olunması barədə ərizə ünvanlayaraq bildirmişdir ki, ona aid kodun (**********050) çıxarışına, X4na baxanda aydın şəkildə görünür ki, borcun ödənişi idiaçı tərəfindən vaxtında tələb edilmədiyindən iddia müddəti ötürülmüşdür. O, ərizədə hazırkı mülki işlə bağlı iddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia ərizəsinin rədd olunmasını və borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbyacan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İş materiallarında olan “X4”ndan görünür ki, hesablanmış borcun 239 manat 50 qəpik məbləğində olan borcu, 2018-ci il və daha əvvəlki müddətə aiddir (475.22-239.50=235.72) . Bu səbəbdən iddia tələbinə iddia müddəti tətbiq olunmalı, iddia qismən təmin edilməlidir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh 7 iş günü müddətində borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. 766107445 saylı ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 235,72 manat borc tutularaq **********050 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASCnin hesabına ödənilməlidir. İddianın qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 235,72 manat borc tutularaq **********050 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilsin. İddianın qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1075/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1075/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver