Məhkəmə qərarları › İş №2(006)-1079/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1079/2023

24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1079/2023 24.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, “doğum akt qeydinin müəyyən olunması və ata adına düzəliş edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1940-cı il tarixdə ermənistan SSR-nin Kalinin rayonunda doğulması, adının Gülnaz, soyadının kimi yazılması, atasının X4, anasının isə X5 olması, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı yazılmaqla doğum akt qeydinin müəyyən olunması və ata adının Amid deyil Həmid olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1940-cı il tarixdə ermənistan SSR-nin Kalinin rayonunda doğulması, adının Gülnaz, soyadının Əhmədova kimi yazılması, atasının X4, anasının isə X5 olması, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı yazılmaqla doğum akt qeydinin müəyyən olunması və ata adının Amid deyil Həmid olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilməsi, onun xx.xx.1940-cı il tarixdə ermənistan SSR, Kalinin rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin doğum tarixi qrafasında “xx.xx.1940-cı il”, doğum yeri qrafasında “ermənistan SSR, Kalinin rayonu”, milliyəti qrafasında “azərbaycanlı”, ata qrafasında “X6”, ana qrafasında “X5” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1940-cı il tarixdə ermənistan SSR-nin Kalinin rayonunda doğulmuş və 1940-cı ildə ermənistan SSR-nin Kalinin rayon VVAQ İdarəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Bildirir ki, o, ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış və ermənistan SSR-dən qaçqın düşmüş şəxslərin siyahısındadır. Oradan qaçqın düşdükdən sonra özünə aid bir çox sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməni də gətirmişdir. Lakin qaçqınlıq həyatı sürdüyü üçün və bu səbəbdən də yaşayış yerini bir neçə dəfə dəyişdiyi üçün doğum haqqında şəhadətnaməni harada itirdiyini xatırlaya bilmir. Hazırda da o, arxivə müraciət edə bilmir. Ona görə ki, ermənistana gedə bilmədiyi üçün “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar"-ın 13-cü bəndinə əsasən yaşadığı yerin Qeydiyyat şöbəsinə müraciət etmiş və doğum akt qeydinin bərpa olunmasını istəmiş, lakin oradan ona bildirmişlər ki, doğum haqqındə şəhadətnamə təqdim olunmadığı üçün ərizənin təmini şöbədə mümkün olmamışdır. Bildirir ki, hamıya bəlli olan fakt bundan ibarətdir ki, Qarabağ münaqişəsinə görə Azərbaycan Respublikası ilə ermənistan respublikası arasında hər hansı rəsmi-diplomatik münasibətlər təsis edilməyib. Əgər belə bir münasibət mövcud olsaydı, onun doğum akt qeydinin Azərbaycanda bərpasına ehtiyac da qalmazdı. Məhz bu səbəbdən Azərbaycanla ermənistan arasında diplomatik münasibətlər olmadığından onun Azərbaycanda doğum akt qeydinin bərpa olunmasına zərurət yaranmışdır. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Bu səbəbdən də “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 19-cu bəndində göstərilən inzibati hərəkətin həyata keçirilməsinin (rəy və toplanmış digər materialların icra üçün ermənistana göndərilməsinin) mümkün olmaması doğum akt qeydinin bərpasından imtina üçün legitim səbəb təşkil edə bilməz. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı dövlət mənafeyi üçün əhəmiyyət kəsb edir və vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Bildirir ki, bacısı X3 1941-ci il tarixdə ermənistan SSR-də anadan olmuş və onun doğum haqqında şəhadətnaməsi vardır. Bacısı hazırda rəhmətə getmişdir. Bildirir ki, doğum haqqında şəhadətnamənin olmasını şəhadətnaməni görən şahidlər də təsdiq edə bilərlər. O, təkrarən doğum şəhadətnaməsi almaq üçün 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin əsaslı sənədlər olmadığı üçün doğum haqqında şəhadətnaməni verməkdən şöbədə imtina etmişlər. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Əvvəlki məhkəmə iclası keçirilən zaman maraqlı şəxs 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş: - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1940-cı ildə ermənistan respublikasının Kalinin rayonunda doğulmuşdur. - Ə/V seriyalı, 395 saylı “Azərbaycan Respublikasının Əmək Veteranı” adlı vəsiqədən görünür ki, vəsiqə xx.xx.1999-cu il tarixdə Ərizəçi verilmişdir. - X1 (ərizəçinin bacısı) doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, o, xx.xx.1941-ci ildə ermənistan SSR, Stepanavan rayonunda doğulmuşdur, ata qrafasında X4, ana qrafasında X5 qeyd edilmişdir. - 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05Q/2510/76 saylı məktuba əsasən qanunvericiliklə müəyyən edilmiş sənədlər təqdim edilmədiyindən, Ərizəçi doğum haqqında akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 51/2-7599/23 saylı məktubundan görünür ki, Ərizəçi İ-SL 624733 nömrəli xx.xx.1976-cı il tarixli SSRİ nümunəli sovet pasportunu dəyişərək Nəsimi RPİ tərəfindən xx.xx.2004-cü il tarixdə S.Rəhimov küçəsi, ev 152, mənzil 10 ünvanı olmaqla, AZE 01873366 seriya nömrəli ilkin şəxsiyyət vəsiqəsini almışdır. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1940-cı ildə ermənistan SSR, Kalinin rayonunda doğulmuşdur. X2, anası X5 olmuşdur. Lakin ərizəçinin bildirdiyinə görə doğum haqqında şəhadətnaməsini itirmişdir. Məsələ ilə əlaqədar aidiyyəti üzrə 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət etsə də, müsbət nəticə əldə etməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; - 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş ”Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”-nın 14,15,16-cı bəndlərində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Göründüyü kimi, ərizəçi məlum səbəblərdən ermənistan Kalinin rayonu VVADQ şöbəsində doğumunun qeydə alınması ilə bağlı ilkin sənədləri əldə edə bilmir, itirilmiş sənədlərin bərpası hazırki vəziyyətdə qeyri-mümkündür. Məhkəmə hesab edir ki, ərizəçi müəyyən edilməsi xahiş olunan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, həmçinin itirilmiş sənədlərin bərpa olunması mümkün olmadığından, habelə ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğulduğu yer və tarix barədə məlumatlar əks olunduğundan, ərizəçinin doğumunun qeydə alınma faktı müəyyən edilməlidir. Ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilməli, bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “ermənistan SSR, Kalinin rayonu”, doğum tarixi qrafasında “xx xxx 1940”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X11 oğlu”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “X5”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “ermənistan SSR, Kalinin rayonu”, doğum tarixi qrafasında “xx xxx 1940”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X11 oğlu”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “X5”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar