Məhkəmə qərarları › İş №2(006)-1098/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1098/2023

28.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1098/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - Muradov Tural Tofiq oğlunun iştirakları ilə, İddiaçı Muradov Tural Tofiq oğlunun cavabdeh "xxxx" şəbəkəsi MMC-yə qarşı «əmrin ləğvi, işə bərpa və s.» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Muradov Tural Tofiq oğlu cavabdeh "xxxx" şəbəkəsi MMC-yə qarşı «əmrin ləğvi, işə bərpa və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi haqqında T2174-22 saylı, 27 oktyabr 2022-ci il tarixli əmr qanunsuz hesab olunaraq ləğv olunması, iddiaçının işə bərpa edilməsi, bununla bağlı əmək kitabçasında və elektron hökümət portalında müvafiq düzəlişlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa olunduğu tarixə qədər olan dövr üçün hesablanmalı olan əmək haqqı məbləğinin tam şəkildə iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən müqavilə əsasında danışıqların aparılması üçün və birinci instansiya məhkəməsində təmsilçilik üçün ödənilmiş 3000 manat məbləğin iddiaçıya ödənilməsi, cavabdehin qanunsuz hərəkətləri və əməlləri nəticəsində vurmuş olduğu 3 aylıq əmək haqqı 6750 manat maddi ziyanın və ailə üzvlərinə vurduqları mənəvi zərərə görə 125.000 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər: Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Muradov Tural Tofiq oğlu ilə cavabdeh "xxxx" şəbəkəsi MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun:

1. Bu Barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaq) mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır.

2. Mübahisə tərəfləri bundan sonra ayrılıqda “Tərəf və birlikdə “Tərəflər” adlandırılacaqdır. Birinci tərəfin adı, atasının adı və soyadı, "xxxx" MMC şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, FİN VÖEN ********** kodu, doğum tarixi, yaşadığı ünvan, telefon, adından səlahiyyətli nümayəndə etibarnamə ilə təmsilçilik varsa həmin sənədin Məhyəddinov Cavid Alı oğlu nömrəsi AA2728333, 6BFGDHD, xx.xx.1996 (Hüquqi şəxs olduqda, adı və VÖEN-i) İkinci tərəfin adı, atasının adı və soyadı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, FİN kodu, doğum tarixi, yaşadığı ünvan, telefon, Muradov Tural Tofiq oğlu etibarnamə ilə təmsilçilik varsa həmin sənədin AA3063990, 1479DFE, xx.xx.1986 nömrəsi (Hüquqi şəxs olduqda, adı və VÖEN-i) Şaliyev Qasım Qulamhüseyn Mediator (lar) un adı, atasının adı və soyadı, M-00002 reyestr nömrəsi, əlaqə vasitələri +**********82 Bakı 15 saylı Mediasiya Təşkilatı Mediasiya təşkilatı haqqında məlumatlar və MT-00015 əlaqə vasitələri +**********15 Mübahisənin növü (işarə edilməli) Əmək X İşçi ilə bağlanılmış əmək müqaviləsinə Mübahisənin predmeti xitam əsası Müqavilə hüquqi qüvvəyə mindikdən 10 Sazişin icra olunma müddəti iş günü ərzində

Sazişin nüsxələrinin sayı 5 (bes) nüsxədə

Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri.

1. Tərəflər razılaşırlar ki, hazırki mübahisəni məhkəmədən kənar öz aralarında barışıqla həll edirlər.

2. Birinci Tərəf öhdəsinə götürür ki, a) xx.xx.2022-cİ il tarixli T2174-22 saylı əmrində düzəliş edərək işçinin işdən azad olunma əsasını “işçinin öz yazılı xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndi” kimi dəyişdirəcək. b) Elektron portalda müvafiq düzəliş etmək üçün AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edəcək və portalda müvafiq dəyişikliyi həyata keçirəcək. c) İşçinin əmək kitabçasında müvafiq dəyişikliyi təmin edəcək.

3. Tərəflər hazırki mübahisə üzrə Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)- 1098/2023 saylı mülki iş üzrə icraata xirtam verilməsi üçün hazırki barışıq sazişini məhkəməyə təqdim edəcəklər.

4. Tərəflər bəyann və təsdiq edir ki, hazırki mübahisə ilə bağlı bir-birlərinə qarşı mahiyyətindən asıılı olmayaraq hər hansı şikayət və ya pretenziyaları hazırda yoxdur və gələcəkdə də irəli sürməyəcəklər.

3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir- birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.

7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

8. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir.

10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır.

13. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.

16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 13.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 13.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 13.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 13.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə);

17. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.

18. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

19. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.

21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir.

22. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

24. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.

25. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır, bir nüsxə Nəsimi Rayon Məhkəməsinə, bir nüsxə də AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti üçün verilir. İş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar