Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1102/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, ev 204B, M9 ünvanında yerləşən 1 nömrəli mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, ev 204B, M9 ünvanında yerləşən 1 nömrəli mənzil 28 oktyabr 2021-ci il tarixdə bağlanmış alq-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətinə verilmiş və buna dair müvafiq çıxarış təqdim edilmişdir. Lakin Cavabdeh qanunsuz və əsassız hərəkətləri nəticəsində iddiaçı özünə məxsus olan mənzildən istifadə edə bilmir. Belə ki, cavabdeh qeyd edilən mənzilə qanunsuz olaraq girərək və hazırda çıxmamaqla iddiaçının mənzilindən istifadəsinin qarşısını almaqdadır. İddiaçı dəfələrlə cavabdehə mənzildən çıxmalı olmasına dair xəbərdarlıq etsə də, bunun heç bir əhəmiyyəti olmamış, Cavabdeh adamları ilə birlikdə mənzili zəbt etmək hərəkətlərini davam etdirir. Halbuki, qanunverciliyin tələbinə əsasən mülkiyyətçinin öz mülkiyyətindən istifadəsinin məhdudlaşdırılması mümkün deyildir. Buna görə də Cavabdeh iddiaçıya məxsus məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, ev 204B, M9 ünvanında yerləşən 1 nömrəli mənzildən çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarınının izahatını dinləyib, iddia ərizəsini və iş üzrə təqdim olunmuş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: "xxxx" MMC (İcraçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış 17 fevral 2020-ci il tarixli müqavilədən (yaşayış sahəsi üçün) görünür ki, icraçı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 112A. küçəsində 16 mərtəbəli 5 bloklu binanın 3-cü blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 69.5 kv.m olan 146 saylı 1 otaqlı mənzili Sifarişçiyə satmağı, Sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli kassa mədaxil orderlərindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 112A. küçəsində 16 mərtəbəli 5 bloklu binanın 3-cü blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 69.5 kv.m olan 146 saylı 1 otaqlı mənzil üçün ödənişlər İddiaçı tərəfindən edilmişdir. Nikah haqqında AZ-İİ seriyalı 450430 nömrəli şəhadətnamədən görünür ki, X5 ilə X1 nikahı xx.xx.2021-ci il tarixdə 1308 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə 204B ünvanında yerləşən 16 mərtəbəli 5 bloklu binanın 3-cü blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 69.5 kv.m olan 146 saylı 1 otaqlı mənzilin dəyərini tam ödəmişdir, borcu yoxdur. "xxxx" MMC-nin arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü giriş (204B), 9-cu mərtəbəsində, ümumi sahəsi 69.5 kv.m olan 1 otaqlı 146 nömrəli mənzil İddiaçı məxsudur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil (reyestr nömrəsi: **********04-05301- 093163) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Nəsimi RPİ-nin 20-ci PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərarından görünür ki, ünvan 4 ünvanında İddiaçı və X3 ilə X2 və Cavabdeh arasında bir neçə dəfə münaqişə yaranması nəzərə alınaraq, gələcəkdə anoloji hadisənin baş verməsinin qarşısının alınması məqsədilə onların təhlükəsizliklərinin təmin olunması üçün profilaktiki iş aparılmasından ötrü qəbul edilmiş qərar icra olunması üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 100 (bir yüz) manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanı İddiaçı adına xx.xx.2023-cü il tarixdə ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Beləliklə məhkəmə müəyyən etdi ki, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, ev 204B, M9 ünvanında yerləşən 1 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh isə iddiaçının oğlu X5 ilə xx.xx.2021-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin vaxtdan iddiaçının mülkiyyətində olan evdə yaşamışdır. Aralarında bir neçə dəfə ailə münaqişəsi yarandığıdan iddiaçı cavabdehdən ona məxsus mənzildən çıxmasını tələb etsə də, cavabdeh mənzildə yaşamağa və ondan istifadə etməyə davam edir. Tərəflər arasında mütəmadi olaraq münaqişlərin olması Nəsimi RPİ-nin 20-ci PŞ tərəfindən qəbul edilmiş qərarda da öz əksini tapmışdır. Hazırda iddiaçı cavabdehin ona məxsus mənzildə yaşamasının mülkiyyət hüquqlarını pozması səbəbindən, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmasını; cavabdeh tərəf isə ailə qurandan cavabdehin həmin mənzildə yaşadığını, mebellərinin həmin evdə olduğunu, iddiaçının oğlu ilə nikah münasibətlərinə xitam verilmədiyini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olmaqla, cavabdehin həmin mənzildən istifadə hüququnun olmaması hazırki işin mübahisəsiz halını təşkil edir. Belə ki, cavabdehin 2021-ci ildə iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra ona məxsus mənzildə yaşamağa başlaması cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas hesab olunmur. Çünki qanunvericiliyin tələbinə görə, cavabdeh heç vaxt «digər qohum» kimi iddiaçının ailə üzvü olmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumlar» dedikdə qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ögey oğul və qızlarını nəzərdə tutmuşdur. Göründüyü kimi, cavabdeh Aysel Manafova iddiaçının gəlini olmaqla, ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxslərin kateqoriyasına da aid deyil. Bu səbəbdən də cavabdehin həmin əsasla iddiaçının ailə üzvü yaxud da «digər qohum»u qismində mübahisəli yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququ da əvvəldən heç yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 3-4-cü hissələrinə müvafiq olaraq, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1, 152.5-ci maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2, 157.4-cü maddələrinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 228.1, 228.5-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 9.1-ci maddəsinə görə, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 30.1-30.2, 30.4-cü maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəalarına görə, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.4cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq məhkəmə hesab edir ki, cavabdehin mübahisə predmeti olan mənzilin qanuni sahibindən – iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, iddiaçıya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; məsələyə bu kontekstdən yanaşıldıqda isə cavabdehin mənzildən istifadə etmək hüququnun olmaması qənaətinə gəlinməklə, hazırki iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, ev 204B, M9 ünvanında yerləşən 1 nömrəli mənzildən çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, ev 204B, M9 ünvanında yerləşən 1 nömrəli mənzildən çıxarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1102/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1102/2024
28.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver