Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1127/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh Asghar oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh Asghar oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 8.801.000016 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 2646 manat əsas borcun, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 2 il üçün 264.60 manat, habelə 50 manat cərimənin, ümumilikdə isə 2960.60 manat vəsaitin və ödənilmiş 49.60 manat dövlət rüsumu Cavabdeh Asghar oğlundan İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Mehdi oğlu ilə iddiaçı "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 8.801.000016 nömrəli nisyə alqısatqı müqaviləsinə əsasən 9868.19 (doqquz min səkkiz yüz altmış səkiz) manat 19 qəpik dəyərində məişət avadanlıqlarını əldə etmişdir. Cavabdeh həmin müqavilə üzrə ilkin ödəniş olaraq 4400 (dörd min dörd yüz) manat ödəniş etmiş, qalıq 5468.22 (beş min dörd yüz altmış səkkiz) manat 22 qəpik borcu 6 ay müddətində hər ay 911.37 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandığı müddətdən borcdan bir qismini Ödəsə də, qalıq borcu 2646 manat təşkil edir. Borcun ödənilməsini təmin etmək məqsədilə bcrclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, 18 aprel 2022-ci il tarixli 041 nömrəli məktubla xəbərdarlıq göndərilərək borcun 5 gün ərzində ödənilməsi xahiş olunsa da, tələb icra edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: 2022-ci ildə təqdim edilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Zakeri X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 8.801000016 saylı Nisyə satış müqaviləsində əsasən 16784.24 (on altı min yeddi yüz səksən dörd manat, iyirmi dörd qəpik) manat faktura endirimi 6916.05 (altı min doqquz on altı manat, beş qəpik) endirimli dəyəri 9868.19 (doqquz min səkkiz yüz altmış səkkiz manat, on doqquz qəpik) manat dəyərində məişət avadanlığı ilkin ödəniş 4400 (dörd min dörd yüz) manat olmaqla hər ay bərabər, 911.37 (doqquz yüz on bir manat, otuz yeddi qəpik) manat məbləğini 6 (altı) ay müddətində ödənilməklə Alıcıya nisyə satılmışdır. Borclu Zakeri X2 xx.xx.2020-ci il tarixli, 8.801.000016 saylı Nisyə satış müqaviləsi üzrə 2646 manat və hər gecikdirilmiş il üçün ödəniş məbləğinin 5%i dəyərində cərimə borcu 264,6 manat borcu qalmışdır. xx.xx.2020-ci il tarixli 8.801.000015 saylı Nisyə alqı-satqı müqaviləsindən görünür ki, ilə Cavabdeh Asghar oğlu İddiaçı MMC-dən 9868.19 manat məbləği, 6 ay müddətinə, hər ay 911.37 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh Asghar oğlu ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli № JMB-8.801.000016 saylı Girov müqaviləsi imzalanmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC cavabdeh Zakeri X1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 49,6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2020-ci il tarixli iltizama əsasən, Cavabdeh Mehdi nisyə alqı-satqı müqaviləsi ilə cəmi 9868.19 (doqquz min səkkiz yüz altmış səkkiz manat on doqquz qəpik) AZN məbləğində məhsul əldə etmiş, onun 4400,00 (dörd min dörd yüz manat) AZN ilkin ödəmiş, qalan məbləği 6 ay müddətində aylıq 911,365 (doqquz yüz on bir manat otuz altı qəpik) manat olmaqla İddiaçı MMC-yə (VÖEN **********) ödəməyi öhdəsinə götürmüşdür. Alqı-satqı və Girov müqaviləsinin şərtləri ilə tanış olmuş, müqavilə şərtləri ilə razılaşmışdır. Cavabdeh Mehdi Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 18.ev 72 ünvanında qeydiyyatdadır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC əşyanı 911,365 manat ilkin ödənişlə Cavabdeh Asghar oğluna nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə 6 ay müddətinə aylıq 911.37 manat ödəniş etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 3% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşya satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Asghar oğlundan xx.xx.2020ci il tarixli 8.801.000016 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 2646 manat əsas borcun, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 2 il üçün 264.60 manat, habelə 50 manat cərimənin, ümumilikdə isə 2960.60 manat vəsaitin və ödənilmiş 49.60 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6, və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Asghar oğlundan xx.xx.2020-ci il tarixli 8.801.000016 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə 2646 manat əsas borcun, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 2 il üçün 264.60 manat, habelə 50 manat cərimənin, ümumilikdə isə 2960.60 manat vəsaitin və ödənilmiş 49.60 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1127/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1127/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver