Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-113/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mübahisəli mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərrac vasitəsi ilə satılaraq pulun bölünməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "mübahisəli mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərrac vasitəsi ilə satılaraq pulun bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsinə dair ərizəni və eyni zamanda barışıq sazişini təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı barışıq sazişinin şərtləri ilə razı olduğunu, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirmiş, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin şərtləri ilə razı olduğunu, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmiş, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin məhkəməyə təqdim etdikləri barışıq sazişinin şərtləri aşağıdakılardır:
1. İddiaçı iddia tələbindən imtina edir və 1/2 pay hüququ əsasında müqavilə ilə İddiaçı və Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi və X.Məmmədov küçələrinin kəsişməsində, məhəllə 2944a, 8 nömrəli binanın A nömrəli blokunda 16-cı mərtəbədə yerləşən 86 nömrəli 2 otaqlı 93,6 kv metr sahəsi olan mənzilinin özünə məxsus olan 1/2 pay hissəsini Cavabdeh adına rəsmiləşdirməyi öhdəsinə götürür.
2. Cavabdeh İddiaçı 23000 (iyirmi üç min) manat məbləğində pul ödəməyi öhdəsinə götürür.
3. İddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi və X.Məmmədov küçələrinin kəsişməsində, məhəllə 2944a, 8 nömrəli binanın A nömrəli blokunda 16-cı mərtəbədə yerləşən 86 nömrəli 2 otaqlı 93,6 kv metr sahəsi olan mənzilinin özünə məxsus olan 1/2 pay hissəsinin Cavabdeh adına rəsmiləşdirilməsi və Cavabdeh tərəfindən İddiaçı 23000 (iyirmi üç min) manat məbləğində pulun ödənilməsi eyni vaxtda həyata keçirilir.
4. Bakı şəhəri, Xətai rayonu, M.Hadi və X.Məmmədov küçələrinin kəsişməsində, məhəllə 2944a, 8 nömrəli binanın A nömrəli blokunda 16-cı mərtəbədə yerləşən 86 nömrəli 2 otaqlı 93,6 kv metr sahəsi olan mənzilin Cavabdeh adına rəsmiləşdirilməsi və müqavilənin bağlanması “xxxx” Təchizat Şirkəti tərəfindən həyata keçiriləcəkdir. Məhkəmə barışıq sazişini, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarının dinləyib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA A L D İ:
İddiaçı Cavabdeh qarşı "mübahisəli mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərrac vasitəsi ilə satılaraq pulun bölünməsi" tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. İddiaçı iddia tələbindən imtina edir və 1/2 pay hüququ əsasında müqavilə ilə İddiaçı və Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi və X.Məmmədov küçələrinin kəsişməsində, məhəllə 2944a, 8 nömrəli binanın A nömrəli blokunda 16-cı mərtəbədə yerləşən 86 nömrəli 2 otaqlı 93,6 kv metr sahəsi olan mənzilinin özünə məxsus olan 1/2 pay hissəsini Cavabdeh adına rəsmiləşdirməyi öhdəsinə götürür.
2. Cavabdeh İddiaçı 23000 (iyirmi üç min) manat məbləğində pul ödəməyi öhdəsinə götürür.
3. İddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi və X.Məmmədov küçələrinin kəsişməsində, məhəllə 2944a, 8 nömrəli binanın A nömrəli blokunda 16-cı mərtəbədə yerləşən 86 nömrəli 2 otaqlı 93,6 kv metr sahəsi olan mənzilinin özünə məxsus olan 1/2 pay hissəsinin Cavabdeh adına rəsmiləşdirilməsi və Cavabdeh tərəfindən İddiaçı 23000 (iyirmi üç min) manat məbləğində pulun ödənilməsi eyni vaxtda həyata keçirilir.
4. Bakı şəhəri, Xətai rayonu, M.Hadi və X.Məmmədov küçələrinin kəsişməsində, məhəllə 2944a, 8 nömrəli binanın A nömrəli blokunda 16-cı mərtəbədə yerləşən 86 nömrəli 2 otaqlı 93,6 kv metr sahəsi olan mənzilin Cavabdeh adına rəsmiləşdirilməsi və müqavilənin bağlanması “xxxx” Təchizat Şirkəti tərəfindən həyata keçiriləcəkdir. İddiaçı Cavabdeh qarşı "mübahisəli mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərrac vasitəsi ilə satılaraq pulun bölünməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Solmaz Mustafayeva