Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-114/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İlk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1, İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ön növbəsində, Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən məhkəməyə ayrı-ayrılıqda ərizələr ünvanlanaraq, onların ilkin iddia tələbindən imtina etdikləri bildirilərək, 29 mart 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə vəsatət ünvanlanaraq, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə əlaqədar 2(006)-114/2022 saylı iş üzrə 29.03.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilərək, mülki işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə ayrıayrılıqda ünvanlamış olduqları ərizələri müdafiə edərək, ilkin iddia tələbindən imtinalarının qəbul edilməsini, barışıq sazişin təsdiq edilməsini və icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbindən imtinalarının qəbul edilməsini, barışıq sazişin təsdiq edilməsini və icraata xitam verilməsini xahiş etdi. Məhkəmə ilkin iddia üzrə iddiaçıların və ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə iddiaçıların və qarşılıqlı iddia üzrə iddiaçının iddia tələblərindən imtinaları məhkəmə tərəfindən qəbul edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilk iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı1 ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır: Maddə 1.Barışıq Sazişinin şərtləri 1.1 Hazırki Sazişə əsasən, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 aşağıdakı öhdəlikləri qəbul edirlər: 1.1.1 Bu gün, 29 mart 2022-ci il tarixdə X3 15.300 manat məbləğində pul vəsaitini aldıqlarını nəzərə alaraq, X2rşı olan bütün iddia tələblərindən və iddiadan irəli gələn, eləcə də iddia üçün əsas olmuş münasibətlər nəticəsində yaranan bütün digər tələblərdən tam həcmdə imtina etməyi; 1.1.2 Gələcəkdə bu Sazişin 1.1.1-ci bəndində göstərilənlərlə bağlı və tərəflər arasında olan mübahisə predmetinə aid istənilən digər məsələ ilə bağlı X4 və ya hər hansı digər şəxsə qarşı heç bir iddia qaldırmaq və hər hansı başqa formada tələb irəli sürməmək; 1.1.3 Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verməmək. 1.2 Hazırki Sazişə əsasən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 aşağıdakıları icra etməyi öz öhdəsinə götürür: 1.2.1 İddiaçı2 və İddiaçı1 qarşı verilmiş iddia tələbindən və iddiadan irəli gələn digər tələblərdən tam imtina etməyi; 1.2.2 X9 ilə tənzimlənən məsələlər ilə bağlı İddiaçı2 və İddiaçı1 qarşı gələcəkdə iddia qaldırmamaq və Tərəflər arasında olan mübahisə predmetinə aid istənilən digər məsələ ilə bağlı İddiaçı2 və İddiaçı1 və ya hər hansı digər şəxsə qarşı heç bir iddia qaldırmamaq və hər hansı başqa formada tələb irəli sürməmək; 1.2.3 X8 məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verməmək. Maddə 2. Tərəflərin məsuliyyəti 2.1 Tərəflər bu Sazişdə göstərilmiş şərtlərin yerinə yetirilməsi ilə bağlı onlardan asılı olan hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Tərəflərdən birinin bu Sazişin 1-ci maddəsində həmin Tərəf üçün nəzərdə tutulmuş öhdəliyi icra etməməsi, digər Tərəfə bu Sazişdə nəzərdə tutulmuş öhdəliyinin icrasından imtina etmək və məhkəməyə müraciət etmək hüququ verir. 2.2 Tərəflər bu Sazişin 1-ci maddəsində göstərilmiş şərtlərin həyata keçirilməsi üçün onlarda olan sənədlərin təqdim edilməsi və onlardan asılı olan hərəkətlərin vaxtında icra edilməsinə görə məsuliyyət daşıyırlar. 2.3 Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Tərəflərin hər biri hazırki Sazişinin mahiyyətini tam şəkildə dərk qəbul edirlər, hazırki Saziş bağlanan zaman tərəflərin hər biri anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qəbiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb. 2.4 Tərəflər qarşılqılı surətdə təsdiq edirlər ki, X7 bağlanan zaman Tərəflərdən heç biri hər hansı təsir və ya təzyiq altında deyil, heç kim onlara bu Sazişi bağlamaq üçün təsir və ya təzyiq etmir, Sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini tam və aydın dərk edirlər. Maddə 3. Yekun qaydalar 3.1 Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2, 191, 261.0.5 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni Barışıq Sazişinə əsasən hazırki işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır. 3.2 X7 Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 nüsxədə tərtib edilmişdir. Sazişin bir nüsxəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilir, bir nüsxəsi notariat ofisdə saxlanır, digər nüsxələr isə tərəflərə verilir. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehlərin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdehlər və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehlərin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçıların və qarşılqılı iddia üzrə iddiaçının iddia tələblərindən imtinaları, habelə tərəflər arasında bağlanmış barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, ilkin iddia üzrə iddiaçıların və qarşılqılı iddia üzrə iddiaçının iddia tələblərindən imtinaları məhkəmə tərəfindən qəbul edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 263-264, 267-269-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə ilk iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı1 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiadan imtinaları qəbul edilsin. İlk iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı1 ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Maddə 1.Barışıq Sazişinin şərtləri 1.1 Hazırki Sazişə əsasən, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 aşağıdakı öhdəlikləri qəbul edirlər: 1.1.1 Bu gün, 29 mart 2022-ci il tarixdə X3 15.300 manat məbləğində pul vəsaitini aldıqlarını nəzərə alaraq, X2rşı olan bütün iddia tələblərindən və iddiadan irəli gələn, eləcə də iddia üçün əsas olmuş münasibətlər nəticəsində yaranan bütün digər tələblərdən tam həcmdə imtina etməyi; 1.1.2 Gələcəkdə bu Sazişin 1.1.1-ci bəndində göstərilənlərlə bağlı və tərəflər arasında olan mübahisə predmetinə aid istənilən digər məsələ ilə bağlı X4 və ya hər hansı digər şəxsə qarşı heç bir iddia qaldırmaq və hər hansı başqa formada tələb irəli sürməmək; 1.1.3 Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verməmək. 1.2 Hazırki Sazişə əsasən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 aşağıdakıları icra etməyi öz öhdəsinə götürür: 1.2.1 İddiaçı2 və İddiaçı1 qarşı verilmiş iddia tələbindən və iddiadan irəli gələn digər tələblərdən tam imtina etməyi; 1.2.2 X9 ilə tənzimlənən məsələlər ilə bağlı İddiaçı2 və İddiaçı1 qarşı gələcəkdə iddia qaldırmamaq və Tərəflər arasında olan mübahisə predmetinə aid istənilən digər məsələ ilə bağlı İddiaçı2 və İddiaçı1 və ya hər hansı digər şəxsə qarşı heç bir iddia qaldırmamaq və hər hansı başqa formada tələb irəli sürməmək; 1.2.3 X8 məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verməmək.
Maddə 2. Tərəflərin məsuliyyəti
2.1 Tərəflər bu Sazişdə göstərilmiş şərtlərin yerinə yetirilməsi ilə bağlı onlardan asılı olan hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Tərəflərdən birinin bu Sazişin 1-ci maddəsində həmin Tərəf üçün nəzərdə tutulmuş öhdəliyi icra etməməsi, digər Tərəfə bu Sazişdə nəzərdə tutulmuş öhdəliyinin icrasından imtina etmək və məhkəməyə müraciət etmək hüququ verir. 2.2 Tərəflər bu Sazişin 1-ci maddəsində göstərilmiş şərtlərin həyata keçirilməsi üçün onlarda olan sənədlərin təqdim edilməsi və onlardan asılı olan hərəkətlərin vaxtında icra edilməsinə görə məsuliyyət daşıyırlar. 2.3 Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Tərəflərin hər biri hazırki Sazişinin mahiyyətini tam şəkildə dərk qəbul edirlər, hazırki Saziş bağlanan zaman tərəflərin hər biri anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qəbiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb. 2.4 Tərəflər qarşılqılı surətdə təsdiq edirlər ki, X7 bağlanan zaman Tərəflərdən heç biri hər hansı təsir və ya təzyiq altında deyil, heç kim onlara bu Sazişi bağlamaq üçün təsir və ya təzyiq etmir, Sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini tam və aydın dərk edirlər.
Maddə 3. Yekun qaydalar
3.1 Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2, 191, 261.0.5 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni Barışıq Sazişinə əsasən hazırki işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır. 3.2 X7 Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 nüsxədə tərtib edilmişdir. Sazişin bir nüsxəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilir, bir nüsxəsi notariat ofisdə saxlanır, digər nüsxələr isə tərəflərə verilir.
Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir.
İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı 2(006)-114/2022 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ceyhun Tağıyev