Məhkəmə qərarları › İş №2(006)-1146/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(006)-1146/2021

26.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1146/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) çoxmənzilli binanın sakinləri İddiaçı2 və qeyrilərinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-ya qarşı «öhdəliyin qoyulması və s.» tələbinə dair iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) çoxmənzilli binanın sakinləri İddiaçı3 Nəsrulla oğlu və qeyrilərinə qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) çoxmənzilli binanın sakinləri İddiaçı2 və qeyriləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən görülməli olan bir çox işlərə, o cümlədən qaz, su, elektrik sayğaclarına və onların quraşdırılmasma, internet, telefon, televiziya-kabel xətlərinin çəkilməsi, lodjiyada kanalizasiya xəttinin çəkilməsi, eləcə də poçt qutusunun qoyulması, pəncərə fərqi adı altında qanunsuz olaraq məcburi qaydada yığılmış 323750.0 manat məbləğində pulun kooperativin üzvlərinə qaytarılması barədə qərar çıxarılmasını, 2-ci və 3-cü girişlərdəki hər dörd liftə mülkiyyətçilərin razılığı olmadan kart sisteminin tətbiqi üçün qanunsuz olaraq quraşdırılmış avadanlıqların sökülməsi və sakinlərdən qanunsuz olaraq yığılmış 10240,00 manat məbləğində pulun kooperativin üzvlərinə qaytarılması barədə qərar çıxarılmasını, son üç ildə sakinlərdən “kommunal xidmətlər” adı altında artıq toplanmış 226088.0 manat məbləğində pulun kooperativin üzvlərinə qaytarılması barədə qərar çıxarılmasını, binanın həyətində sakinlərin hərəkətini məhdudlaşıran və kooperativ üzvlərinin razılığı olmadan qanunsuz tikilmiş tikilinin sökülməsi barədə qərar çıxarılmasını, tikintinin sökülməsi öhdəliyi Cavabdeh MTKnın rəhbərliyinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK tərəfindən görülməli olan bir çox işlərə, o cümlədən qaz, su, elektrik sayğaclarına və onların quraşdırılmasına, internet, telefon, televiziyakabel xətlərinin çəkilməsi, lodjiyada kanalizasiya xəttinin çəkilməsi, eləcə də poçt qutusunun qoyulması, pəncərə fərqi adı altında kooperativin üzvlərindən qanunsuz olaraq məcburi qaydada mənzildəki otaqların sayından asılı olaraq 1500,00 - 2000,00 manat məbləğində pul yığılmışdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən fiziki şəxs olan İstehlakçılar üçün sayğac təchizatçı müəssisənin vəsaiti hesabına təchiz edilir və quraşdırılır. Bu baxımdan, sayğaclara və onların quraşdırılmasma görə xərclər, eləcə də internet, telefon, televiziya kabel xətlərinin çəkilməsi, qapı-pəncərələrin qoyulması, kanalizasiya xətlərinin çəkilməsi bina tikintisinə çəkilən ümumi xərclərin tərkibinə aid edilməklə, mənzilin satış qiymətinə və ya pay haqqına daxil olunmalıdır. İnternet, telefon, televiziya-kabel, kanalizasiya xətlərinin çəkilməsi Cavabdeh MTK tərəfindən görülməli olmasına, lakin eyni zamanda bu işlərə görə qanunsuz olaraq pul yığılmasına baxmayaraq, mənzillərə bu xətlər çəkilməmiş, lodjiyada kanalizasiya xətti quraşdırılmamışdır. Nəticədə, internetsiz və telefonsuz qalmışıq, televiziyaya ev antennası ilə baxmaq məcburiyyətindəyik. 1-ci və 3-cü girişdəki 3 otaqlı 32 mənzilin lodjiyalarında kanalizasiya xətti quraşdırılmadığına görə üst qonşuların kanalizasiya suları aşağıdakı lodjiyalara axır. Bu məsələ ilə bağlı Cavabdeh MTK-nın komendantına və digər işçilərinə on dəfələrlə müraciət etmələrinə baxmayaraq bu günə qədər heç bir tədbir görülməmişdir. Bundan başqa, pul alınmasına baxmayaraq poçt qutusunun qoyulması da təmin edilməmişdir. Nəticədə, 185 mənzildən yığılmış 323750,0 manat ((1500,00 + 2000,00): 2 x 185) məbləğində pulun müqabilində heç bir iş görülməmiş yığılan pul mənimsənilmişdir. Binanın 2-ci və 3-cü girişlərindəki dörd liftin hər birinə mülkiyyətçilərin razılığı olmadan qanunsuz olaraq avadanlıq quraşdırılaraq kart sistemi tətbiq olunur. Hər bir kart sakinlərə 20,00 manata satılır. İki girişdə 128 mənzil, hər mənzildə orta hesabla 4 nəfər olduğu nəzərə alınsa, kooperativin üzvlərindən qanunsuz olaraq 10240,00 manat (20,00 manat x 128 mənzil x 4 nəfər) pul yığılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 217.4-cü maddəsinə əsasən əşyanın əvvəlki təyinatı üzrə işlədilməsini və ya istifadəsini iştirakçılardan biri üçün əhəmiyyətli dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun razılığı olmadan aparıla bilməz. Ona görə də, mülkiyyətçilərin razılığı olmadan qanunsuz olaraq hər dörd liftə quraşdırılmış avadanlıq sökülməlidir. Cavabdeh MTK-nın rəhbərliyi tərəfindən 2015-ci ilin yanvar aymadək 1 kv.m. sahənin dəyəri 0,4 manat, 2015-ci ilin yanvar ayından başlayaraq isə 1 kv.m. sahənin dəyəri 0,6 manat müəyyənləşdirilmiş və həmin məbləğ mənzillərin ümumi sahəsinə tətbiq olunmuşdur. Binadakı mənzillərin ümumi sahəsinin 21440,0 kv.m. olduğu nəzərə alınsa, son üç il ərzində kooperativin üzvlərindən “kommunal xidmətlər” adı altında 463104,00 manat (21440,0 kv.m. x 0,6 manat x 36 ay) pul toplanmışdır. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarına əsasən 1 kv.m. sahənin dəyəri binadakı mənzillərin ümumi sahəsinə görə deyil, mənzillərin yaşayış sahəsinə görə müəyyən edilməsi təsdiq edilmişdir. Binadakı mənzillərin yaşayış sahəsinin 10973,0 kv.m. olduğu nəzərə alınsa, son üç il ərzində kooperativin üzvlərindən “kommunal xidmətlər” adı altında 237016,00 manat (10973,0 kv.m. x 0,6 manat x 36 ay) pul toplanmalı idi. Nəticədə, kooperativin üzvlərindən “kommunal xidmətlər” adı altında 226088,00 manat (463104,00 - 237016,00) artıq pul toplanmış və mənimsənilmişdir. Cavabdeh MTK-nın rəhbərliyi tərəfindən binanın tikinti məqsədləri üçün ayrılmayan həyətində sakinlərə məxsus ərazidə sakinlərin hərəkətini məhdudlaşıran və kooperetiv üzvlərinin razılığı və istəyi olmadan qanunsuz tikinti işləri aparılıb. İlkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) çoxmənzilli binanın sakinləri İddiaçı2 və qeyriləri iddia tələblərinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 a ünvanda yerləşən çoxmənzilli kooperativ binasının həyətindən maşınları ilə istifadəyə (maşınla giriş-çıxışa və maşınların həyətdə saxlanmasına) yaradılmış maneçiliklərin, habelə liftlərə kart sisteminin quraşdırılmasının, eləcə də müqavilə bağlanmadan ümumi əmlakın saxlanması və kommunal xidmətlərə görə haqqın yığılmasının qanunsuz hesab edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 a ünvanda yerləşən çoxmənzilli kooperativ binasının həyətində avtomaşınların saxlanması yerlərini məhdudlaşdıran və gediş-gəlişə maneçilik törədən üç daş hündürlüyündə quraşdırılmış lüzumsuz sahənin sökülərək əvvəlki vəziyyətinə gətirilməsinin cavabdeh "Bəm-Bəyaz“ MTK-ya həvalə edilməsi; Cavabdeh MTK-dan X4 xeyrinə 2728 AZN məbləğində; X5 xeyrinə 1818.4 AZN məbləğində; İddiaçı3 Nəsrulla oğlunun xeyrinə 2232 AZN məbləğində; İddiaçı5 342 AZN məbləğində; İddiaçı4 xeyrinə 1420 AZN; İddiaçı7 xeyrinə 2700 AZN məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi mövcud qanunvericiliyin tələblərinə zidd olaraq, yəni müqavilə bağlamadan müxtəlif işlərin görülməsi və xidmətlərin göstərilməsi adı altında sakinlərədn pul yığmış, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin (yəni onların) hüquqlarını pozaraq həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt və sahələrdən (lift, həyət və s) istifadələrinə bilavasitə məhdudiyyətlər yaratmış, binanın həyətində “abadlaşdırma” adı altında sakinlərin avtomaşınlarının saxlanması yerlərini məhdudlaşdıran və gediş-gəlişə maneçilik törədən üç daş hündürlüyündə lüzumsuz və qondarma “abadlıq sahəsi” qurmuşdur. Hansı ki, cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən, o cümlədən DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 18.05.2012-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndən, 2005-ci il tarixli, 05/330 saylı Ayrıc Aktından, habelə DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququna dair 22.05,2012-ci il tarixli “ÇİXARİŞ”dan görünür ki, yaşadıqları binanın yerləşdiyi torpaq sahəsi, habelə ətraf torpaq sahəsi Cavabdeh MTK-nın yox, "xxxx" ASC-nin mülkiyyətindədir ki, ümumilikdə həmin ərazinin sahəsi 0.97573 ha-dan ibarətdir. Bu halın özü, ona dəlalət edir ki, Cavabdeh MTK yaşadıqları binanın bütün ətraf əraziləri üzərində heç bir subyektiv hüquqa malik deyildir! Lakin buna baxmayaraq kooperativ tərəfindən həyətdən istifadələri bilavasitə məhdudlaşdırılır, yəni maşınları ilə həyətə giriş-çıxışlarına və maşınlarının həyətdə saxlanılmasına imkan verilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin buna baxmayaraq, yəni müxtəlif işlərin görülməsi və kommunal xidmətlərin göstərilməsinə dair tərəflər arasında heç bir müqavilə olmadığı halda, “Bəm-Bəyaz" MTK tərəfindən “mənzil kommunal xidməti” və digər xidmətlər adı altında qanunsuz olaraq onlardan, o cümlədən: -İddiaçı6 (mənzil 163) 31.01.2018-ci ildən 20.04.2020-ci il tarixədək olan dövr ərzində 28 ədəd mədaxil qəbzi ilə cəmi 2.688 AZN + lift kartı üçün 40 AZN- 2728 AZN; -X2 (mənzil 132) 29.11.2019-cu ildən 31.08.2020-ci il tarixədək olan dövr ərzində 5 ədəd mədaxil qəbzi ilə 1.094 AZN+ lift kartı üçün 20 AZN+ pəncərə fərqi üçün 700 AZN- 1818.4 AZN; -İddiaçı3 Nəsrulla oğlundan (mənzil 159) 28.12.2018-ci ildən 30.09.2020-ci il tarixədək olan dövr ərzində 33 ədəd mədaxil qəbzi ilə cəmi 2.172 AZN + lift kartı üçün 60 AZN-2232 AZN; -İddiaçı5 (mənzil 127) 29.09.2017-ci ildən 29.01.2021-ci il tarixədək olan dövr ərzində 12 ədəd mədaxil qəbzi ilə 342 AZN; - İddiaçı4 (X6 təmsilçisi) 24 iyul 2017-ci idən 09.09.2020-ci il tarixədək olan dövr ərzində 23 ədəd mədaxil qəbzi ilə 1380 AZN+lift kartı üçün 40 AZN-1420 AZN; -İddiaçı7 (mənzil 131) N.Məmmədovanın (mühasib) imzaladığı qəbz əsasında 2700 AZN (o cümlədən, qapı-pəncərə fərqi üçün 960 AZN; poçt qutusu üçün 40 AZN; qaz sayğacı üçün 270 AZN; qaz sayğacının quraşdırılmasına görə 30 AZN; dedektor üçün 80 AZN; antena üçün 100 AZN; kabel üçün 60 AZN; telefon xətti üçün 30 AZN; işıq sayğacı üçün 120 AZN; su sayğacı üçün 60 AZN; sığorta üçün 50 AZN; su stoyakı üçün 200 AZN pul yığılmışdır ki, həmin pullar özlərinə qaytarılmalıdır. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilərək İddiaçı6 672 AZN, İddiaçı7 3619.74 AZN, İddiaçı2 3927 AZN, X1 402.48 AZN, İddiaçı3 Nəsrulla oğlundan 131.64 AZN məbləğ pulun tutularaq Cavabdeh MTK-ya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X8, İddiaçı9, İddiaçı10 və X7 tərəfindən Cavabdeh MTK-ya qarşı “mənzil münasibətləri və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 560 078 AZN məbləğin kooperativin üzvlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Aşağıda qeyd edilənlərə əsasən, ilkin iddia rədd edilməli, hazırkı qarşılıqlı iddia təmin edilərək, İddiaçı6 672 AZN, İddiaçı7 3619.74 AZN, İddiaçı2 3927 AZN, X1 402.48 AZN, İddiaçı3 Nəsrulla oğlundan 131.64 AZN məbləğ pulun tutularaq Cavabdeh MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İlkin iddianın tamamilə əsassız olması ilə əlaqədar məhkəmənin nəzərinə çatdırırlar ki: ilkin iddianın 1-ci tələbi üzrə. İlkin iddia ərizəsində qeyd edilənlərin əksinə olaraq, sakinlərdən təyinatı olmayan hər hansı ödəniş tələb edilməmişdir. Binanın zəruri kommunal xidmətlərlə təmin edilməsi üçün zəruri olan işlər görülmüş, xidmətlər, mal və materiallar alınmışdır. Qeyd edilən hallar binaya yerində baxış təyin edilməklə müəyyən edilə bilər, həmçinin qeyd edilməlidir ki, bu və sonrakı digər tələblərlə bağlı iddiaçılar hüquqlarının iddia etdikləri pozuntusunu təsdiq edə biləcək hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bundan əlavə, iddiaçılarla bağlanmış müqavilələrin 2.7-ci bəndində nəzərdə tutulmuşdur ki, "...Mənzildə quraşdırılacaq elektrik, qaz və su sayğaclarının alınması, müvafiq orqanlarda yoxlanılması, möhürlənməsi və quraşdırılması ilə əlaqədar xərcləri "Kooperativ”dən bu barədə məlumat aldıqdan sonra öz vəsaiti hesabına "Kooperativ -in vasitəsi ilə həyata keçirilir.” Göründüyü kimi, “Kooperativ”ə qarşı “pozuntu” kimi təqdim edilən hallar, əslində “Kooperativ”-in müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsidir. İlkin iddiaçıların isə yuxarıda qeyd edilən işlərin görülməsini, mal və xidmətlərin alınmasını “pozuntu” kimi təqdim etmələrinin heç bir əsası yoxdur. İlkin iddianın 2-ci tələbi üzrə. İlkin iddiaçılar binanın 2ci və 3-cü girişlərinə “mülkiyyətçilərin razılığı olmadan” kart sisteminin tətbiqini “qanunsuz” hesab edir və həmin avadanlıqların sökülərək, ödənilmiş pulların kooperativə qaytarılmasını tələb edirlər. Binanın digər sakinlərinin təhlükəsiz yaşamaq hüququna əhəmiyyət verməyən ilkin iddiaçılar digər mənzil mülkiyyətçilərinin və sakinlərin Konstitusiya ilə təsbit edilmiş hüquqlarının pozulmasına yönəlmiş iddia ilə çıxış etməsi, həmçinin Konstitusiya və Mülki Məcəllə ilə qadağan edilmiş “hüquqlardan sui-istifadə” halını yaratmış olur. İlkin iddianın 3-cü tələbi üzrə. İlkin iddiaçıların 3-cü tələbi, yəni son üç il ərzində kommunal xidmətlərə görə ödənilmiş məbləğlərin geri qaytarılması, tələbi də tamamilə əsassız və absurd tələbdir. Göründüyü kimi, qanunvericiliyin imperativ tələblərinin yerinə yetirilməsi məqsədilə təşkil edilmiş xidmətlər üçün ödənilmiş vəsaitlərin geri tələb edilməsinin heç bir hüquqi əsası yoxdur və belə əsasız tələb təmin edilə bilməz. İlkin iddianın 4-cü tələbi üzrə. İlkin iddiaçıların 4-cü tələbi binanın həyətində “sakinlərin hərəkətini məhdudlaşdıran” tikilinin sökülməsi ilə bağlıdır. Qeyd edilən tələb də tamamilə əsassızdır. Belə ki, birincisi, həmin “tikili” üç daş hündürlüyündə olan və məqsədi həmin yerdə salınacaq yaşıllıq üçün nəzərdə tutulmuş məhdulaşdırıcıdır; ikincisi , qeyd edilən torpaq sahəsi ümumiyyətlə, həmin binanın torpaq sahəsinə aid deyil. Göründüyü kimi, ilkin iddianın bütün “tələbləri” tamamilə əsassız, digər sakinlərin hüquqlarının pozulmasına yönəlmiş və heç bir əsası olmayan tələblərdir və bu səbəbdən təmin edilə bilməz. İlkin iddianın əsassız olması ilə yanaşı həmçinin qeyd edilməlidir ki, hazırkı qarşılıqlı iddia üzrə cavabdeh olan ilkin iddiaçıların kommunal xərclərə görə borcları yarınmışdır ki, bu da binanın qanunvericiliyin tələblərinə uyğun saxlanmasına, digər mənzil mülkiyyətçilərinin hüquqlarının pozulmasına səbəb olur. Belə ki, Cavabdeh MTK-nın ümumi yığıncağının qərarına əsasən, kommunal xidmətlərin dəyəri mənzilin hər kvadrat metrinə görə 0.6 manat müəyyən edilmişdir. Adları qeyd olunan şəxslər tərəfindən isə 01.01.2018-ci il tarixdən etibarən ödənişlər edilməmiş və 30.11.2020-ci il tarixədək yaranmış borcları aşağıdakı kimidir: X10 672 AZN, İddiaçı7 3619.74 AZN, İddiaçı2 3927 AZN, X9 402.48 AZN, İddiaçı3 Nəsrulla oğlu 131.64 AZN. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ilkin iddia üzrə iddiaçılar - İddiaçı2 və qeyriləri tərəfindən Cavabdeh MTK-ya qarşı “mənzil münasibətləri və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh MTK tərəfindən də kommunal xidmətlər üzrə yaranmış borcun ödənilməsinə dair qarşılıqlı iddia verilərək, ilkin iddianın rədd edilməsinə, qarşılıqlı, iddianın təmin edilərək İddiaçı6 672 AZN, İddiaçı7 3619.74 AZN, İddiaçı2 3927 AZN, X1 402.48 AZN, İddiaçı3 Nəsrulla oğlundan 131.64 AZN məbləğ pulun tutularaq Cavabdeh MTK-ya ödənilməsini dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, 1 fevral 2021-ci il tarixinə qarşılıqlı iddia üzrə cavabdehlərin aşağıda qeyd edilən məbləğlərdə borcları ödənilməmiş qalmışdır. X3 864 AZN, İddiaçı7 3788.1 AZN, X1 470 AZN, İddiaçı3 Nəsrulla oğlundan 264 AZN, İddiaçı4 NofaLoğlundan 1666 AZN, İddiaçı2 4151.40 AZN. Yuxarıda qeyd edilənlərə əsasən, qarşılıqlı iddia tələbini artırır və İlkin iddianın rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilərək, X3 864 AZN, İddiaçı7 3788.1 AZN, X1 470 AZN, İddiaçı3 Nəsrulla oğlundan 264 AZN, İddiaçı4 1666 AZN, İddiaçı2 4151.40 AZ məbləğ pulun tutularaq Cavabdeh MTK-ya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(006)-1146/2021 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 a ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ərazisinə bina sakinlərinin avtomobillə girişçıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına maneçiliyin törədilməsi və lift-kart sisteminin quraşdırılması Cavabdeh MTK-ya qadağan edilməsi, iddianın digər hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2021 saylı, 20 may 2021-ci tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) çoxmənzilli binanın sakinləri İddiaçı2 və qeyrilərinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-ya qarşı «öhdəliyin qoyulması və s.» tələbinə dair iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) çoxmənzilli binanın sakinləri İddiaçı2 və qeyrilərinə qarşı «pul» tələbinə dair qarşılıqlı iddia barədə mülki iş üzrə icraata ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) çoxmənzilli binanın sakini İddiaçı2 qarşı «pul» tələbinə dair hissədə xitam verilmişdir. Həmin qərardaddan ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil şikayət verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(006)-1146/2021 saylı qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2021 saylı, 02 iyul 2021-ci tarixli qərardadına əsasən şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(006)-1146/2021 saylı qərardadı ləğv edilərək ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) çoxmənzilli binanın sakinləri İddiaçı2 və qeyrilərinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-ya qarşı «öhdəliyin qoyulması və s.» tələbinə dair iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) çoxmənzilli binanın sakinləri İddiaçı2 və qeyrilərinə qarşı «pul» tələbinə dair qarşılıqlı iddia barədə mülki iş üzrə icraatın ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) çoxmənzilli binanın sakini İddiaçı2 qarşı «pul» tələbinə dair hissəsinə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddianın İddiaçı2 münasibətdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı2 qarşılıqlı iddianın əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Qarşılıqlı iddia İddiaçı2 münasibətdə rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5313/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Eyni zamanda həmin qətnamədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ''Bəm-Bəyaz" MTK-nın Mehdiyev Emil Aman oğluna qarşı “kommunal xidmət haqları üzrə borc” tələbinə dair ilk, iddiaçı Mehdiyev Emil Aman oğlunun cavabdeh ''Bəm-Bəyaz" MTK-ya qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə ilkin və qarşılıqlı iddiaların təmin olunmaması qət edilmişdir. ''Bəm-Bəyaz" MTK ilə Mehdiyev Emil Aman oğlu arasında bağlanmış 151 saylı, 04.12.2010cu il tarixli müqavilədən görünür ki, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında inşa ediləcək binanın İİ giriş XV mərtəbə, 100 saylı mənzili Payçıya təhvil verməyi, payçı isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK tərəfindən məhkəməyə ünvanlanan 01.12.2020-ci il tarixli, 605 saylı arayışdan görünür ki, Bakı şəhəri Xətai prospekti-40a ünvanında “Bəm-Bəyaz" MTK-nə məxsus olan yaşayış binasının ll-giriş, 15-ci mərtəbə ümumi sahəsi-187 m2 olan 4 otaqlı, 100 saylı mənzil Mehdiyev Emil Aman oğluna məxsusdur. Mehdiyev Emil Aman oğlunun kommunal xidmətlərə görə 01/1-2018-30/Xİ-2020-ci il tarixinə kimi "xxxx" MTK-nə 3927.0 azn (Üç min doqquz yüz iyirmi yeddi manat) borcu yaranmışdır. Mülki Məcəllənin 111.2-ci maddəsinə əsasən, kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Mənzil Məcəlləsinin 111-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin nizamnaməsində kooperativin adı, onun olduğu yer, fəaliyyət predmeti və məqsədləri haqqında, kooperativə üzv olmaq qaydası, kooperativdən çıxmaq və pay haqqının, digər haqların qaytarılması qaydası haqqında, daxilolma və pay haqlarının miqdarı, onlarıntərkibi və ödənilməsi qaydası haqqında, pay haqlarının ödənilməsi üzrə öhdəliklərin pozulmasına görə məsuliyyət haqqında, kooperativin idarəetmə orqanları və onların səlahiyyətləri, qərar qəbul etməsi, o cümlədən barəsində qərarların sadə və ya üçdə iki səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında, kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında, kooperativin yenidən təşkili və ləğv edilməsi qaydası haqqında məlumatlar göstərilməlidir. Mülki Məcəllənin 111.7-ci maddəsinə əsasən, kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Mülki Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29.12.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamışdır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının iddianın əsası kimi istinad etdiyi Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncaq iclasının 09 avqust 2018-ci il tarixli, 03 nömrəli protokolun Cavabdeh MTK-nın möhürü ilə təsdiq olunmuş surətindən görünür ki, həmin iclasda Cavabdeh MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərindən istifadələrində olan mənzillər üçün 09 avqust 2018-ci il tarixdən 6-cı mərtəbəyə qədər 1 kv.m. üçün 0,50 manat, 6-cı mərtəbədən yuxarıda yaşayan sakinlərdən 1 kv.m. üçün 0,60 manat məbləğində pulun yığılması qərara alınmışdır. Bundan başqa iş materiallarında tərəflər arasında bağlanmış yalnız “Kooperativ Mənzil Tikinti Haqqında” müxtəlif tarixli müqavilələrin surətləri mövcuddur ki, həmin müqavilələr mübahisə predmedi olan mənzilin ilk iddia tələbi üzrə iddiaçıların mülkiyyətinə verilməsi ilə bağlıdır. Yuxarıda sadalanan maddi-hüquq normalarına əsasən müəyyən edildiyi kimi, kommunal xidmətlərin məbləği ya ümumi yığıncağın özü tərəfindən müəyyən edilməli, yaxud da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun hesablanmalıdır. Əgər yığıncaqda həmin haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilməzsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Mülkiyyətçilər sözügedən haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bakı şəhəri Xətai prospekti, 40a ünvanında yerləşən yaşayış binasının ll-giriş, 15-ci mərtəbə ümumi sahəsi 187 m2 olan 4 otaqlı, 100 saylı mənzilə dair bağlanmış müqavilədən tərəfin İddiaçı2 yox, Mehdiyev Emil Aman oğlu olduğu, müqavilədə kommunal xidmətlərə görə ödəniləcək məbləğlər barədə hər hansı müddəanın qeyd edilmədiyi müəyyən edilmişdir. Beləliklə İddiaçı2 nə mənzilin mülkiyyətçisi, nə də ki həmin ünvanda yaşayan şəxs olduğu müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, mübahisə predmeti olan kommunal borcu üzrə ödənişlərin həyata keçirilməsi ilə əlaqədar ''Bəm-Bəyaz" MTK tərəfindən 04.12.2010-cu il tarixli “Kooperativ Mənzil Tikinti Haqqında” müqavilə tərəfi və müvafiq mənzilin mülkiyyətçisi olan Mehdiyev Emil Aman oğluna qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, iş üzrə çıxarılmış qətnaməyə əsasən iddianın tərəflər arasında kommunal xidmətlərə görə ödənilməli olan məbləğlər barədə müqavilənin bağlanmadığı səbəbi ilə rədd edilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5313/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası onun hazırki iddia tələbi üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən rədd edilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 229.1.1-ci və 229.3-cü ş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə qətnamə çıxara bilər. Əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar