Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1155/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, X1 vərəsəsi Cavabdeh 500 (beş yüz) manat əsas, 2,50 (iki manat əlli qəpik) manat faiz borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı, cəmi 532,09 (beş yüz otuz iki manat doqquz qəpik) manat pul vəsaiti tutularaq, iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 izahatında bildirmişdir ki, iddiaçı “xxxx” ASC-nin “Sabunçu” filialı ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********71 №li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 12 ay müddətinə illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit verilmiş verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.4.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqaviləyə edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 500 manat əsas, 2.50 manat faiz olmaqla, cəmi 502.50 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın “xxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı “xxxx” ASC-nin “Sabunçu” filialı ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********71 №li kredit müqaviləsindən görünür ki, Bank tərəfindən sonuncuya 12 ay müddətinə illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit verilmiş verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xx xxxxxx 2020-ci il tarixli, 818 saylı məktubundan görünür ki, X3 xx.xx.2019-cu il tarixdə vəfatı ilə əlaqədar Bakı şəhəri, 03 saylı “Asan Xidmət” Mərkəzinin Notariat ofisində xx.xx.2019-cu il tarixdə V/K-277/2019 nömrəli vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bildiririk ki, mərhumun vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı – Cavabdeh qanunla müəyyən edilmiş müddət ərzində xx.xx.2019-cu il tarixdə 2V-1149 VƏ 2V-1150 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmişdir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 427, 439, 442, 448, 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, əsas kredit borcu məbləğində pulun X1 vərəsəsi Cavabdeh tutulması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1146-cü maddəsinə görə, Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən, Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306-cı maddəsinə görə, 1306.1-ci maddəsinə əsasən, Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azə\rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci eləcə də 1146, 1255 və 1306cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti X1 vərəsəsi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, X1 vərəsəsi Cavabdeh 500 (beş yüz) manat əsas, 2,50 (iki manat əlli qəpik) manat faiz borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı, cəmi 532,09 (beş yüz otuz iki manat doqquz qəpik) manat pul vəsaiti tutularaq, iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 vərəsəsi Cavabdeh 500 (beş yüz) manat əsas, 2,50 (iki manat əlli qəpik) manat faiz borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı, cəmi 532,09 (beş yüz otuz iki manat doqquz qəpik) manat pul vəsaiti tutularaq, iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1155/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1155/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver