Məhkəmə qərarları › İş №2(006)-1158/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1158/2021

11.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1158/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X8, iddiaçının nümayəndəsi və vəkili X5, cavabdehin nümayəndəsi və vəkili X12, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X2rşı “işə bərpa və məcburi çıxarılmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə мüəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan X2rşı “işə bərpa və məcburi çıxarılmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, ADİA xx.xx.2020-ci il tarixli 321 saylı əmrinin ləğv edilməsi, onun həmin vəzifəyə bərpa olunmağı, işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(009)-2171/2020 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili X11 xx xxxx 2021-ci ildə məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, ADİA xx.xx.2020-ci il tarixli 321 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin vəzifəyə bərpa olunmağı, işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ADİA-də 2001-ci ildən başlayaraq əmək fəaliyyətinə başlamışdır. xx.xx.2013-cü il tarixdən başlayaraq AZƏRTAC-ın mərkəzi Roma şəhəri olmaqla İtaliya müxbir məntəqəsinə xüsusi müxbir təyin edilmişdir. 2019-cu ildən başlayaraq ona qarşı rəhbərlik tərəfindən əsassız olaraq təzyiqlər başlamış və işdən öz xahişi ilə getməyi barədə ərizə yazmaq təklif olunmuşdur. O, bundan imtina etdikdən sonra müəssisənin İH-nın sədri xx.xx.2020-ci il tarixdə aşağıdakı qaydada əmri imzalayaraq onu işdən azad etmişdilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş AZƏRTAC-ın Nizamnaməsinə 4.6.7-ci bəndini rəhbər tutaraq əmr edir: İddiaçı AZƏRTAC-ın mərkəzi Roma şəhəri olmaqla İtaliya (Malta, Serbiya, Montoneqro, Bosniya, Herseqovina) üzrə müxbiri ilə bağlanmış X19 Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) əsasən xx.xx.2020-ci ildən xitam verilmişdir. Maliyyə və uçot şöbəsi bu əmri 1-ci bəndindən irəli gələn məsələləri həll etsin və onunla son haqq-hesab aparılsın. Bu əmrin məzmunu ona imza etdirməklə elan olunmuşdur. Həmçinin təsviri hissəsində hər hansı fakta, müqavilə öhdəliklərinə əsaslanmayan, guya əmək müqaviləsinin tələblərini pozmağına dair rəsmi olmayan fikirlər yazılır, hətta onu dövlətin siyasətinə qarşı çıxmaqda günahlandırırlar. Guya xx.xx.2020-ci il tarixdə onu agentliyə dəvət edərək kobud səhvlərə yol verdiyi diqqətinə çatdırılmış və ona izahat yazma təklif olunsa da, imtina etmişdir. Belə bir hal olmayıb. Sadəcə sonradan özləri tərəfindən arxa tarixə həmin akt tərtib olunub. Agentliklə əmək müqaviləsi bağlasa da, həmin müqavilənin surəti rəsmi olaraq ona təqdim olunmayıb. Həmçinin o, İtalyanın Roma şəhərində iş yerində olduğu halda, onu geri çağırmamış qanunsuz olaraq işdən azad etmişlər. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X16 və iddiaçının nümayəndəsi (vəkili) X11 iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X20, cavabdehin nümayəndəsi X13 etiraz ərizəsini təqdim edərək iddia tələbini qəbul etməyərək bildirmişlər ki, iddia ərizəsində göstərilir ki, 2019-cu ildən etibarən iddiaçıya qarşı rəhbərlik tərəfindən təzyiqlər başlanmış və öz xahişi ilə işdən getməyi ilə bağlı ərizə yazmaq təklif olunmuşdur. Bununla bağlı bildirmək istəyirlər ki, göstərilən hal həqiqətə uyğun deyil və İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında AZƏRTAC-ın xx.xx.2020-ci il tarixli əmrinin təsviri (giriş) hissəsində təsbit olunmuş hallarda onun işdən çıxarılmasının qanunauyğunluğu geniş şəkildə əsaslandırılıb. Ancaq nədənsə iddiaçının iddia ərizəsini tərtib edən nümayəndə və vəkil tərəfindən həmin əmrin İddiaçı əmək müqaviləsinə xitam verilməsinə səbəb olan halları və məlumatları göstərilən hissəsi deyil, yalnız son qərar (əmr) hissəsi ərizənin mətninə daxil edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında AZƏRTAC-ın xx.xx.2020-ci il tarixli əmri AR ƏMnin 84-cü maddəsinin tələblərinə tamamilə uyğun olaraq tərtib edilmiş və bu baxımdan əmr əsaslı və qanunauyğundur. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsasını onun öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi barəsində yazılmış təqdimatlar, əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifə öhdəliyinə məsuliyyətsiz yanaşması (müxtəlif xəbər saytlarında köçürülmüş, ictimai əhəmiyyət və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materiallar təqdim etməsi), onun müxtəlif dövrlərdə (xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və s.) yazdığı "bir daha belə hallara yol verməyəcəm və bu halların təkrarlanacağı təqdirdə öz ərizəsi ilə işdən gedəcəyə" etirafını özündə əks etdirən izahatlar, Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavininin məktubu ilə əsaslandırılan Barselona şəhərində ermənilərin ölkəyə qarşı təxribat xarakterli aksiyasının qarşısının alınmasında Azərbaycanın İspaniyadakı səfirliyinin fəaliyyətinə, milli maraqlarının müdafiəsi istiqamətində görülmüş işlərə kölgə salmağa yönəlmiş fəaliyyəti, "Facebook" səhifəsində paylaşdığı jurnalist etikasına sığmayan statusları, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını və tövsiyyələrini lağa qoymaqla həmin qərarların əleyhinə çağırışlar etməsi və s. hallar təşkil etmişdir. İddiaçı 2019-cu ildən etibarən ona qarşı rəhbərlik tərəfindən təzyiqlərin başlanmasına dair iddiasının əsassız olduğunu müxbirin AZƏRTAC-da çalışdığı müddətdə onun əmək funksiyasını lazımınca yerinə yetirə bilməməsi ilə bağlı müxtəlif dövrlərdə verilmiş təqdimatlar və iclaslarda edilmiş çıxışlar da təsdiq edir. Müxbir A.M.X1 ölkələrə dəyişdirilməsinin səbəbi onun Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi ilə problem yaşaması, verilən tapşırıqları lazımi səviyyədə yerinə yetirməməsi olmuşdur. İddiaçı belə problemləri Pribaltika ölkələrində və İtaliya çalışarkən də yaratmışdır. İddia ərizəsində göstərilir ki, əmrin təsviri hissəsində hər hansı fakta, müqavilə öhdəliklərinə əsaslanmayan, guya əmək müqaviləsinin tələblərini pozmağa dair rəsmi olmayan fikirlər yazılır və hətta onu dövlətin siyasətinə qarşı çıxmaqda günahlandırırlar. Artıq qeyd edildiyi kimi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında AZƏRTAC-ın xx.xx.2020-ci il tarixli əmrinin təsviri (giriş) hissəsində onun əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməməsi barədə yazılmış təqdimatlar və onların məzmununa dair məlumatlar geniş şəkildə öz əksini tapmışdır. Təqdimatlarda aydın şəkildə göstərilir ki, İddiaçı tərəfindən mütəmadi olaraq müxtəlif xəbər saytlarından köçürülmüş, ictimai əhəmiyyəti olmayan və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materiallar təqdim edilir və bu nöqsanlar dəfələrlə onun nəzərinə çatdırılsa da heç bir nəticə çıxarmamış, öz fəaliyyətində əsaslı dönüş yarada bilməmişdir. Onun təqdim etdiyi materiallar buraxılış redaktoru tərəfindən yenidən işlənilir ki, bu da İddiaçı əmək funksiyasını yerinə yetirə bilməməsini göstərir. Ərizədə göstərilən həmin iradın ikinci hissəsi ilə bağlı bildirmək istəyirlər ki, iddiaçı hansısa özəl mətbuat orqanlarında deyil, Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC-da) müxbir vəzifəsində işləyirdi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1740 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTACın) Nizamnaməsinə görə AZƏRTAC dövlətin və cəmiyyətin həyatının müxtəlif sahələrinə aid informasiya toplayan, onun yerli və xarici kütləvi informasiya vasitələrinə, Azərbaycan Respublikasının dövlət orqanlarına, fiziki və hüquqi şəxslərinə operativ surətdə çatdıran, Azərbaycan Respublikasını regional və beynəlxalq media qurumlarında təmsil edən publik hüquqi şəxs olmaqla ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. AZƏRTAC-ın fəaliyyətinə nəzarəti Azərbaycan Respublikası Prezidenti həyata keçirir və onun fəaliyyətinə dair illik hesabat da Azərbaycan Respublikası Prezidentinə təqdim edilir. Məhz, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan AZƏRTAC-la əmək müqaviləsi bağlayan iddiaçının dövlətin milli maraqlarına uyğun siyasəti ilə ziddiyət təşkil edən fəaliyyəti yolverilməzdir. İddia ərizəsində xx.xx.2020-ci ildə iddiaçıya izahat yazmaq təklifi olunmaması və sadəcə olaraq sonradan arxa tarixə akt tərtib olunduğu bildirilir. Bildirmək istəyirlər ki, bu məlumat həqiqəti əks etdirmir və bu təkzib olunmaz faktlarla sübuta yetirilir. Belə ki, İddiaçı barəsində İdarə Heyəti sədrinin müavinləri və üzvlərinin xx.xx.2020-ci il tarixli, Xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsi müdirinin xx.xx.2020-ci il tarixli təqdimatları ilə əlaqədar o, xx.xx.2020-ci ildə Agentliyə dəvət edilmiş və onun yol verdiyi kobud səhvlərin rəsmi səviyyədə ciddi narahatlıq doğurduğu və Əmək Məcəlləsinin 72-ci maddəsinin "e" bəndinin (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) tələblərini pozduğu diqqətinə çatdırılmışdır. İddiaçının həmin gün AZƏRTAC-ın binasında və İdarə Heyətinin sədr müavini D.M.İsmayılovun iş otağında olması, həmçinin Agentliyin iclas zalında onunla söhbət barədə aktı imzalayan 6 rəhbər şəxs, mühafizə xidməti və onun gəlməsini görən digər işçilər tərəfindən də, hətta videogörüntülərlə də təsdiq edilə bilər. İddiaçı izahat yazmaqdan imtina etmiş və bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Aktda İddiaçı ondan izahat istənilən zamanı özünü necə aparması ətraflı şəkildə əks olunduğu və həmin aktın surəti etiraza əlavə edildiyi üçün digər məlumatların burada qeyd edilməsini məqsədəmüvafiq hesab etmirlər. Ərizədə Agentliklə əmək müqaviləsi bağlanılsa da, onun surətinin iddiaçıya təqdim edilməməsi göstərilir. Bu hal da həqiqəti əks etdirmir və iddiaçının əmək müqavilələrinin qeydiyyatı kitabında öz imzası ilə müqavilənin ikinci nüsxəsini götürməsi təsdiq edilir. İddia ərizəsində göstərilir ki, iddiaçı İtaliyanın Roma şəhərində iş yerində olsa da, iddiaçını geri çağırmamış işdən qanunsuz azad etmişlər. Bildirmək istəyirlər ki, İddiaçı xx.xx.2020-ci ildən sentyabrın 4-dək öz ərizəsi ilə əmək məzuniyyətində olmuş və sentyabrın 4-də əmək məzuniyyəti zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair xəstəlik vərəqəsi gətirdiyinə görə onun məzuniyyəti xx.xx.2020-ci ilədək uzadılmışdır. Lakin onun xx.xx.2020-ci ildə Agentliyə təqdim etdiyi Sumqayıt şəhər səhiyyə şöbəsinin 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş SN00006 seriyalı 725741 nömrəli X15 Vərəqəsinin "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) tərəfindən aparılmış araşdırma nəticəsində qanunsuz və əsassız verilməsi müəyyən edildiyinə görə İddiaçı məzuniyyət müddətinin uzadılmasına dair əmr ləğv edilmiş və onun işə başlamalı olduğu tarix sentyabrın 19-u müəyyən edilmişdir. Sonda cavabdehin nümayəndəsi və vəkili X20, cavabdehin nümayəndəsi X13 iddia ərizəsinin rədd edilməsini Məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək qeyd etmişdir ki, İddiaçı uzun müddətdir ki tanıyır. Onlar tədbirdə tanış olublar, həmin vaxt İddiaçı AZƏRTAC-ın müxbiri kimi işləyirdi. İddiaçı bütün tədbirlərdə fəal iştirak edirdi. Hətta uşaqlarını qoyub bütün günü tədbirlərdə və konfranslarda iştirak edirdi. İspaniya səfirliyinin İddiaçı günahlandırması ilə bağlı hamısı yalandır və İddiaçı atılan böhtandır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət X3 Heyətinin sədri X9 324 saylı xx xxxxxxxx 2020-ci il tarixli “İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrində qeyd edilir: “Azərtcan-ın Mərkəzi Roma şəhəri olmaqla İtaliya (Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovina) üzrə müxbiri İddiaçı barəsində İdarə Heyəti sədrinin müavinləri və üzvlərinin 2020-ci il 29 iyul tarixli, Xarici dillərdə informasiya və Beynəlxalq əlaqələr idarəsi müdirinin 2020-ci il 28 iyul tarixli təqdimatlarında İddiaçı tərəfindən mütəmadi olaraq müxtəlif xəbər saytlarından köçürülmüş, ictimai əhəmiyyəti olmayan və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materialların təqdim edildiyi, fərdi yanaşma əsasında seçilmiş və geniş oxucu kütləsi üçün maraq doğurmayan xəbərlərin əksər hallarda yenidən işlənilməsi və bunun buraxılış redaktorlarının haqlı narazılığına səbəb olması bildirilir. Eyni zamanda, təqdimatlarda İddiaçı sosial şəbəkələrdə dövlət orqanlarının qərarlarına və fəaliyyətinə kölgə salan, Agentliyin imicinə xələl gətirən, Azərtac əməkdaşının davranış qaydalarına zidd olan yazılarla çıxış etməsi göstərilir. İddiaçı bAarəsində son illərdə daxil olmuş məlumat və təqdimatlar onun vəzifə öhdəliklərinə məsuliyyətsiz yanaşdığını sübut edir. Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavininin 2019-cu il 25 aprel tarixli məktubunda İddiaçı ilə bağlı bildirilir ki, o, Barselona şəhərində ermənilərin ölkəmizə qarşı təxribat xarakterli aksiyasının qarşısının alınmasında Azərbaycanın İspaniyadakı səfirliyinin fəaliyyətinə, milli maraqlarımızın müdafiəsi istiqamətində görülmüş işlərə kölgə salmağa çalışaraq "Facebook" sosial şəbəkəsindəki səhifəsində Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətə zidd olan paylaşımlar etmişdir. Bununla əlaqədar İddiaçı xx.xx.2019-cu il tarixli izahatında bir daha belə hallara yol verməyəcəyini və bu halların təkrarlanacağı təqdirdə öz ərizəsi ilə işdən gedəcəyini göstərmişdir. Əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifə öhdəliyinə məsuliyyətsiz yanaşdığına, dəfələrlə şifahi xəbərdarlıqlardan, çaparaq iclaslarda ünvanına səsləndiriləın tənqidlərdən nəticə çıxarmadığına, ona təhkim olunmuş digər ictimai-siyasi həyatını lazımınca işıqlandırmadığına, bir sıra hallarda intizam qaydalarını pozduğuna görə İddiaçı haqqında X18 sədrinin xx.xx.2018-ci il tarixli, 168 saylı Əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin «c» bəndinə uyğun olaraq əmək haqqının 15%-i mislində cərimə intizam tənbehi tətbiq edilmişdir. Lakin inzibati tənbeh tədbirindən və izahatında verdiyi vədindən nəticə çıxarmayan İddiaçı 2020ci ilin yanvar ayında şəxsi "Facebook" səhifəsində Azərbaycanda keçirilən bələdiyyə və keçiriləcək parlament seçkiləri ilə əlaqədar siyasi cəhətdən zərərli paylaşımlar etmişdir. Bununla əlaqədar o, yazdığı xx.xx.2020-ci il tarixli izahatında belə səhvlərə bir daha yol verməyəcəyini qeyd etmişdir. Bununla əlaqədar ona şifahi xəbərdarlıq olunmuşdur. Lakin İddiaçı 2020-ci ilin iyul ayı ərzində şəxsi “Facebook” səhifəsindəki paylaşmaları kollektivin üzərinə kölgə salan əməllərə son qoymadığını göstərir. O, “Facebook” səhifəsində paylaşdığı statuslarda jurnalist etikasına sığmayan ifadələr işlətmiş, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını və tövsiyələrini lağa qoymuş, həmin qərarların əleyhinə çağırışlar etmişdir. Bütün bu fəaliyyət və hərəkətlər İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas yaradır. Məhz onun qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərin) yerinə yetirməməsi nəticəsində Azərtac-ın mərkəzi Roma şəhəri olmaqlaİtaliya (Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovina) üzrə müxbir məntəqəsində işin, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Bütün bunlara görə İddiaçı 2020-ci il avqustun 3də Agentliyə dəvət edilərək yol verdiyi kobud səhvlərin rəsmi səviyyədə ciddi narahatlıq doğurduğu və Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) tələblərini pozduğu onun diqqətinə çatdırılmışdır. Bütün bunlar, eləcə də onun barəsində yazılmış təqdimatlarda göstərilən hallarla əlaqədar İddiaçı izahat yazmaqdan imtina etmiş və bununla bağlı müvafiq akt tərtib olunmuşdur. 2020-ci il avqustun 6-da İddiaçı Azərtac-a gəlib İdarə Heyətinin sədrinə ərizə yazaraq bildirmişdir kii, ona əmək məzuniyyətinə çıxmasına icazə verislin, məzuniyyətinin son günü öz xahişi ilə işdən çıxma günü hesab edilsin. Həmin ərizə əsasında ona növbəti əmək məzuniyyəti verilmiş, o, 2020-ci il avqustun 25-də ərizə ilə müraciət edərək 2020-ci il 6 avqust tarixli ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Sonra 2020-ci il sentyabrın 4-də İddiaçı Azərtaca gələrək Sumqayıt 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş SV00006 seriyalı 725741 nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ni təqdim etmişdir. Həmin xəstəlik vərəqəsi əsasında onun məzuniyyətinin müddəti 2020-ci il sentyabrın 28-dək uzadılmışdır. Lakin sonra Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ona təqdim edilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi” əsassızdır. Bu barədə Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Azərtac-a 2020-ci il 18 sentyabr tarixli 1109 nömrəli məktub ünvanlamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin "ç" bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş AZƏRTAC-ın Nizamnaməsinə 4.6.7-ci bəndini rəhbər tutaraq əmr edirəm İddiaçı AZƏRTAC-ın mərkəzi Roma şəhəri olmaqla İtaliya (Malta, Serbiya, Montoneqro, Bosniya, Herseqovina) üzrə müxbiri ilə bağlanmış X19 Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) əsasən xx.xx.2020-ci ildən xitam verilsin, maliyyə və uçot şöbəsi bu əmri 1-ci bəndindən irəli gələn məsələləri həll etsin və onunla son haqq-hesab aparılsın. Bu əmrin məzmunu İddiaçı imza etdirməklə elan olunsun”. İş materiallarında olan İddiaçı tərəfindən xx xxxxx 2019-cu il tarixli yazılmış izahatından görünür ki, İddiaçı “Facebbok” səhifəsində paylaşımları ilə bağlı iradlarını qəbul edərək bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Həmin izahatı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixli yazılmış izahatından görünür ki, İddiaçı tərəfindən “Facebook” səhifəsindəki şəxsi səhifəsində Azərbaycanda keçirilmiş bələdiyyə və keçiriləcək parlament seçkiləri ilə bağlı zarafatyana paylaşımlarının yanlış nəticələr doğurmasından dərin təəsüf hissi keçirdiyindən AZƏRTAC-ın İdarə Heyətinin sədrindən üzr istəyərək belə səhvlərə bir daha yol vermədiyini bildirmişdir. Həmin izahatı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan AZƏRTAC-ın İdarə Heyətinin 2019-cu il martın 16-da keçirilmiş iclasının protokolundan görünür ki, İddiaçı-xaraktercə narahatdır, aylıq informasiya normasını yerinə yetirmir, Azərbaycanın uğurlarının təbliği ilə məşğul olmur, göndərdiyi informasiyalarda həm orfoqrafik, həm üslub, həm də siyasi səhvlərə yol verir. Bir sıra hallarda köhnə yazıları yeni xəbər kimi agentliyə göndərir. Bu müxbir bəzən göndərdiyi xəbərdə azərbaycanın xarici siyasətinin mahiyyətinə varmadan çalışdığı ölkənin mətbuatında gedən informasiyaları AZƏRTAC-a göndərir ki, bu da redaktorların haqlı narazılığına səbəb olur. İddiaçı tənqiddən və iradlardan nəticə çıxarmaq əvəzinə, mənasız söz savaşı aparır, hətta jurnalist etikasına yaraşmayan ifadələr işlədir, müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırmağa çalışır. Analitik təfəkkürü zəifdir. İş materiallarında olan AZƏRTAC-ın əmək müqaviləsinin qeydiyyatı kitabından görünür ki, Ayğün Əliyeva əmək müqaviləsini təhvil alaraq bu barədə imza atmışdır. İş materiallarında olan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri X14 ilə İddiaçı arasında xx xxxxxxx 2019-cu ildə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsi İtaliya (Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovina) üzrə müxbir vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan AZƏRTAC-ın İtaliya, Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovina üzrə xüsusi müxbiri İddiaçı 2018-2019-cu illərdə və 2020-ci ilin 7 ay 6 günü ərzində əmək funksiyasını yerinə yetirmək vəziyyətinə dair arayışdan görünür ki, xüsusi müxbir İddiaçı 2018-ci ildə 332 xəbəri buraxılıb. Bu da aylar üzrə orta hesabla 27 xəbər edir. 2019-cu ildə 803 xəbəri buraxılıb. Bunun 282-si xarici saytlardan köçürmədir. Bu rəqəm orta hesabla hər ay 67 xəbər deməkdir. Göründüyü kimi, müxbir aylıq xəbər normasını (70-75) yerinə yetirməyib. 2020-ci ilin 7 ay 6 günü üzrə statistika: yanvar-20 öz xəbəri, 8 videosu-cəmi 28 xəbər. Fevral-23 öz xəbəri, 2 analitik yazısı, 5 videosu-cəmi 30 xəbər. Mart -15 öz xəbəri, 5 videosu-cəmi 20 xəbər. Aprel-21 öz xəbəri, 7 videosu-cəmi 28 xəbər. May -33 öz xəbəri, 5 videosu-cəmi 38 xəbər. İyun-23 öz xəbəri, 3 videosu-cəmi 26 xəbər. İyul -29 öz xəbəri, 8 ideosu-cəmi 37 xəbər. 1-6 avqust-0 xəbər. Avqustun 6-dan sentyabrın 4-dək əmək məzuniyyətində, sentyabrın 4-dən sentyabrın 19-dək isə saxta bülletendə olub. 2020-ci ilin 7 ay 6 günü ərzində xüsusi müxbir İddiaçı ümumilikdə 207 xəbəri buraxılıb. Həmçinin xarici saytlardan 363 xəbər köçürərək göndərib. Müxbir özü bu dövr ərzində orta hesabla hər ay 30 xəbər hazırlayıb. Bu isə müəyyən edilmiş aylıq normanın yarısı belə deyil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri X14 ilə İddiaçı arasında xx xxxxxxx 2019-cu ildə əmək müqaviləsi bağlanmış və İddiaçı xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsi İtaliya (Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovina) üzrə müxbir vəzifəsinə təyin edilmişdir. Lakin Azərbaycan Dövlət X3 Heyətinin sədri X9 324 saylı xx xxxxxxxx 2020-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış X19 Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) əsasən xx.xx.2020-ci ildən xitam verilmişdir. Məhkəmə iddia tələbinin ADİA xx.xx.2020-ci il tarixli 321 saylı əmrinin ləğv edilməsi və iddiaçınınm həmin vəzifəyə bərpa olunması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri X10 324 saylı xx xxxxxxxx 2020-ci il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə heç bir əsas yoxdur. Məhkəmə iddia tələbinin işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi əmrin etibarsız sayılması və iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması hissəsində təmin olunmadığından, iddia tələbi işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi hissəsində də təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan X2rşı “işə bərpa və məcburi çıxarılmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan X2rşı “işə bərpa və məcburi çıxarılmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar