Məhkəmə qərarları › İş №2(006)-1173/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1173/2024

02.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1173/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işdən çıxarılma haqda əmrdə və əmək kitabçasında işdən çıxarma haqda qeyddə dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işdən çıxarılma haqda əmrdə və əmək kitabçasında işdən çıxarma haqda qeyddə dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Bankında Gəncə şəhər filialında "xəzinə bölməsinin kiçik mütəxəssisi” vəzifəsindən azad edilməyi ilə bağlı cavabdeh tərəfindən verilmiş 04 saylı, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və bağlanmış əmək müqaviləsinə xilam verilməsi məzmunlu əmrə, “ərizəmə əsasən işdən azad edilməyim" məzmunda dəyişiklik edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və cavabdehin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, tərəflərin barışıqla bağlı razılığa gəldiklərini bildirmiş, barışığın şərtlərini aşağıdakı formada müəyyənləşdirmişlər:

1. Bu sazişi imzalamaqla İddiaçı onunla "xxxx" ASC (bundan sonra – Bank) arasında olan əmək müqaviləsinə xitam verilməsinin əsasının (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi) bu Sazişin 2-ci bəndində qeyd edilən əsasa (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsinə və beləliklə onunla əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən etibarən onun öz arzusu ilə ləğv edilməsinə dair razılığını (təsdiqini) bildirir. İddiaçı zərurət yaranarsa, bu məsələ ilə bağlı Banka zəruri olan ərizələri (müraciətləri) yazmağı öz öhdəsinə götürür.

2. Bank İddiaçı bu Sazişin 1-ci maddəsində qeyd edilən iradə ifadəsini (razılığını, təsdiqini) əsas götürərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) qeyd edilən, Bank və İddiaçı arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əsası “işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi” əsasına (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsini (o cümlədən, bunu həyata keçirmək üçün zəruri olan bütün hüquqi prosesləri həyata keçirməyi) ağlabatan müddətdə təmin edir. Bu maddənin birinci cümləsindəki müvafiq əmək müqaviləsinin xitamı əsasının dəyişdirilməsi tərəflər arasında əmək münasibətlərinə xitam verilməsi tarixinə şamil edilmir (Tərəflər arasındakı əmək müqaviləsinə xitam verilməsi tarixi (xx.xx.2022) dəyişdirilmədən saxlanılır).

3. İddiaçı Banka qarşı hazırki fərdi əmək mübahisəsindən irəli gələn bütün tələbindən (əmrin dəyişdirilməsi), habelə tərəflər arasında mövcud olan əmək münasibətlərindən irəli gələrək yaranmış, məlum olan və ya gələcəkdə yarana biləcək (gələcəkdə meydana çıxa biləcək (məlum olacaq)) bütün fərdi əmək mübahisələri üzrə tələblərindən (Əmək Məcəlləsinin 288-ci maddəsində qeyd edilən və bu maddə ilə məhdudlaşmayan tələblərindən), o cümlədən bununla əlaqədar mülki hüquqi tələblərindən (pul tələbi və s.) qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı, nə məhkəmədənkənar (məhkəmədənqabaq), nə də məhkəmə qaydasında Banka qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini), habelə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciət (şikayət) etməyəcəyini qəbul edir (təsdiq edir).

4. Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır.

5. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 3cü maddəsində qeyd edilən mübahisə predmetlərinə) aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

7. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

8. Tərəflərdən hər biri bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hər-hansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

9. Tərəflərin bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.

10. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu, o cümlədən onun mövcudluğunu üçüncü şəxslərə açıqlaya bilməzlər: • bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; • bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; • Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; • yaxın qohumlara.

11. Tərəflər razılaşırlar ki, qanunvericiliyə əsasən ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.

12. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

13. Bu Sazişin 12-ci maddəsində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

14. Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır.

15. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş qanunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Məhkəmə iclasında iştirak edən tərəflər barışıq sazişinin göstərilən məzmunda təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işdən çıxarılma haqda əmrdə və əmək kitabçasında işdən çıxarma haqda qeyddə dəyişiklik edilməsi” tələbinə dair mülki iş üzrə tərəflər – bir tərəfdən İddiaçı, digər tərəfdən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

1. Bu sazişi imzalamaqla İddiaçı onunla "xxxx" ASC (bundan sonra – Bank) arasında olan əmək müqaviləsinə xitam verilməsinin əsasının (Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi) bu Sazişin 2-ci bəndində qeyd edilən əsasa (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsinə və beləliklə onunla əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən etibarən onun öz arzusu ilə ləğv edilməsinə dair razılığını (təsdiqini) bildirir. İddiaçı zərurət yaranarsa bu məsələ ilə bağlı Banka zəruri olan ərizələri (müraciətləri) yazmağı öz öhdəsinə götürür.

2. Bank İddiaçı bu Sazişin 1-ci maddəsində qeyd edilən iradə ifadəsini (razılığını, təsdiqini) əsas götürərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) qeyd edilən, Bank və İddiaçı arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əsası “işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi” əsasına (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsini (o cümlədən, bunu həyata keçirmək üçün zəruri olan bütün hüquqi prosesləri həyata keçirməyi) ağlabatan müddətdə təmin edir. Bu maddənin birinci cümləsindəki müvafiq əmək müqaviləsinin xitamı əsasının dəyişdirilməsi tərəflər arasında əmək münasibətlərinə xitam verilməsi tarixinə şamil edilmir (Tərəflər arasındakı əmək müqaviləsinə xitam verilməsi tarixi (xx.xx.2022) dəyişdirilmədən saxlanılır).

3. İddiaçı Banka qarşı hazırki fərdi əmək mübahisəsindən irəli gələn bütün tələbindən (əmrin dəyişdirilməsi), habelə tərəflər arasında mövcud olan əmək münasibətlərindən irəli gələrək yaranmış, məlum olan və ya gələcəkdə yarana biləcək (gələcəkdə meydana çıxa biləcək (məlum olacaq)) bütün fərdi əmək mübahisələri üzrə tələblərindən (Əmək Məcəlləsinin 288-ci maddəsində qeyd edilən və bu maddə ilə məhdudlaşmayan tələblərindən), o cümlədən bununla əlaqədar mülki hüquqi tələblərindən (pul tələbi və s.) qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı, nə məhkəmədənkənar (məhkəmədənqabaq), nə də məhkəmə qaydasında Banka qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini), habelə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciət (şikayət) etməyəcəyini qəbul edir (təsdiq edir).

4. Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır.

5. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetlərinə) aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

7. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

8. Tərəflərdən hər biri bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hər-hansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

9. Tərəflərin bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.

10. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu, o cümlədən onun mövcudluğunu üçüncü şəxslərə açıqlaya bilməzlər: • bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; • bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; • Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; • yaxın qohumlara.

11. Tərəflər razılaşırlar ki, qanunvericiliyə əsasən ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.

12. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

13. Bu Sazişin 12-ci maddəsində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

14. Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır.

15. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş qanunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işdən çıxarılma haqda əmrdə və əmək kitabçasında işdən çıxarma haqda qeyddə dəyişiklik edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar