Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1174/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, X6 qızının katibliyi, ərizəçinin vəkili X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx xxxx 1993-cü ildə ünvan 1 ünvanında yerləşən 136 saylı mənzildə doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçinin vəkili X3 oğlu ərizəni müdafiə edərək bildirdi ki, Ərizəçi xx xxxx 1993-cü ildə Bakı şəhərində ev şəraitində anadan olmuşdur. Doğulduğu zaman Ərizəçi doğum faktına dair sənədlər Nəsimi Rayon Qeydiyyat İdarəsinə təqdim edilməmişdir. Ona məlum olmayan səbəblərdən onun doğum ili xx.xx.1987-ci il və doğum yerinin Ermənistan Respublikası Noemberyan rayonu olaraq qeyd edilmişdir. Bununla bağlı o doğum aktı qeydinin bərpa edilməsi və doğum aktı qeydində doğum tarixinin xx.xx.1993-cü ilə düzəliş edilməsi barədə Nəsimi Rayon Qeydiyyat İdarəsinə müraciət etmişdir. Qurumdan ona verilən cavaba əsasən kifayət qədər əsas olmadığından aktın bərpası və düzəliş edilməsi qeydiyyat şöbəsində mümkün olmamışdır. Sonda ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Şöbənin rəisi Şəfəq Salmanlı məhkəməyə məktub ünvanlayaraq mülki işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə ərizəçinin vəkilinin izahatını və şahidlərin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun qızıdır. Ərizəçi 1993-cü ildə anadan olmuşdur. Qızı anadan olarkən vəziyyətləri pis olmuş, ona görə də qızına doğum haqqında şəhadətnamə ala bilməmişdir. İlk qızı ölmüş, onun doğum haqqında şəhadətnaməsini ikinci qızı olan Ərizəçi adına keçirmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə ünvan 2 ünvanında yerləşən 136 nömrəli mənzildə ev şəraitində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsi və həmin akt qeydində doğum tarixinin xx.xx.1987-ci ildən xx.xx.1993-cü ilə düzəliş edilməsi barədə Maraqlı şəxsnə daxil olmuş ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəmə şikayət verilə bilər. Kifayət qədər əsas olmadığından müvafiq düzəlişin edilməsi qeydiyyat şöbəsində mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair sübutları məhkəməyə təqdim etməmiş, həmçinin bu faktlar öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 311, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1174/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1174/2021
08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver