Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1178/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi - Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs olmaqla «doğumun qeyd edilməsi faktının müəyyən edilməsi və s.» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə «doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1975-ci il tarixdə Ermənistan SSR Kalinin rayon VVAQ şöbəsində aparılmış doğum akt qeydinin bərpa edilməsi, onun xx.xx.1975-ci il tarixdə Ermənistan SSR Kalinin rayonu Mixaylovka kəndində doğulmasının qeyd edilməsi barədə hüququ əhəmiyyətli faktın müəyyən edilməsi, ata adı qrafasında X7 və ana adı qrafasında X1 qeyd edilməsi və doğum haqqında şəhadətnamənin verilməsinin Nəsimi rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1975-ci il tarixdə Ermənistan SSR Kalinin rayonu Mixaylovka kəndində doğulmuşdur. Həmin vaxt bu barədə doğum haqqında akt qeydləri kitabında akt qeydi aparılmışdır və doğum haqqında şəhadətnamə verilmişdir. Ona verilmiş doğum haqqında şəhadətnamə əsasında pasport və şəxsiyyət vəsiqəsi almışdır. Məlum hadisələrlə bağlı qaçqın düşmüşdür. Ona məxsus doğum haqqında şəhadətnamə itmişdir və tapılması mümkün olmamışdır. Doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. 09 dekabr 2022-ci il tarixdə Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavabda akt qeydinin bərpa edilməsi üçün kifayət qədər əsaslar olmadığı ərizənin təmin edilməməsi bildirilmişdir və faktın təsdiqi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Akt qeydləri Ermənistan SSR-də aparıldığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir, ona görə də, bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneə yaradır. Onun qeyd edilən vaxtda doğulmasını şahidlər təsdiq edə bilərlər. Həmçinin şəxsiyyət vəsiqəsi ilə qeyd edilən vaxtda doğulması öz təsdiqini tapır. Qeyd edilənlərdən də görünür ki, onun müvafiq orqandan doğum haqqında arayış və doğum haqqında şəhadətnamənin dublikatının əldə edilməsi mümkün deyildir. Onun doğumunun qeyd edilməsi faktını təsdiq edəcək sənədi başqa qaydada almaq imkanı yoxdur və bu səbəbdən qeyd olunan fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Doğumun qeyd edilməsi faktının təsdiq edilməsi və akt qeydlərinin bərpa edilməsi onun sosial hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1975-ci il tarixdə Ermənistan SSR Kalinin rayonu Mixaylovka kəndində doğulması faktının müəyyən edilməsi, xx xxxxxx 1975-ci il tarixdə Ermənistan SSR Kalinin rayon VVADQ şöbəsində aparılmış doğum haqqında akt qeydinin bərpa edilməsi, ata adı qrafasında X7, ana qrafasında X1 qeyd edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsinin Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Bacısı Nazilə 1975-ci il tarixdə tarixi Qərbi Azərbaycan torpaqlarında, Ermənistan SSR Kalinin rayonu Mixaylovka kəndində doğulmuşdur. Nazilə ailənin səkkizinci övladıdır. Paşa İsgəndərov onların atalarıdır. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Nazilə ailədə olan 10 bacı-qardaşın 8-cisidir, 1975-ci il təvəllüdlüdür. X6. X4. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Ərizəçi xx.xx.1975ci il tarixdə Ermənistan SSR Kalinin rayonu Mixaylovka kəndində doğulmuşdur. X13, anası Züleyxa İsgəndərova olan ərizəçinin adına doğum haqqında akt qeydi Ermənistan SSR Kalinin rayonunun səlahiyyətli orqanı tərəfindən icra edilmiş, ona doğum haqqında şəhadətnamə təqdim olunmuş, illər sonra həmin doğum haqqında şəhadətnaməyə əsasən ərizəçiyə şəxsiyyət vəsiqəsi verilmişdir. Sonradan ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Maraqlı şəxs 09 dekabr 2022-ci il tarixli 05/Q-326/68 saylı məktubundan görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuş və qanunvericiliyin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, atası X7, anası X3 olan Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan SSR Kalinin rayonu Mixaylovka kəndində doğulmuş və doğum səlahiyyətli orqan tərəfindən qeydə alınaraq, ona doğum haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi əizəçi doğumun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan SSR Kalinin rayonu Mixaylovka kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməli, Ərizəçi barəsində xx xxxxxx 1975-ci il tarixdə Ermənistan SSR Kalinin rayon VVADQ şöbəsində aparılmış doğum haqqında akt qeydi bərpa edilməli, doğum yeri Ermənistan SSR Kalinin rayonu Mixaylovka kəndi, doğum tarixi xx xxxxxx 1975-ci il, ata adı qrafasında X7, ana adı qrafasında X3 qeyd edilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan SSR Kalinin rayonu Mixaylovka kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi barəsində xx xxxxxx 1975-ci il tarixdə Ermənistan SSR Kalinin rayon VVADQ şöbəsində aparılmış doğum haqqında akt qeydi bərpa edilsin, doğum yeri Ermənistan SSR Kalinin rayonu Mixaylovka kəndi, doğum tarixi xx xxxxxx 1975-ci il, ata adı qrafasında ata adı X7, ana adı qrafasında ana adı X3 qeyd edilməklə (Ərizəçi) yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1178/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1178/2023
15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver