Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1180/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı "qeydiyyatın etibarsız hesab edilməsi və sair tələbinə dair" iddia ərizəsi üzrə mülki işə 28 avqust 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 qarşı "mənzilə köçürmə və sair tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 8 mənzilə köçürülməyi, cavabdehə bu köçürülməyə süni maneələrin qadağan edilməsi və həmin mənzilə 1/2 hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvanındakı mənzil, yeni qaydalara ünvan 2akı üzərində Cavabdeh2 adına xx.xx.2021-ci ildə aparılmış ********** №-li qeydiyyatın etibarsız hesab edilməsi, cavabdehlərin ünvan 1 ünvanındakı mənzil, yeni qaydalara ünvan 2akı üzərində tikinti müqaviləsinin protokollardan çıxarışları razılıqları ilə onun iştirakı olmadan dəyişmələrinin qanunsuz hesab edilməsi, ünvan 1, yeni qaydalara ünvan 6lı mənzildən istifadəsinə maneələr yaratmalarının qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2001-ci ildə 13 №-li akt qeydi ilə Ağdaş rayon qeydiyyat şöbəsində Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahdan iki övladı olub. 2008-2009-cu illərdə ünvan 3 ünvanında yerləşən mənzili əldə etmişdir. Evin sahəsi 130 kv.metrdir. O, 10 sentyabr 2011ci ildən ünvan 4 ünvanında pasport qeydiyyatındadır. Həmin mənzili başqa ünvanda olmuş mənzili satdıqdan sonra keçmiş həyat yoldaşının qardaşı Cavabdeh2 ilə birlikdə tikintisində iştirak etdiyi binada almışdır. Lakin, ailə münasibətləri kəskinləşəndən sonra həyat yoldaşı Cavabdeh1 ilə aralarında bağlanmış nikah Bakı şəhəri, Nəsimi rayon məhkəməsinun 2(006)-2788/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nigahdan olan 2007-ci il təvəllüdlü X1 anasının yanında qalması müəyyən olunmuşdu. Onlar 2021-ci ilə kimi birlikdə yaşamışlar. Ailə pozulduqdan sonra qeydiyyatda olduğu mənzili tərk etmiş, tərk etməyin səbəbi ciddi maneələrin yaradılması, xüsusən də qaynı sayılan Cavabdeh2 tərəfindən müxtəlif xoşagəlməyən hərəkətlərin edilməsi olmuşdur. Faktiki hər dəfə mənzilə gələrək mübahisə yaranmasına və dərinləşməsinə yönələn davranış etmişdir. Nəticədə o, mənzili tərk etmişdir. Lakin, kirayədə yaşamaq onu həm mənəvi, həm də maddi cəhətdən sıxmağa başlamışdır. Cavabdehlər tərəfindən onun mənzilə və mülkə olan hüquqları pozulmuşdur. Nəhayət xx.xx.2022-ci ildə hüquq məsləhətxanasına müraciət etdikdən sonra cavabdeh həyat yoldaşı olmaqla xx.xx.2022-ci il Mediasiya arayışını alır. Xeyli gözləyir ki, bəlkə ailə tərəfindən ona hansısa bir mənzildə yaşamağına təklif gələr. Nəhayət xx.xx.2022-ci ildə ərizə ilə məhkəməyə müraciət edir, məhkəmə tərəfindən 2(006)-5462/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad ilə ərizəsi geri qayıtarılmışdı, təkrar xx.xx.2023-cü il tarixdə iddia ərizəsi icraata qəbul olunur. Nəsimi Rayon Məhkəməsində 2(006)-1180/2024 saylı iş (Hakim Əfsanə Heydərova) 06 fevral 2024-cü il tarixə iclas təyin olunmuş, nə həmin iclasda nə də 04 mart 2024-cü il tarixli iclaslarda iştirak edə bilməmişdir. Nəhayət 04 aprel 2024-cü il tarixli məhkəmə iclasına gələrkən cavabdehin vəkili evin başqa şəxsin mülkiyyətində olmasını qeyd edib, mülkiyyət hüququna dair çıxarışın surətini məhkəməyə təqdim etmişdir. Eyni zamanda pasport qeydiyyatından çıxarılmağına dair Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-6505/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının qəbul edildiyini bildirmişdir. Dərhal Bakı İnzibati Məhkəməsinə gedib dəftərxanadan qərarın hansı hakim tərəfindən müəyyən edilməsini müəyyənləşdirib, ərizə ilə həmin qərarın təqdim edilməsini xahiş edir. Yuxarıda qeyd edilən məzmunda izahatı sübutlarla təsdiqlənir. Hətta inzibati qərardan Apellyasiya şikayətində qeyd edilən halları göstərmişdir. Həmin qərardan da Apellyasiya şikayəti artıq hazırlayıb vermişdir. İlkin iddia ərizəsinin hüququ əsası mülkiyyət kimi qeydiyyatdan keçməyən mənzilə köçmə və həmin mənzilin alınmasına və təmirinə xərclənən pulların birgə nigah dövründə əldə olunması əsası ilə tələblər irəli sürmüşdür. Həmin mənzili 2010cu ildə 9-cu mikrarayonda olan, Mir Cəlal küçəsində yerləşən evi cavabdeh Azər Sirac oğlu tapmışdı, o evi satıb, hazırki evi alıb təmir etməyə xərcləmişdir, cavabdeh təmirdə ona köməklik etmişdir. Bunun özü ustaları ucuz qiymətə işlətdiyinə görə 20 000 manata yaxın təmirə pul verib, evini təmir etdirmişdir. Bir sözlə Mir Cəlal küçəsindəki evi bu evin alınması və təmiri ilə haqq hesab edib, yekunlaşıb. Hazırda bu məsələnin belə bir mənzərəyə düşməsinə özü də təəccüb edir. Bacının tərəfini saxlamaq belə olmamalıdır. Mülkiyyət hüququna dair çıxarışın qeydiyyat tarixinin xx.xx.2021-ci il tarixi olmasına pasport qeydiyyatının isə 10 il əvvəl həyata keçirilməsinə diqqət verilsə, cavabdehin xx.xx.2022-ci ildə qeydiyyata alınmasına da diqqət yetirilsə məhkəməyə boşanma barədə iddia verməmişdən əvvəl iddiaçı və onun bacısının mülkiyyət hüququna dair saxta hüquqi kombinasiya etməsi aşkar olur. Belə ki, məhkəməyə boşanma barədə iddia ərizəsi verilməsi ərəfəsində 04 mart 2021-ci ildə artıq mülkiyyət hüququ ilə bağlı hüququ zəmini hazırlayıb ki, məhkəmədə birgə nigah dövründə əldə edilmiş əmlakın bölgüsü məsələsi olmasın. xx.xx.2021-ci ildə də Nəsimi Rayon Məhkəməsinin boşanma barədə qətnamə qəbul etməsi də bu işlərin əvvəlcədən hazırlanmasına sübutdur. Çıxarış isə xx.xx.2021-ci ildə qeydiyyatdan sonra verilib. Yuxarıda qeyd edilənlər, kiyayət qədər əsas yaradır ki, iddianın hüququ əsası dəyişdirilməli və tamami ilə başqa hüquqi əsaslarla başqa tələblər irəli sürülməlidir. Hesab edir ki, mülkiyyət hüququna dair aparılmış qeydiyyat aparıldığı andan etibarsız hesab edilməli, əsas olmuş hüquq müəyyən edici sənədlər müəyyənləşərək qanunsuz hesab edilməlidir. Hesab edir ki, mənzilə köçmə, maneələrin qadağan edilməsi, əmlaka pay hüququna dair qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 14 ünvanındakı 33 saylı mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdən Daşınmaz Əmlakın Dövlər reyestrində qeydiyyata alınmışdır. Həmin mənzildə Cavabdeh2 bacısı Cavabdeh1 və onun ailə üzvləri qeydiyyatdadır. Cavabdeh2 bacısı və onun ailə üzvlərinin yaşamağa yeri olmadığından, onların mənzil təminatını yaxşılaşdırmaq məqsədi ilə, həmin mənzili müvəqqəti olaraq bacısının istifadəsinə vermişdir. Həmçinin bacısı Cavabdeh1 və onun ailə üzvlərinin həmin mənzilə qeydiyyata alınmasını təmin etmişdir. İddiaçı da bacısının keçmiş əri olmaqla həmin mənzildə qeydiyyatda olmuş və sonradan nikah pozulduğundan o iddia tələbi əsasında qeydiyyatdan çıxarılmışdır. İddiaçı qeyd edilən mənzilə istifadə hüququ mövcud deyil və artıq uzun zamandır başqa ünvanda yaşayır. İddiaçı keçmiş ailə üzvlərinə qarşı məhkəmədə qaldırdığı hazırkı iddiası tamamilə əsassızdır. Onlar İddiaçı qeyd edilən mənzilə köçürülməsinə razı deyillər. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə həmin cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" Mənzil Tikinti Kooperativinin 05 yanvar 2012-ci il tarixli N 01/15-02 saylı forma 2 arayışının surətindən görünür ki, Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, M.Cəfərov küçəsindəki, 14 nömrəli 15 mərtəbəli evin 4-cü mərtəbəsindəki 124,1 kv.m sahəsi olan 3 otaqlı 33 nömrəli mənzilin sahibidir və həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə olunmuş "xxxx" Mənzil Tikinti Kooperativinin 05 yanvar 2012ci il tarixli N 01/15-01 saylı maliyyə arayışının surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur və bu binanın 2-ci giriş, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 124,1 kv.m, yaşayış sahəsi 74 kv.m olan 33 saylı mənzilin dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 01 saylı Protokolundan 05 yanvar 2012-ci il tarixli Çıxarışın surətindən görünür ki, payçı Cavabdeh2 pay haqqını tam şəkildə ödədiyindən, onun "xxxx" Mənzil Tikinti Kooperativinə üzv qəbul edilməsi, mənzilin müvafiq sənədlərinin ona verilməsi və ona MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, M.Cəfərov küçəsi, 14 saylı kooperativ yaşayış binasında 2-ci giriş, 4-cü mərtəbə, yaşayış sahəsi 74 kv.m, ümumi sahəsi 124,1 kv.m, olan 3 otaqlı, 33 saylı mənzilin verilməsi qərara alınmışıdr. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı mənzil, yeni qaydalara ünvan 6lı əmlak xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-6505/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh İddiaçı Cavabdeh2 mülkiyyətində olan ünvan 7 ünvanından qeydiyyatından çıxarılması qərara alınmışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativinin 05 yanvar 2012-ci il tarixli N 01/15-01 saylı maliyyə arayışına əsasən ünvan 5 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur və bu binanın 2-ci giriş, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 124,1 kv.m, yaşayış sahəsi 74 kv.m olan 33 saylı mənzilin dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. 05 yanvar 2012-ci il tarixdən Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, M.Cəfərov küçəsindəki, 14 nömrəli 15 mərtəbəli evin 4-cü mərtəbəsindəki 124,1 kv.m sahəsi olan 3 otaqlı 33 nömrəli mənzilin sahibidir və həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ünvan 1 ünvanındakı mənzil, yeni qaydalara ünvan 6lı əmlak xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-6505/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh2 mülkiyyətində olan ünvan 7 ünvanından qeydiyyatından çıxarılması qərara alınmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası (bundan sonra AR) Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki halda məhkəmə İddiaçı ünvan 1, yeni qaydalara ünvan 6lı mənzildən istifadəsinə maneələr yaratmalarının qanunsuz hesab edilməsi tələbinin əsaslı olub-olmasına qiymət vermək üçün ilk öncə mübahisəli mənzildə İddiaçı hazırda istifadə hüququnun mövcud olmasının araşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mövqeyini, mübahisəli hüquq münasibətlərinin 2021-ci ildə yarandığını nəzərə (cavabdehə verilən çıxarışın tarixi) alaraq hesab edir ki, bu mübahisəyə qüvvədə olan Mülki Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Göstərilən Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Konstitusiya məhkəməsinin həmin Qərarında göstərilmişdir ki, MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından iddiaçının mübahisəli evə istifadə hüquqlarının yaranması üçün mülkiyyətçi ilə onun arasında notariat qaydada təsdiq olunmuş razılaşmanın olması vacibdir. Lakin İddiaçı ilə mənzilin mülkiyyətçisi Cavabdeh2 arasında notariat qaydada təsdiq olunmuş razılaşmanın olmadığı üçün iddiaçının mübahisəli evə istifadə hüquqlarının müəyyən edilməsi yolverilməzdir. Yəni evin mülkiyyətçisi ilə iddiaçı arasında notariat qaydada müqavilənin bağlanması tələb olunur. Məhkəmə həmçinin onu qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6505/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən cavabdeh İddiaçı Cavabdeh2 mülkiyyətində olan ünvan 7 ünvanından qeydiyyatdan çıxarılmışdır. Həmin qərardadın əsaslandırıcı hissəsində də göstərilmişdir ki, İddiaçı həmin mənzildə yaşamadığından, eləcə də onun həmin mənzildə istifadə hüququnun hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilmişdir. Məhkəmə, sadalanan qanunvericilik normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Cavabdeh2 mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun tanınması üçün mənzilin mülkiyyətçisi ilə (cavabdehlə) yazılı bağlanan, notariat qaydasında təsdiqlənən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan razılaşma olmadığından, iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, bununla yanaşı iddiaçı məhkəmə iclasında mübahisəli mənzilə hər hansı hüququnun olmasını əsaslandıra və bunu təsdiq edən sübutlar təqdim edə bilmədiyindən onun göstərilən “mənzildən istifadəsinə maneələr yaratmalarının qanunsuz hesab edilməsi” hissəsində iddia tələbi rədd edilməlidir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə iddiaçının “cavabdehlərin ünvan 1 ünvanındakı mənzil, yeni qaydalara ünvan 2akı üzərində tikinti müqaviləsinin protokollardan çıxarışları razılıqları ilə onun iştirakı olmadan dəyişmələrinin qanunsuz hesab edilməsi” tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrindən görünür ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Eyni Məcəllənin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 32) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi ünvan 1 ünvanındakı mənzil, yeni qaydalara ünvan 2akı üzərində tikinti müqaviləsinin protokollarının etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır. Beləliklə, ünvan 1 ünvanındakı mənzil, yeni qaydalara ünvan 2akı üzərində tikinti müqaviləsinin protokollarının etibarsızlığı üçün əsas olmadığını və İddiaçı ünvan 8 ünvanda yerləşən mübahisəli mənzildə istifadə hüququnun artıq mövcud olmadığından və iddiaçının subyektiv hüquq sahibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilk tələbi əsassız olduğundan, onun “ünvan 1 ünvanındakı mənzil, yeni qaydalara ünvan 2akı üzərində Cavabdeh2 adına xx.xx.2021-ci ildə aparılmış ********** №-li qeydiyyatın etibarsız hesab edilməsi” tələbi ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan rədd edilməlidirlər. Məhkəmə son olaraq onu da vurğulamağı zəruri hesab edir ki, hazırda mübahisəli mənzil Cavabdeh2 adına olduğundan, Cavabdeh1 həmin mənzilə hər hansı mülkiyyət hüququnun olmadığından, o hazırki mübahisədə subyektiv cavabdeh deyil. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı "qeydiyyatın etibarsız hesab edilməsi və sair tələbinə dair" tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı "qeydiyyatın etibarsız hesab edilməsi və sair tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1180/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1180/2024
28.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver