Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1182/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, iddiaçı “Azərbaycan Respublikası X12” Publik Hüquqi X1 iştirakı ilə, İddiaçı “Azərbaycan Respublikası X12” X10 Cavabdehnə qarşı "pul" tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “Azərbaycan Respublikası X12” X10 Cavabdehnə qarşı "pul" tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il 21 dekabr tarixli, 2112/61 nömrəli Müqaviləyə əsasən müəyyən edilmiş öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq, Mərkəz tərəfindən cavabdehə ödənilmiş 8,440 manat (səkkiz min dörd yüz qırx manat) manat məbləğində vəsaitin Mərkəzə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Təlim və X6 çağırışlar” adlı forumun keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət X11 hüquqi şəxsi (bundan sonra-Mərkəz) ilə Cavabdeh (bundan sonra-icraçı) arasında 2023-cü il 21 dekabr tarixli 2112/61 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İcraçı Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində müəyyən edilmiş xidmətləri göstərməyi, Mərkəz isə Müqavilə ilə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür ( Müqavilə və1 saylı Əlavəsi əlavə olunur). Sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən İcraçı xidmətlərin göstərilməsi ilə əlıaqədar Mərkəzi məlumatlandırmalı və xidmətləri vicdanla yerinə yetirməlidir. Müqavilənin 1 saylı Əlavəsində qeyd edilən Forumun keçirilməsi ilə bağlı İcraçı tərəfindən üç müxtəlif xarakterli xidmət göstərilməsi nəzərdə nəzərdə tutulmuş və xidmətlərin göstərilməsi üçün ümumilikdə 12,900 (on iki min doqquz yüz) manat məbləğində xidmət haqqı müəyyən edilmişdir. Forumun 2024-cü il 30 may tarixində keçirilməsinə baxmayaraq xidmət haqqı həmin tarixdən əvvəl-2023-cü il 27 dekabr tarixində tam şəkildə İcraçının bank hesabına köçürülmüşdür (Cavabdeh MMC-yə ödəniş olunması ilə bağlı sənədlər olunur). Bununla da Mərkəz Müqavilədən irəli gələn maliyyə öhdəliyini vaxtından əvvəl tam şəkildə icra etmişdir. Lakin göstərilməli olan xidmətlərin yalnız biri İcraçı tərəfindən lazımınca icra edilərək Mərkəz tərəfindən qəbul olunmuşdur. Belə ki, xidmət haqqının əvvəlcədən ödənilməsinə baxmayaraq, Müqavilədə razılaşdırılmış “Qonaqların qarşılanması, tədbirin aparıcısı və xüsusi avadanlıqla təchiz olunmaqla təşkilati məsələlər” xidməti İcraçı tərəfindən ümumiyyətlə icra edilməmişdir. Forumun əhəmiyyətini nəzərə alaraq təşkilati məsələlərin sürətləndirilməsi məqsədilə sözügedən xidmətin icrası üçün başqa hüquqi şəxslə- "xxxx" MMC ilə ilə Forumun keçiriləcəyi tarixdən 1 gün əvvəl -2024-cü il 29 may tarixində 043/b nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 10.897.30 manat (on min səkkiz yüz doxsan yeddi manat, otuz qəpik) (ƏDV daxil olmaqla) məbləğində vəsait "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür ("xxxx" MMC-yə ödəniş olunması ilə bağlı sənədlər əlavə olunur). Beləliklə, İcraçının Müqaviləyə əsasən yerinə yetirməyi öhdəsinə götürdüyü təşkilati məsələlərlə bağlı xidmət Sifarişçi tərəfindən əlavə xərc çəkilərək başqa hüquqi şəxs tərəfindən təmin olunmuşdur. Müqavilə ilə nəzərdə tutulmuş digər xidmət-“Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş videoçarxın hazırlanması” xidməti isə İcraçı tərəfindən lazımi səviyyədə icra edilməmişdir. Belə ki, təqdim olunan videoçarx İcraçı ilə Mərkəz arasında bağlanmış digər Müqaviləyə əsasən başqa tədbirdə təqdim edilməsi üçün hazırlanmış videoçarx ilə oxşarlıq təşkil etdiyi üçün qüsurlu hesab edilərək qəbul olunmamış və tədbir zamanı göstərilməmişdir. Beləliklə, 8,440 (səkkiz min dörd yüz qırx) manat məbləğində 2 xidmətin göstərilməsində ehtiva olunan öhdəlik həmin məbləğin əvvəlcədən ödənilməsinə baxmayaraq İcraçı tərəfindən vicdanla və lazımınca icra edilməmiş, nəticə etibarilə müqavilə şərtləri İcraçı tərəfindən pozulmuşdur. Müqavilənin və qanunvericiliyin tələbinə uyğun olaraq, Mərkəz İcraçıya 2024-cü il 14 iyun tarixli 9-3/2- 1908/2024 nömrəli pretenziya məktubu ilə müraciət etmiş, 21 dekabr 2023-cü il tarixli 2112/61 nömrəli Müqavilə üzrə “Qonaqların qarşılanması, tədbirin aparıcısı və xüsusi avadanlıqla təchiz olunmaqla təşkilati məsələlər” xidməti icra edilmədiyi, “Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş videoçarxın göstərilməsi ilə bağlı Mərkəz tərəfindən ödənilmiş 8,440 (səkkiz min dörd yüz qırx) manat məbləğin pretenziya məktubunu aldıqdan sonra 10 (on) iş günü ərzində Mərkəzə geri ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, indiyədək İcraçı tərəfindən heç bir hüquqi addım atılmamış və pretenziya məktubuna cavab verilməmişdir (pretenziya məktubu əlavə olunur). a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdeh nümayəndəsi X4 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azərbaycan Respublikası X12” Publik Hüquqi X2 məhkəməyə ərizə ünvanlayaraq, işə qiyabi icraat qaydasında baxılmasını, qiyabi qətnamə çıxarılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X11 hüquqi şəxsi ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2023-cü il tarixli, 2112/61 nömrəli xidmət müqaviləsindən görünür ki, icraçı Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində müəyyən edilmiş xidmətləri gstərməyi, Mərkəz isə müqavilə ilə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən İcraçı xidmətlərin göstərilməsi ilə əlıaqədar Mərkəzi məlumatlandırmalı və xidmətləri vicdanla yerinə yetirməlidir. Mülki işin materiallarına əlavə edilmiş 21 dekabr 2023-cü il tarixli, 2112/61 nömrəli xidmət müqaviləsinin 1 saylı Əlavəsindən görünür ki, Forumun keçirilməsi ilə bağlı İcraçı tərəfindən üç müxtəlif xarakterli xidmət göstərilməsi nəzərdə nəzərdə tutulmuş və xidmətlərin göstərilməsi üçün ümumilikdə 12,900 (on iki min doqquz yüz) manat məbləğində xidmət haqqı müəyyən edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş 27 dekabr 2023-cü il tarixli, №18 Hesabfakturadan görünür ki, “Təlim və X6 Çağırışlar” adlı forumun keçirilməsi üçün“Azərbaycan Respublikası X12” X14 tərəfindən Cavabdehnə cəmi ödəniləcək məbləğ 12900 (on iki min doqquz yüz manat) təşkil edir, bütün qiymətlər vergi daxil olmaqla göstərilmişdir. Mülki işin materiallarına əlavə edilmiş "xxxx" MMC ilə “Azərbaycan Respublikası X12” X14 arasında 29 may 2024-cü il tarixli, 043/b nömrəli müqavilə bağlanmış müqaviləyə əsasən 10897.30 manat (on min səkkiz yüz doxsan yeddi manat, otuz qəpik) (ƏDV daxil olmaqla) məbləğində vəsait "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X12 tərəfindən Cavabdehnə ünvanlanmış 14 iyun 2024-cü il tarixli Pretenziya Məktubundan görünür ki, Cavabdeh 21 dekabr 2023-cü il tarixli 2112/61 nömrəli müqavilə üzrə “Qonaqların qarşılanması, tədbirin aparıcısı və xüsusi avadanlıqla təchiz olmaqla təşkilati məsələlər” ilə bağlı xidməti icra etmədikləri, “Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş videoçarxın hazırlanması” xidmətini isə lazımi keyfiyyətlə Mərkəzə təqdim etmədikləri üçün həmin xidmətlərin göstərilməsi üçün Mərkəz tərəfindən onlara ödənilmiş 8440 manat məbləğin hazırki pretenziya məktubunu aldıqdan sonra 10 (on) iş günü ərzində Mərkəzə ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İlk növbədə məhkəmə qeyd edir ki, işin mübahisəli halı ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət X11 Hüquqi Şəxsi ilə Cavabdeh arasında 21 dekabr 2023-cü il tarixli, 2112/61 nömrəli xidmət müqaviləsi bağlanmış və həmin xidmət haqqı üçün X12 tərəfindən 12,900 manat məbləğində pul ödənilmişdir. Lakin həmin müqavilənin icrası ilə bağlı cavabdeh tərəfindən xidmətin ancaq bir hissəsi göstərilməmiş, digər məbləğ isə qaytarılmamışdır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət X11 Hüquqi Şəxsi ilə Cavabdeh arasında 21 dekabr 2023-cü il tarixli, 2112/61 nömrəli xidmət müqaviləsi bağlanmış və həmin xidmət haqqı üçün Dövlət X11 Hüquqi Şəxsi tərəfindən 12.900 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi iş materiallarında olan xidmət müqaviləsi ilə tam olaraq müəyyən edilmişdir ki, tərəflər arasında hüquqi xidmətin göstərilməsi ilə bağlı xidmət müqaviləsinin bağlanması və cavabdeh hüquqi xidmət göstərməyi öhdəsinə götürməsi öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər, aralarında xidmət müqaviləsi bağlamış və cavabdeh iddiaçı qarşısında öhdəlik götürmüş, lakin cavabdeh öhdəliyi tam icra etmədiyindən, “Azərbaycan Respublikası X12” X14 ilə "xxxx" MMC arasında 29 may 2024-cü il tarixli, 043/b nömrəli yeni xidməti müqavilə bağlanmışdır. Nəticədə Cavabdeh iddiaçıya 8,440 manat məbləğində borcu yaranmışdır. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 8,440 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 8440 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Azərbaycan Respublikası X12” X13 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Azərbaycan Respublikası X12” X10 Cavabdehnə qarşı "pul" tələbinə dair iddiası təmin edilsin. Cavabdehndən 8440 (səkkiz min dörd yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Azərbaycan Respublikası X12” X13 xeyrinə tutulsun. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1182/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1182/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver