Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-12/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 30 “A”, mənzil 5dən, Cavabdeh2 və Cavabdeh3 isə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi. 217, M11, mənzil 1 və Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 206, M3, mənzil 3dən çıxarılması, qətnamə çıxarıldıqdan sonra onun icrası vaxtı həmin mənzillərdə cavabdehlərdən əlavə başqa şəxslərin də qanunsuz yaşadığı müəyyən edilərsə, həmin şəxslər də qeyri-şərtsiz həmin məzillərdən çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-768/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, vəsatət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar X7 və X1 cavabdehlər X12 və İddiaçı qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(006)-2281/2022 saylı mülki iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "mənzildən çıxarılma" tələbinə dair 2(006)-768/2022 saylı mülki iş üzrə icraat dayandırılmışdır. 23 aprel 2024-cü il tarixdə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəməyə daxil olmuş 17 aprel 2024-cü il, 3-6/2-3561-1/2024 saylı məlumata əsasən, iddiaçılar X3 və X2 cavabdehlər İddiaçı, İmişli Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, X6, X4 (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1207/2023 nömrəli, 14 mart 2023-cü il larixliqətnaməsi ilə iddiaçı X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş. Cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2281/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi miras əmlaklar üzərində payların müəyyən edilməsi hissəsində dəyişdirilmiş, miras əmlaklar üzərində X3 payı 1/3 hissədə, İddiaçı payı 2/3 hissədə tanınsın və həmin paylara uyğun olaraq qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi müəyyən edilmiş. Miras əmlakın kütləsinə daxil olan ünvan 1 ünvanda yerləşən 120,90 kv.m sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən X3 payına uyğun olaraq 1/3 hissədə, yəni 33.333,33 (otuz üç min üç yüz otuz üç manat 33 qəpik) manat məbləğində və ünvan 2 ünvanda yerləşən 55,17 kv.m sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən X3 payına uyğun olaraq 1/3 hissədə, yəni 26.333,33 (iyimi altı min üç yüz otuz üç manat 33 qəpik) manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq ona verilməsi müəyyən edilmiş. Cavabdeh İddiaçı apelyasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3552/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1207/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Qeyd olunan iddia ərizəsinin məhkəməyə verilməsi üçün İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığına görə İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində (xx.xx.2021-ci il tarixli, ********* saylı qəbz üzrə) dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Beləliklə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzrlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində (xx.xx.2021-ci il tarixli, ********* saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-12/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-12/2024
14.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver