Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1204/2020 01.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh "xxxxxxxxxxx" X9 X4 Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxxxxxxxxx" X9 Təşkilatı X1rşı "borc məbləğinin müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxxxxxxxxx" X9 Təşkilatı X1rşı "borc məbləğinin müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2015-ci il tarixdə “X10” MMC-dən 3170 manat kredit götürmüşdür. Müəyyən iqtisadi çətinliklər səbəbindən kredit ödənişində problemlər yaranmışdır. xx xxxxxx 2018-ci il tarixli məhkəmə qərarına əsasən 2893,19 manat əsas, 916,38 manat faiz, 217,03 manat cərimə borcu və 20 manat dövlət rüsumu olmaqla, cəmi 4046,56 mənat borc iddiaçıdan tutulmalı idi. Prezidentin Fərmanı və X6 Palatasının Qaydasına əsasən hesablama zamanı iddiaçıya hesablanmış kredit borcunun düzgün hesablanmadığı məlum olur. MBNP -nın xx xxxx 2019-cu ildə təsdiq edilmiş Qaydalarının 5.2.1-ci maddəsində qeyd edilir ki, "Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə - hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir". Lakin Bank tərəfindən Fərmana əsasən qalıq borcu düzgün hesablanmamışdır. Belə ki, hesablanmış faiz və dəbbə pulları tam silinməmişdir. 153,99 manat borc qalmalı olduğu halda, iddiaçıya 663,99 manat borc qaldığı göstərilmişdir. Bu hesablama məhkəmə qərarına əsasən əsas borc qalığı, məhkəmə qərarından sonra ödənilmiş məbləğ, restrukturizasiya qərarından sonra hesablanmış kompensasiya və ödənilməli qalan borc qalığı haqqındadır. Məhkəmə qərarından sonrakı dövr ərzində iddiaçı 2365,31 manat ödəniş etmişdir. Belə olan halda, qalıq borc 153,99 manat olmalıdır. Bununla əlaqədar MBNP-na və “X10” MMC-yə rəsmi müraciət edilməsinə baxmayaraq, heç bir dəqiqləşmə aparılmamış və kredit borcunun dəqiq nə qədər qalması barədə düzgün cavab verilməmişdir. Göstərilənlərə əsasən problemli kreditlərin restrukturizasiyasına dair Prezidentin Fərmanına və MBNP-nın xx xxxx 2019-cu il tarixdə təsdiq olunmuş qaydalarına əsasən iddiaçının kredit borc məbləğinin düzgün hesablanması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “X10” MMC-yə olan borcunun MBNP-nin xx xxxx 2019-cu il tarixli qaydalarının 5.2.1-ci maddəsinə əsasən düzgün müəyyən edilərək 153,99 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxxxxxxxxx" X9 X4 Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-8760/2017 saylı qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı və X2 müştərək qaydada «X10» MMC-nin xeyrinə 2893,19 manat kredit borcu, 916,38 manat faiz forcu və 217,03 manat cərimə borcu, cəmi 4026,60 manat və 20 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddia tələbinin rədd edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan "xxxxxxxxxxx" BOKT MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-8760/2017 saylı qərarına əsasən Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən görülmüş tədbirlər nəticəsində İddiaçı ümumilikdə 2365,31 manat məbləğində pul tutulmuşdur. İş materiallarında olan "xxxxxxxxxxx" BOKT MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı MMC-yə 663,99 manat məbləğində əsas borcu vardır. İş materiallarında olan “Problemli kreditlərin kompensasiyası”na dair çıxarışdan görünür ki, İddiaçı "xxxxxxxxxxx" X9 X4 Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsi üzrə 373,89 manat kompensasiya məbləği hesablanmış, qalıq borc 663,99 manat müəyyən edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4960 saylı, xx xxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən "xxxxxxxxxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 05039 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 saylı Fərmanı və X6 Palatasının müvafiq Qaydaları nəzərə alınmaqla müqaviləyə uyğun olaraq əsas borc 663,99 manat düzgün hesablanmışdır. Ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Göründüyü kimi İddiaçı cavabdeh "xxxxxxxxxxx" BOKT MMC ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi məlum Fərmanın təsiri dairəsinə düşmüş, ona 373,89 manat kompensasiya ödənilmiş, qalıq borcu 663,99 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi İddiaçı MMC tərəfindən onun borcunun düzgün hesablanmamasını bildirsə də, həmin halı təsdiq edən mötəbər sübut məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Əksinə, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, “xxxxxxxxxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 05039 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 saylı Fərmanı və X6 Palatasının müvafiq Qaydaları nəzərə alınmaqla müqaviləyə uyğun olaraq əsas borc 663,99 manat düzgün hesablanmışdır. Beləliklə, məhkəmə ekspert rəyini əsas götürərək hesab edir ki, İddiaçı cavabdeh "xxxxxxxxxxx" X9 Təşkilatı X1rşı "borc məbləğinin müəyyən edilməsi" tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxxxxxxxxx" X9 Təşkilatı X1rşı "borc məbləğinin müəyyən edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1204/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1204/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver