Məhkəmə qərarları › İş №2(006)-121/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-121/2023

31.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-121/2023 31.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi - Nümayəndə, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı - Cavabdeh, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi - X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların çıxarılması və s.” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “çıxarşın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əşyaların çıxarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, N.Şahbazov küçəsi, ev 24, A tikilisindən çıxarılması, həmin mənzildə vəfat etmiş X14 məxsus əşyaların Cavabdeh tərəfindən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “çıxarşın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı iddia tələbi tam əsassız olduğundan təmin olunmaması, xx.xx.2022-ci il tarixli İddiaçı adına olan Çıxarışın ləğv olunması və Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şaxbazov küçəsi, ev 24, mənzil 2-nin üzərində iddiaçının mülkiyyət hüququmun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 132 kv\m olan yaşayış sahəsi 97,6 kv\m yaşayış, 34,4 kv\m köməkçi sahəsi olan “A”, “B”, “V” tikililəri mülkiyyətçi X6 18000 rubl pul vəsaiti ödəməklə 1990-cı ildə almışdır. O dövrdə mövcüd olan vəziyyətlə əlaqədər daşınmaz əmlakı notariat qaydada rəsmiləşdirə bilməmişdir və sonradan Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 2- 1114 saylı, 25 oktyabr 1994-cü il tarixli qərarı ilə keçmiş mülkiyyətçi X11 ilə ona məxsus Şahbazov küçəsi 24 saylı ünvanda yerləşən (keçmiş Dağıstan küçəsi) 132 kv\m ümumi sahəsi, 97,6 kv\m yaşayış sahəsi, 34,4 kv\m köməkçi sahəsi olan daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi aralarında bağlanmış hesab edilmiş və ƏMDK-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən adı çəkilən daşınmaz əmlakla bağlı onun adına 21 dekabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Mülkiyyətində olan daşınmaz əmlakın 47,3 kv\m yaşayış sahəsi, 14,4 kv\m kömkçisi sahəsini 1997-ci ilin 18 iyulunda satmışdır, qalan daşınmaz əmlak mülkiyyətində qalmışdır. Sözügedən əmlakı alarkən mülkiyyətçi X13 bildirmişdir ki, 7,5 kv\m yaşayış, 5,8 kv\m köməkçisi sahəsində X2 qalır və qısa zaman daxilində çıxmasını qeyd etmişdir. Daha sonra X17 ilə normal münasibətlər yaranmış və bu səbəbdən X14 7,5 kv\m yaşayış, 5,8 kv\m köməkçisi sahəsi olan sahənin onun istifadəsinə vermişdir. xx.xx.2021-ci il tarixində X1 xəstəliyindən vəfat etmişdir. Daha sonra, vəfat etmiş X12 qızına, Cavabdeh xx.xx.2022-ci il tarixində poçt vasitəsi ilə məktub göndərmişdir, həmin məktubda vəfat etmiş X12 qızından xahiş etmişdir ki, atasından qalan əşyaları götürsün, lakin Cavabdeh şifahi bildirmişdir ki, əşyaları götürməyəcək, o səbəbdən ki, sözügedən mənzil atasına məxsusdur və onun həmin mənzildə yaşamaq hüquqları var. Hal-hazırda sözügedən mənzil Cavabdeh tərəfindən qıfıllanıb və həmin mənzilə daxil ola bilmir. Sözügedən mənzildə qaz sızması, hansısa elektrik vasitələrində qısaqapanma nəticəsində partlayış ola bilər. Bunların hər biri ailəsi və qonşular üçün təhlükəlidir. Eyni zamanda, həmin mənzil çıxarışa əsasən ona məxsusdur. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh atasından qalan əmlakını açıq şəkildə zəbt edərək, nəinki mülki qanunvericiliyinin normalarını kobud şəkildə pozub, eyni zamanda Az.Resp. Cinayət Məcəlləsinin 178.2.1., 178.2.3. və 320.2-ci maddələri ilə açıq şəkildə cinayət törədib. Belə ki, Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən, iddiaçı, vətəndaş İddiaçı, cavabdeh (onun atası), vətəndaş X14 qarşı, mənzilə "istifadə hüququna xitam verilməsi haqqında" iddia ərizəsi təmin edilməmişdir. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilmişdir. Apellyasiya məhkəməsi Nəsimi rayon məhkəməsinin Qətnaməsini öz güvvəsində saxladı, yəni Abduləliyevin iddiasını təmin etmədi. 83 yaşlı atası X17, əmək veteranıdır, o fiziki və psixi güsurlu uşaqların məktəbində müəllim işləyib. 2020-ci ilin oktyabr ayında, atasının qonşusu, 1996-cı ildən ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan vətəndaş İddiaçı, atası X9, hansı ki, sözü gedən ünvanın 2 nömrəli mənzilində 1967-ci ildən rəsmi qeydiyyatdadır və 54 il daimi və fasiləsiz yaşayıb, icazə istəyib ki, X26in 2 nömrəli mənzilinin giriş qapısının qarşısında özünə qanunsuz əlavə tikili tiksin. Lakin X26 ona icazə verməyib. Bu qanunsuz tikilini tikməyə İddiaçı artıq tamahlıq niyyəti ilə fikirləşib. Bu istək onun öz işidi, lakin qonşunun mənzilini zəbt etməyə, İddiaçı heç kim icazə verməyib. Natiq Şaxbazov küçəsində yerləşən birmərtəbəli həyət evləri (onlara "fin tipli evlər" də deyirlər), ev nömrə 20, 22, 24, 26, 28, əksəriyəti keçən əsrin 1907-ci ildə inşa olunublar və bu ərazi yaxın vaxtlarda söküldüyünə görə, Abduləliyevdə tamah niyyətli fikir yaranıb ki, əlavə tikili tiksin və gələcəkdə bundan faydalansın. Lakin görəndə ki, Babayev Arif ona, yəni İddiaçı, əlavə tikili tikməyə icazə vermir, cavabında İddiaçı saxtalaşdırılmış, əsli olmayan sənədlərin notarial qaydada təsdiqlənməmiş kserosürətlərini istifadə edərək, Babayev Arifi açıq şəkildə böhtanlayıb kirayəçi adlandıraraq, yalan məlumatlar özündə ehtiva edən iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edib ki, (oktyabr 2020-ci il tarixdə), məhkəmə Babayev Arifi dərhal özünə məxsus mənzilindən əşyaları ilə birlikdə çıxartsın (ərizə əlavə olunur). İddia ərizəsində İddiaçı X26i kirayəçi adlandırır. Bu böhtan sözlərini Abduləliyev heç bir rəsmi sənədlə sübut edə bilmir. Ortada kirayə müqaviləsi yoxdur və ola da bilməzdir. Əslində isə, Babayev Arif və keçmiş arvadı vətəndaş X15, 1967-ci ildə o vaxtların İcra Hakimiyyətinin və MOK idarəsinin icazəsi ilə, Dağıstan küçəsi 24 nömrəli həyətin daxilində onlara ayrılmış yararlı torpaq sahəsində, özləri bir otaq və mətbəx tikmişdilər. Həmin 1967-ci ildə Babayev Arif, arvadı Qasımova Bəsti və qızları o mənzilə qeydiyyata alınmışdılar. X24 özünün 2№-li mənzilində 1967-ci ildən rəsmi qeydiyyatdadır, ancaq İddiaçı 30 ildən sonra, 1996-ci ildə gəlib iki erməni vətəndaşların 1№-İi mənzilini zəbt edərək, yalnız 1996-cı ildə qeydiyyata alına bilib. 1990-cı ildə müəyyən səbəblərdən, Natiq Şaxbazov küçəsi (köhnə adı-Dağıstan küç.) ev 24 nömrəli həyətdə iki erməni mənzilləri boşalmışdır. 1 №-İi mənzildə 2 otaqlıda yaşayan Akopova- Qrişanova Djulyetta adlı vətəndaş və "uplotneniye" şəklində 1 №-İi mənzilin daxilində bir otaqlıda yaşayan Ruzanna adlı qadına məxsus olmaqla və həyətdə ayrıca yerləşən 3 №-li mənzildə-1 otaqlıda yaşayan İsayan Suren və arvadı və elə 3 nömrəli mənzilin daxilində ayrıca 2 otaqlıda yaşayan İsayan Surenın oğlu öz ailəsi ilə. Əgər atası kirayəçi idisə, kirayəçi olmaqdansa elə onlardan birini tutardı. Belə çıxır ki ''həyətin sahibi" kimi özünü qələmə verən İddiaçı böhtanla "kirayəçi" adlandırdığı Babayev Arifdən icazə istəyib ki, özünə qanunsuz tikili tiksin. Açıq şəkildə görünür ki, bu iddia, İddiaçı məntiqsiz bir uydurmasıdır, əsassızdır və açıq şəkildə yalandı. Sözü gedən 2020-2021-ci il tarixli məhkəmənin, 16 fevral 2021-ci ilin məhkəmə iclasında, onun sualına: "Abduləliyev, düzdü, mənim atam sizə tikili tikməyə icazə verməyəndə, siz atamı böhtanla kirayəçi adlandırmısız?", cavabında AbduıƏİiyev etiraf etdi ki, "bəli, ondan sonra Arifi böhtanlamışam". Bunu hörmətli hakim də eşitdi. Bu olan etirafdı. Bundan başqa, İddiaçı məhkəmələrə təqdim etdiyi və digər rəsmi orqanlarda istifadə etdiyi bütün, notarial qaydada təstiqlənməmiş, əsli olmayan, kserosürətli sənədlərdə olan saxtalaşmaları və yalan məlumatları ifşa edəcək. Bunlar həmin o saxta sənədlərdi ki, hansıların əsasında İddiaçı tam qanunsuz yolla xx.xx.2022-ci il tarixli Çıxarışı alıb. Birincisi, Nəsimi rayon 16 saylı MKTB-i tərəfindən verilən İddiaçı adına olan Forma "A" və Forma "Б" sənədlərə baxaq. Diqqət yetirin!!! Abduləliyevin Forma "Б" sənədində aydın yazılıb "İddiaçı adlı vətəndaş Dağıstan küçəsi, ev 24, mənzil №1-pə qeydiyyatdadir və mənzilin sahəsi 7/97,6 kv.m. təşkil edir". Həmin Forma "Б" sənədində yazılıb ki "купчая № 17460" sözləri və tarixi xx.xx.1994-cü il kimi qeyd olunub. xx.xx.1994 il tarixli Qeydiyyat Vəsiqəsi sənədinin kserosürətini, harada tamamilə başqa seriya nömrəsi yazılıb, yəni Seriya MH-№143669. Bundan başqa, qalan bütün sənədlərdə Abduləliyev, dələduzluq edərək, "mənzil №1" sözlərini "ч/д" yəni "частный дом" sözləri ilə saxtalaşdırıb. Yəni Abduləliyev hamını inandırmaq istəyir ki, Natiq Şahbazov küçəsi ev 24 (köhnə adı-Dağıstan küç.) ünvanında yerləşən ümumi həyət, güya mülkdür (yəni частный дом) və o da güya mülkün sahibidir. Əslində isə, sözü gedən ümumi həyət əzəldən nömrə 1, nömrə 2 və nömrə 3, tavanları ayrı, divarları ayrıca olan mənzillərdən ibarət idi, hər birində isə müstəqil ailələr yaşayırdı. Abduləliyevdən soruşanda ki, "ч/д" dediyin həyətin sənədlərini təqdim elə, onda Abduləliyev nə cavab, nə də ki bir əsli olan sənədi təqdim edə bilmir. Bundan başqa, İddiaçı Forma "A" sənədinin kserosürətində, yenə də xx.xx.1994 il tarixi ilə yazılıb "купчи №17460". Əslində isə xx.xx.1994 il tarixi ilə Abduləliyevin əlində 143669 №-li əsli olmayan Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiqlənməmiş kserosürəti var. Abduləliyevdən soruşanda ki, yaxşı 17460 №-li купчa-nın əsli haradadır, bunun Texpasportu haradadır və bu nə купчa-dır. Abduləliyev cavab verə bilmir. Bundan başqa diqqət!!!! Abduləliyevin əlində seriyası olmayan, nömrəsi beş rəqəmnən ibarət olan 45808 №-li Qeydiyyat Vəsiqəsinin əsli olmayan, notariat qaydada təsdiqlənməmiş kserosürəti var, harada yenə də həmin 21 dekabr 1994-cü il tarixi yazılıb. Abduləliyevin əlində iki ədəd fərqli, əsli olmayan, notariat qaydada təsdiqlənməyən, lakin eyni tarixli Qeydiyyat Vəsiqələrin sürətləri var. Eyni tarixnən, eyni Reyestr kitabının nömrəsi ilə (201), eyni səhifə nömrəsi ilə (11077) bir mənzilə neçə ədəd Qeydiyyat Vəsiqəsinin notariat qaydada təsdiqlənməmiş kserosürəti olar. Abduləliyevin əlində hal-hazırda 21 dekabr 1994-cü il tarixi ilə, 201 №-li Reyestr kitabında 11077 səhifədə qeydə alınan iki ədəd Qeydiyyat Vəsiqəsinin notariat qaydada təsdiqlənməmiş kserosürəti var !!!!!! Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən rəsmi Qeydiyyat Vəsiqələrinin nömrələri 6 rəqəmli olur, lakin İddiaçı Forma "A" və Forma "Б" sənədlərində "купчa" sözlərindən sonra kupçanın nömrəsi 5 rəqəmdən ibarətdir (yazılıb № 17460) və 21 dekabr 1994-cü ilin Qeydiyyat Vəsiqələrinin notariat qaydasında təsdiqlənməmiş kserosürətlərin birində 45808 nömrəsi yazılıb (o da beş rəqəmlidir). İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Babayev Arifin adına olan saxtalaşdırılmış Forma "A" və Forma "Б" sənədlərinə. Nəsimi rayon 16 saylı MKTB-i tərəfindən bildirdilər ki, Babayev Arifin sənədləri itib , lakin atasının sənədlərini 16 saylı MKTB-n işçiləri veriblər İddiaçı, o da qanunsuz məqsədləri güdərək, həmin sənədləri köbud şəkildə saxtalaşdıraraq, onları kserokopiya şəklində məhkəməyə təqdim edib. X20 "A" sənədinin arxa tərəfinə balaca kağız parçasını yapışdırıb kseroks ediblər. Bu hərəkəti İddiaçı ona görə edib ki, Forma "A"-nın arxa tərəfində yazılan Babayev Arifin 1967-ci ildən Dağıstan küçəsi ev 24 mənzil 2 ünvanında qeydiyyatda olan arvadı X15 və qızı Cavabdeh adlarının yazısı görünməsin. Həmin X20"A" sənədində, Abduləliyev "ч/д"(yəni частный дом) sözünü yazıb, əslində isə Babayev Arifin şəxsiyyət vəsiqəsində, yaşayış yeri barəsində arayışda, sovet pasportunda, Az.Resp.vətəndaşının pasportunda, qaz, su, işıq abonent kodlarında və diqər rəsmi sənədlərdə yazılıb ki, X17 N.Saxbazov küçəsi (keçmiş Dağıstan) ev 24 mənzil 2-də qeydiyyatdadır. X20 "Б" sənədində yuxarıda ünvan yazılan sətirdə, kobud səkildə mənzil №2 sözü qaralanıb, düzəliş olub və üstündə "шэхси ев " sözləri yazılıb. Bundan başqa, İddiaçı əlində 21 dekabr 1994-cü il tarixli Qeydiyyat Vəsiqəsinin əsli olmayan, notariat qaydada təsdiqlənməmiş kserosürəti var. Orada yazılıb ki, 1994 ildən Dağıstan küçəsi ev 24 ünvanında, hansısa, üzünü görmədiyi X16 adlı, məlum olmayan vətəndaş, sahəsi bilinməyən, "3(üç) yardımçı otaqla" və vətəndaş İddiaçı "3 otaq çıxmaqla yerdə qalan pay" ilə adlarına 21 dekabr 1994-cü il tarixi ilə 143669 №-li Qeydiyyat Vəsiqəsi verilib. Bundan başqa, Abduləliyevin növbəti, Nəsimi rayon məhkəməsinə təqdim etdiyi, 18 iyul 1997-ci il tarixli, 042725 №-li "ДОГОВОР" sənədində yazılıb ki, 18 iyul 1997-ci ildə tanımadığı, naməlum vətəndaş Hüseynov Hüseyn xx.xx.1994 il tarixli Qeydiyyat Vəsiqəsini aldıqdan 3 il sonra, İddiaçı təkrarən, həmin vətəndaş X10 təkrarən yenə də həmin 3 otağı həmin Dağıstan küçəsi ev 24 ünvanından satır. X25 1998-ci ildə təkrarən həmin 3 otağa dair başqa bir, yəni, ikinci Qeydiyyat Vəsiqəsini alır, əlində artıq həmin 3 otağa 1994-cü ilin Qeydiyyat Vəsiqəsi ola ola. Bu, İddiaçı Nəsimi rayon məhkəməsinə təqdim etdiyi, iddiasında əsaslanan, təsdiqlənməmiş, kserosürətli, əsli olmayan sənədlərdən məlum olub. Bu həmin sənədlərdi ki, hansıların əsasında xx.xx.2022-ci ildə Abduləliyevə qanunsuz çıxarı verilib və ardınca İddiaçı ona qarşi iddia qaldırıb. Bundan başqa, Abduləliyevin xx.xx.1997 ilin "ДОГОВОР" sənədində yazılıb ki, "из целого домовладения продается только три комнаты пл. 47,3 кв.м., остальные оставляю за собой". Ortaya sual çıxır ki, "из целого домовладения" ifadəsi neçə kvadrat metrə təşkil edib ki, Abduləliyev ondan 47,3 kv.m. satır və "остальные оставляю за собой" sözləri neçə kvadrat metrə təşkil edir ki, bu alqı-satqıdan sonra Abduləliyevdə neçə kvadrat metrə sahə qalır. Bu alqı-satqıdan sonra güya yeni yaranmış mülkiyyət hüquqların Texniki Pasportun və Qeydiyyat Vəsiqələrin əsli hardadır. Nə səbəbdən İddiaçı Nəsimi rayon məhkəməsinə yalnız hansısa xx.xx.1995-ci il tarixli, əsli olmayan, rəsmi Texpasportun formasına uyğun olmayan, notarial qaydada təsdiqlənməmiş Texpasportun kserosürətini təqdim edir. Bu xx.xx.1995-ci il tarixli təsdiqlənməmiş kserosürətli Texpasport hansı Qeydiyyat Vəsiqəsinə aiddir. Abduləliyev buna cavab verə bilmir. X3 artıq 1994-cü ildən bu 3(üç) yardımçı otaqların mülkiyyətçisidirsə və Hüseynovun adı 1994 ilin Qediyyat Vəsiqəsində artıq qeyd olunubsa (№ 143669), onda 3 il sonra Abduləliyev hansı 3 otağı yenidən Hüseynov Hüseynə satır və Əgər hörmətli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi 1994-cü ildə Dağıstan küçəsi ev 24 ünvanında olan 3 yardımçı sənədsiz otağa X10 143669 nömrəli Qeydiyyat Vəsiqəsini veribsə, onda hansı yolla 22.01. 1998-ci ildə həmin ünvana, həmin 3 yardımçı otağa X8 adına 121004 №-li Qeydiyyat Vəsiqəsi verilib. Əgər suala cavab verilsə ki, 1998-ci ilin 121004 №-li Qeydiyyat Vəsiqəsi verilib, xx.xx.1997 ilin "ДОГОВОР" əsasında, onda xx.xx.1994 ilin 143669 №-li X4 Hüseynin adı nə əsasla qeyd olunub. Əgər 1994-cü ildə Hüseynovun mülkiyyətində artıq 3 yardımçı otaq varsa, onda 3 ildən sonra 1997-ci ildə İddiaçı hansı 3 yardımçı otaqları satıb Hüseynova. Hansı otaqlardan söhbət gedir. Bu suala Abduləliyev cavab verə bilmir. Bundan başqa, İddiaçı əlində 18 aprel 1995 il tarixli Texniki Pasportun əsli olmayan, notariat qaydada təsdiqlənməmiş kserosürəti var. Ona əsasən, xx.xx.1995 il tarixdə Abduləliyevin mülkiyyətində (97,6 yaşayış + 34,4 köməkçi) cəmi ümumi sahəsi 132 kv.metrə sahə olub. Lakin xx.xx.1994-cü ilin 143669 №li Qeydiyyat Vəsiqəsinin kserosürətinə əsasən, artıq 1994-cü ildən 3 yardımçı otaq (sahəsi 47,3 kv.m) vətəndaş Hüseynovun mülkiyyətindədir. Onda belə çıxır ki, Abduləliyevin xx.xx.1995 ilin əsli olmayan kserosürətli Tex.pasportunda sahə ölçüləri düzgün yazılmayıb, orada 132 kv.m. yox, ondan daha az sahə yazılmalıdır, ona görə ki, 47,3 kv.m. sahə (və ya 3 yardımçı otaq) artıq 1994-cü ildən vətəndaş Hüseynov Hüseynin mülkiyyətinə yazılıbmış, lakin həmin, 3 yardımçı otaq, artıq 1994-cü ilin 143669 №-li Qeydiyyat Vəsiqəsinə əsasən Hüseynovun mülkiyyətindədir. Eyni 3 otağa, eyni vətəndaşın adına iki ədəd fərqli Qeydiyyat Vəsiqəsinin əsli olmayan, notariat qaydada təsdiqlənməmiş kserosürəti mövcuddur. 2020 il- 2021 ilin və xx.xx.2022 il tarixli Nəsimi rayon məhkəməsinə verilən iddia ərizələrində Abduləliyev yazıb ki, güya xx.xx.1997-ci ildə, mülkiyyətində olan əmlakdan, 47,3 kv.m yaşayış sahə və 14,4 kv.m. olan köməkçi sahə tərəfindən satılıb. Lakin 143669 №-li və 121004 №- li əsli olmayan Qeydiyyat Vəsiqələrinin notariat qaydasında təsdiqlənməmiş kserosürətlərinə və xx.xx.1997 ilin əsli olmayan "ДОГОВОР” sənədinin kserosürətinə əsasən, İddiaçı satıb yalnız 47,3 kv.m sahəni. Bəs iddia ərizələrində yazdığı kimi tərəfindən satılan 14,4 kv.m. köməkçi sahəyə aid sənəd hardadır? Kimə satıb? Nə vaxt satıb? 1995-ci il tarixli əsli olmayan notariat qaydasında təsdiqlənməmiş Texpasportun kserosürətinin hansı hissəsində 14,4 kv.m. sahə əks olunub. Bu suallara Abduləliyev məhkəmədə nə cavab, nə də ki bir sənədin əslini təqdim edə bilmədi. Məhkəmənin 7 ay çəkən prosessində Abduləliyev tərəfindən təqdim edilən yalnız açıq şəkildə bütün saxtalaşdırılmış, notariat qaydada təsdiqlənməmiş, əsli olmayan kserosürətli sənədlər oldu. X26 1967-ci ildən öz arvadı ilə və onunla Dağıstan küçəsi ev 24, mən.2-də rəsmi qeydiyyatda olmuşlar. Boşandıqdan sonra atasının arvadı, yəni anası və o qeydiyyatdan çıxıb başqa ünvana köçmüşlər, lakin atası 1967-ci ildən 2021 ilin dekabr ayınacan həmin mənzildə qeydiyyatda olmaqla daimi yaşayıb. 2021 ilin dekabırın 10-da atası vəfat etmişdir. İlkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X15 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, MH seriyalı, 143669 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 İddiaçı və X8 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 201 saylı reyestr kitabının 11077 nömrəli vərəqində, 30/530 nömrə ilə qeydiyyat aparılmışdır. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ növü ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1017/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X14 qarşı "istifadə hüququna xitam verilməsi və s. tələbi"nə dair iddia ərizəsi təmin edilməmişdir. Eyni zamanda həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil İddiaçı paylı mülkiyyətindədir. Tərəflərin izahatlarına görə cavabdeh 1968-ci ildən həmin mənzildə qeydiyyatdadır və orada faktiki olaraq yaşayır. Bakı şəhəri, N.Şahbazov küçəsi, ev 24 1, 2 və 3 tiklilərdən (mənzillərdən) ibarətdir. X17 isə 1968-ci ildən bu günə kimi 2 №-li mənzildə (tikilidə) qeydiyyatda olmaqla yaşayır və kommunal xərcləri 2 №-li mənzilə görə ödəyir. İddiaçı mübahisəli yaşayış sahəsini alanda cavabdehin orada yaşaması və qeydiyyatda olması barədə məlumatlı olmaqla, həmin yaşayış sahəsini yüklü şəkildə əldə etmişdir. Cavabdehin mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia ərizəsi təmin edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 8991/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1017/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021 -ci il tarixli **********82 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Şahbazov küçəsi (köhnə Dağıstan küçəsi), 24 saylı fərdi yaşayış evi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1114 nömrəli, xx.xx.1994-cü il tarixli qərarına əsasən xx.xx.1994-cü il tarixincə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda sözügedən fərdi yaşayış evinin bir hissəsi mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin 3 otağı Bakı şəhəri, 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.1997-ci il tarixli, 3MA-751 reyestr nömrəli, İddiaçı ilə X16 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixində X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6082 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan yaşayış evi üzrə tərtib edilmiş texniki pasportlarda, həmçinin çıxarışda tikililər sıra nömrəsi ilə deyil, “A,:, “B”, “V” kimi qeyd edildiyindən, eləcə də “2” kimi göstərilən tikiliyə dair hər hansı plansxem iş materiallarına əlavə edilmədiyindən, Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1017/2021 saylı qətnaməsində ünvan 4 ünvanında yerləşən "2” kimi qeyd edilən tikili ilə ilkin İddia ərizəsində ünvan 4 ünvanında yerəşən “A” kimi qeyd edilən tikilinin eyni olub-olmamasını müəyyən etmək mümkün olmadı. Tədqiq olunan tikililərin faktiki ölçülərinə əsasən aparılmış hesablamalar nəticəsində X12 qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin (texniki pasport üzrə 7 və 8 saylı otaqların) ölçüləri ilə İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən, “A” kimi qeyd edilən tikilisinin ölçülərinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Belə ki, tədqiq olunan yaşayış evi üzrə tərtib edilmiş texniki pasportlarda , “A” kimi qeyd edilən tikilinin 7 saylı otağının ölçüsü (3,0x2,5=7,5 kv.m), 8 saylı otağının ölçüsü (1,9x2,0=3,8 kv.m) göstərilmiş, lakin baxış zamanı 7 saylı otağın ölçüsü (3,0x4,12=12,4 kv.m), 8 saylı otağının ölçüsü isə (2,0x2,15=4,3 kv.m) müəyyən edilmişdir. Tədqiq olunan yaşayış evi üzrə tərtib edilmiş texniki pasportlarda X12 qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin (texniki pasport üzrə 7 və 8 saylı otaqların) “A” kimi qeyd edilən tikiliyə daxil edilməklə ümumi sahəsinin 132,0 kv.metr təşkil etdiyi göstərilmişdir. Lakin 7 və 8 saylı otaqların ölçülərinin texniki pasportda qeyd olunan ölçülərdən fərqli olduğu nəzərə alındıqda, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən, "A” kimi qeyd edilən tikilinin 7 və 8 saylı otaqlarla birlikdə ümumi sahəsinin texniki pasporta uyğun olmadığı və texniki pasportda göstərilən sahədən 5,4 kv.metr artıq təşkil etdiyi müəyyən olunur. Ekspertiza tədqiqatlarının dəyəri 150 manat təşkil etmişdir. Məhkəmə tərəfindən 17 aprel 2023-cü il tarixli sübutların yerində müayinəsi zamanı, Fərdi yaşayış sahəsinə daxil olarkən, ümumi həyətdə sağ tərəfdə bir girişi olan texniki pasportda qeyd edildiyi kimi içərisində koridor ilə birlikdə altı otağın olması, Yuxarıda qeyd edilən a nömrəli mənzilə bitişik bir otaqlı 2 saylı sahə və həmin sahəyə bitişik ayrı sahənin olması, Həyətin sol küncündə sanitar qovşağının olması (texniki pasportda qeyd olunduğu kimi), Mübahisəli iki otaqda (bir-birinə bitişik və hər birinin ayrıca giriş qapıları olmaqla) cavabdeh və atasına aid olan əşyaların olması, Mübahisəli otaqların hər birinin açarlarının cavabdehdə olması və baxış keçirilən zaman cavabdeh tərəfindən açılması, Mübahisəli iki sahəyə aid ayrılıqda qaz, su və işıq sayğaclarının olması müəyyən olunmuşdur. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 18356/2023 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 24 saylı fərdi yaşayış evi "B" tikilisi və "V" tikilisi X8, "A” tikilisi İddiaçı mülkiyyətindədir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1017/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil İddiaçı paylı mülkiyyətindədir. Cavabdeh X17 1968-ci ildən həmin mənzildə qeydiyyatdadır və orada faktiki olaraq yaşayır. Bakı şəhəri, N.Şahbazov küçəsi, ev 24 1, 2 və 3 tiklilərdən (mənzillərdən) ibarətdir. X17 isə 1968-ci ildən bu günə kimi 2 №-li mənzildə (tikilidə) qeydiyyatda olmaqla yaşayır və kommunal xərcləri 2 №-li mənzilə görə ödəyir. İddiaçı mübahisəli yaşayış sahəsini alanda cavabdeh X12 orada yaşaması və qeydiyyatda olması barədə məlumatlı olmaqla, həmin yaşayış sahəsini yüklü şəkildə əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan, qətnamədən göründüyü kimi, mübahisəli evin İddiaçı mülkiyyətində olması sözügedən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən, həmin faktlar hazırki işdə iştirak edən şəxslər üçün predyusial əhəmiyyət daşıyır və yenidən mübahisələndirilə bilməz. Məhkəmə ilkin iddia üzrə tələblərə münasibətdə aşağıdakıları qeyd edir: Yuxarıda qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1 -ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İşin halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti yaşayış sahəsi iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, əvvəl qeydiyyat vəsiqəsi, sonra isə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, "hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı, cavabdehin və əşyaların evdən çıxarılmasını və mənzilin boşaldılmasını tələb etməkdə haqlı olduğundan ilkin iddia təmin edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsaslarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadırlar; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə qarşılıqlı iddia üzrə iddiaçının, qanuni sahibliyində olduğunu iddia etdiyi evin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən evin hər hansı hüquqla qarşılıqlı iddia üzrə iddiaçıya, o cümlədən atası X14 məxsusluğu müəyyən edilməmiş, eyni zamanda evin İddiaçı mülkiyyətində olması müəyyən olunmuşdur. Hətta qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həmin evdə yaşamış Cavabdeh atası X12 həmin evə istifadə hüququnun olması müəyyən olunsa da, mülki qanunvericiliyin tələblərinə əsasən həmin hüquq vərəsəlik qaydasında keçmədiyindən sözügedən hüquqa görə mübahisəli evin Cavabdeh aidiyyəti müəyyən oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçını iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o və atası X17 mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud ev qanunla nəzərdə tutulmuş qaydada onların qanuni istifadəsinə verilməmişdir, əksinə məhkəmə tədqiqatı zamanı həm qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə, həmçinin işdə olan qeydiyyat vəsiqəsi və çıxarışla həmin evin İddiaçı mülkiyyətində olması müəyyən olunmuşdur. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia ərizəsinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia üzrə subyektiv hüquqa malik olmadığından qarşılıqlı iddia tələbi təmin oluna bilməz. Cavabdeh, İddiaçı əməllərində Cinayət Məcəlləsinin 178 və 320-ci maddələrin tərkibi olduğundan və mülki işin cinayət tərkibli bu hissəsi hüquq-mühafizə orqanlarda baxıldığından, barəsində müvaffiq Qərar qəbul edilməsi barədə vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı əməllərində cinayətin əlamətləri müəyyən edilməmiş, eyni zamanda həmin şəxsin əməllərində cinayətin əlamətlərinin olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərcləri İddiaçı tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi təmin edilsin. Cavabdeh, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, N.Şahbazov küçəsi, ev 24, A tikilisindən çıxarılsın, həmin mənzildə vəfat etmiş X14 məxsus əşyalar Cavabdeh tərəfindən çıxarılsın və mənzil boşaldılsın. İlk iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərcləri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar