Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1221/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh3, Cavabdeh2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən onların Bakı şəhəri, Mərdanov qardaşları, döngə 3 saylı yaşayış sahəsində yerləşən mənzildə yaşamaqlarına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 iştirak etməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı cavabdehlərin ailəsinə 1993-cü ildə gəlin gəlmişdir. Daha sonra 2002-ci ildə qaynatasının tikdirdiyi Mərdanov qardaşları döngə 3-də yerləşən 2 mərtəbəli evin 2-ci mərtəbəsinin iki mənzildən ibarət bir mənzilinə iddiaçı, iki övladı və yoldaşım köçdülər. Digər 2-ci mənzildə cavabdehlərdən Cavabdeh3 oğlu digər Cavabdeh1 öz ailəsi ilə köçmüş və hal-hazırda da orada yaşayırlar. 1-ci mərtəbə isə sex kimi fəaliyyət göstərir. 2009-cu ildə yoldaşı rəhmətə getdi. Yoldaşı rəhmətə getdikdən sonra cavabdehlər qaynı Cavabdeh3, qaynının yoldaşı Cavabdeh2, onların oğlu Cavabdeh1 və onun yoldaşı Aygün Əliheydərova əlbir olaraq iddiaçıya və digər iki iddiaçı olan qızlarına orada yaşamağa imkan vermirlər. Cavabdehlər iddiaçıları dəfələrlə qaranlıqda qoyduqları üçün iddiaçılar özlərinə ayrı yolla işıq çəkdirmişlər. Cavabdehlər iddiaçının yoldaşının ölməyindən istifadə edərək iddiaçıları bu vaxta qədər incidərək həmin mənzildə yaşamaqlarına maneə yaradırlar. İddiaçıların başqa yaşayış yerləri yoxdur, illərdir həmin mənzildə qeydiyyatda olmaqla orada yaşaylar. Bu səbəbdən də, iddiaçılar sözügedən yaşayış sahəsində yaşamaqlarına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh2 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları döngəsi, ev 3 1/12 hissəsi tam mülkiyyət hüququ üzrə X1, 1/12 hissəsi tam mülkiyyət hüququ üzrə X2, 1/12 hissəsi tam mülkiyyət hüququ üzrə X3, 6/12 hissəsi açıq saxlanılmış tam mülkiyyət hüququ üzrə X5, 3/12 hissəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 2433 nömrəli reyestr kitabının 232582 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçılar tərəf cavabdehlər tərəfindən onların Bakı şəhəri, Mərdanov qardaşları, döngə 3 saylı yaşayış sahəsində yerləşən mənzildə yaşamaqlarına yaradılan maneələrin nədən ibarət olması məhkəmədə təsdiq edə bilməmişlər. Halbu ki, MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi məhz onların üzərinə düşür. Beləliklə, şəxsin məhkəmə müdafiəsindən istifadə etmək hüququ yalnız o, halda yaranır ki, onun qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları pozulmuş olsun. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən "Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz". Azərbaycan Respublikası MM-nin 135.4 və 139.1-ci maddələrinə əsasən «Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır», «Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır». Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd olunan və s. əlaqəli müddəaları şəxsin daşınmaz əmlaka münasibətdə hüquqlarının mövcudluğunun konkret sübutetmə vasitəsini müəyyən edib. Ona görə də müvafiq hal tərəflərin izahatları ilə təsdiq edilə bilməz. İddiaçılar mübahisələndirdiyi əmlakın onlara aid olduğunu, həmçinin bu əmlaka münasibətdə qanuna əsaslanan maraqlarının olduğunu sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357-360 və 362-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbi barədə” iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1221/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1221/2021
16.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver