Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1232/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, ərizəçilərin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktının qeydiyyatına düzəliş” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “vətəndaşlıq vəziyyəti aktının qeydiyyatına düzəliş” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş Ərizəçi1 doğum haqqında akt qeydində onun ana adının “Xanımzər” kimi, ölüm haqqında akt qeydində isə ata adının “Hanı” yazılmasının düzgün olmadığı müəyyən edilsin, doğum haqqında akt qeydində həmin ana adı “Mahizər” kimi, ölüm haqqında akt qeydində isə ata adı “Hapı” kimi yazılmaqla yol verilmiş səhvin düzəldilməsi, xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş Ərizəçi3 doğum haqqında akt qeydində onun ana adının “Xanımzər” kimi yazılmasının düzgün olmadığı müəyyən edilsin və doğum haqqında akt qeydində həmin ana adı “Mahizər” kimi yazılmaqla yol verilmiş səhvin düzəldilməsi, xx.xx.1974-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş Ərizəçi2 doğum haqqında akt qeydində onun ana adının “Xanımzər” kimi yazılmasının düzgün olmadığı müəyyən edilsin və doğum haqqında akt qeydində həmin ana adı “Mahizər” kimi yazılmaqla yol verilmiş səhvin düzəldilməsi, xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş Ərizəçi4 doğum haqqında akt qeydində onun ana adının “Xanımzər” kimi yazılmasının düzgün olmadığı müəyyən edilsin və doğum haqqında akt qeydində həmin ana adı “Mahizər” kimi yazılmaqla yol verilmiş səhvin düzəldilməsi, Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi, Ərizəçi4 bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi və Ərizəçi1 ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 ( xx.xx.1978-ci ildə Ermənistan Respublikasının Vardenis rayonu, Ərizəçi3 ( xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Vardenis rayonu, Ərizəçi2 xx.xx.1974-cü ildə Ermənistan Respublikasının Vardenis rayonu, Ərizəçi4 xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşlar. Mərhum anaları X2 20.20.1934-cü il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. 06.12.2021-ci il vəfat etmişdir və Müşfiqabad qəbirstanlığında dəfn edilmişdir. Mərhum ataları X16 13 avqust 2006-cı il tarixdə vəfat etmişdir. Ərizəçi1 №31336 doğum haqqında şəhadətnamənin ana adı qrafasında, Ərizəçi3 №091922 saylı doğum haqqında şəhadətnamənin ana adı qrafasında, X5 №38645 saylı doğum haqqında şəhadətnamənin ana adı qrafasında, X3 №103764 saylı doğum haqqında şəhadətnamələrin ana adı qrafasında “Xanımzər” adı əvəzinə “Mahizər” adı qeyd edilmiş, mərhum ataları X12 məxsus №205898 saylı ölüm haqqında şəhadətnamədə isə ata adı qrafasında isə “Hanı” ad edilmişdir. Halbuki, atalarının adı, Ərizəçi1 №313368 saylı doğum haqqında şəhadətnaməsində, Ərizəçi3 №091922 saylı doğum haqqında şəhadətnaməsində, X5 №38645 saylı doğum haqqında şəhadətnaməsində, X3 №103764 saylı doğum haqqında şəhadətnaməsində ata adı Hapı olaraq qeyd edilmişdir. Bundan başqa Azərbaycan SSR Azərbaycan Qadınlar Cəmiyyətinin analarına 03.01.1991-ci il tarixdə verdiyi №024456 vəsiqədə X2, 17 oktyabr 1989-cu il tarixdə Bakı şəhərində vətəndaş X4 verilmiş etibarnamədə X2, Ermənistan SSR Sosial Təminat Nazirliyi tərəfindən verilmiş №6447(410832) saylı pensiya vəsiqəsində X2 və X7 Rayon Sovetliyinin İcra Komitəsinin 20.09.1990-cı il tarixli №159/1 saylı qərarda X2 qeyd edilmişdir. Ərizəçi1 №313368 saylı doğum haqqında şəhadətnamənin ana adı qrafasında, Ərizəçi3 №091922 doğum haqqında şəhadətnamənin ana adı qrafasında, X5 №38645 saylı doğum haqqında şəhadətnamənin ana adı qrafasında, X3 №103764 saylı doğum haqqında şəhadətnamələrin ana adı qrafasında “Xanımzər” adının yerinə “Mahizər” adı düzəliş edilməsi, mərhum ataları X12 məxsus №205898 saylı ölüm haqqında şəhadətnamədə isə ata adı qrafasında isə “Hanı” adının yerinə “Hapı” adının düzəliş edilməsi üçün Nəsimi Rayon Qeydiyyat şöbəsinə və Nərimanov Rayon Qeydi Şöbəsinə müraciət etdikdə, onlara vətəndaşlıq vəziyyəti aktının qeydiyyatına düzəliş üçün zəruri olan sənədlərdə ziddiyyət aşkar edildiyindən məkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Hazırda zərurət yarandığından ana adının doğum haqqında şəhadətnamədə və ata adının ölüm haqqında şəhadətnamədə düzgün yazılması üçün həmin sənədi təsdiq edən məhkəmə qərarına ehtiyac yaranmışdır. Məhkəmə baxış iclasında iştirak edən ərizəçilərin nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə maraqlı şəxs qismində çıxış edən Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmədə şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, o, 1968-ci ildə Göyçə mahalında, Basarkeçər rayonunda anadan olmuşdur. Ərizəçi1 əvvəlcədən tanıyır. Onun qonşusu olmuşdur. Anasının adı Mahizər idi. Təxmini 85-86 yaşı var idi. 2021-ci ildə dekabrın 6-sı rəhmətə gedib. Məhkəmədə şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, o, 1967-ci ildə Ermənistanda Vardenis rayonunda anadan olmuşdur. Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 tanıyır. Ailədə 7 uşaq idilər. Analarının adı Mahizər idi. Atalarının adı Hanı idi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçilərin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi1 ünvanlanan məktubdan görünür ki, Ermənistan, Vardenis rayon, VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə ata qrafasında ata adının “Hapı”, ana qrafasında adının “Xanımzər” yazıldığı halda, atalarının Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05.09.2006-cı ildə tərtib olunmuş 838 saylı ölüm haqqında akt qeydində ata adı “Hani”, analarının Nəsimi RPİ tərəfindən 05.12.2005-ci ildə verilmiş AZE 05030156 nömrəli şəxsiyyət vəsiqəsində adı “Mahizər” qeyd edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Qaradağ rayonu Müşfiqabad Bələdiyyəsi tərəfindən verilən 14 dekabr 2021-ci il tarixli, 259№-li Arayışdan görünür ki, Ərizəçi1 anasının adı X1r və o, 06.12.2021-ci il tarixdə vəfat etmişdir, Müşfiqabad qəsəbə qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan AZ-İ 205898 nömrəli Ölüm haqqında Şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş surətindən görünür ki, X17 13.08.2006cı il tarixdə, ürəyin işemik xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05.09.2006-cı il tarixdə 838 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 242636 nömrəli Ölüm haqqında Şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 06.12.2021-ci il tarixdə, ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12.01.2021-ci il tarixdə 41 nömrə ilə qeyd edilmişdir. Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 13-cü maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadığı ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş qeydin bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələbinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçilərin nümayəndısinin izahatından, iş materiallarındakı sübutlardan və şahid ifadələrindən məlum olur ki, iddia tələbi təmin edilməli, akt qeydlərində yol verilmiş səhvlər düzəldilməli, Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi, Ərizəçi4 bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi və Ərizəçi1 ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 311, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1978-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş Ərizəçi1 doğum haqqında akt qeydində onun ana adının “Xanımzər” kimi, ölüm haqqında akt qeydində isə ata adının “Hanı” yazılmasının düzgün olmadığı müəyyən edilsin, doğum haqqında akt qeydində həmin ana adı “Mahizər” kimi, ölüm haqqında akt qeydində isə ata adı “Hapı” kimi yazılmaqla yol verilmiş səhv düzəldilsin. xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş Ərizəçi3 doğum haqqında akt qeydində onun ana adının “Xanımzər” kimi yazılmasının düzgün olmadığı müəyyən edilsin və doğum haqqında akt qeydində həmin ana adı “Mahizər” kimi yazılmaqla yol verilmiş səhv düzəldilsin. xx.xx.1974-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş Ərizəçi2 doğum haqqında akt qeydində onun ana adının “Xanımzər” kimi yazılmasının düzgün olmadığı müəyyən edilsin və doğum haqqında akt qeydində həmin ana adı “Mahizər” kimi yazılmaqla yol verilmiş səhv düzəldilsin. xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş Ərizəçi4 doğum haqqında akt qeydində onun ana adının “Xanımzər” kimi yazılmasının düzgün olmadığı müəyyən edilsin və doğum haqqında akt qeydində həmin ana adı “Mahizər” kimi yazılmaqla yol verilmiş səhv düzəldilsin. Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ərizəçi4 bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ərizəçi1 ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin.. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1232/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1232/2022
04.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver