Məhkəmə qərarları › İş №2(006)-1234/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1234/2022

04.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1234/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı“mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun payçısı olduğu ünvan 1 ünvanında yerləşən 284 saylı mənzilinə köçürülməsi və cavabdehin ünvan 1 ünvanında yerləşən 284 saylı mənzilində yerləşən, ona məxsus (divan -1 ədəd, kreslo - 1 ədəd, stol - 1 ədəd, stul – 8 ədəd, televizor altlığı - 1 ədəd, tremo – 1 ədəd, şkaf – 2 ədəd (dəhliz, eyvan), pərdə, kondisioner – 3 ədəd, ütü masası – 1 ədəd, soyuducu – 1 ədəd, qaz peçi – 1 ədəd, qabyuyan, kofemolka, duxovka, ət çəkən maşını, şirə çəkən maşını, servis, xrustal qablar, qaşıq dəsti, Mətbəx üçün qab-qacaq (qazan dəstləri, boşqablar, fincanlar, su filtri, süfrələr, dəsmallar) cehiz əşyalarından istifadəsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 10 avqust 2012-ci ildə rəsmi nikaha girməklə evlənmişdilər. Birgə nikahlarından bir övladları - 20.02.2015-ci il təvəllüdlü X2 doğulmuşdur. Onlar birgə nikahda olarkən, ünvan 1 ünvanında yerləşən 284 saylı üç otaqlı mənzili 29 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MTK-dan əldə etmişdilər. Həmin mənzil cavabdehin adına alınmış və pay dəyəri tam ödənilmişdir. Birgə nikah dövründə həmin məzildə birlikdə yaşayıb təsərrüfat idarə etmişdilər. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan aralarında anlaşılmazlıqlar yaranmış, tez-tez mübahisələr düşmüş və münasibətləri pozulmağa başlamışdır. Buna görə də o 2018-ci ildə Nəsimi rayon Məhkəməsinə müraciət edərək “nikahın pozulması və aliment” tələbinə dair iddia qaldırmışdır. Nəsimi rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli 2(006)-1347/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış 10.08.2012-ci il tarixli nikah ləğv edilmiş, övladları 20.02.2015-ci il təvəllüdlü Cavabdeh onun yanında saxlanılması müəyyən olunmuş, övladları 20.02.2015-ci il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatanadək saxlanmas, üçün cavabdehdən hər ay qazancının 1/4 hissəsi miqdarında alimentin tutulub ona verilməsi qət edilmişdir. Daha sonra o Nəsimi rayon Məhkəməsinə müraciət edərək “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia qaldırmışdı. Nəsimi rayon Məhkəməsinin 14.06.2018-ci il 2(006)-3107/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən 284 saylı mənzilinə o İddiaçı və Cavabdeh hər birinin ayrılıqda ½ hissədə paylarının müəyyən edilməsi qət ediİmişdir. ünvan 1 ünvanında yerləşən 284 saylı mənzili cavabdehlə onun birgə əmlakı olsa da o öz evindən istifadə ed bilmir. Onun bütün cehiz əşyaları hal-hazırda həmin evdədir və cavabdeh onun cehiz əmlakından istifadə edir. O dəfələrlə evə gedib orada yaşamaq istəsə də cavabdeh buna maneçilik törətmişdir, onu evə buraxmamışdır. O cavabdehə mediasiya vasitəsi ilə aralarında olan mübahisəni həll etməyi təklif etsə də o, mediasiya sessiyasında iştirakdan imtina etmişdir. Onun başqa yaşayış yeri yoxdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 284 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli, 2(006)-1347/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayonu qeydiyyat şöbəsində 10 avqust 2012-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 963 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 20 fevral 2015-ci il təvəllüdlü Mənəfov Maqsud Fuad oğlunun anası İddiaçı yanında qalması, Cavabdeh 26.12.2017-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından 20 fevral 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər əy qazancının 1/4 hissəsi miqdarda alimentin tutularaq İddiaçı verilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli, 2(006)-3107/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 16 saylı evin 284 nömrəli mənzilinə İddiaçı və Cavabdeh hər birinin ayrılıqda 1/2 (ikidə bir) hissədə paylarının müəyyən edilməsi, iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi tərəflər arasındakı 10 avqust 2012-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 963 nömrə ilə qeydə alınmış nikah pozulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli, 2(006)-3107/2018 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 16 saylı evin 284 nömrəli mənzilinin üzərində İddiaçı və Cavabdeh hər birinin ayrılıqda ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 16 saylı evin 284 nömrəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi mülki qanunvericilikdə sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində maneələrin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Baxılan mülki işdə İddiaçı mübahisəli mənzilin ½ hissəsinin mülkiyyətçisi olması, iddiaçının mənzil üzərində faktiki sahiblikdən məhrum olması işin mübahisələndirilməyən hallarıdır. Bu fakt hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malik olan məhkəmə aktı ilə öz təsdiqini tapmaqdadır və bu məsələnin yenidən müəyyən edilməsi hazırki icraat çərçivəsində işə baxan məhkəmənin araşdırmasının predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 16 saylı evin 284 nömrəli mənzilinə köçürülməsinə dair iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olsa da, iddia qismən təmin edilməli və o, yalnız mübahisəli mənzilin mülkiyyətində olan ½ hissəsinə köçürülməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində yerləşən 16 saylı evin 284 saylı mənzilinin özünə məxsus ½ hissəsinə köçürülsün. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar