Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1239/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 41 saylı evin 11 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı Kamandar oğluna məxsusdur. Həmin evi xx xxxxx 2014-cü il tarixdə oğlu bağışlama müqaviləsi ilə oğlu Kamandar Şamilova bağışlamışdır. Kamandar Şamilov da, xx xxxx 2014-cü il tarixdə oğlu Cavabdeh formal olaraq həmin mənzilə qeydiyyata saldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(103)- 7365/2016 nömrəli qətnaməsi ilə iddiaçılar X7, X3 və X8 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 41 saylı evin 11 saylı mənzilinin İddiaçı tərəfindən X4 bağışlaması barədə notariat qaydada təsdiq olunmuş, 4Ə-818 reyestr nömrəli xx xxxxx 2014-cü il tarixli bağışlama müqaviləsinin mənzilin ½ hissəsinə münasibətdə etibarsız hesab edilməsi, həmin hissədə bağışlama müqaviləsinin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(005)-1954/2017 nömrəli qətnaməsi ilə isə, İddiaçı X4 və üçüncü şəxslər 1 saylı "ASAN xidmət" mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat Kontorunun xüsusi notariusu X12 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzil bağışlama müqaviləsinin və mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 41 saylı evin 11 saylı mənzilinə dair İddiaçı ilə X9 arasında bağlanaraq notariat qaydada təsdiq olunmuş, 4Ə-818 reyestr nömrəli, xx xxxxx 2014-cü il tarixli bağışlama müqaviləsinin mənzilin İddiaçı payı olan 1/2 hissəsinə münasibətdə etibarsız hesab edilməsi və həmin hissədə bağışlama müqaviləsinin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi qət edilmişdir. Yuxarıda qeyd edilən hər 2 (iki) qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Hazırda xx xxxxxxx 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 41 saylı evin 11 saylı mənzil, payı tam olmaqla İddiaçı xüsusi mülkiyyətindədir. Yuxarıda qeyd edildiyi kimi vaxtilə mənzil Kamandar Şamilova bağışlandıqdan sonra oğlu Cavabdeh pasport qeydiyyatına saldırmışdır. Cavabdeh mənzilə heç bir aidiyyatı yoxdur, heç vaxt orada yaşamayıb. İddiaçı hazırda cavabdehin əvəzinə artıq məbləğdə kommunal xidməti haqları ödəyir. Həmçinin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə cavabdehin qeydiyyatda olması mülkiyyətçi kimi onun hüquq və mənafeyinə toxunur. Göstərilənlərə əsasən mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 41 saylı evin 11 nömrəli mənzilində qeydiyyatda olan Cavabdeh həmin evə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarındakı Bakı şəhər Nəsimi rayon İH-nin nəzdində yerləşən 26 saylı Mənzil Tikinti Kooperativ tərəfindən verilmiş 6 saylı, xx.xx.2020-ci il tarixli forma 2 arayışına əsasən İddiaçı nəvəsi Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarındakı Bakı şəhər Nəsimi rayon İH-nin nəzdində yerləşən 26 saylı Mənzil Tikinti Kooperativ tərəfindən verilmiş 16 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, qonşular – X5, X2, X10 və X1 təsdiq edirlər ki, Cavabdeh ünvan 1 ünvanında yaşamır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli mənzil İddiaçı mülkiyyətindədir. İddiaçının iddia ərizəsində bildirdiyinə görə cavabdeh 2014-cü ildən ona məxsus olan mənzilə formal olaraq qeydiyyata düşmüş və heç vaxt orada yaşamamışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri 2014-cü ildə, yəni, iddiaçının iddia ərizəsində göstərdiyi kimi cavabdehin mübahisəli mənzilə qeydiyyata alındığı tarixdə yarandığından, hazırkı mübahisəyə mənzil Məcəlləsinin 30.1-ci maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2014-cü ildən sonra yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilib-itirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, cavabdeh iddiaçının ailə üzvü hesab edilmədiyindən onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququ olmadığı mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilə bilməz. Lakin, buna baxmayaraq, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə dair istifadə hüququ yaranmadığı müəyyən olunduğuna görə, bu onun həmin mənzildəki formal qeydiyyatının ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Hazırki qətnamə Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, 41 saylı evin 11 nömrəli mənzilində olan qeydiyyatının ləğvi üçün əsasdır. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1239/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1239/2021
01.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver