Məhkəmə qərarları › İş №2(006)-1254/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1254/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1254/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin ləğv edilmiş 15.08.2018-ci il tarixli qərarı ilə köçürdüyü 500 manat pulun iddiaçıya qayatrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qərarı ilə 5 il müddətinə azadlıqdan məhkum edilmişdir. Qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi 15 avqust 2018-ci il qərarı ilə həbsin pul çərçivəsiz cəzasında çevirilərək, məhkəmə zalından azad olmuşdur. AR CM-nin 178.2.4.-cü maddəsi ilə qismən təqsirli bilinərək, üzərində 500 (beş yüz) manat pul cəriməsi saxlanılmışdır. O 15 avqust 2018-ci ildə həbsdən çıxdıqdan sonra 11 sentyabr 2018-ci il tarixində TT **********632500 nömrəli qəbzi ilə “Kapital Bank” vasitəsilə Dövlət nəfinə cərimə cəzası (Xəzər rayon, İcra şöbəsinə) cəriməni köçürmüşdür. Lakin, iddiaçı prokurorun Ali Məhkəməyə kasassaiya protesti əsasında, 19 fevral 2019-cu ildə Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qərarını ləğv etmiş və 29 yanvar 2018-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin ləğv olunmuş qərarını, yenidən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi 13 sentyabr 2019-cu il tarixli qərarı ilə yenidən prokurorun protesti əsasında həbs olunmuşdur. 5 avqust 2020-ci il tarixində Ali Məhkəmənin yenidən işə baxaraq, cəzanı 3 ilə edirmişdir. Bakı İstintaq Təcridxanasında qaldığı 6 ay 17 günü çıxaraq ona ümumillikdə 2 il 5 ay 11 gün üzərində cəza saxlanılmışdır. Cəzaçəkmə müəssisəsində müsbət mülahizəsi əsasında 5 ay 8 gün qalmış, Xəzər Rayon Məhkəməsinin qərarı ilə 16 sentyabr 2021-ci ildə cəzadan azad olmuşdur. Həbsdən çıxdıqdan sonra ləğv olunmuş 15 avqust 2018-ci il Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında Dövlət nəfinə Xəzər rayonu İcra Şöbəsinin hesbına köçürdüyü 500 manat cəriməni ləğv olunduğu üçün geri almaqdan ötəri Xəzər rayon Məhkəmə icra şöbəsinə müraciət etmişdir. Şifahi olaraq ona bildirdilmişdir ki, Bakı Probasiya Xidmətinə müraciət et. Bakı probasiya xidmətində ona bildirdilər ki, Maliyyə Nazirliyinə eyni zamanda 1 saylı Bakı İnzibati Məhkəməyə müraciət et. 1 saylı Bakı İnzibati Məhkəməyə 13.10.2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. 26 oktyabr 2021-ci il tarixində ona cavab gəldi ki, məhkəməyə müraciət etməlidir. Həmin halda ləğv olunmuş qərarına əsasən ödədiyi cəriməni geri ala bilər. O, 1 saylı Bakı İnzibati Məhkəməyə 14.10.2021-ci il tarixdə müraciət etmişdir. İşə baxan hakim Səlma Salahova 15 dekabr 2021-ci il tarixində bildirdi ki, o aidiyyati üzrə Xəzər Rayon Məhkəməsinə müraciət etməlidir. O, 16.12.2021-ci il tarixində Bakı şəhər Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. 21.12.2021-ci il tarixində Xəzər rayon Məhkəməsinin hakimi Emin Məmmədli qərardad çıxararaq bildirdi ki, cavabdeh tərəf yəni Maliyyə Nazirliyi Bakı şəhər Nəsimi rayonu, Səməd Vurğun küçəsi 135-də yerləşdiyi üçün ərazi üzrə Nəsimi rayon Məhkəməsinə müraciət edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 1(101)-157/2018 saylı hökmün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4. maddəsi ilə təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15.08.2018-ci il tarixli, 1(103)- 503/2018 saylı qərarın surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018ci il tarixli, 1(101)-157/2018 saylı hökmü İddiaçı Məhəmmədəli oğlunun barəsində dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 1(101)-157/2018 saylı hökmü İddiaçı təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası 4.500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, onun 30.06.2017-ci il tarixdən 01 iyul 2017-ci il tarixədək şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlanıldığı 2 gün və 29 yanvar 2018-ci il tarixdən 15.08.2018-ci il tarixədək həbsdə saxlanıldığı 6 ay, 17 gün müddəti nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və üzərində 500 manat miqdarında cərimə cəzasının saxlanılması qərara alınmışdır. 11.09.2018-ci il tarixli, TT**********632500 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən dövlət nəfinə cərimə cəzası olaraq 500 manat ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 19.02.2019-cu il tarixli, 1(102)-116/2019 saylı qərarından görünür ki, kassasiya protesti və zərər çəkmiş şəxsin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15.08.2018-ci il tarixli, 1(103)-503/2018 saylı qərarının ləğv edilməsi, cinayət işinin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli, 1(103)- 608/2019 saylı qərarından görünür ki, İddiaçı müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 1(101)-157/2018 saylı hökmünün yalnız cəzaçəkmə müddətinin əvvəlinə dair hissədə dəyişdirilməsi, verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı 30 iyun 2017-ci il tarixdən 01 iyul 2017-ci il tarixədək şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlanıldığı 2 (iki) gün və 29 yanvar 2018-ci i tarixdən 15 avqust 2018-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 17 (on yeddi) gün müddət Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq İddiaçı üzərində qəti olaraq 4 (dörd) il, 5 (beş) ay, 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, İddiaçı məhkəmə zalından həbs edilməsi, cəzasının əvvəlinin həbs olunduğu gündən, yəni 13 sentyabr 2019-cu il tarixdən hesablanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 05.08.2020-ci il tarixli, 1(102)-193/2020 saylı qərarından görünür ki, kassasiya şikayətləri qismən təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təyin edilmiş azdlıqdan məhrumetmə cəzasının müddətinin 5 il ildən 3 ilə endirilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı 30 iyun 2017-ci il tarixdən 01 iyul 2017-ci il tarixədək şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlanıldığı 2 (iki) gün və 29 yanvar 2018-ci i tarixdən 15 avqust 2018-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 17 (on yeddi) gün müddət hazırda təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq İddiaçı üzərində qəti olaraq 2 il 5 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 1(101)-157/2018 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 15.08.2018-ci il tarixli, 1(103)-503/2018 saylı qərarı ilə İddiaçı təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası 4.500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzası ilə əvəz edilmiş, həmçinin cərimə cəzası yüngülləşdirilmiş və üzərində 500 manat miqdarında cərimə cəzasının saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qeyd edilən qərarın icrası ilə əlaqədar 500 manat məbləğində cərimə İddiaçı tərəfindən tam həcmdə dövlətin nəfinə keçirilmişdir. Lakin kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası 19.02.2019-cu il tarixli, 1(102)-116/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15.08.2018-ci il tarixli, 1(103)-503/2018 saylı qərarını ləğv etmiş, uzun çəkən məhkəmə araşdırmalarından sonra İddiaçı təyin edilmiş 500 manat miqdarında cərimə cəzası dəyişdirilmiş, onun üzərində qəti olaraq 2 il 5 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının ləğv olunmuş 15.08.2018-ci il tarixli, 1(103)-503/2018 saylı qərarına əsasən ödədiyi 500 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən yol verilmiş bir sıra konkret qanunsuz hərəkətlərin nəticəsində vurulmuş zərərin əvəzi, ona yol vermiş müvafiq orqanın vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət tərəfindən tam həcmdə ödənilir. Qeyd edilməlidir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində iddiaçının maddi zərərə məruz qalması işin mübahisələndirilməyən halıdır. Belə ki, iddiaçının təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işi üzrə qanuni qüvvəsini almış və bu iş üçün preyudisiya əhəmiyyətinə malik olan məhkəmə aktlarından göründüyü kimi cərimənin ödənilməsinə əsas olmuş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15.08.2018-ci il tarixli, 1(103)-503/2018 saylı qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 19.02.2019-cu il tarixli, 1(102)-116/2019 saylı qərarı ilə ləğv olunmuş və daha sonra İddiaçı təyin edilmiş 500 manat miqdarında cərimə cəzası dəyişdirilmiş, onun üzərində qəti olaraq 2 il 5 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15.08.2018-ci il tarixli, 1(103)-503/2018 saylı qərarının icrası zamanı iddiçı tərəfindən ödənilmiş cərimənin ona qaytarılması məsələsi işə baxan məhkəmələrin nəzərindən qaçmış və bu məsləyə münasibət bildirilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, müdafiəçiyə ödənilmiş pul məbləği ödənilmiş məhkəmə xərcləri, hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə kompensasiya verilir. Məhkəmə həmçinin iddiaçının bu tələbini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə təmin edərək qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də maddi zərərin əvəzi оlаn 500 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 500 manat pul alınaraq İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 500 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar