Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1285/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ n nümayəndələri X4 və X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin 20 sentyabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməyi və məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 15 mart 2021-ci il tarixdə "xxxx" ASC-nin X12 Təchizatı və Satışı İdarəsinin Salyan X6 Satış Şöbəsində nəzarətçi mühəndis vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə əmək müqaviləsi üzrə üzərinə düşən bütün vəzifə və öhdəliklərini layiqincə yerinə yetirmiş, işəgötürənlə aralarında heç bir anlaşılmazlıq, narazılıq, işində qüsur olmamışdır. İşəgötürən tərəfindən irad, xəbərdarlıq, cəza almamışdır. 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləmə xitam verilmişdir. Hesab edir ki, həmin əmr qanunsuzdur. Əvvəlki işinə qayıtmaq istəyir. Ona görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ n nümayəndələri X9 və X8 iddia tələbini qəbul etməyərək izahatlarında göstərmişdirlər ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdən 2 ay sınaq müddəti ilə 3 aylıq əmək müqaviləsi bağlanaraq, Şirvan RETSİ-nin Salyan EŞ ES şöbəsinə nəzərətçi mühəndis vəzifəsinə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. Həmin tarixdə "xxxx" ASC tərəfindən İddiaçı onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən tərəflərindən xitam verildiyi və bu səbəbdən də son haqq hesabı, həmçinin əmək kitabçasını götürməsi üçün "xxxx" ASC-yə dəvət olunması barədə məlumat məktubu göndərilmişdir. Bundan sonra İddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif vermiş, xx.xx.2023-cü il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və iddiaçıya ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak edilməsi barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və onun 1 (bir) aylıq iddia müddətinin ötürdüyü məlum olmuşdur. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı “Azərişiq" Açıq Səhmdar Cəmiyyətinə ərizə ünvanlayaraq, onu Şirvan RETSİ-nin Salyan ES şöbəsinə nəzarətçi mühəndis vəzifəsinə işə qəbul etməklərini xahiş etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Şirvan RETSİ-nin Salyan EŞ ES şöbəsinə nəzərətçi mühəndis vəzifəsinə qəbul edilir (bənd 1.2). Bu əmək müqaviləsi xx.xx.2021-ci il tarixdən qüvvəyə minir və xx.xx.2021-ci il tarixə qədər qüvvədədir. İşin birinci 2 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsinə birtərəfli qaydada xitam verə bilər (bənd 2.3.). İşçi xx.xx.2021-ci il tarixdən işə başlayır (bənd 2.4). İşəgötürən işçiyə işlədiyi hər təqvim ayı üçün ştat cədvəlinə uyğun əmək haqqı ödəyəcək. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 15 mart 2021-ci il tarixli, k/21- 01165 saylı əmri ilə İddiaçı xx.xx.2021-ci il tarixindən Şirvan RETSİ-nin Salyan EŞ ES şöbəsində 2 (iki) ay sınaq müddəti ilə nəzərətçi mühəndis vəzifəsinə təyin olunması və əmək haqqının ştat cədvəlinə uyğun olaraq 520 manat müəyyən edilməsi əmr edilmişdir. İş materiallarında olan olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 20 sentyabr 2023-cü il tarixli, k/23-04551 saylı əmri ilə Şirvan RETSİ-nin Salyan EŞ ES şöbəsinin nəzərətçi mühəndisinin əmək müqaviləsinə əmək müqaviləsinin müddəti qurtardığı üçün xx.xx.2023cü il tarixindən AR Əmək Məcəlləsinin 68-ci mddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi və AR Əmək Məcəlləsinin 83-cü mddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabının (xx.xx.2023-cü-xx.xx.2023-cü iş ilinə görə 15 t/g istifadə olunmamış məzuniyyət günləri üçün pul əvəzi və əmək haqqı) ödənilməsinin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, ESŞ-nin nəzarətçi mühəndisi İddiaçı əvvəl xidmət etdiyi ərazidə Yenikənd kənd sakini Tağıyev Musaya məxsus şəbəkənin Oracle proqram bazasında qeydiyyatda olan fəaliyyətsiz elektrik hesabat sayğacını ( kodu **********51024 , qida mənbayi 35/6kV Səfərli y/st-dan çıxan 6kV Şimal n-s h/x-dən qidalanan kodu ******* TM ) özbaşına sökərək EElQ-nı kobud şəkildə pozaraq xx.xx.2022-ci il tarixində həmin ərazidə yerləşən Taleh adlı vətəndaşın fermasına (qidalanma mənbəyi 110/35/6kV Kürsəngi y/st-dan çıxan'6 kV Şirvan Milli Park h/x-dən qidalanan kodu ******* TM) quraşdırmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, Salyan EŞ-in ESŞnin nəzarətçi- mühəndisi İddiaçı təhkim olunduğu 6kV Xalac və 6 kV Quşçuluq h/x-ləri üzrə öz işiinə məsuliyyətsiz yanaşır, vəzifə təlimatının tələblərinin, qoyulmuş plantapşırıqların yerinə yetirilməsində, debitor borclu abonentlərə elektrik enerji verilişinin dayandırilması istiqamətində səhlənkarlığa yol verir.Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işində heç bir irəliləyiş yoxdur. Etik davranış, müəssisədaxili nizam-intizam qaydalarına riayət etmir, Belə ki, elektrik enerjisindən istifadəyə görə yaranmış debitor borcların ödənilməsi ilə əlaqədar "xxxx" ASC rəhbərliyinin verdiyi Göstərişlərin icrasının əksinə olaraq Noxudlu kəndi ərazisində yerləşən obyektdə enerjidən istifadəyə görə yaranmış 829 man. borca görə şəbəkənin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixində obyektə enerji verilişi dayandırılmış, nəzarətçi- mühəndis İddiaçı atasından ona miras qalmış (X1 adına olan ) adı çəkilən açılmış obyekti özbaşına şəbəkəyə qoşub, enerji verilişi ilə bərpa etmişdir. Bu da öz növbəsində onun vəzifəsinin öhdəsindən gəlmədiyini, EEİQ-nı pozduğunu, nizam-intizam səviyyəsinin aşağı olmasını göstərir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ESŞ-nin nəzarətçimühəndisi İddiaçı xx.xx.2023-cü il tarixində işə gəlməmiş, işə davamiyyət jurnalına imza etməmişdir. Belə hallar dəfələrlə baş verir. Etik davranış qaydalarına riayət etmir. Bu da müəssisənin daxili nizam-intizam səviyyəsinin aşağı düşməsinə səbəb olur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xidməti məlumatdan görünür ki, 6kV Xalac, 6kV Quşçuluq h/x-ləri üzrə nəzarətçi-mühəndis İddiaçı aylıq realizasiya olunan enerjinin dəyərinin tam yığılmasında, qeyri balansın səviyyəsinin minimuma endirilməsində və itkilərin qarşısının alınmasında, qoyulmuş plan-tapşırıqların yerinə yetirilməsində səhlənkarlığa yol verir. Müəssisədaxili nizam -intizam qaydalarına riayət etmir, onun ərazisi olmayan ərazidə debitor borca görə açılmış obyekti özbaşına şəbəkəyə qoşub enerji verilişi ilə bərpa etmişdir İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 10 iyul 2023-cü il tarixində ESŞ-nin rəisi A.Sultanov, ap.mühəndis M.Ağayev və İ.Məmmədovun iştirakı ilə debitor borclu abonentlərin kəsim siyahısı ilə əlaqədar saat 1100- radələrində rayonun Noxudlu kəndi ərazisində yerləşən X3 məxsus qeyri-əhali obyektinin 829 man borcu olduğu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş etmədiyinə görə tərəfimizdən şəbəkədən açılaraq enerji verilişi dayandırılmışdır. Nəzarətçi-mühəndis İddiaçı (obyektin sahibi) Saat 1247 - radələrində özbaşına obyektin xəttini şəbəkəyə qoşmuş və ESŞ-nin rəisinə zəng edərək eyhamla bildirmişdir ki, “narahat olma, obyektin enerji verilişini bərpa etmişəm.” İş materiallarında olan xx.xx.2023-cü il tarixli hüququ reydən görünür ki, tutduğu vəzifə üzrə əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsanlara görə Salyan EŞ-nin nəzarətçi mühəndis İddiaçı barəsində intizam tənbehi tədbiri olaraq Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla "Şiddətli Töhmət" verilməsi üçün hüquqi əsaslar vardır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 avqust 2023-cü il tarixli, k/23-03827 saylı əmri ilə əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığına və əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə Şirvan RETSİ Salyan X6 Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı "Sonuncu xəbərdarlıqla şiddətli töhmət" intizam tənbehi verilməsi əmr edilmişdir. Bir daha belə hallar təkrar olunarsa barəsində AR əmək qanunvericiliyinə uyğun olaraq daha ciddi intizam tənbehi tətbiq olunacağı barədə xəbardarlıq edilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Şirvan RETSİ-nin Salyan EŞ ES şöbəsinə nəzərətçi mühəndis vəzifəsinə qəbul edilmiş, 20 sentyabr 2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı müqaviləyə xx.xx.2023-cü il tarixdə xitam verilməsi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı 08 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02448 nömrəli arayışından görünür ki, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ n nümayəndələri X9 əmrin ləğvi, işə bərpa edilmə və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi ilə bağlı əmək mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə saat 17.00-18.00 keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin mediasiya prosesin davam etdirə bilməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının Azərişıq" ASC-nin X12 Təchizatı və Satışı İdarəsinin Salyan X6 Satış Şöbəsində nəzarətçi mühəndis vəzifəsinə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş müddətli əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məhkəmə qeyd edir ki, qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə əlaqədar vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirilməlidir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış əmək müqavilənin müddətli olaraq 3 ay müddətinə bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göstərilən Məcəllənin 73-ci maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73-ci maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir:
1. əmək müqaviləsinin müddətinin qurtarması;
2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə iddianın əsaslılığını yoxlamalıdır. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat Qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Lakin iş materiallarına əlavə edilmiş “Azərişiq" Açıq Səhmdar Cəmiyyətinin 20 sentyabr 2023-cü il tarixli, k/23-04551 saylı əmri işəgötürənin tərəfindən imzalansa da, müəssisənin möhürü ilə təsdiqlənməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, “Azərişiq" Açıq Səhmdar Cəmiyyəti İddiaçı 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinə xitam verməsinə hüququ olmasına baxmayaraq, 20 sentyabr 2023-cü il tarixli, k/23-04551 saylı əmri müəssisənin möhürü ilə təsdiqlənmədiyinə görə, həmin əmr əsassızdır. Lakin məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi ilə əlaqədar olduğundan, iddiaçının pozulmuş hesab etdiyi mübahisənin həlli üçün isə qanunvericilikdə 1 təqvim ayı ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olsa da, işə bərpa edilməsi ilə bağlı iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı işin məhkəmədənkənar həlli qaydasına riayət edilməsi məqsədilə xx.xx.2023-ci il tarixdə mediasiya şurasına müraciət etmiş, hər iki tərəf mediasiya prosesində iştirak etmiş və xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə MŞB/8/2023-024448 saylı arayışı əldə etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışı əldə etdikdən sonra xx.xx.2024 cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, bununla da qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyi üçün və həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı heç bir sübut təqdim edə bilmədiyindən, onun xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi bu əsasla əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan yuxarıda göstərilən əsaslarla rədd edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması tələbinə dair" iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.