Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1287/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «ilk iddianın rədd edilməsi, əmlakda payın müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 nömrəli mənzilə köçürülməsi, həmin mənzildən istifadəsinə maneələr yaradılmasının Cavabdeh qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «ilk iddianın rədd edilməsi, əmlakda payın müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X6» yaşayış kompleksində yerləşən İddiaçı adına rəsmiləşdirilmiş mənzilə onun 1/2 payda mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Cavabdeh Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən binada («X6» yaşayış kompleksi) ümumi sahəsi 181 m2 olan 2 saylı mənzilə; Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova 223 saylı binada yerləşən ümumi sahəsi 88,4 m2 olan 78 saylı mənzilə və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 35 saylı fərdi yaşayış evinə onun 1/2 payda mülkiyyət hüququnun müəyyən edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 08 mart 2002-ci ildə Bakı şəhəri Səadət Sarayında 315 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahla Cavabdeh ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan doğulmuş 14.12.2002-ci il təvəllüdlü X1 və 25.03.2005-ci il təvəllüdlü X2 adlı iki uşaqları var. Birgə nikah dövründə ünvan 1 ünvanda yerləşən 2 nömrəli mənzili almışlar. Mənzil daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 29.03.2016-cı il tarixdə onun adına dövlət qeydiyyatına alınmışdır. Mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış cavabdehdə olmuş, həmin sənədi ona verməmişdir. Elə həmin ildə ora köçərək o, övladları və cavabdeh birgə yaşamışlar. Ailə qurduqları vaxtdan onların ailələrində dava-dalaş olmuş, o, uşaqlarının xatirinə cavabdehi tərk etməmişdir. Dəfələrlə cavabdehə şans vermişdir, küsülü vəziyyətdə belə onunla eyni evdə yaşamışdır. Cavabdeh isə əksinə, hər dəfə ona qarşı fiziki və psixoloji şiddət göstərməkdən əl çəkməmişdir. Hətta ona başqa qadınla xəyanət etmiş, nikahdan kənar uşağı olmuşdur. 2020-ci ilin əvvəlindən etibarən onların münasibətləri cavabdehin yanlış hərəkətləri nəticəsində kritik həddə çatmış, 28 yanvar 2020-ci il tarixdə onu döyərək zorla mənzildən çıxarmışdır. Bütün şəxsi və cehiz əşyaları da həmin mənzildə qalmışdır. Kiçik oğlu X2 ilə birgə valideynlərinə məxsus mənzildə yaşamışlar. Böyük oğlu X1 ara-sıra ona baş çəkir. Gülağa həmin mənzildə yaşamağa davam edir. Cavabdeh böyük oğulları Gülağanı ona qarşı çevirir, onu öz təsiri altında saxlayır. Uşaqlarının hal-hazırda ona çox ehtiyacı var. Övladlarına həmişə özü baxmış, qayğılarına qalmışdır. Dəfələrlə o, həmin mənzilə gedərək daxil olmaq istəsə də, cavabdeh onu mənzilə buraxmamışdır. Bu səbəbdən, hesab edir ki, mülkiyyət hüquqları ilə ona məxsus olan əmlakdan məneəsiz olaraq istifadə hüququ cavabdeh tərəfindən kobudcasına pozulmuşdur. Beləliklə, cavabdehin qeyri-qanuni əməlləri nəticəsində, ona məxsus olan əmlakdan hal-hazırda istifadəni həyata keçirə bilmir. Sonuncu dəfə bu yaxınlarda 11 noyabr 2020-ci il tarixdə həmin mənzilə getmişdir, uşaqlarının çox baxımsız vəziyyətdə olduqlarının şahidi olmuşdur. Mənzil zir-zibil içində, tanınmaz vəziyyətə düşmüşdür. Daha sonra cavabdeh gələrək, onu zorla mənzildən çıxarmağa nail olmuş, bu zaman ona bədən xəsarətləri də yetirmişdir. Bununla bağlı Nəsimi RPİ 22-ci PŞ-yə müraciət etmişdir, tibbi ekspertizaya göndərilmişdir. Hal-hazırda araşdırma davam edir. O, yaşadığı mənzildən faktiki olaraq məhrum edilmişdir. Cavabdeh qanunsuz olaraq onu mülkiyyətinə daxil olmağa imkan vermir. Göründüyü kimi, mənzilə dair sahiblik və istifadə hüquqlarından istifadə edə bilmir, onun bu hüquqlarından istifadə imkanı cavabdeh tərəfindən məhdudlaşdırılmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, ilk iddia tələbi rədd edilməli və qarşılıqlı iddia tələbi təmin edilməlidir. İddiaçı artıq uzun müddətdir ki, «X6» yaşayış kompleksində yaşamır. Həmin yaşayış kompleksi Cavabdeh tərəfindən tanışından götürülmüş borc pulla əldə edilmiş və İddiaçı adına rəsmiləşdirilmişdir. Bu səbəbdən, hesab edir ki, ilk iddia tələbi əsassızdır və rədd edilməlidir. İlk iddia tələbində göstərilmiş «X6» yaşayış kompleksində yerləşən və ilk iddia üzrə iddiaçının adına rəsmiləşdirilmiş ümumi sahəsi 184 m2 olan mənzil iddiaçı və cavabdehin birgə nikah dövründə Cavabdeh tərəfindən alınmış və İddiaçı adına rəsmiləşdirilmişdir. Qeyd etdiyi kimi, həmin əmlak iddiaçı və cavabdehin birgə nikahı dövründə əldə edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə təqdim olunmuş ərizədə əlavə olaraq qeyd olunmuşdur ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 22.10.2020-ci il tarixli **********05 saylı arayışdakı məlumatlara əsasən ünvan 1 ünvanda yerləşən binada («X6» yaşayış kompleksi) ümumi sahəsi 181 m2 olan 2 saylı mənzil; Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova 223 saylı binada yerləşən ümumi sahəsi 88,4 m2 olan 78 saylı mənzil və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 35 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Hər üç əmlak üzərində İddiaçı hüquqları birgə nikah dövründə rəsmiləşdirilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil mülki işə ilk iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını tələb etdi, ilk iddia və qarşılıqlı iddia tələblərinə nəticə verilməsini, yekun məhkəmə aktının çıxarılmasını xahiş etdi. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddia tələbini qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, tərəflər 08 mart 2002-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında rəsmi nikah bağlayaraq, ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından doğulmuş iki övladları var. Tərəflər birgə nikah dövründə 3 daşınmaz əmlak əldə etmişlər. Həmin əmlaklar aşağıdakılardır: - ünvan 1 ünvanda yerləşən binada («X6» yaşayış kompleksi) ümumi sahəsi 181 m2 olan 2 saylı mənzil; - Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova 223 saylı binada yerləşən ümumi sahəsi 88,4 m2 olan 78 saylı mənzil; - Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 35 saylı fərdi yaşayış evi. İlk iddia üzrə iddiaçı ünvan 1 ünvanda yerləşən binada («X6» yaşayış kompleksi) ümumi sahəsi 181 m2 olan 2 saylı mənzilin birgə nikah dövründə alındığını, həmin ünvana köçərək ailə üzvləri ilə orada yaşadığını, cehiz və digər əşyalarının həmin mənzildə olduğunu, lakin hazırda cavabdehin onu həmin mənzildə yaşamağa buraxmadığını bildirərək, mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi vəziyyətinə görə həmin mənzilin birgə nikah dövründə əldə edildiyini cavabdeh də etiraf edir, həm qarşılıqlı iddia ərizəsinin məzmununda, həmçinin sonradan məhkəməyə təqdim etdiyi tələbin həcminin artırılması barədə ərizədə bunu qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Göründüyü kimi, ilk iddia üzrə iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlaklan nəinki istifadə hüququ, həmçinin birgə mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İlk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçının birgə nikah dövründə əldə edilmiş mənzilə köçməsinə və yaşamasına maneə yaratması iddiaçının hüquqlarını kobud şəkildə pozur. Bu səbəbdən, ilk iddia tələbi əsaslıdır və təmin edilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan 3 daşınmaz əmlak tərəflərin birgə nikahda olduqları dövrdə alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı həmin daşınmaz əmlakların məhz (yalnız) özünün şəxsi vəsaiti hesabına əldə edilməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanda yerləşən binada («X6» yaşayış kompleksi) ümumi sahəsi 181 m2 olan 2 saylı mənzilə köçürülməli, həmin mənzildən istifadəsinə maneələr yaradılması Cavabdeh qadağan olunmalı; qarşılıqlı iddia qismən təmin edilməli, birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən binada («X6» yaşayış kompleksi) ümumi sahəsi 181 m2 olan 2 saylı mənzil; - Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova 223 saylı binada yerləşən ümumi sahəsi 88,4 m2 olan 78 saylı mənzil; - Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 35 saylı fərdi yaşayış evi tərəflər arasında payları bərabər olmaq şərti ilə bölünməli, həmin daşınmaz əmlaklar üzərində 1/2 pay nisbətində Cavabdeh, 1/2 pay nisbətində İddiaçı paylı mülkiyyət hüququ tanınmalıdır. Qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən binada («X6» yaşayış kompleksi) ümumi sahəsi 2 181 m olan 2 saylı mənzilə köçürülsün. Həmin mənzildən istifadəsinə maneələr yaradılması Cavabdeh qadağan olunsun. Qarşılıqlı iddia qismən təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən binada («X6» yaşayış kompleksi) ümumi sahəsi 181 m2 olan 2 saylı mənzil; - Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova 223 saylı binada yerləşən ümumi sahəsi 88,4 m2 olan 78 saylı mənzil; - Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 35 saylı fərdi yaşayış evi tərəflər arasında payları bərabər olmaq şərti ilə bölünsün. Həmin daşınmaz əmlaklar üzərində 1/2 pay nisbətində Cavabdeh, 1/2 pay nisbətində İddiaçı paylı mülkiyyət hüququ tanınsın. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1287/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1287/2021
31.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver