Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1292/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan (bundan sonra LPO) Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 MMC-yə qarşı “borcun silinməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 MMC-yə qarşı “borcun silinməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin LƏSF tərəfindən iddiaçı X3 adına olan 735,18 manatı əsas borc, 293.55 manat faiz borcu, cəmi 1 028.73 manat məbləğində borcun silinməsi, Cavabdeh1 ASC-nin LƏSF-yə onun kredit borcunun olmaması barədə məlumatın ‘‘Azərbaycan Kredit Bürosu” MMC-yə və surətinin ona verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, Cavabdeh2 MMC-nın məlumat bazasında xx.xx.2020-ci il tarixindən onun adına yaranan gecikmə günlərinin silinməsi vəzifəsi “Azərbaycan Kredit Bürosu" MMC-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, kredit tarixçəsinin öyrənilməsi məqsədilə “Azərbaycan Kredit Bürosu" MMC-yə müraciət etmiş və Cavabdeh2 MMC-dən ona təqdim edilən çıxarışdan müəyyən olunub ki, güya onun çıxarış verilən tarixə 735.18 mana əsas borc. 293.55 manat faiz borcu olmaqla, cəmi 1 028.73 manat məbləğində aktiv krediti mövcuddur. Həmin çıxarışdan həmçinin görünür ki, qeyd olunan məbləğ üzrə xx.xx.2022ci il tarixinə 416 gün faizlərin gecikdirildiyi günlər də formalaşmışdır. Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixdə tərtib etdiyi çıxarışda göstərilənlər əsassız və qanunsuzdur və heç bir həqiqətə uyğun deyil. Belə ki, onun hal-hazırda ləğv prosesində olan "xxxx" ASC-də əmanəti və həmin əmanət məbləği təminat göstərlərək kredit kartı olub. Bank bağlandıqdan sonra, o, xx.xx.2020-ci il tarixində ərizə ilə Cavabdeh1 ASC-nin Ləğv edilməsini həyata keçirən Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, onun adına olan 5 040,00 manat məbləğində əmanətinin verilməsini, həmçinin kredit kartı üzrə yaranmış 773.90 manat kredit borcunun tam bağlanması məqsədi ilə cari hesabına həmin vəsaitin mədaxil edilməsini xahiş etmişdir. Lakin Cavabdeh1 ASC-nin LƏSF əməkdaşlarının səhlənkarlığı nəticəsində onun cari hesabına mədaxil etdiyi 773.90 manatı təyinatı üzrə vaxtında silinməmiş, onun adına olan kredit qalığını aktiv saxlayaraq əlavə faizlərin hesablanması və bunun müqabilində əsassız varlanmaq məqsədi güdərək, onun üzərinə mövcud olmayan öhdəlik qoyulmuşdur ki, bu öhdəliyin xx.xx.2022-ci il tarixinə həcmi - 1 028.73 manat təşkil edir. Həmin məbləğin 735.18 manatını əsas borc, 293.55 manatını faiz borcu təşkil edir. Qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədi ilə, xx.xx.2020-ci il tarixində həm Əmanətlərin Sığortalanması Fonduna həm də, Azərbaycan Respublikası Mərkəzi Bankına rəsmi müraciət etsə də, adı çəkilən qurumlardan heçbir cavab gəlməmişdir. Hazırda Cavabdeh1 ASC-nin LƏSF tərəfindən onun adına əsassız olaraq borc hesablaması və onun mövcud olmayan borcu barədə kredit reyestri sisteminə adının salınması, onun hüquqlarının pozulması ilə yanaşı həm də onun kredit tarixçəsinin ləkələnməsinə səbəb olub ki, bu da onun digər kredit təşkilatlarından kredit götürməsinin qarşısını alır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən kreditin qalıq məbləği üzrə 735,18 manat, faiz məbləği üzrə 293,55 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış məktubun (tarix qeyd edilməyib) surətindən görünür ki, keçmiş "xxxx" ASC-də onun əmanəti və əmanət qarşısında kredit kartı olub. Bank bağlanan zaman kredit kartı üzrə olan 773,90 manat kredit borcu olub və həmin borc əmanətini alan zaman tərəfindən ödənilib. Əmanətini aldığı tarixdən bir il sonar ona Cavabdeh1 ASC-nin LƏSF-nin əməkdaşları tərəfindən zəng olunub və kredit kartı üzrə borcunun olması barədə məlumat verilib. Həmin vaxt Fonda ərizə ilə müraciət etmiş və "borcunuz yoxdur” texniki səhv əlub, kredit borcunun məbləği cari hesabınızda qalıb, silməmişik, borcu silib səhvi düzəltdik” cavabını almışdır. xx.xx.2022-ci il tarixində, o, kredit kartı almaq üçün başqa bir banka müraciət etmiş və Mərkəzləşdirilmiş Kredit Reyestrində adında borc qalığının və gecikmə günlərinin olmasım öyrənmişdir. Daha sonra Cavabdeh1 ASC-nin LƏSF-nin Gəncə nümayəndəliyinin əməkdaşlarına məsələyə aydınlıq gətirilməsi üçün müraciət etmiş və yenədə səriştəsiz və qeyri peşəkar şəkildə “Siz yenidən ərizə ilə müraciət edin və həmin ərizənin notarial qaydada təsdiqlənmiş formasını bizə təqdim edin ondan sonra biz məsələyə baxıb, sizə məlumat verərik” cavabını almışdır. Adında görünən borcun və faizlərin (gecikmələrin) silinməsini xahiş etmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, keçmiş "xxxx" ASC-də onun əmanəti və əmanət qarşısında kredit kartı olub. Bank bağlanan zaman kredit kartı üzrə olan 773,90 manat kredit borcu olub və həmin borc əmanətini alan zaman tərəfindən ödənilib. Əmanətini aldığı tarixdən bir il sonar ona Cavabdeh1 ASC-nin LƏSF-nin əməkdaşları tərəfindən zəng olunub və kredit kartı üzrə borcunun olması barədə məlumat verilib. Həmin vaxt Fonda ərizə ilə müraciət etmiş və "borcunuz yoxdur” texniki səhv əlub, kredit borcunun məbləği cari hesabınızda qalıb, silməmişik, borcu silib səhvi düzəltdik” cavabını almışdır. xx.xx.2022-ci il tarixində, o, kredit kartı almaq üçün başqa bir banka müraciət etmiş və Mərkəzləşdirilmiş Kredit Reyestrində adında borc qalığının və gecikmə günlərinin olmasım öyrənmişdir. Daha sonra Cavabdeh1 ASC-nin LƏSF-nin Gəncə nümayəndəliyinin əməkdaşlarına məsələyə aydınlıq gətirilməsi üçün müraciət etmiş və yenədə səriştəsiz və qeyri peşəkar şəkildə “Siz yenidən ərizə ilə müraciət edin və həmin ərizənin notarial qaydada təsdiqlənmiş formasını bizə təqdim edin ondan sonra biz məsələyə baxıb, sizə məlumat verərik” cavabını almışdır. Adında görünən borcun və faizlərin (gecikmələrin) silinməsinə köməklik göstərilməsi xahiş etmişdir. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunun surətindən görünür ki, Cavabdeh1 ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə, illik 20% ödənilməsi şərtilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus AZ75AMRA**********0015A41210 saylı hesabda saxlanılan 2222,22 (iki min iki yüz iyirmi iki manat 22 qəpik) manat pul vəsaiti çıxış etmişdir. 29.04,2020-cü il tarixə, sığorta hadisəsi baş verdiyi günə qeyd edilən müqavilə üzrə 770.30 (yeddi yüz yetmiş manat 30 qəpik) manat borc, əmanət və cari hesablarda isə 5810.98 (beş min səkkiz yüz on manat 98 qəpik) manat məbləğdə vəsait mövcud olmuşdur. xx.xx.2020-ci il tarixdə 5040 manat kompensasiya məbləği İddiaçı qaytarılmış, 770.98 (yeddi yüz yetmiş manat 98 qəpik) manat isə hesabda qalmışdır. LPO Cavabdeh1 ASC-nin əməkdaşları tərəfindən Sizə ərizə ilə müraciət etməniz barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq, hazırkı tarixədək öhdəliyin əmanət məbləği ilə əvəzləşməsinə dair muraciət daxil olmadığı üçün ***- *******DKK110419-01 saylı kredit müqaviləsi üzrə öhdəlik əmanət məbləği ilə əvəzləşdirilməmişdir. Həmçinin bildirilmişdir ki, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2020-ci il tarixli 01/05021 saylı əmrinə əsasən əmanətçinin bank qarşısında öhtəliyinin kompensasiya məbləği ilə əvəzləşməsi yalnız həmin əmanətçinin yazılı ərizəsi olduğu təqdirdə həyata keçirilə bilər. Əvəzləşmə ilə bağlı müraciət daxil olduğu təqdirdə sığorta hadisəsi baş verdiyi gündən əvəzləşmə aparıldığı günədək kredit borcuna hesablanmış faizlərin silinməsi təmin ediləcəkdir. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı cavab məktubunun surətindən görünür ki, İddiaçı müraciəti xx.xx.2023-cü il tarixli cavab məktubu ilə cavablandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2020-ci il tarixli 01/05021 saylı əmrinə əsasən əmanətçinin bank qarşısında öhtəliyinin kompensasiya məbləği ilə əvəzləşməsi yalnız həmin əmanətçinin yazılı ərizəsi olduğu təqdirdə həyata keçirilə bilər. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevin xx.xx.2020-ci il tarixli 01/05021 saylı əmrinin surətindən görünür ki, əmanətçinin bank qarşısında öhtəliyinin kompensasiya məbləği ilə əvəzləşməsi yalnız həmin əmanətçinin yazılı ərizəsi olduğu təqdirdə həyata keçirilə bilər. Cavabdeh1 ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Bank borcalana- İddiaçı 24 ay müddətinə, illik 20% ödənilməsi şərtilə 2000 (iki min) manat məbləğində kredit vermişdir. Cavabdeh1 ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “əmantə girov müqaviləsi”dən görünür ki, tərəflər arasında bağlanılmış xx.xx.2019cu il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus AZ75AMRA**********0015A41210 saylı hesabda saxlanılan 2222,22 (iki min iki yüz iyirmi iki manat 22 qəpik) manat pul vəsaiti Banka girov qoyulmuşdur. Cavabdeh1 ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “əmantə girov müqaviləsi”nə xx.xx.2019-cu il tarixli 1 saylı əlavə razılaşmaya əsasən, tərəflər arsaında bağlanılmış “əmantə girov müqaviləsi”nin müddətinin xx.xx.2021-ci il tarixədək uzadılması və əmanətin bank tərəfindən həmin tarixdə qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müəyyən edilən hallar ondan ibarətdir ki, Cavabdeh1 ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, kredit müqaviləsi üzrə sonuncuya Bank tərəfindən 24 ay müddətinə, illik 20% ödənilməsi şərtilə 2000 (iki min) manat məbləğində kredit vermiş və həmin kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli “əmantə girov müqaviləsi”nə əsasən İddiaçı məxsus AZ75AMRA**********0015A41210 saylı hesabda saxlanılan 2222,22 (iki min iki yüz iyirmi iki manat 22 qəpik) manat pul vəsaiti Banka girov qoyulmuşdur. Sözügedən “əmantə girov müqaviləsi”nə xx.xx.2019-cu il tarixli 1 saylı əlavə razılaşmaya əsasən həmin müqavilənin xx.xx.2021-ci il tarixədək uzadılması və əmanətin bank tərəfindən həmin tarixdə qaytarılması nəzərdə tutulmuşdur. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ASC-nin LƏSF tərəfindən iddiaçı X3 adına olan 735,18 manatı əsas borc, 293.55 manat faiz borcu, cəmi 1 028.73 manat məbləğində borcun silinməsi, Cavabdeh1 ASC-nin LƏSF-yə onun kredit borcunun olmaması barədə məlumatın ‘‘Azərbaycan Kredit Bürosu” MMC-yə və surətinin ona verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, Cavabdeh2 MMC-nın məlumat bazasında xx.xx.2020-ci il tarixindən onun adına yaranan gecikmə günlərinin silinməsi vəzifəsi “Azərbaycan Kredit Bürosu" MMC-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı olan “borcun silinməsi” tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. İş materiallarından göründüyü kimi, tərəflər xx.xx.2019-cu il tarixli “bank hesabı və kredit” müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər və həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus AZ75AMRA**********0015A41210 saylı hesabda saxlanılan 2222,22 (iki min iki yüz iyirmi iki manat 22 qəpik) manat pul vəsaiti Banka girov qoyulmuşdur. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixində ərizə ilə Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, onun adına olan 5 040,00 manat məbləğində əmanətinin verilməsini, həmçinin kredit kartı üzrə yaranmış 773.90 manat kredit borcunun tam bağlanması məqsədi ilə cari hesabına həmin vəsaitin mədaxil edilməsini xahiş etdiyini bildirsə də, həmin ərizəni (yaxud onun surətini) məhkəməyə təqdim etməmişdir. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunun surətindən göründüyü kimi İddiaçı əvəzləşmə ilə bağlı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna yazılı ərizə ilə müraciət edəcəyi təqdirdə sığorta hadisəsi baş verdiyi gündən əvəzləşmə aparıldığı günədək kredit borcuna hesablanmış faizlərin silinməsi təmin ediləcəyi bildirmişdir. Belə ki, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2020-ci il tarixli 01/05021 saylı əmrinə əsasən əmanətçinin bank qarşısında öhdəliyinin kompensasiya məbləği ilə əvəzləşməsi yalnız həmin əmanətçinin yazılı ərizəsi olduğu təqdirdə həyata keçirilə bilər. Beləliklə məhkəmə hesab edir ki, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2020ci il tarixli 01/05021 saylı əmrinə əsasən, bank qarşısında öhdəliyin kompensasiya məbləği ilə əvəzləşməsi əmanətçinin- İddiaçı yazılı ərizə ilə Fonda müraciət edəcəyi təqdirdə mümkün olacaqdır. Məhkəmə prosesi gedişində iddiaçıya bununla bağlı məhkəmə tərəfindən vaxt da verilmişdir. Lakin iddiaçı həmin ərizə ilə müraciət etməkdən imtina etmişdir. Göründüyü kimi İddiaçı əvəzləşmə ilə bağlı Fonda yazılı ərizə ilə müraciət edəcəyi təqdirdə onun hazırda məhkəmədən xahiş etdiyi tələbi ilə bağlı mübahisə aradan qalxmış olacaqdır. İddiaçı belə bir ərizə ilə LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna vaxtında müraciət etdiyini bildirsə də bunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2020-cu il tarixli Qərarı). Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi “borcun silinməsi” hisssəsində rədd edilməlidir. Həmçinin məhkəmə iddiaçının LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı olan "xxxx" MMC-yə və surətinin ona verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı qeyd edir ki, iddiaçının birinci tələbi onun bu tələbi ilə bağlı olduğundan və İddiaçı borcunun olmamasını sübut edə bilmədiyindən, məhkəmə borcun mövcud olduğu qənaətinə gəlirərək, hesab edir ki, iddiaçının "xxxx" MMC-yə və surətinin ona verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbi rədd edilməlidir. Həmçinin məhkəmə iddiaçının digər Cavabdeh2 MMC-yə qarşı olan “onun adına yaranan gecikmə günlərinin silinməsi vəzifəsinin “Azərbaycan Kredit Bürosu" MMC-nın üzərinə qoyulması” tələbi ilə bağlı qeyd edir ki, bu tələb iddiaçının digər iki tələbi ilə bağlı olduğundan və həmin tələblər üzrə məhkəmə iddianın rədd edilməsi qənaətinə gəldiyi üçün məhkəmə iddiaçının bu tələbinə münasibət bildirməyi ümumiyyətlə zəruri hesab etməyərək, özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 MMC-yə qarşı “borcun silinməsi və sair” tələbi rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.1, 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 MMC-yə qarşı “borcun silinməsi və sair” tələbi rədd edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-1292/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1292/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver