Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1331/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı2 qıznın, İddiaçı1, İddiaçı4, İddiaçı3 cavabdeh X12 qarşı “evə köçürülmə, evə istifadə hüququnun bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 qeydiyyatda olduqları ünvan 1 saylı, ümumi sahəsi 47,7 kv.m olan evin bir otağına köçürülməsi və istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvandakı ev İddiaçı1 baba mülküdir. İddiaçı1 həmin mülkdə doğulub böyümüşdür. Sonradan İddiaçı1 digər İddiaçı3 ilə ailə qurmuş və İddiaçı3 həmin evə gəlin köçərək uzun müddət mübahisəli evdə ailəsi ilə yaşamışdır. İddiaçılar X18 və X19 iddiaçılar Arzu Zeynalovun və İddiaçı1 ailəsində doğulublar, onların övladlarıdır. Mübahisəli də iddiaçılar uzun müddət yaşamışlar, sonradan cavabdeh tərəfindən evdən qovulmuşlar və bu günə kimi mübahisəli evdə qeydiyyatdadırlar. İddiaçılar mübahisəli evdə 2005-ci ilə kimi cavabdehlə birgə yaşamışlar. 2005-ci ildə üzrə cavabdeh xarici ölkədən Azərbaycan Respublikasına daimi yaşayış yerinə mübahisəli evə qayıtdıqdan sonra dava-dalaş salaraq iddiaçıları mübahisəli evdən qovmuşdur. Evdən qovularkən iddiaçılara məxsus əmlaklar mübahisəli evdə qalmışdır. İddiaçılar ailəliklə cavabdeh tərəfindən daimi qeydiyyatda olub yaşadıqları evdən qovulduğdan sonra kirayə yaşamaq məcburiyyətində qalmışlar. Həmin vaxt babaları və nənələri (digər iddiaçıların atası və qaynatası) sağ olduğundan həmin evə gedib gəlirlər, onların qayğısı ilə məşğul olurlar. Dəfələrlə onlarda cavabdehdən onlar yaşadıqları evə könüllü buraxılmasını tələb etsədə cavabdeh bunu bilməmiş və hər dəfə valideyinləri ilə bu səbəbdən münaqişə yaratmışdır. Bu səbəbdəndə onlar onların rahatlığı naminə cavabdehlə evə köçrülmə haqqında mübahisə açmamışlar. Lakin cavabdeh onları evdən qovduğdan bir müddət sonra onlara qarşı 2012-ci ildə onlardan əmlakların çıxarılması, yaşadıqları otaqın boşaldılması tələbinə dair Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhər Nəsimi rayon məhkəməsi 2(006)-3434/2012 saylı qətnaməsi ilə hazırki iş zrə cavabdeh X2 iddiasını təmin etmişdir. Onlar həmin qətnamədən apellyasiya şikayəti etmişlər. Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 2(006)-3434/2012 saylı qətnaməsini ləğv etmiş, iddianı təmin etməmişdir. Bundan sonra 2015-ci il tarixə kimi aralarında həmin iş üzrə apellyasiya məhkəməsində Ali Məhkəmədə məhkəmə prosesləri olmuş və nəhayət Ali Məhkəmə 2(103)- 4905/2014 tarixli qərarı ilə yekun qərar qəbul edərək Balayev Etibarın iddiasının təmin olunmaması barədə Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla yekun qərar verdi. Məhkəmənin nəzərinə çatdırır ki, mübahisə predmeti olan ünvan 2 ünvandakı ev İddiaçı1 babasının mülki olmuşdur, sonra mərhum atası Bala Ağanın mülkiyyətinə keçmişdir. Həmin evin bir neçə otağı Bala Ağa kişinin sağlığında satılmışdır. Bala Ağanın sağlığında 2005-ci ilə kimi onların cavabdehlə birgə yaşadıqları ev 47, 7 kv.m sahədən və 3 otaqdan (yaşadıqları ev 18,2 kv.m-də daxil olmaqla) ibarət olmuşdur. Həmin 3 otaqlı evin bir otağında (18,2 kv.m. sahəsi olan otaq) bütün yardımçı sahələrdən istifadə etməklə onlar cavabdehlə birgə yaşamışlar. Qeyd etmək istəyir ki, həmin ünvanda ilkin olaraq hər biri 18,2 kv.m. olmaqla 3 bir otaqlı otaqlar olmuşdur. Onların yaşadıqları 18, 2 kv.m sahəsi olan bir otaqlı mənzil 2-ci mərtəbədə cavabdehin mülkiyyətində olan 47,7 kv.m sahəyə daxil idi. Cavabdeh onları evdən qovduğdan sonra həmin otağında arakəsməsini sökərək evdə rekonstruksiya etmişdir ki, onlar evə qayıda bilməmişdir. Sonra cavabdeh ata Bala Ağanı məcbur edərək, onların razılığı olmadan həmin üç otaqdan və yardımçı sahələrdən ibarət evi öz adına rəsmləşdirmiş və alt mərtəbədəki otaqda özünə mağaza açmışdır və hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onların əmlakları da hazırda cavabdehin ailəsi ilə yaşadığı həmin mənzildədir. Cavabdehdə qalan əmlaklarının siyahısını cavabdeh özü onlara qarşı Nəsimi rayon Məhkəməsində iddia qaldırarkən məhkəməyə təqdim etmişdir və bir daha sübut etmişdir ki, onların əmlakları onun mülkiyyətində olan mənzildədir. Dəfələrlə cavabdehdən onları qeydiyyatda olduqları və yaşadıqları evə könüllü buraxmasını xahiş etsədə, bunu könüllü buraxmasını xahiş etsə də, bunu könüllü etmək istəmir və hər dəfə münaqişə yaradır. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı1, onun həyat yoldaşı İddiaçı3, qızları İddiaçı4 və İddiaçı2 qeydiyyatda olduqları ünvan 1 saylı evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arayışından görünür ki, ünvan 1 saylı evdə İddiaçı2, X13, X5, X29, X23, X11, X20, X16, X8, Cavabdeh, X24, X14, X21, X6, X3, X7, X25, X26, X9, İddiaçı3, X15, İddiaçı4 qeydiyyatdadırlar. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2622/2020 saylı, 20.08.2020ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4905/2014 saylı, 09.10.2014cü il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh və qeyrilərinə qarşı ünvan 1 saylı evin iddiaçıya məxsus yaşayış sahəsi 47,7 kv.m olan üç otaqlı yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərə məxsus əmlakın oradan çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 fevral 2015-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4905/2014 saylı, 09.10.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Yuxarı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş və bu iş üçün preyudisial əhəmiyyətinə malik olan faktlardan görünür ki, iddiaçı İlqar Babayev və onun ailə üzvləri mübahisəli evdə mülkiyyətçinin, yəni tərəflərin mərhum ataları X1 ailə üzvləri kimi yaşamaqla evə hüquq və vəzifələr əldə etmişlər. Daha sonra Cavabdeh mübahisəli evə mülkiyyət hüququnu bağışlama müqaviləsi əsasında əldə etmiş və iddiaçının ailə üzvləri ilə birlikdə həmin evə qeydiyyatda olmaqla əmlaklarının orada olmasını bilmişdir. Həmçinin iddiaçı X4 mübahisəli evdən getməsi məcburi xarakter daşımışdır. Bu faktların hazırki məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016cı il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.” Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh İddiaçı1 və qeyrilərinə qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, mülkiyyətdə olan otaqların boşaldılaraq oradan ev avadanlıqları və əmlakların çıxarılması tələbinə dair iddiası. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası isə həmin qətnaməni əsaslı hesab edərək ondan verilən kassasiya şikayətini təmin etməmişdir. Göründüyü kimi, hər iki Məhkəmə tərəfindən İddiaçı1 və onun ailə üzvlərinin Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 111 saylı evdən istifadə hüquqlarının itirilməsinə əsas verəcək hal müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 və onun ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüquqlarının olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır və işin mübahisələndirilməyən hallarındandır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, ümumiyyətlə, mənzilə köçürülmə öz- özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə, həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür; -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. İşin araşdırılmış hallarından görünür ki, iddiaçının və onun ailə üzvlərinin mübahisəli yaşayış sahəsindən istifadə hüquqları mövcuddur və hazırki tələbi də məhz mənzilə istifadə hüququna əsaslanır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı həmin yaşayış sahəsinə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir; Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, bu konstitusiyon norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insan yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın əsası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanuni iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhkəmənin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi hazırkı işdə iddiaçının köçmək istədiyi yerdə əvvəl yaşaması və yaşadığı yerdən məhrum edilməsi halları mövcuddur, ona görə də 3-cü hal olan, iddiaçının köçmək istədiyi, əvvəllər yaşadığı evdən məhrum edilmənin qanuniliyinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsi göstərişinin xarakterinə görə səlahiyyətverici norma olmamaqla, yuxarıda qeyd edildiyi kimi qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı yəni, mənzildə yaşamaq səlahiyyəti verilsə idi, bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunması normanın istifadə hüququnun olub-olmadığına aslı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Çünki, obyektiv hüququnun normalarından biri də mühafizə funksiyasıdır. Qeyd edilən məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Məhkəmə qeyd edir ki, mənzildə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu artıq qanunu pozmaqla mənzildə yaşamağı məhrum edən şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, mənzildə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 qeydiyyatda olduqları ünvan 1 saylı, ümumi sahəsi 47,7 kv.m olan evin bir otağına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 qeydiyyatda olduqları ünvan 1 saylı, ümumi sahəsi 47,7 kv.m olan evin bir otağına köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1331/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1331/2021
02.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver