Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1342/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 6 və 8 saylı binaların arasında inşa etdirdiyi çoxmənzilli yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, iki otaqlı, ümumi sahəsi 116.7 kv.m olan 11 saylı mənzilinin alğı-satqısına dair cavabdehlə bağlanmış 18 mart 2019-cu il tarixli müqavilə ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 6 və 8 saylı binaların arasında inşa etdirdiyi çoxmənzilli yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, iki otaqlı, ümumi sahəsi 116.7 kv.m olan 11 saylı mənzilindən cavabdehin çıxarılaraq mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Nəsimi Rayon H.B.Əliyev küçəsi, ev 6 və 8 saylı binaların arasında yerləşən ərazidə yaşayış binası inşa etmişdir. Cavabdehlə çoxmənzilli yaşayış binasının direktoru X2 arasında bağlanmış 18 mart 2019-cu il tarixli müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 6 və 8 saylı binaların arasında inşa etdirdiyi çoxmənzilli yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, iki otaqlı, ümumi sahəsi 116.7 kv.m olan 11 saylı 105.000 manata razılaşaraq cavabdehə satmışdır. Müqavilənin 3-cü bəndinə əsasən mənzilin ümumi dəyərinin 30%-i müqavilə bağlandığı gün cavabdeh tərəfindən ödənilməli idi. Qalan hissə bərabər hissələrlə olmaqla, ümumi dəyərinin 10 %-i məbləğində hər ayın 20-30 arasında ödəməyə cavabdeh müqavilə ilə öhdəlik götürmüşdür. Müqavilənin 5-ci bəndinin tələbinə əsasən cavabdeh hər ay ödəməli olduğu vəsaiti 30 gündən artıq müddətə ödəmədiyi təqdirdə satıcı Müaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir. Cavabdeh mənzilə görə müqavilə üzrə 105.000 manat məbləğində pul vəsaiti ödəməyə borclu olsa da, cəmi 66500 manat pul vəsaiti ödəmişdir. Dəfələrlə cavabdehə şifahi və rəsmi qaydada xəbərdarlıq olunmağına baxmayaraq cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixdə cavadehə rəsmi qaydada xəbərdarlıq məktubu göndərərək müqavilə üzrə öhdəliyini tam şəkldə yerinə yetirməsini tələb etmişdir. Lakin, cavabdeh xəbərdarlığa məhəl qoymayaraq müqavilə üzrə ödəməli olduğu 38500 manat pul vəsaitini ödəməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehə yenidən rəsmi qaydada xəbərdarlıq məktubu göndədərək müqavilə üzrə öhdəliyini yerinə yetirməsini tələb etmiş və bildirmişdir ki, əks təqdirdə onunla bağlanmış 18 mart 2019-cu il tarixli Müqaviləni həmin müqavilənin 5-ci bəndinə uyğun olaraq birtərəfli qaydada ləğv edəcəkdir. Cavabdeh yenədə öhdəliyini yerinə yetirmədiyi üçün onunla bağlanmış 18 mart 2019-cu il tarixli müqaviləni həmin müqavilənin 5-ci bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada ləğv etmiş və bu barədə cavabdehə rəsmi məktub göndərmişdir. Cavabdeh bu günədək nə öhdəliyini yerinə yetirməmiş, nə də ki, mənzili təhvil verməmişdir. Məlumat üçün bildirmişdir ki, cavabdehdən hər dəfə pulu ödəməsini tələb etdikdə Daxili İşlər Nazirliyinin əməkdaşı olduğunu bildirərək ona hədə-qorxu gəlir. Hesab etmişdir ki, cavabdeh tərəfindən pozulmuş hüquqlarını başqa yolla bərpa edə bilməyəcəkdir. Bu səbəbdən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsn izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli sərəncamına əsasən, İddiaçı Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binaların arasında yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmişdir. İş materiallarında olan sahibkar İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş etibarnamədən görünür ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi bu etibarnamə ilə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 167 №-li, "05" sentyabr 2016-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binaların arasında yerləşən torpaq sahəsində inşa etdiyi yaşayış binasındakı mənzillərin satışını (alqı-satqı müqaviləsi bağlayaraq imzalamaqla), satışdan əldə olunmuş pul vəsaitlərin alınmasını, bununla bağlı müvafiq arayışların (Maliyyə Arayışı) verilməsini, binanın i,darə olunması ilə bağlı bütün səlahiyyətləri, o cümlədən bağlanmış müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinin tələb olunması, müqavilə şərtiərtini pozan sakinlərlə bağlanmış müqavilələrin birtərəfli qaydada ləğv olunması kimi səlahiyyətləri binanın direktora kimi X1 həvalə edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə binanın direktoru Babayev F.R ilə alıcı CavabdehB arasında Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ev 6 və 8 saylı binaların arasında yerləşən tikilməkdə olan binada 11 saylı mənzilin alıcıya verməsi, alıcının isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş məzil haqqının vaxtında ödəməyə öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci bəndində göstərilmişdir ki, alıcı ilk ödəməsini gecikdirərsə, direktor Babayev E.R-in ixtiyarı vardır ki, müqaviləyə əsasən öhdəliklərin pay üzvünü azad etsin. İlk ödəmədən sonrakı haqların 30 gündən artıq gecikdirilməsi halında Babayev F.Rin ixtiyarı vardır ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı Babayev F.R tərəfindən yalnız həmin mənzilin başqa bir şəxsə verildikdən sonra alıcıya qaytarılır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binalarının arasında inşa edilən yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 116.7 kv.m olan 2 otaqlı 11 saylı mənzil üçün 8000 manat ödəniş etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binalarının arasında inşa edilən yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 116.7 kv.m olan 2 otaqlı 11 saylı mənzil üçün 10000 manat ödəniş etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binalarının arasında inşa edilən yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 116.7 kv.m olan 2 otaqlı 11 saylı mənzil üçün 7000 manat ödəniş etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binalarının arasında inşa edilən yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 116.7 kv.m olan 2 otaqlı 11 saylı mənzil üçün 4500 manat ödəniş etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binalarının arasında inşa edilən yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 116.7 kv.m olan 2 otaqlı 11 saylı mənzil üçün 2000 manat ödəniş etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binalarının arasında inşa edilən yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 116.7 kv.m olan 2 otaqlı 11 saylı mənzil üçün 10000 manat ödəniş etmişdir. İş materiallarında olan pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 3 gün ərzində mənzilin boşaldılaraq təhvil verilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada ləğv olunacağı, bununla bağlı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan X3 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş protokolda göstərilmişdir ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 66500 manat pul vəsaitinin Cavabdeh satılmış mənzilin başqa şəxsə satıldıqdan sonra alınmış pul vəsaitindən onun özünə qaytarılması qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən isə öhdəlik icra edilməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirdiyindən, onun cavabdehə qarşı mənzildən çıxarılma barədə tələbi tam əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora MPM) 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Babayev F.R ilə CavabdehB arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 6 və 8 saylı binaların arasında inşa etdirdiyi çoxmənzilli yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, iki otaqlı, ümumi sahəsi 116.7 kv.m olan 11 saylı mənzilinin alğı-satqısına dair müqavilə ləğv edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 6 və 8 saylı binaların arasında inşa etdirdiyi çoxmənzilli yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, iki otaqlı, ümumi sahəsi 116.7 kv.m olan 11 saylı mənzilindən çıxarılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1342/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1342/2025
13.03.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver