Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1365/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus mülkiyyətçisi olduğu 3 otaqlı mənzil ünvan 1 ünvanında yerləşir. İddiaçının pasport qeydiyyatı isə ünvan 2 ünvanıdır. 19 noyabr 2020-ci ildə cavabdehin yaşadığı mənzildən iddiaçının mənzilinə paslı su axıdılmış, nəticədə qonaq otağı, mətbəx, dəhliz, döşəmələr, yataq otağı və orada olan avadanlıqlar,yorğan-döşək və s. əşyalar, bütün divarlar yaş olaraq yararsız hala salınıb. Su sızması nəticəsində isladılmış əşyalar və s. tikinti materialları yaş vəziyyətdə qalıb. Hadisə nəticəsində yararsız vəziyyətə düşmüş əşyaların, tavan, pol və s. şəkilləri çəkilmişdir. Cavabdehin səhlənkarlığı və hərəkətsizliyi nəticəsində baş vermiş deliktə görə ziyanın dəyərinin ödənilməsi xahiş olunsa da, iddiaçıya heç bir məbləğ ödənilməmişdir. İddiaçı mənzildəki fəsadların şəklini hadisədən bir müddət sonra 5 saylı MKİS-nin mühəndis və texnikinin iştirakı ilə çəkmişdir. Cavabdeh özü də ziyanı ödəyəcəyini bildirsə də, təmir-bərpa işlərinə hələ ki, heç bir vəsait verməmişdir. İddiaçının mənzilinə ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan dəymişdir. Su hal-hazırda da qurumayıb və quruduqca da fəsadları üzə çıxmaqda davam edir. Evin həmin hissələrdə tavanı, divarları, döşəməsi hələ də nəmdir. Təmir işləri aparmaq mümkün deyil. Həmin nəm və islanmış divardan elektrik naqilləri keçir, çoxu da artıq işləmir.Hər zaman qısa qapanma və yanğın hadisəsi baş verə bilmək təhlükəsi vardır. İddiaçının mənzili təmirdən çıxmışdır. Cavabdehin təqsiri üzündən iddiaçı mənzilində istədiyi kimi istirahət edə bilmir. Cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi hələ də davam etməkdədir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 5 b -də yerləşən 8 saylı mənzilə həmin binadakı mənzildən su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 5000 (beş min ) manat maddi zərər, dövlət rüsumu olaraq 31 manatın Cavabdeh tutularaq mülkiyyətçi İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiaz edərək bildirmişdir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, 19.11.2020-ci il tarixdə baş vermiş qəza nəticəsində iddiaçıya məxsus mənzilə onun mənzilinin zalında quraşdırılmış istilik cihazının hava buraxan kranı tam saxlamadığına görə su sızması baş vermişdir. Nəticədə onun evində 6,0 kv.m sahədə parket islanmışdır. İstilik təchizatının verilişi dayandırıb, həmin axmış suyu qurulatdırmışdır. İddiaçının evinə o, baxanda tavanda su damcıladığını görmüşdür. Su damcılayan yerlərin hamısının altında müəyyən qablar qoyulmuşdur ki, su döşəməyə axmasın. Zalda iddiaçının heç bir şəxsi əşyalarını görməmişdir. Baş vermiş qəza onun təqsiri ucbatından baş verməmişdir. Həmçinin, iddiaçının dəymiş ziyanla bağlı qeyd etdiyi məbləğ həddindən artıq şişirdilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 20.11.2010-cu il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 5b, mənzil 8 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 5 saylı MKİS-in rəisi E.N.Əmiraslanov, texniki S.Ə.Əzizov, elektrik qaz qaynaqçısı İ.A.Ağayev tərəfindən 24 noyabr 2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi ev 5”B” mənzil 8-də yaşayan İddiaçı yazılı şikayət ərizəsi ilə müraciət etmiş və bildirmişdir ki, 19 noyabr 2020ci il tarixdə, 12-ci mənzilin sahibi Cavabdeh mənzilinin istilik xəttindən onun mənzilinə su axıdılmış, qonaq otağına, yataq otağına, mətbəxə, dəhlizə və orada olan avadanlıqlara, otaqların tavanına, divar və döşəməsinə ziyan dəymişdir. Vətəndaşın şikayətini nəzərə alaraq, tərəflərindən baxış keçirilən zaman həqiqətən də istilik xəttindən otaqlarda, mətbəxdə və dəhlizdə su axıntısı aşkar olunmuşdur. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/1451 nömrəli, 16 iyun 2021-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 8 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 12 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 8 saylı mənzilin dəhliz, yaşayış otaqları və hamam kimi istifadə olunan yardımçı tikilisinin divar və tavanında yaranmış qüsurları nəzərə alaraq 8 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 12 saylı mənzildən suyun sızması xarakterikdir və 8 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 5298 manat məbləğində müəyyən edilir. Həmin ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 5b, mənzil 8-ə Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 5b, mənzil 12-dən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından göründüyü kimi ekspert rəyində Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 5b, mənzil 8-ə 5298 manat məbləğində ziyan vurulması göstərilsə də, iddia ərizəsində vurulmuş zərərin əvəzi kimi 5000 manat tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə, yəni 5000 manat məbləğində zərərin əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia təmin edilməli, Cavabdeh oğundan maddi zərərin əvəzi kimi 5000 (beş min) manat və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5031 (beş min otuz bir) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh oğundan maddi zərərin əvəzi kimi 5000 (beş min) manat və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5031 (beş min otuz bir) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1365/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1365/2021
19.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver