Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-14/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC cavabdehlər Əlı̇ yev Fəxrəddı̇ n Pı̇ roğlan oğluna və digərlərinə qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Dövlət rüsumunun ödənilməsi haqqında xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 (yüz) manat rüsum ödənilmişdir (qəbz №: 8********).
a) Məhkəmə prosesi:
3. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə baxış iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişdir.
5. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
Əsaslandırıcı hissə: a) Tətbiq edilən normalar:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 259.0.11. İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 114.1, 114.1.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
b) Məhkəmənin mövqeyi:
7. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyinə və cavabdehlər işin mahiyyəti üzrə həll olunması tələb edilmədiyinə görə iddiaçının ərizəsi təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi baxılmamış saxlanıldığına görə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır.
Nəticə:
8. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC-nin ərizəsi təmin edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul İddiaçı MMC-yə geri qaytarılsın (qəbz № 8********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova