Məhkəmə qərarları › İş №2(006)-1434/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1434/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1434/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı "kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı "kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sənaye filialı ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə 0658 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan ** RL *** dövlət qeydiyyat nişanlı “Dodge Durango” markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, ona məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2012-ci il tarixli, AA seriyalı 057500 saylı “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. “Kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi” barədə Cavabdeh2 QSC BOKT-ın ona qarşı iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)263/2021 saylı qətnaməsi ilə iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9096/2021 saylı qətnaməsi, kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-2181/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır. Həm müddətin keçməsi, həm də məhkəmə qərarına əsasən kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına borcunun olmamasının müəyyən edilməsi səbəbindən ipoteka və kredit müqavilələri üzrə öhdəliklərinə xitam verilməli və mülkiyyətində olan nəqliyyat vasitəsi üzərinə qoyulmuş məhdudiyyətlər götürülməlidir. Bununla bağlı pretenziya ilə hər iki cavabdehə müraciət edilmişdir. "xxxx" ASC cavab verərək məsələni ona yox, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına aid olduğunu bildirmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı isə borcun ödənilmədiyini əsas gətirərək müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qərarlarına əsasən borcunun olmadığı müəyyən edildiyi üçün cavabdehlərin cavabları əsassızdır və həmin vəzifələrin yerinə yetirilməsi cavabdehlərə tapşırılmalıdır. Göstərilənlərə əsasən "xxxx" ASC-nin Sənayə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 0658 saylı kredit və eyni tarixli 658 saylı ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi və müqavilənin təminatı olaraq mülkiyyətində olan ** RL *** dövlət qeydiyyat nişanlı “Dodge Durango” markalı (2012-ci il buraxşlı, 1C4RDDCJCC282288 ban nömrəli, qara rəngli) avtomobilin ipotekadan azad edilməsi, üzərində olan yüklülüklərin götürülməsi üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə zəruri müraciətlərin edilməsinin cavabdehlərə həvalə edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq və müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) mülki işin materialları:

6. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 263/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh İddiaçı qarşı əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməsi, 300 manat ekspertiza xərci iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, 200 manat qiymətləndirmə xərci iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir.

7. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9096/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-263/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilməədn saxlanılması qət edilmişdir.

8. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2181/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9096/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə Cavabdeh2 QSC arasında “problemli aktivlər üzrə tələb hüququnun Cavabdeh2 QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilə imzalanmışdır. Qeyd edilən Sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin İddiaçı qarşı tələb hüququ da təhvil-təslim sənədləri əsasında Cavabdeh2 QSC-yə təhvil verilmişdir. Qeyd edilənləri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən “problemli aktivlər üzrə tələb hüququnun Cavabdeh2 QSC-yə güzəşt edilməsinə dair müqaviləyə əsasən, tələb hüququnun Cavabdeh2 QSC-yə güzəşt edilməsini nəzərə alaraq İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 0658 saylı kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi üçün Cavabdeh2 QSC Bank Olmayan Kredit Təşkilatına müraciət edilməsi tövsiyə edilmişdir.

10. Mülki işin materiallarında olan “X1 edilməsi agentliyi” MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ‘‘Sənaye” filialı ilə (bundan sonra Bank) xx.xx.20012-ci il tarixində, № 658 saylı kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən ona illik 18 % tətbiq edilməklə, 36 ay müddətinə 43.758 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus **-RL-*** qeydiyyat nişanlı “DODGE DURANGO” markalı minik avtomobili xx.xx.2012-ci il tarixli № 658 saylı müqaviləsi ilə yüklü edilmişdir. Hal-hazırda əsas borc 25.209 ABŞ dollar, faiz borcu 12 6 8.72 ABŞ dolları dolları olmaqla, cəmi 37827.72 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə "Aqrarkredit” QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "Aqrarkredit” QSC-yə keçmişdir. Cavabdeh2 QSC ilə "X1 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixində bağlanmış Xidməti müqaviləyə əsasən Aqrarkredit"xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X1 Edilməsi Agentliyi” MMC həyata keçirir. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 195-ci maddəsini nəzərə İddiaçı ilə "xxxx" ASC-nin "Sənaye” filialı arasında bağlanmış, yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə tələb hüquqları “X1 Edilməsi Agentliyi” MMC tərəfindən idarə ediləcək. Göstərilənləri nəzərə alaraq yuxarıda qeyd olunan borcla bağlı yaxın müddət ərzində ödənişin icra edilməsi xahiş edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. xx.xx.2012-ci il tarixli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən İddiaçı 36 ay müddətinə, illik 18% ödənilməsi şərtilə 43758 ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(007)-263/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-9096/2021 saylı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-263/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilməədn saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2181/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9096/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda iddiaçı məhkəməyə iddia verərək qeyd olunan kredit və eyni tarixli ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi və müqavilənin təminatı olaraq mülkiyyətində olan avtomobilin ipotekadan azad edilməsi, üzərində olan yüklülüklərin götürülməsi üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə zəruri müraciətlərin edilməsinin cavabdehlərə həvalə edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Hazırki iddia tələbi ilə bağlı ilk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərdən biri - "xxxx" Açıq Səhmdar Cəmiyyəti, hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi şəxs - "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə Cavabdeh2 QSC arasında “problemli aktivlər üzrə tələb hüququnun Cavabdeh2 QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilə imzalanmışdır. Qeyd edilən Sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin İddiaçı qarşı tələb hüququ da təhvil-təslim sənədləri əsasında Cavabdeh2 QSC-yə təhvil verilmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz».

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

17. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.

18. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

19. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

20. İddiaçının digər cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

22. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir.

23. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

24. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».

25. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.

26. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

27. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

28. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə , bütün tələblər on il ( adi müddət) keçdikdən sonra qüvvəsini itirir.

32. Həmin Məcəllənin 551.2. maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: - 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; - 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; - 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; - 551.2.4.məhkəmə qərarına əsasən əmələ hələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir.Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətlərinin tətbiq edilməsi qərara alınmışdır.

34. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

35. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən öhdəliyin xitamı üçün müddətin keçməsinə istinad etsədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqe ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olması müəyyən edilmişdir.

36. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə görə iddiaçının öhdəliyi bitməmiş və tam icra edilməmişdir. Yalnız tələbkarın iddiası iddia müddətini keçirməklə təmin edilməmişdir ki, buda iddiaçını qeyd olunan hüquqi mövqeyə görə üzərinə götümüş olduğu öhdəliyindən azad etmir.

37. Odur ki, iddiaçının xx.xx.2012-ci il tarixli kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, müqavilənin təminatı olaraq mülkiyyətində olan avtomobilin ipotekadan azad edilməsi, üzərində olan yüklülüklərin götürülməsi tələbi bütünlükdə təmin edilməməlidir. (bütün tələblər bir-biri ilə bağlı olduğundan və bir hüquqi əsasa söykəndiyindən birlikdə qiymət verilərək rədd edilir).

38. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Məhkəmə hesab edir ki, tələb təmin olunmadığı üçün 100 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə tələb də əsassız hesab edilməlidir.

40. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı "kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi və s." tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar