Məhkəmə qərarları › İş №2(006)-1458/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1458/2025

26.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1458/2025 26.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 120.3 kv.m fərdi yaşayış evinin onun mülkiyyətinə ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsıbbəy Yusifbəyli kuçəsı 15a saylı fərdi yaşayış evi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi **********76-10301) əsasən daşınmaz əmlakın ümumi sahəsi 200.60 kv.m olar paylı mülkiyyətdə olmaqla xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bu çıxarışa əsasən 5 yaşayış otağı olmaqla 120.3 kv.m. sahə onun adına (qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024) 2 yaşayış otağı olmaqla 25 7 kv.m. sahə Cavabdeh Boruxoviçin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Uzun illərdir ki, həmin mülklər paylı mülkiyyətçilər arasında faktiki olaraq bölünmüş haldadır və bu uzun illər ərzində paylı mülkiyyətdən istifadə ilə əlaqədar paylı mülkiyyətçilər arasında heç bır anlaşımazlıq və mübahisə olmamışdır. Hər bir pay sahibinin öz evinə (mülkünə) ayrı giriş-çıxış yolu vardır və bu evlər (mülklər) bir dam altında yerləşmir. Həmçinin hər bir ev (mülk) ayrıca olaraq qaz işıq su və digər kommunal xidmətlərdən istifadə edilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan da göründüyü kimi iddiaçının hissəsinin divarları, həmçinin də dam hissəsi qonşunun, yəni digər payçının hissəsindən tam ayrıdır və onun hissəsinə heç bir aidiyyatı yoxdur və bu hal texniki pasportda açıq-aydın görünür. Yuxarıda göstərdiyi çıxarışda göstərilən daşınmaz əmlakda onun payı olan hissə faktiki olaraq tam mülkiyyətində olmasına baxmayaraq paylı mülkiyyətdə olduğuna görə onun üçün müxtəlif problemlər yaradır və onun bir mülkiyyətçi kimi öz əmlakı barəsində mülkiyyət hüquqlarını, yəni sahiblik istifadə etmək və sərəncam vermək hüquqlarını öz mülahizələrinə görə tam real və sərbəst surətdə həyata keçirməsinə mane olur. Belə ki, paylı mülkiyyətdə onun öz əmlakı üzərində öz mülahizəsinə əsasən özü istədiyi kimi sərəncam vermək hüququ digər pay sahibləri olan mülkiyyətçilərdən asılıdır, çünki onun öz payı üzərində sərəncam verməsi digər pay sahiblərinin razılığı ilə həyata keçə bilər. Qeyd etdiyi səbəblərə görə xüsusi mülkiyyətində olan əmlakı barədə mülahizələrində, istəklərində tam sərbəst olmağından ötrü paylı əmlakın naturada bölünməsi qərarına gəlmişdir. Ancaq dəfələrlə digər pay sahibinə əmlakın naturada bölgüsünü həyata keçirməyi təklif etsə də o, bu işi birlikdə görməyə maraq göstərməmiş və eyni zamanda bu işə qarşı da çıxmayaraq bildirmişdir ki, ona lazımdırsa, bu işi özü tək görsün, onun etirazı yoxdur, ancaq o, heç bir məhkəməyə gəlməyəcəkdir. Bununla da qeyd etmək istəmişdir ki, paylı mülkiyyətdə olan payın naturada bölünməsi barədə digər payçının narazıçılığı olmasa da, qanunda nəzərdə tutulmuş qaydada yazılı razılığı yoxdur. Eyni zamanda bildirmişdir ki, bu ünvanda əvvəllər 2 deyil, 3 payçı olmuşlar, 3-cü payçı X1ra məlumat xəbər vermədən öz payını naturada ayıraraq özünə ayrıca çıxarış almışdır. Onu da qeyd etmişdir ki, Luizanın evi (mülki) onların yəni onunla Cavabdeh evi arasında yerləşmişdir və bu isə o deməkdir ki, onların hazırki payçılar, yəni onunla Cavabdeh evi (mülki) bir birindən tamamilə ayrılıqda yerləşir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdirr. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ümumi sahəsi 200.60 kv.m olan ünvan 1 5 otaq y/s 120.3 kv.m hissəsi İddiaçı, 2 otaq y/s 25.7 kv.m hissəsi Cavabdeh paylı mülkiyyətlərindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1537/2025 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin İddiaçı (dövlət reyestrindən çıxarışa əsasən) payna uyğun şəkildə naturada bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan yaşayış evi faktiki (bölünmüş) vəziyyətdə saxlanmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iclasında təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 120.3 hissəsinin mülkiyyətçisidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən aydın olur ki, ünvan 1 saylı fərdi yaşayış evinin İddiaçı məxsus hissədə naturada ayrılması texniki cəhətdən mümkündür. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən İddiaçı 120.3 kv. m (5 otaq) hissədə payı naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri-100 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən İddiaçı 120.3 kv. m (5 otaq) hissədə payı naturada ayrılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar