Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1466/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə İddiaçı Rza-Bala qızının cavabdeh "xxxx" MMC-yə qarşı "qızıl-zinət əşyalarının qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rza-Bala qızı cavabdeh "xxxx" MMC-yə qarşı "qızıl-zinət əşyalarının qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 1 ədəd qızıl bilərziyinin, 1 ədəd qızıl boyun-bağının, 1 cüt qızıl sırğanın, 2 ədəd qızıl üzüyünün ona qaytarılması barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi məhkəmə baxışına təyin olunduqdan sonra məlum olmuşdur ki, hazırki iddia tələbi ilə bağlı eyni tərəflər arasında Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(060)-1051/2018 saylı qətnaməsi mövcuddur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-1051/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən dəyəri 170 manat olan 1 ədəd qızıl bilərziyin, dəyəri 269,8 manat olan 1 ədəd qızıl boyunbağının, dəyəri 95 manat olan 1 cüt qızıl sırğanın və ümumi dəyəri 161 manat olan 2 ədəd qızıl üzüyünün və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 25 manat tutularaq İddiaçı Rza-Bala qızına verilməsi, həmin qızıl zinət əşyaları mövcud olmadıqda onların dəyəri "xxxx" MMC-də tutularaq İddiaçı Rza-Bala qızına verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Rza-Bala qızı cavabdeh "xxxx" MMC-yə qarşı "qızıl-zinət əşyalarının qaytarılması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1466/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1466/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver