Məhkəmə qərarları › İş №2(006)-1489/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1489/2021

21.05.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1489/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X3 ailə üzvləri olan ərizıçi Ərizəçi və ərizəçinin anası ilə birlikdə Bakı şəhəri, Nəsimi Rayonu, Ş. Abdullayev küçəsində yerləşən 24 saylı evdə qeydiyyatda olmaqla yaşayıb. O, X4 fəliyyət göstərərək “X9” gəmisində radiostansiyanın rəisi vəzifəsində işləyib. 13 avqust 1991-ci il tarixində “X9” gəmisi Aralıq dənizi ilə İsgəndəriyyə şəhərindən İlyiçevsk şəhərinə gedən zaman gəminin vint hissəsində problem yaranmış, həmin problemi aradan qaldırmaq məqsədi ilə bir neçə nəfərdən ibarət ekipaj gəmiyə baxış keçirən zaman ərizəçinin atası Viktor Kovalyov faciəvi şəkildə suda batmış və onun meyiti tapılmamışdır. Ərizəçinin atasının ölüm xəbərini gəmi kapitanı teleqram vasitəsi ilə ərizəçinin anası A. Kovalyovaya bildirmişdir. Həmin ərəfələrdə Sovet Sosialist Respublikaları İttifaqları dağılmış, qeyri-stabil vəziyyət yaranmış və bu səbəbdən ərizəçinin atası X2 faciəvi ölümünün səbəblərini araşdırmaq münkün olmamış və ölüm haqqında şəhadətnamə əldə olunmamışdır. Hal-hazırda ərizəçinin mərhum atası ilə qeydiyyatda olduğu ev söküntü zonasına aiddir. Ərizəçi həmin evə olan pasport qeydiyyatının ləğvi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etsə də, ölüm haqqında şəhadətnamənin olmaması səbəbindən ərizəçinin mərhum atasının qeydiyyatını ləğv etmək münkün olmamışdır. Həmçinin, ərizəçi ərizə ilə Maraqlı şəxsnə müraciət edərək atasının faciəvi şəkildə ölməsi barədə müəyyən sənədləri təqdim etsə də, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən Ərizəçi atası X2 ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, X2 ölümü teleqramlar və “Dəniz” qəzetinin hadisələr bölməsində yazılmış məqalə ilə təsdiq olunur. Göstərilənlərə əsasən, Ərizəçi X2 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 13 avqust 1991-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. İş materiallarında olan Azərbaycan Xəzər Dəniz X5 Cəmiyyətinin 25.11.2020-ci il tarixli arxiv arayışına əsasən 01.01.1951-ci il təvəllüdlü X3 həqiqətən 25.07.1974-cü ildən (29.07.1974-cü il tarixli 67 nömrəli əmr) X6 “Karakum Kanal”, “Vulkan”, “General Aslanov”, “Naxçıvan”, “Liza Çaykina” gəmilərində radiostansiya rəisi işləmişdir. Vəfat etməsi ilə əlaqədar olaraq 13.08.1991-ci ildə işdən azad edilmişdir (01.04.1999-cu il tarixli 61/3 nömrəli əmr). Onun tutduğu vəzifələr üzücü heyətə və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, xidmət, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. Həmçinin həmin arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kanbinetinin 17.07.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X7 Azərbaycan Dövlət X7 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X6in və X10 Donanmasının yenidən təşkili yolu ilə Azərbaycan Xəzər Dəniz X5 Cəmiyyəti Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. İş materiallarında olan Baki şəhəri Maraqlı şəxs Ərizəçi etibarnaməsinə əsasən nümayəndəsi X1 ünvanladığı 27 noyabr 2020-ci il tarixli 05/Q-1773/75 nömrəli məktubuna əsasən, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılarkən X2 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin, həmin məktubda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqından həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölemen dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində münkün olmamışdır. İş materiallarında olan “X9” gəmisinin ekipajının kapitanı Kireevin ərizəçinin anası Anna Kovalyovaya ünvanladığı teleqramın surətinə əsasən, X3 13 avqust 1991-ci il tarixində faciəvi şəkildə Aralıq dənizində boğularaq ölmüşdür və onun bədənini tapmaq münkün olmamışdır. İş materiallarında olan “Dəniz” qəzetinin hadisələr bölməsində yazılmış məqaləsinin surətinə əsasən, 1991-ci ilin avqust ayında “X9” gəmisi İsgəndəriyyə şəhərindən İlyiçevsk şəhərinə gedən zaman gəminin vint hissəsində problem yaranmış, həmin problemi aradan qaldırmaq məqsədi ilə bir neçə nəfərdən ibarət ekipaj gəmiyə baxış keçirən zaman ərizəçinin atası Viktor Kovalyov faciəvi şəkildə suda batmış və onun meyiti tapılmamışdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X3 13 avqust 1991-ci il tarixində suda bataraq vəfat etmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi atası X2 13 avqust 1991-ci il tarixində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçinin atası X2 13 avqust 1991-ci il tarixində (dənizdə) ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar