Məhkəmə qərarları › İş №2(006)-1495/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1495/2025

10.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1495/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəyə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəyə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, tərəflərin barışıqla bağlı razılığa gəldiklərini bildirmiş, barışığın şərtlərini aşağıdakı formada müəyyənləşdirmişlər:

1. Bu barışıq sazişinə əsasən İddiaçı Cavabdeh MMC-nin hazırkı barışıq sazişinin 2-ci bəndində götürdüyü öhdəliklərin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 1.1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-1495/2025 saylı mülki iş üzrə iddiasından tam imtina etməyi, tərəflər arasında olan əmək münasibətləri ilə bağlı gələcəkdə heç bir iddia qaldırmamağı və hazırkı barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etməyi; 1.2. Bu barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı bundan sonra heç bir dövlət orqanına şikayət verməməyi və zəruriyyət yarandığı təqdirdə artıq dövlət orqanlarına verdiyi şikayətlərindən imtina etməsi haqqında zəruri məzmunda ərizəni müvafiq dövlət orqanlarına və məhkəməyə təqdim etməyi; 1.3. Öz xahişi ilə xx.xx.2024-cü il tarixindən Cavabdeh MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi (xitam verilməsi) ilə bağlı ərizəsini Cavabdeh MMC-yə təqdim etmək; 1.4. Onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında əmək kitabçasında yazılmış qeydə müvafiq düzəlişin edilməsi üçün əmək kitabçasını və ya yeni əmək kitabçasını Cavabdeh MMC-yə təqdim etmək; 1.5. Onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında qeydin ləğv edilməsi üçün zəruri olan ərizə və sənədləri müvafiq dövlət orqanı və Cavabdeh MMC-yə təqdim etmək.

2. Bu barışıq sazişinə əsasən Cavabdeh MMC İddiaçı hazırkı barışıq sazişinin 1-ci bəndində götürdüyü öhdəliklərin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 2.1. Bu barışıq sazişinin təsdiq edilməsi ilə haqqında məhkəmənin çıxardığı qərardadın qanuni qüvvəyə mindiyi gündən ən geci 3 (üç) gün müddətində xx.xx.2024-cü il tarixli, KX- 295-24 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmri ləğv etmək və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında xitam verilməsi ilə bağlı əmr vermək. 2.2. Bu barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin çıxardığı qərardadın qanuni qüvvəyə mindiyi gündən ən geci 7 (yeddi) gün müddətində xx.xx.2024-cü il tarixli, KX-295-24 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrin ləğvi ilə bağlı elektron informasiya sistemində olan məlumatın dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmək; 2.3. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və ya yeni əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında yazılmış qeydə müvafiq düzəliş edilərək İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında xitam verilməsi ilə bağlı qeyd yazmaq;

3. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, tərəflərin bu barışıq sazişinin predmeti olan mübahisənin həlli ilə bağlı çəkdikləri bütün xərclər (mediasiya, məhkəmə və sairə) tərəflərin özlərinə aid edilir.

4. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərilərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq.

5. Hazırkı barışıq sazişinin hər hansı bir bəndinin etibarsız hesab edilməsi bütövlükdə barışıq sazişinin etibarsız hesab edilməsinə səbəb ola bilməz.

6. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə, digər tərəf hazırkı barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra vərəqəsinin verilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir.

7. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb.

8. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər.

9. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırkı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır.

10. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilir. Tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir. Tərəflər məhkəmə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılaraq tərəflər arasında bağlanmış barışıq sazişinin sazişdə göstərilən şərtlərlə təsdiq edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəyə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə tərəflər – bir tərəfdən İddiaçı, digər tərəfdən Cavabdeh MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

1. Bu barışıq sazişinə əsasən İddiaçı Cavabdeh MMC-nin hazırkı barışıq sazişinin 2-ci bəndində götürdüyü öhdəliklərin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 1.1. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatında olan 2(006)-1495/2025 saylı mülki iş üzrə iddiasından tam imtina etməyi, tərəflər arasında olan əmək münasibətləri ilə bağlı gələcəkdə heç bir iddia qaldırmamağı və hazırkı barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etməyi; 1.2. Bu barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı bundan sonra heç bir dövlət orqanına şikayət verməməyi və zəruriyyət yarandığı təqdirdə artıq dövlət orqanlarına verdiyi şikayətlərindən imtina etməsi haqqında zəruri məzmunda ərizəni müvafiq dövlət orqanlarına və məhkəməyə təqdim etməyi; 1.3. Öz xahişi ilə xx.xx.2024-cü il tarixindən Cavabdeh MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi (xitam verilməsi) ilə bağlı ərizəsini Cavabdeh MMC-yə təqdim etmək; 1.4. Onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında əmək kitabçasında yazılmış qeydə müvafiq düzəlişin edilməsi üçün əmək kitabçasını və ya yeni əmək kitabçasını Cavabdeh MMC-yə təqdim etmək; 1.5. Onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında qeydin ləğv edilməsi üçün zəruri olan ərizə və sənədləri müvafiq dövlət orqanı və Cavabdeh MMC-yə təqdim etmək.

2. Bu barışıq sazişinə əsasən Cavabdeh MMC İddiaçı hazırkı barışıq sazişinin 1-ci bəndində götürdüyü öhdəliklərin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 2.1. Bu barışıq sazişinin təsdiq edilməsi ilə haqqında məhkəmənin çıxardığı qərardadın qanuni qüvvəyə mindiyi gündən ən geci 3 (üç) gün müddətində xx.xx.2024-cü il tarixli, KX- 295-24 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmri ləğv etmək və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında xitam verilməsi ilə bağlı əmr vermək. 2.2. Bu barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin çıxardığı qərardadın qanuni qüvvəyə mindiyi gündən ən geci 7 (yeddi) gün müddətində xx.xx.2024-cü il tarixli, KX-295-24 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrin ləğvi ilə bağlı elektron informasiya sistemində olan məlumatın dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmək; 2.3. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və ya yeni əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında yazılmış qeydə müvafiq düzəliş edilərək İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında xitam verilməsi ilə bağlı qeyd yazmaq;

3. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, tərəflərin bu barışıq sazişinin predmeti olan mübahisənin həlli ilə bağlı çəkdikləri bütün xərclər (mediasiya, məhkəmə və sairə) tərəflərin özlərinə aid edilir.

4. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırki barışıq sazişi üzrə üzərilərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq.

5. Hazırkı barışıq sazişinin hər hansı bir bəndinin etibarsız hesab edilməsi bütövlükdə barışıq sazişinin etibarsız hesab edilməsinə səbəb ola bilməz.

6. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə, digər tərəf hazırkı barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra vərəqəsinin verilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir.

7. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb.

8. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər.

9. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırkı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır.

10. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilir. Tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəyə bərpa edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar